Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova


  29 saylı iş. Qurbağanın göz bəbəyinə adrenalin və



Yüklə 4,61 Kb.
Pdf görüntüsü
səhifə20/54
tarix19.11.2017
ölçüsü4,61 Kb.
#11109
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

 
111
 
29 saylı iş. Qurbağanın göz bəbəyinə adrenalin və 
asetilxolinin təsiri 
 
 
Gözün qüzehli qişasındakı  əzələlər bioloji fəal mad-
dələrə qarşı həssasdırlar. Qüzehli qişanın ortasındakı bəbəyin 
dairəvi  əzələ lifləri yığıldıqda bəbək daralır, radial əzələ 
lifləri yığıldıqda isə genəlir. Vegetativ sinir sisteminin 
parasimpatik sinir şaxəsinin təsirindən bəbəyin dairəvi 
əzələ liflərinin yığılması, bəbəyin daralmasına simpaktik 
şöbənin təsirindən qüzehli qişanın radial əzələlərinin 
yığılması isə onun genəlməsinə səbəb olur. İşıqda dairəvi 
əzələlər yığıldığı üçün bəbək daralır, qaranlıqda isə radial 
əzələ lifləri yığıldığı üçün bəbək genəlir.  
 Lazım olan material və avadanlıqlar: saat şüşəsi, 
göz pipeti, mantar lövhə, göz qayçısı, sancaqlar, pinset, 
adrenalin (1:20000), asetilxolin (1:100000), fizioloji 
məhlul (0,65%), pambıq, qurbağa. 
 
İşin gedişi: Qurbağanın üst çənəsi kəsilir, gözləri 
yuxarı olmaq şərtilə sancaqlarla mantar lövhəyə  bərkidilir. 
Sonra 2 gözü də  kəsilib saat şüşələri üzərindəki fizioloji 
məhlula (2 – 3 damcı) qoyulur. Gözün birinə bir damcı 
adrenalin, digərinə bir damcı asetilxolin töküb, bəbəklərin 
diametrinin dəyişdiyini müşahidə edirik. Təcrübədən  əvvəl 
və sonra bəbəklərin diametri xətkeş ilə ölçülür və müqayisə 
edilir. Təcrübə  nəticəsində  məlum olur ki, adrenalin göz 
bəbəyini genəldir, asetilxolin isə daraldır. 
 
 
30 saylı iş. Dəri piqmentinə hipofiz və böyrəküstü vəzin 
hormonlarının təsiri 
 
 
Xarici mühitin təsirinə qarşı soyuqqanlı heyvanın 
 
112
dərisinin rəngi dəyişir. Bunun səbəbi ondan ibarətdir ki, 
melanofor və ya melanosit piqment hüceyrələrində mela-
nin piqmentinin qeyri-bərabər yerləşməsidir.  İnsanda 
melanin piqmenti dərinin, tükün, gözün rəngini təmin edir. 
Melanin ifraz edən melanofor hüceyrələr dərinin derma və 
epidermis təbəqələrinin arasında yerləşir. 
 
Şəkil 83. Böyrəküstü vəzin sxematik təsviri və onun böyrəklərlə 
əlaqəsi onurğalı heyvanlarda (Qorbmana görə): 1-akula; 2-
sümüklü balıqlar; 3-quyruqlu amfibilər; 4-quyruqsuz amfibilər; 5-
ilan; 
 6-kərtənkələ; 7-quş; 8-məməlilər. 
 
Melanin ifrazı  tənzimində hipofizin orta payının 
hormonu-melanotropin və epifizin hormonu melatonin 
iştirak edir. 
 Melanoforun 
fəaliyyətinə AKT hormonunun təsiri 
var. Bu təsir özünü hipofizi çıxarılmış qurbağanın 
dərisinin ağarmasında biruzə verir. Həmin qurbağanın 
qarın boşluğuna AKT hormonu yeritdikdə, onun dərisi 
yenidən tündləşir. 
Lazım olan material və avadanlıqlar: mikroskop, 


 
113
göz qayçısı, skalpel, ucu əyri pinset, Pean sıxıcısı, göz 
iynəsi, iynə tutan, şpris (2 – 5 ml), sap, tənzif, pambıq, 
tampon, pituitrin, adrenalin (1:10000), fizioloji məhlul (0,6 
%), qurbağa.   
İşin gedişi:  
 1. 
Qurbağada dəri piqmentinə pituitrinin təsiri. 
Təcrübədən  əvvəl qurbağa işıqda saxlanılır. Banka pən-
cərəyə yaxın tərəfindən başqa hər tərəfi ağ kağıza bürünür. 
Ağ fonda qurbağanın rənginin solğunlaşması aydın 
görünür. 
 
Şəkil 84. Mikroskop altında qurbağanın üzmə pərdəsinin 
görünüşü: 1-arteriya; 2,3-arteriola; 4-kapilyar tor; 5-kapilyar; 6-
vena;  
7-venula; 8-melanofor. 
 
 
Ağarmış qurbağanın üzmə  pərdəsini ehtiyatla 
mantar lövhədəki dəlik üzərinə  bərkidib, mikroskop 
altında melanoforları müşahidə edirik; melanoforlar 
nöqtələr  şəklində görünür. Sonra qurbağanın qarın 
boşluğuna 0,2 ml pituitrin yeridirik və ağ fonu olan banka-
ya qoyuruq. 30 dəqiqədən sonra qurbağanın dərisinin 
tündləşdiyini müşahidə edirik. 
Melanoforların çıxıntılarına pituitrini yeritdikdən 
40 – 60 dəqiqə sonra sıx tor əmələ gətirirlər. 
 
114
 
2.Adrenalinin melanoforlara təsiri. Qurbağanın 
limfa kisəsinə 1 ml adrenalin yeritdikdə, müəyyən müd-
dətdən sonra onun dərisi ağarır. 
 
Şəkil 85. Böyrəküstü vəzin nahiyəvi strukturu:  
1-xarici kapsula; 2-yumaqcıq zona; 3-dəstə zonası; 4-damarlı  
zona; 5-böyrəküstü vəzin qabığını beyin nahiyəsindən ayıran 
birləşdirici toxuma kapsulu; 6-beyin qatı. 
 
 
3. Hipofizi çıxarılmış (hipofizektomiya edilmiş) 
qurbağada pituitrinin melanoforlara təsiri.  İtdə  və 
başqa istiqanlı heyvanlarda olduğu kimi qurbağalarda da 
hipofizi çıxarmaq və bununla əlaqədar olan dəyişiklikləri 
müşahidə etmək olar. Bu iş üçün mümkün qədər iri və dişi 
qurbağa seçirlər. Dişi qurbağalar erkək qurbağalara 
nisbətən cərrahi əməliyyata daha dözümlü olurlar. 
 Qurbağalar narkozu yaxşı keçirmədikləri üçün 
əməliyyatı bilavasitə narkozsuz şəraitdə aparırlar.  
 Qurbağanı arxası üstə mantar lövhəyə uzadıb, nazik 


 
115
sancaq vasitəsilə  çənəni və  ətrafları  həmin lövhəyə 
bərkidirlər. Qurbağanın ağzını pinset vasitəsilə geniş 
açırlar. Qurbağanın ağzı açılmış vəziyyətdə qalsın deyə alt 
çənəni liqatura ilə bağlayıb, bir qədər dartıb mantar 
lövhəyə bərkidirlər.
 
 
 
 
Şəkil 86. İtin böyrəküstü vəzinin mikrostrukturu.  
1-kapsula; 2-qabıq maddəsi; 3-beyin maddəsi;  
 4-veqatativ qanqli; 5-qan damarları; 6-birləşdirici toxumanın qoşqu 
qayışı; 7-yumaqcıqlı zona; 8-dəstəli zona; 9-damarlı zona;  
10-xromofin hüceyrələr; 11-kapilyarlar. 
 
 
 Qurbağanın ağzını geniş ayırdıqda damağı aydın 
görmək olur. Damağın selikli qişasını orta xətt üzrə göz 
almalarından bir qədər aşağı boylama istiqamətdə kəsirlər. 
Kəsilmiş selikli qişanın kənarlarını bir-birindən ayırırlar. 
Kəsilmiş selikli qişanın kənarlarının ayrılmış  vəziyyətdə 
qalması üçün selikli qişaya hər iki tərəfdən 10 – 20 qr yük 
asılmış nazik qarmaq keçirirlər. Kəllənin aşağı  əsasını 
təşkil edən istiqanlı heyvanların  əsas sümüyünə uyğun 
 
116
gələn sümüyü (os parabasali) qayçının iti ucu ilə çox ehti-
yatla deşib açırlar. Həmin dəlikdən 1,0 – 1,5 mm ölçüdə 
hipofiz vəzi aydın görünür. 
 Pinset 
vasitəsilə hipofizi qoparıb çıxarırlar. Yükü 
selikli qişadan ayırdıqdan sonra onun kəsilmiş kənarlarını 
bir-birinə yaxınlaşdırıb nazik liqatura ilə tikirlər. 
 Hipofizi 
çıxarılmış qurbağalarda baş verən 
dəyişiklikləri vəzi çıxarılandan bir neçə saat və ya bir neçə 
gün sonra belə müşahidə etmək mümkündür. 
 
Hər  şeydən  əvvəl hipofiz çıxarılandan bir az sonra 
qurbağanın dərisinin rəngi ağarır. Məlum olduğu kimi, hi-
pofiz bir sıra hormonlar hazırladığı kimi piqment 
mübadiləsini nizama salan melanfor hormonu da hazır-
layır. Sonra bu qurbağanın qarın boşluğuna 0,2 ml pituitrin 
yetirdikdə, 30 dəqiqə müddətində  dərinin tündləşdiyini 
müşahidə edirik. 
 Hipofiz 
çıxarılandan 15 – 30 gün sonra qurbağada 
əzələ zəifləyi, halsızlıq müşahidə edilir. 
 
 
Şəkil 87. Qurbağanın ağız boşluğunun sərt damaq tərəfdən 
görünüşü: A-selikli qişanı ayırdıqdan sonra; 1-hipofiz yerləşən sahə; 
2-3-əsas sümüyü; B-sümük qığırdaq parçasını kənar  
etdikdən sonra; 1-hipofiz;  2-boz qabar; 3-görmə çarpazı. 
 


Yüklə 4,61 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə