Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova


31 saylı iş. İtlərdə mədəaltı vəzinin çıxarılması və nəticələri



Yüklə 4,61 Kb.
Pdf görüntüsü
səhifə21/54
tarix19.11.2017
ölçüsü4,61 Kb.
#11109
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   54

 
117
31 saylı iş. İtlərdə mədəaltı vəzinin çıxarılması və nəticələri 
 
 Lazım olan material və avadanlıqlar:  it, cərrahi 
masa və alətlər, sarğı materialları, spirt, efir, xloroform, 
fizioloji məhlul və s. 
 Panekreas 
vəzi qırmızı-sarımtıl rəngdə olub, 
mədənin arxa tərəfində yerləşir. Pankreas vəzi qan 
damarları ilə yaxşı  təchiz olunmuşdur. Azan siniri və 
simpatik sinir lifləri ilə inervasiya olunur. Pankreas vəzi 
qarışıq vəzilərdən olub, iki mühüm vəzifə daşıyır. Belə ki, 
vəzinin parenximasını təşkil edən kiçik hüceyrələr sekretor 
vəzifə daşıyırlar. Bu hüceyrələrin axarları vardır. Onlar 
hazırladıqları sekreti axarlar vasitəsilə ümumi pankreas 
axarına, ümumi pankreas axarı ilə pankreas şirəsi on 
ikibarmaq bağırsağa tökülür. 
 Pankreas 
vəzinin parenximası arasında səpələnmiş 
axarları olmayan Langerhans adacıqları daxili sekresiya 
vəzifəsi daşıyır. Langerhans adacıqlarının quruluşu və 
miqdarı müxtəlif heyvanlarda çox müxtəlifdir. Orta yaşlı 
sağlam adamın bir qram pankreas vəzisində orta hesabla 
2200-dən 21350-yə  qədər Langerhans adacıqları vardır. 
Langerhans adaqcıqları pankreas vəzinin çox hissəsini 
təşkil edən digər hüceyrələrə nisbətən daha zəngin 
kapilyar qan damarları  və limfa epitelisi ilə  əhatə 
olunmuşdur. 
 Pankreas 
vəzinin daxili sekretor funksiyasını 1889-
cu ildə Merinq və Minkovski itlər üzərində  təcrübə ilə 
öyrənmişlər. 
 
İşin gedişi: 
 
Pankreas vəzin orqanizmin şəkər mübadiləsi üçün 
əhəmiyyətini heyvanlarda vəzin bütövlüklə  və ya bir 
hissəsini kəsib çıxarmaq üsulu ilə öyrənmək olar. 
 
118
 Pankreas 
vəzin çıxarılması  əməliyyatı aseptika və 
antiaseptika  şəraitində ümumi narkoz altında aparılır. 
Arxası üstə  cərrahi stola bağlanmış itin qarnının dərisi 
üstündəki tükləri təmizləyir, sonra o nahiyəni sabunlu ilıq 
su ilə yuyub qurudurlar. Xəncərvarı  çıxıntıdan başlanmış 
orta xətt üzrə heyvanın qarnının dərisini və  dərialtı 
toxumanı 10 – 15 sm uzunluğunda kəsirlər. 
 
Dəri və  dərialtı  təbəqəni kəsdikdən sonra qarın 
əzələlərini kəsirlər. Kəsilmiş yaranı ayırdıqda piy 
toxuması aydın görünür. Piy toxumasını bir qədər sol qarın 
boşluğuna tərəf çəkirlər. Sağ qabırğaaltı nahiyədə oniki-
barmaq bağırsağı və ona birləşmiş pankreas vəzini görmək 
olur. 
 
Məlum olduğu kimi vəzin başı, cismi və quyruq 
hissələri vardır. Vəzin quyruq hissələri qan damarları ilə 
zəngindir. Belə ki, qan damarları quyruq hissədən vəzə 
daxil olur. Ona görə  vəzin başqa hissələrinə nisbətən 
quyruq hissəsində əməliyyat aparmaq bir qədər çətin olur. 
 Pankreas 
vəzi bədəndən kəsib çıxarmaq istədikdə 
hər şeydən əvvəl onun qan damarlarını bağlamalı və sonra 
kəsmək lazımdır. Bunun üçün vəzidən mümkün qədər 
uzaqda hər iki (arteriya və vena) qan damarlarını liqatura 
ilə bağlayıb kəsirlər. Pankreas vəzini qan damarlarından 
ayırdıqdan sonra, onun quyruq hissəsini 
ətraf 
toxumalardan və üzvlərdən tamamilə ayırırlar. Bu 
məqsədlə peretondan əmələ  gəlmiş, onu ətraf üzvlər ilə 
birləşdirən xüsusi bağları  kəsirlər.  Ətraf toxuma və üzv-
lərdən ayrılmış  vəzini bir qədər yuxarı qaldırıb yaranın 
səthinə çıxarırlar. 
 
Vəzin cismini ətraf toxumalardan ayırmazdan 
əvvəl, qanaxma olmasın deyə qan damarlarını bağlayırlar. 
Bunun üçün onikibarmaq bağırsağa və  vəziyə  gələn, bu 


 
119
üzvləri qan ilə təchiz edən iri arteriyanın vəzinin cisminə 
gələn xüsusi şaxəsini liqatura ilə bağlayıb kəsirlər. Lakin 
vəzinin kiçik qan damarlarını bağlamırlar, kəsilmiş 
damarları  sıxıcı ilə bururlar. Bu damarlar kəsildikdə belə 
az da olsa qanaxma öz-özünə dayanır. Belə qanaxma 
əməliyyat üçün qorxu törətmir. 
 Qan 
damarları bağlandıqdan sonra vəzinin böyük 
və kiçik axarlarını tapırlar. Axarların altından liqatura 
keçirib bağlayır və sonra kəsirlər. 
 
Vəzinin quyruq və cismini ətraf toxumalardan 
ayırdıqdan sonra, nəhayət, vəzinin baş hissəsini  ətraf 
toxumalardan ayırmaq lazımdır. Vəzinin baş hissəsi 
onikibarmaq bağırsağa birləşmir, sərbəst halda müsariqəyə 
söykənir. Müsariqədən vəzə gedən qan damarlarını 
ehtiyatla təmizləyib liqatura ilə bağlayır və kəsirlər. 
 
Vəzin hər üç hissəsini  ətraf toxumalardan 
ayırdıqdan sonra onu bədəndən ayırıb xaric edirlər. Yaranı 
diqqətlə yoxlayıb, axmış qanı tampon vasitəsilə silib 
təmizləyirlər. 
 Pankreas 
vəzini çıxartdıqdan sonra yaranı tikirlər. 
Əvvəlcə pereton pərdəsini tikirlər. Pərdəni mümkün qədər 
nazik liqatura ilə fasiləsiz tikmək lazımdır. Pereton pərdəni 
tikdikdən sonra qarın  əzələlərini, nəhayət, qarın dərisini 
qalın liqatura ilə fasiləli tikişlə tikirlər. Pankreas vəzisi 
çıxarılmış heyvan uzun müddət yata bilmir. Belə heyvanın 
çox yaşaması üçün heyvana daima insulin hormonu 
vururlar. Bundan başqa vəzinin kiçik bir parçasını bədəndə 
saxladıqda onun uzun müddət yaşamasına kifayət edir. 
 Pankreas 
vəzinin kiçik bir parçasını  bədəndə 
saxlayıb çox hissəsinin çıxarılması əməliyyatı, vəzinin bü-
tövlüklə  çıxarılması  əməliyyatına oxşayır. Lakin bu əmə-
liyyat zamanı vəzinin böyük axarını bağlamamaq şərti ilə 
 
120
axara yaxın vəzinin təxminən 0,8 – 0,9 hissəsini saxlamaq 
şərti ilə qalan hissəsini kəsib çıxarırlar. 
 Pankreas 
vəzisi çıxarılmış heyvana vəzi 
çıxarılandan bir gün sonra qida verilir. Vəzisi çıxarılmış 
heyvanların  şəkərləri mənimsəmək qabiliyyəti pozuldu-
ğundan belə heyvana mümkün qədər zülallar ilə  zəngin 
qida vermək lazımdır. 
 Heyvanlarda 
pankreas 
vəzin çıxarılması ilə yaranan 
eksperimental pankreatik diabet, demək olar ki, insanlarda 
təsadüf edilən  şəkər xəstəliyinə oxşayır. Eksperimental 
şəkər xəstəliyinin başlıca  əlaməti vəzi çıxarılandan sonra 
qanda  şəkərin artması ilə  əlaqədardır. Qanda şəkərin 
miqdarı artdıqda  şəkər sidiklə ifraz olunmağa başlayır 
(qlükozuriya). Pankreas çıxarılandan bir gün sonra qanda 
şəkərin miqdarı normaya nisbətən 2 – 3 dəfə arta bilər. Bu 
zaman sidikdə  şəkərin miqdarı 2%-ə  qədər olur. Sonrakı 
günlər qanda şəkərin miqdarı 0,5%-ə qədər, sidikdə isə 10 – 
15%-ə qədər artır. 
 Eksperimental 
pankreatik 
diabetə tutulmuş 
heyvanların iştahı artır və onlar çox yeyirlər. Lakin çox 
qida qəbul etmələrinə baxmayaraq onlar proqressiv surətdə 
arıqlayırlar. Bu xəstəliyin əsas əlamətlərindən biri də külli 
miqdarda sidik ifraz etmələridir (poliuriya). 
 
Eksperimental pankreatik diabet xəstəliyinə 
tutulmuş heyvanların  şəkər mübadiləsinin pozulması 
dərəcəsindən asılı olaraq onları müvafiq pəhriz altında 
saxlayırlar. 
 Pankreas 
vəzisi çıxarılmış heyvanların 
ölməməsindən ötrü onun bədəninə ya insulin vurulur, ya 
da cərrahi  əməliyyat zamanı  vəzinin kiçik bir parçası 
bədəndə saxlanılır.  
 


Yüklə 4,61 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə