E. M. Hacizadə T.Ə. Paşayev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/58
tarix26.05.2018
ölçüsü2,8 Kb.
#46031
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

 
larına geniş yer verilməlidir. Ümumi nəzəri baxışda, 
kompleksdə struktur islahatlarının aparılması sadə görünə bilər. 
Lakin daha dərinliklərə nüfuz etdikdə, struktur islahatlarını 
əhatə edən layihələrin nə  qədər mürəkkəb olduğunu görmək 
olar. Bu gün kompleksdə  həlli vacib olan yeni islahatlar 
prosesinə başlamağa mane olan bir çox obyektiv və subyektiv 
amillər mövcuddur. Uzun müddət dövlətçilik  ənənələri pozul-
muş bir məmləkətdə tamamilə tanış olmayan bir sistemin 
prinsiplərinə uyğun, kompleksli, ardıcıl, proqramlı islahatların 
aparılması  çətin bir işdir. Keçmiş ittifaqı  təmsil edən ölkələrdə 
analoji proses müxtəlif çalarları ilə inkişaf tapmaqdadır. Şübhəsiz 
ki, bu strategiyada Rusiyanın adaptasiya imkanları daha 
yüksəkdir. 
Azərbaycanın neft kompleksində, bütünlüklə yanacaq 
sənayesində başlanan islahatlar ləng templərdə ifadə olunsa da, 
inkişaf məqamlarını yaşayır. Artıq energetik sektoru «bir bay-
raq» altında birləşdirmək istəkləri gerçəkləşməyə doğru 
istiqamət alır. Bu işə müxtəlif xarici şirkətlər də cəlb edilmiş-
dir. Əsas ideya isə ondan ibarətdir ki, neft və qazın hasilatını, 
emalını və satışını təmin edən ARDNŞ enerji istehsalı və satış-
ının reallaşdırdı. «Azərenerji» SC, təbii qazın saxlanılması, 
nəqli və təhcizatının özündə birləşdirən «Azəriqaz» QSC vahid 
Yanacaq Energetika Nazirliyində birləşməsidir. Yeni qurumun 
adı o qədər də prinsipial səviyyə daşımır.  Əsas cəhət ondan 
ibarətdir ki, bu layihənin üstün cəhətləri və praktiki nəticələri 
haqqında nümunə olacaq oxşar təsisatların səmərəli fəaliyyəti 
məlumdur. Lakin bununla belə onun reallaşmasında gecikmələr 
mövcuddur və bu səbəb o qədər də aşkar deyildir. Apardığımız 
tədqiqatlar belə bir nəticəyə gəlməyə əsas verir ki, müvafiq bir 
qurumun yaradılması səmərəli olardı. Əvvəla ona görə ki, belə 
təşkilat paralel funksiyaları yerinə yetirən strukturlardan azad 
olaraq, lüzumsuz iş yerlərini təcrid etməklə, daha səmərəli 
fəaliyyət göstərər, ağır borclar probleminin həllinə mülayimlik 
gətirərək təsərrüfat subyektlərinin maliyyə dayanıqlığını artı-
 
75


 
rar. Birləşmə geniş sferanı əhatə etsə də, bizim tədqiqatımız bu 
konteksdə daha çox neft-qaz sənayesinə daxil olan qurumlarda 
bazar iqtisadiyyatına uyğun strukturunun formalaşmasına 
yönəlmişdir. 
Fikrimizcə, struktur islahatları ilk mərhələdə neft 
şirkətini təmsil edən ayrı-ayrı aparıcı neft istehsalat 
təşkilatlarını əhatə etməli idi. Bunun üçün öncə ehtiyatları, po-
tensial gücü, əmlakı, insani resursları, dəyişkənliyin miqyasını 
dəqiqləşdirərək, bazar iqtisadiyyatı qaydaları inkişaf tapan 
xarici neft kompaniyalarına uyğun strukturun konturlarını 
müəyyənləşdirmək lazımdır. 
ARDNŞ-də islahatların radikal aparılmasında məşğulluq 
problemi qorxu mənbəyi hesab edilir. İndi burada 80 mindən 
çox işçi heyəti çalışır ki, onların da yalnız 70%-ə qədəri neft-
qaz hasilatının təminatına cəlb olunmuşlar.  İslahatların 
dərinləşməsi, bazar prinsiplərinə uyğun təkmilləşməsi isə bir 
çox müəssisə və təşkilatlarda iş yerlərini itirilməsi ilə nəticələ 
bilər. Onsuz da gec-tez ənənəvi planlı iqtisadiyyata söykənən 
struktur öz yerini yeniləşən mütərəqqi bazar subyektinə təhvil 
verəcəkdir. Lakin hakimiyyət orqanları  cəsarət nümayiş 
etdirərək, bu prosesin sürətləndirilməsini gerçəkləşdirə bilərlər. 
Burada ilk növbədə, istehsalatda mühüm olmayan obyektlərdə 
işə  qəbulu məhdudlaşdırmaq olar. İş yerlərinin ixtisarına belə 
yanaşma kompleksdə çoxdan tətbiqini almışdır. Lakin «protek-
sionist» və «lobbist» meyllər belə  qərarların ciddiliklə yerinə 
yetirilməsinə  əngəllər törədir. Bu təzahür islahatlar prosesinə 
ayrı-ayrı  fərdlərin biganə münasibətindən irəli gəlir. Təkrarən 
müqayisəli təhlil obyekti seçdiyimiz Rusiya Federasiyasında 
neft-qaz sektorunda islahatların sürəti respublikamızda 
müvafiq templəri qat-qat üstələyir. Artıq neçə illərdir ki, bu-
rada neft-qaz təmin edən iri istehsal birlikləri səhmdar 
cəmiyyət formasında fəaliyyət göstərirlər. Ölkədə yaxşı  dərk 
edilir ki, hər hansı bir qurumun, strukturunun 
təkmilləşdirilməsi permanent prosesidir. Belə ki, nəhəng 
 
76


 
«Qazprom» SC indi növbəti daxili struktur dəyişikliklərinə 
təşəbbüs edərək, yeni restruktizasiyaya hazırlaşır. Nəqliyyat-
texnoloji, təmir, servis strukturlarının  şirkətin tərkibində  çıx-
arılması  və onlarla müqavilə  əsasında münasibətlərin qurul-
ması  nəzərdən keçirilir. Milli neft sənayemizdə müvafiq 
istehsal qurumları  səhmdar cəmiyyət quruluşuna daxil olma-
salar da, burada onları təmsil edən təşkilatların tərkibindən çıx-
arılması, ayrılması  nəzərdə tutula bilər. Belə olan halda, 
istehsalat prosesini iki prinsip üzərində qurmaq olar: 
1.
 
Münasibətlərin üfqi sistemlə müqavilə  əsasında 
qrulması; 
2.
 
Onların özəlləşdirilməsi. 
Lakin bunlar da görüləcək  əsaslı  işlərin sütununu təşkil 
etmir. Möhkəm bazar rejiminə  çıxış daha dərin, elmi 
əsaslandırılmış islahatlar prosesinə  təşəbbüs tələb edir. Bizim 
fikrimizcə, neft-qaz sektorunda struktur islahatlarını  aşağıdakı 
tezislərdə ifadə etmək olar: 
 
istehsalın restruktizasiyasının aparılması; 
 
bazar prinsiplərinə müvafiq çevik infrastrukturun for-
malaşdırılması; 
 
xidmətçi təşkilatların özəlləşdirilməsi; 
 
neftqazçıxarma müəssisələrinin real bazar subyektinə 
çevrilməsinin sürətləndirilməsi
 
köhnə yataqlarda kontrakt və lisenziya sisteminə keç-
idin təmin edilməsi; 
 
iqtisadi artımın mümkün sahələrində investisiyaların 
cəlb edilməsinin yaxşılaşdırılması; 
 
məhsulun maya dəyərini aşağı salınması  tədbirlərinin 
həyata keçirilməsi; 
 
məhsulun satışı prosesində  nəğd ödəmənin və ya ak-
reditiv sistemin tətbiqinə nail olunması; 
 
müəssisələrdə partnyorluq münasibətlərinə  əsaslanan 
işgüzar bazar qaydalarına uyğun əməkdaşlığa keçilməsi 
 
 
77


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə