DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   2   3   4   5   6   7   8   9   ...   23

var. Yəni 520 milyon ildir ki, həmin göz quru-

luşu mövcuddur.

Kembri  dövründəki  qeyri-adi  vəziyyət 

haqqında  Çarlz  Darvin  “Növlərin  mənşəyi”ni 

qələmə  alarkən  də  az-çox  məlumat  var  idi.  O 

dövrün  fosil  qeydlərində  də  Kembri  dövründə 

çox müxtəlif canlıların mürəkkəb quruluşları ilə 

və  bir  anda  ortaya  çıxdığı  müəyyən  edilmişdi. 

Buna  görə,  Darvin  “Növlərin  mənşəyi”  adlı 

kitabında  bu  mövzuya  toxunmaq  məcburiy–

yətində  qalmışdır.  O  vaxtlarda  Kembri  dövrü 

“Silur  dövrü”  adlanırdı.  Darvin  isə  “Məlum 

olan qədim fosil qeydlərində müxtəlif növlərin 

birdən-birə  ortaya  çıxması  haqqında”  başlığı 

altında  bu  mövzuya  toxunmuş  və  Silur  dövrü 

haqqında belə yazmışdı:

Silur dövrünə aid trilobitlərin bu dövrdən çox 

daha əvvəllər yaşamış və elmə məlum olan hey-

vanların heç birinə bənzəməyən bir cür qabıqlı 

heyvandan  təkamül  yolu  ilə  əmələ  gəldiyinə 

şübhə etmirəm... Nəticədə, əgər mənim nəzəriy-

yəm  doğrudursa,  ən  qədim  Silur  təbəqəsinin 

əmələ gəlməsindən əvvəl çox uzun dövrlər ol-

malıdır, Silur dövründən bu günə qədər keçmiş 

zaman  qədər  uzun  dövrlər.  Hələ  məlum  olma-

yan  bu  dövrlər  ərzində  dünya  canlı  varlıqlarla 

dolub-daşmalıdır.  Bu  uzun  zamanlara  aid  fosil 

izlərini  nə  üçün  tapa  bilmədiyimiz  sualına  isə 

heç  bir  qaneedici  cavabım  yoxdur.  (Charles 

Darwin,  The  Origin  of  Species:  A  Facsimile 

of the First Edition, Harvard University Press, 

1964, səh. 313-314)

Darvin: “Əgər nəzəriyyəm doğrudursa, dün-

ya  Silur  (Kembri)  dövründən  əvvəl  yaşayan 

canlılarla dolub-daşmalıdır”, - demişdi. Bu can-

lıların  nə  üçün  heç  bir  fosili  olmadığı  sualına 

isə  bütün  kitabı  boyu  təkrarladığı  “fosillər  ki-

fayət qədər deyil” bəhanəsi ilə cavab tapmağa 

çalışmışdı.  Ancaq  bu  gün  fosillər  də  kifayət 

qədərdir. Kembri dövrünün canlılarının da heç 

bir əcdadı olmadığı da məlum olmuşdur. Buna 

görə, Darvinin: “Əgər nəzəriyyəm doğrudursa”, 

- deyə başladığı cümləsini qəbul etmək olmaz. 

Darvinin  fərziyyələri  baş  tutmamışdır  və  buna 

görə də nəzəriyyəsi doğru deyil.

Canlıların  ibtidaidən  mürəkkəbə  doğru 

inkişaf etmədiyini, ilk dəfə irəli sürüldüyü anda 

çox  mürəkkəb  olduğunu  göstərən  başqa  bir 

misal da fosil qeydlərinə əsasən, 400 milyon il 

əvvəl meydana çıxmış akuladır. Bu canlı itirdiyi 

dişlərinin  yenilənməsi  kimi  ondan  milyonlarla 

il  sonra  yaradılmış  bir  çox  canlıda  olmayan 

üstün  xüsusiyyətə  malik  idi.  Məməlilərlə 

məməlilərdən  yüz  milyonlarla  il  əvvəl  üzə 

çıxmış  osminoqların  göz  quruluşlarının  çox 

oxşar  olması,  eyni  mürəkkəb  quruluşa  və 

sistemlərə malik olması da buna misaldır. 

Düşünən İnsan, Dekabr 2013

3

Sual  # 1

Düşünən İnsan, 

 Dekabr  2013




Bütün  bu  misallar  canlı  növlərinin  üzə 

çıxmalarında ibtidaidən mürəkkəbə doğru ar-

dıcıllıq olmadığını ortaya qoyur.

Bu  həqiqət  canlıların  forma,  funksiya 

və  genetik  quruluşu  üzərindəki  tədqiqat-

ların  nəticələrinə  əsasən  də  aşkar  olmuşdur. 

Məsələn,  forma  və  böyüklüyünə  görə  fosil 

təbəqələrinin  alt  qatlarında  yerləşən  bir  çox 

canlının onlardan sonra ortaya çıxan canlılarla 

müqayisədə  daha  böyük  kütləyə  malik  old-

uğunu görürük (dinozavrlar kimi).

Canlıların funksional xüsusiyyətləri tədqiq 

edildikdə də eyni həqiqətlə qarşılaşırıq. Quru-

luşu ilə bağlı tədqiqatlar aparıldıqda qulaq da 

ibtidaidən mürəkkəbə doğru inkişaf iddiasını 

təkzib edən nümunədir. Suda-quruda yaşayan-

larda  orta  qulaq  boşluğu  var,  onlardan  daha 

sonra  üzə  çıxan  sürünənlərdə  kiçik  sümüyə 

bitişik bəsit eşitmə sistemi var və orta qulaq 

boşluğu yoxdur. 

Genetik  tədqiqatlar  da  buna  bənzər 

nəticələrə  gəlir.  Aparılan  araşdırmalar  xro-

mosom  saylarının  canlıların  mürəkkəbli-

yini  əks  etdirən  sıra  əmələ  gətirmədiyini 

göstərir. Məsələn, insanda 46 xromosom var, 

kürəkayaqlı  xərçəngdə  (copepoda)    xromo-

somların  sayı  6-dır,  mikroskopik  canlı  olan 

radiolaria-da isə 800-dür. 

Canlılar onlar üçün 

ən uyğun dövrdə yaradılıblar

Fosillər  tədqiq  edildikdə  qarşımıza  çıxan 

əsl həqiqət budur ki, canlılar yer üzündə on-

ların  yaşaması  üçün  ən  uyğun  dövrdə  mey-

dana  çıxmışlar.  Bütün  canlıları  mükəmməl 

yaradılışla yaradan Allah onların yer üzündə 

ortaya çıxdıqları dövrü də ehtiyaclarına uyğun 

şəkildə müəyyən etmişdir. 

Buna  misal  olaraq  yer  üzündə  ən  qədim 

bakteriyalara  aid  fosillərlə  rastlaşdığımız 

3,5  milyard  il  əvvəlki  yer  üzünü  nəzərdən 

keçirək.  Bu  dövr  bir  çox  mürəkkəb  canlının 

və  insanın  həyatı  üçün  atmosfer  şərtləri  və 

temperatur baxımından əsla əlverişli deyil. Bu 

uyğunsuzluq təkamülçü Kencenin təkamülün 

əsassız olduğunu sübut etmək istəyənə insan 

fosili tapmaq üçün məsləhət gördüyü Kembri 

dövrünə də aiddir. 530 milyon il əvvələ çıxan 

bu dövr qidalanma şərtləri baxımından insan 

üçün heç cür uyğun deyil. (Bu dövrdə quruda 

yaşayan canlı yoxdur).

Sonrakı  dövrlərin  böyük  əksəriyyə-

ti  üçün  də  vəziyyət  eynidir.  Fosilləri  tədqiq 

etdikdə  insanın  yer  üzündə  yaşaması  üçün 

lazımi şərtlərin ancaq bir neçə milyon il əv-



4

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 1

www.heyatingercekmenseyi.com



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə