E. M. Hacizadə T.Ə. Paşayev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/58
tarix26.05.2018
ölçüsü2,8 Kb.
#46031
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

 
fraqmentləri nəzərə almalıdır. Burada, ilk növbədə-qaz sekto-
runun unifikasiyasına təşəbbüs edilməli, paralel olaraq köhnə 
sistemin rekonstruksiyası, diversifikasiyası, müəyyən çərçivədə 
özəlləşdirilməsi aparılmalıdır. Eyni zamanda: 
 
vahid qaz sektoruna daxil edilə biləcək strukturların, in-
frastrukturun, ehtiyatlar potensialının inventarizasiyası-
nın aparılması; 
 
mövcud potensiala müvafiq ehtiyatlara, perspektivlərə 
uyğun olaraq yaxın 50 il üçün Azərbaycanın qaz strate-
giyasının, müvafiq qaz balansının işlənib hazırlanması; 
 
antiinhisar prinsiplərini nəzərə alaraq dilyusiya, digər 
mənada kapitalın artırılması ilə nüfuzun 
yüksəldilməsini ifadə edən şirkətlərin təşkili; 
 
qaz strategiyasının həyata keçirilməsində müvafiq qaz 
fondunun təşkili; 
 
ödənişlərdə akkreditiv, paqament (nağd pul ödənişləri
qaydalarına üstünlük verilməsi; 
 
təchizatı yaxşılaşdıran səmərələşdirici təkliflərin «nou-
xou»ların yeni məhsuldar formalarının tətbiqi; 
 
texnoloji yenidənqurmanın həyata keçirilməsi, qaz 
avadanlıqları, qurğuları, məişət qaz cihazları, qaz, emal 
edən, təmizləyən, mini zavodların inşasını stimullaş-
dırılması; 
 
qaz nəzarətini həyata keçirən ayrıca qurumun təsis 
edilməsi; 
 
itkiləri azaldan, rasional mexanizmlərin tətbiqi, qanun-
vericilik şəbəkəsinin təkmilləşdirilməsi; 
 
mütərəqqi idarəetmə formalarının genişləndirilməsi 
yaxın zamanların strateji planında əksini tapmalıdır. 
 
 
 
 
 
 
72


 
2.3. Struktur islahatları və yeni idarəetmə formaları 
 
Bəşər cəmiyyəti uzun illərdir ki, torpağa, işçi qüvvəsinə, 
müəyyən qədər də texnologiyaya əsaslanan aqrar-ticarət 
iqtisadi cəmiyyətdən-informatikada, yaradıcı  və yeniçilikdə 
ifadə olunan intellektual-maarifçi bir cəmiyyətə  qədəm qoy-
muşdur. Qlobal axının, ekoloji meyllərin, texniki nəaliyyətlərin 
müəyyən edilməsi keçmişin tələb və metodlarının 
dəyişikliklərində  əks olunur. İndi təbəddulatlara uyğunlaşma 
cəmiyyətin  əsas vəzifələrində daha çox ehtiva olunmaqdadır. 
Sosial ovqat, dini dünyagörüşü, milli-mədəni faktorlar yetərli 
səviyyədə dəyişkənliklərə uğrayaraq inkişafın xarakterini təyin 
edən amilə çevrilir. Yeni texnologiyalar hamıya xoşbəxtlik 
gətirmir. Müəyyən məqamlarda o insanı öz taleyinə  nəzarət 
baxımından mənfi izlər qoyur. Bazarın təbii qanunları sosial 
ədaləti və vicdan haqqı normalarını, öz qayəsinə istinadən, heç 
də tam tərənnüm etmir. Kasıb və varlı arasında məsafə 
yüksəlir. Belə inkişafda isə onların maraqları bərabər olmayan, 
daha dərin səviyyədə görünə bilər. Dünyanın heç bir ölkəsində 
kosmopolit siyasət aparılmır. Nə qədər milli siyasət aparılsa da, 
konservatizmdən çox konyukturaya xidmət olunur. 
Müasir iqtisadi inkişaf yeni iqtisadi texnologiyalara 
əsaslanaraq daim təkmilləşmədə  tərəqqi edir. Bu dinamik 
proses təsərrüfat subyektinin strukturunun dəyişikliklərində 
onu mütərəqqi formalarla idarə edilməsinin təkmilləşməsində 
əks olunur. Öyrənən təşkilat daimi və ardıcıl təlimin mühüm-
lüyünü anlayır. Həm fərdi, həm də kollektiv anlamda, bu 
strateji xətt rəqiblər arasında üstünlüyün təminatçısı  və 
rəhnidir. Səmərəliliyi təşkilatın minimal xərclərlə  məhsul 
verimini, qabiliyyətinin nəticələrini qiymətləndirən 
qısamüddətli bir meyar kimi xarakterizə etmək olar. Bazar 
yönümlü müasir təşkilat rəqabət üstünlüyünü saxlamaqda yeni 
ciddi problemlərlə qarşılaşır. İndiki reallıqlar müasir təşkilatın 
problemlərini aşağıdakı düzümdə təsnifləşdirir: 
 
73


 
 
savadlı rəhbərlik; 
 
servisin keyfiyyəti; 
 
maliyyə möhkəmliyi; 
 
sosial məsuliyyət; 
 
istedadların cəlb edilməsi. 
Təşkilati problemlərin həlli ilk növbədə, ardıcıl struktur 
islahatlarında, quruluşun rasional dəyişikliklərində ehtiva ol-
unur. Struktur islahatların milli iqtisadiyyatımızda müasir 
məqamda daha çox neft sektorunda vacib iqtisadi elementə 
çevrilir. Sahənin iqtisadiyyatdakı mövqeyi müvafiq proseslərin 
burada daha əsaslı  şəkildə  və erkən aparılmasını  şərtləndirir. 
Yeni iqtisadi sistemdə  əlverişli mövqeyi tutmaq, çevik bazar 
mexanizmləri ilə  təhciz olunmaq belə inkişaf senarisini qaçıl-
maz edir. 
Milli neft-qaz kompleksinin köhnə yataqları  əhatə edən 
strukturu planlı  təsərrüfat sistemindən miras qalmışdır. Yeni 
iqtisadi sistemə keçidin 9 ili ərzində burada əsaslı struktur 
dəyişiklikləri aparılmışdır. Təsərrüfat subyektlərinin məzmunu, 
quruluşu, istehsalat birliklərində mərkəzi aparatın forması itti-
faqda mövcud olmuş strukturdan o qədər də köklü fərqlərə 
malik deyildir. Total iqtisadiyyatın prinsiplərini rəhbər tutan 
bir çox istehsal və xidmət qurumları  hələ  də  fəaliyyətdədir. 
Neft-qaz hasilatının təmin edən istehsalat birliklərində  işçi-
təhcizat birliyi, mənzil-kommunal təsərrüfatları, tikinti-
nəqliyyat təşkilatları özəl formalarını saxlamaqda davam edir. 
Bazar təcrübəsi göstərir ki, böyük və kiçikliyindən asılı olma-
yaraq heç bir müasir neft-qaz hasilatını təmin edən şirkətlərdə 
müvafiq qurumlar mövcud deyildir. Hətta hasilatın son 
dərəcədə bağlı olduğu qazma təşkilatları belə prosesdə 
müstəqil özəl statusda iştirak edirlər. Kompleksin daha çevik 
manevrli təşkilata çevrilməsi bazar prinsiplərinə  əsaslanan 
struktur islahatlarından, istehsalın geniş restruktizasiyası 
prosesindən asılıdır. Bunun üçün neft-qaz sənayesində aparılan 
islahatların tərkib hissəsi kimi ilk növbədə struktur islahat-
 
74


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə