DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

Müqavimətli  bakteriyaların  antibiotiklərin 

kəşfindən  çox  əvvəl  də  mövcud  olduğu  ciddi 

elmi  jurnal  olan  “Medical  Tribune”  jurnalının 

1988-ci  il,  29  dekabr  sayında  maraqlı  hadisə 

kimi bildirilir:

“1986-cı  ildə  aparılan  axtarışla  1845-ci  ildə 

qütb  səyahətində  donaraq  ölmüş  dənizçilə-

rin  buzda  qorunmuş  cəsədləri  tapılmışdır. 

Bu  cəsədlərdə  yaşadıqları  dövrdə  yayılmış 

bakteriyalar  aşkar  edilmiş  və  bunları  tədqiq 

etdikdə məlum olmuşdur ki, bu bakteriyalar 

XX əsrdə kəşf edilmiş bir çox antibiotikə qar-

şı müqavimət xüsusiyyətləri daşıyırlar”. 

Göründüyü  kimi,  bu  cür  müqavimət  xüsu-

siyyətlərinin penisillinin kəşfindən əvvəl də bir 

çox bakteriyada mövcud olduğu tibb dünyasına 

məlumdur.  Buna  baxmayaraq,  bakteriyalarda-

kı  müqavimət  xüsusiyyətinin  hələ  də  təkamü-

lün nəticəsinə dəlil göstərilməsi sadəcə aldatma 

məqsədli iddiadır.

Dövrümüzdəki  müqavimətli  bakteriyaların 

mühitə hakim olması belə baş verir: bakteriyalar 

müəyyən bir antibiotikin təsirinə məruz qaldıqda 

dərmana qarşı müqavimətsiz variasiyalar məhv 

olur,  müqavimətlilər  isə  həyatda  qalır  və  daha 

da çoxalma imkanı qazanırlar. Müəyyən zaman 

sonra  tamamilə  yox  olan  müqavimətsiz  bakte-

riyaların  yerini  sürətlə  çoxalan  bu  müqavimət-

li  bakteriyalar  tutur.  Bir  müddətdən  sonra  eyni 

bakteriya  növü  yalnız  həmin  antibiotikə  qarşı 

müqavimətli variasiyalardan ibarət koloniyalara 

çevrilir və artıq eyni antibiotik bu bakteriyalara 

təsir etmir. Nəticədə, bakteriya da eyni bakteri-

yadır, növ də eyni növdür.

Həşəratlardakı DDT-yə qarşı immunitet

Həşəratlarda DDT-nin və həşərata qarşı digər 

dərmanların zaman ərzində təsirsiz hala gəlməsi 

də  bakteriyalarda  müşahidə  olunan  antibiotikə 

qarşı müqavimət kimidir. DDT kimyəvi maddəsi 

ilk dəfə kəşf edildikdə həşəratlara qarşı çox tə-

sirli bir zəhər idi. İlk dəfə tətbiq edildiyi illərdə 

həşəratları  kütləvi  şəkildə  məhv  edirdi.  Ancaq 

illər  ərzində  DDT-nin  təsir  etmədiyi  həşəratla-

rın mövcud olduğu məlum oldu. Bu həşəratlarda 

DDT kimyəvi maddəsi orqanizmin həyati funk-

siyalarına  təsir  edə  bilmirdi,  çünki  yapışmaq 

üçün  axtardığı  zülal  bu  həşəratlarda  müxtəlif 

idi. Bunlar hər həşərat növünün daxilində qalan 

müxtəlif  variasiyalar  idi.  Məhv  olmadıqlarının 

səbəbi də DDT-nin  yapışacağı zülalların onlarda 

olmaması və ya fərqli quruluşda olması idi. 

Təkamülçü bioloq Fransisko Ayala (Francis-

co Ayala): “Həşərat zəhərlərinin ən təsirli növ-

lərinə qarşı immunitet insanların hazırladığı bu 

maddələr həşəratlara tətbiq edilmədən əvvəl də 

həmin həşərat növünün genetik variasiyalarında 

artıq var idi”, - deyərək bu həqiqəti qəbul edir. 

(Francisco J. Ayala, “The Mechanisms of Evo-

lution”, Scientific American, cild 239, Sentyabr 

1978, s. 64)

Ancaq  həşəratın  populyasiyasında  DDT 

zəhəri  tətbiq  edildikdən  sonra  əmələ  gələn  bu 

dəyişikliyi  təkamül  tərəfdarları  təkamülə  dəlil 

kimi göstərirlər.

Bu  misalda  DDT-yə  qarşı  həşəratların  qa-

zandığı  bir  qələbə  yoxdur.  Ona  görə  də  buna 

immunitet  demək  də  səhvdir.  Çünki  immunitet 

insanda müdafiə hüceyrələrinin mikroblara qarşı 

anticisimlər emal etməsinə və bu yolla mikrob-

lara qalib gəlməsinə deyilir. DDT misalında isə 

bu cür şüurlu qarşılıqlı təsir və üstünlük baş ver-

mir. Bəzi həşəratlar ölür, DDT-nin təsir etmədiyi 

həşəratlar isə həyatda qalaraq çoxalır və nəsillə-

rini davam etdirirlər.

Bundakı həqiqət belədir: həşəratların bəzi va-

riasiyalarında hələ zəhər tətbiq edilmədən əvvəl 

də müxtəlif zülallar var idi. DDT kəşf edildikdən 

sonra bu kimyəvi maddəyə məruz qalan həşərat-

lardan  orqanizmi  uyğun  olmayanların  nəsilləri 

kəsilmişdir.  Əvvəlcədən  az  sayda  olan  müqa-

vimətli fərdlər isə çoxalma imkanı əldə etmişlər. 

Nəticədə,  eyni  həşərat  növü  tamamilə  müqa-

vimətli  fərdlərdən  ibarət  kütləyə  çevrilmişdir. 

Təbii ki, bütün populyasiya müqavimətli fərdlər-

dən  ibarət  olduğuna  görə,  DDT  artıq  o  həşərat 

növünə təsir edə bilmir.

Əslində, təkamülçü mənbələr bu müqavimət 

və immunitet mövzularında yanılırlar. Bu möv-

zunu bəzi məşhur elmi jurnallarda dərc etdirir, bu 

mövzunun əsl məğzini oxuyuculara izah etmir və 

təkamülə dəlil kimi göstərirlər. Göründüyü kimi,  

bakteriyalardakı  antibiotikə  qarşı  müqavimətin 

və həşəratlardakı DDT-yə qarşı immunitetin tə-

kamülə heç bir dəlil vermədiyi çox açıqdır.

Düşünən İnsan, Dekabr 2013



39

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  #11




Təkamül  nəzəriyyəsi  yer  üzündəki  canlıların 

təsadüflər  nəticəsində  təbii  şərtlər  daxilində 

öz-özünə  meydana  gəlməsini  müdafiə  edir.  Bu 

nəzəriyyə elmi bir qanun, sübut edilmiş bir həqiqət 

deyil,  elmilik  pərdəsi  ilə  cəmiyyətlərə  qəbul 

etdirilməyə çalışılan materialist düşüncə tərzidir. 

Müasir  elm  tərəfindən  hər  sahədə  təkzib  edilən 

bu nəzəriyyənin ən böyük əsasları bir növ hiylə, 

saxtakarlıq,  təhrif,  yalan  və  göz  pərdələmədən 

ibarət təlqin və təbliğat üsullarıdır.

XIX  əsrin  bəsit  elmi  məlumatları  ilə  xəyali 

fərziyyə  kimi  irəli  sürülən  təkamül  nəzəriyyəsi 

bu günə qədər heç bir elmi tapıntı və ya təcrübə 

vasitəsilə sübut edilə bilməmişdir. Əksinə, nəzə-

riyyənin  iddialarını  əsaslandırmaq  üçün  istifadə 

edilən bütün üsullar belə bir nəzəriyyənin əsassız-

lığını sübut etmişdir.

Ancaq çox insan hətta bu gün bu nəzəriyyəni 

eynilə yerin cazibə qüvvəsi və ya suyun gərilmə 

qüvvəsi  kimi  sübut  edilmiş  elmi  həqiqət  hesab 

edir.  Çünki  əvvəldə  də  bildirdiyimiz  kimi,  təka-

mülün cəmiyyətə təqdim edilən üzü gerçək üzün-

dən çox fərqlidir. Bir çox insan bu nəzəriyyənin nə 

qədər boş dəlillərə əsaslandığını və elm tərəfindən 

hər mərhələdə necə təkzib edildiyini bilmir.

Təkamülçülərin  əsassız  fərziyyələri,  qərəzli, 

həqiqətdən  kənar  şərhlər,  təhriflər,  yalanlar, 

xəyali  ssenarilər,  psixoloji  təlqin  metodları, 

saysız-hesabsız  saxtakarlıq  və  göz  pərdələmə 

üsullarından başqa əsasları yoxdur.

Bu  gün  biologiya,  paleontologiya,  genetika, 

biokimya,  mikrobiologiya  kimi  elm  sahələri 

həyatın  heç  cür  təsadüflər  və  təbii  şərtlər 

nəticəsində  öz-özünə  meydana  gəlməsinin 

mümkün  olmadığını  sübut  etmişdir.  Canlının 

hüceyrəsi elm dünyasının ortaq qənaətinə əsasən, 

insanın  bu  günə  qədər  qarşılaşdığı  ən  mürəkkəb 

quruluş xüsusiyyətini qoruyur. Müasir elm tək bir 

canlı hüceyrəsinin belə böyük bir şəhərdən daha 

mürəkkəb quruluşa malik olduğunu aşkar etmişdir. 

Bu  cür  mürəkkəb  quruluş  ancaq  bütün  hissələri 

eyni  anda  və  nöqsansız  ortaya  çıxdığı  təqdirdə 

fəaliyyət  göstərə  bilər.  Əks  təqdirdə,  heç  bir  işə 

yaramaz və zamanla dağılar, parçalanar və məhv 

olar.  Təkamül  nəzəriyyəsinin  iddia  etdiyi  kimi, 

milyon illərlə digər hissələrinin təsadüflərlə əmələ 

gəlməsini  gözləyə  bilməz.  Beləliklə,  sadəcə  tək 

bir hüceyrənin mürəkkəb yaradılışı belə Allah’ın 

həyatı yoxdan yaratdığını açıq-aşkar göstərir. 

Lakin  materialist  fəlsəfənin  tərəfdarı  olan 

müəyyən  kütlələr  müxtəlif  ideoloji  mənfəət  və 

ümidlər  səbəbi  ilə  yaradılış  gerçəyini  qəbul  et-

mək istəmirlər. Çünki haqq dinin Allah’ın əmr və 

qadağalarına  əsasən  bəşəriyyətə  öyrətdiyi  gözəl 

əxlaqı  yaşayan  cəmiyyətlərin  mövcud  olması  və 

yayılması bu materialist kütlələrin işinə yaramır. 

Öz  mənfəətləri  üçün  yönəldəcəkləri,  sui-istifadə 

edəcəkləri,  mənəviyyatsız,  dini  və  əxlaqi  dəyər-

lərdən  yoxsul  nəsillər  hər  zaman  bu  kütlələrin 

dünyəvi  mənfəətlərinə  daha  uyğundur.  Beləlik-

lə, insanlara yaradılmadıqları, təsadüflərlə ortaya 

çıxıb  heyvanlardan  təkamül  nəticəsində  əmələ 

gəldikləri yalanını təlqin nəyin bahasına olursa ol-

sun, dirçəltməyə və cəmiyyətlərə qəbul etdirməyə 

çalışırlar. Elmin təkamül nəzəriyyəsini çürüdən və 

yaradılış gerçəyini sübut edən bütün açıq dəlillə-

rinə  baxmayaraq,  ağıl  və  məntiqi  bir  kənara  qo-

yaraq, hər mühitdə və hər fürsətdə bu cəfəngiyatı 

müdafiə edirlər.

40

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 12

www.tekamulnezeriyyesi.com



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə