E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə16/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   12   13   14   15   16   17   18   19   ...   121

 
35
Beynəlxalq ticarətdə artım, istehsalın yüksəlişində, beynəlxalq  əmək bölgüsünün inkişafı 
ayrı-ayrı  əmtəə  xərclərinin azalmasında ifadəsini taparaq liberalizasiyanın üstünlüklərini  əks 
etdirir. Lakin bununla belə, liberalizasiyanın az olmayan əleyhidarları da vardır.  Əleyhidarlıq 
elementləri özünü iqtisadi inkişaf etmiş dövlətlərin ikinci və üçüncü eşalonda təmsil olunan 
ölkələrlə münasibətlərində disproporsiyaların mövcudluğunda nəzərə çarpdırır. Belə ki, dünya 
bazarına əsasən xammal və kənd təsərrüfatı məhsulları çıxaran, yetkin iqtisadi inkişaf etməmiş 
dövlətlər idxal əmtəələrinə qapılarını geniş açdıqda, onlara mənsub yerli müəssisələr sadəcə 
rəqabətə dözməyərək iflasa uğrayacaqlar. Perspektivdə isə milli sənaye sonrakı inkişaf 
templərindən geri düşəcəkdir.  İqtisadiyyatın bu ümumi qanunu bizim ölkəmiz üçün də eyni 
təsirlidir. Buna görə  də dünya bazarında  əsasən xam neft və neft məhsulları ilə  təmsil olunan 
respublikada yerli istehsalın və milli biznesin mühafizəsinə qayğı daha da artırılmalıdır. Bu 
istiqamətdə dünya təcrübəsində intişar tapmış iqtisadi mühafizə metodları və mexanizmlərindən 
daha dolğun və sistemli istifadə edilməlidir. Dövlətin əlində daxili istehsalı qorumağın və milli 
biznesi mühafizə etməyin arsenalı geniş  və  zəngindir. Tarazlaşdırılmış liberalizasiyon və 
proteksionist tendensiyalı siyasət bu strateji istiqamətin prioritetlərini təşkil etməlidir. 
Müasir proteksionist tədbirlər sistemi geniş  şəbəkəlidir. Burada daxili bazarda milli 
sahibkarlara müəyyən məhsulların istehsalı və satışı üzrə inhisarçı hüquqların, vergi güzəştlərinin 
verilməsi, subsidiyaların ayrılması  əhəmiyyətli səciyyə daşıyır. Digər tərəfdən bu tendensiyada 
əsaslı rolu antidempinq prosseduru oynaya bilər. Bazar iqtisadiyyatında geniş intişar tapan ingilis 
mənşəli istilah dempinq konkret interpretasiyada tullamaq, iqtisadi sferada isə əmtəələrin xarici 
bazarlarda maya dəyərindən aşağı qiymətə satılması mənasını ifadə edir. Burada əsas prinsiplər 
leytmotivində bazarın fəth olunması  və  rəqabətdə  qələbənin təmin edilməsi hədəfi dayanır. 
Dempinqdən mühafizə olunmaq məqsədi ilə bir sıra ölkələrdə antidempinq prossedurları, daha 
dəqiq isə idxal mallara üstün gömrük rüsumlarının qoyulması  tətbiq edilir. Dempinqlə bağlı 
mülahizələr yürüdərkən idxalın-importun formalaşmış praktiki xüsusiyyətləri də  nəzərə 
alınmalıdır. Belə ki, import aşağıdakı təsnifatlı üç böyük kateqoriyaya ayrılır: 
1.
 
görünən; 
2.
 
görünməyən; 
3.
 
kapital importu. 
Görünən import real əmtəələrin hərəkəti kimi xarijdən alınan məhsulların ölkəyə 
gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında 
ehtiva olunur. Buraya konkret olaraq ölkə  vətəndaşlarına xarici kompaniyaların xidmətlər 
göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının 
alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların 
milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə 
investisiya qoyuluşları ilə  çıxış etmələri  şamil olunur. Bütün import kateqoriyaları eksportla 
birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər. Ticarət balansına isə eksport və importun ilk iki 
kateqoriyası aid olunur. Müsbət ticarət balansı ölkənin iqtisadi vəziyyətinin yaxşı olduğunu ifadə 
edir. Bu sırada Yaponiya ölkəsi ənənəvi olaraq yüksək müsbət balansa - profisitə malikdir. 
Azərbaycanda da antidempinq təyinatlı prossedurlar tətbiq olunmaqdadır. Lakin bizim 
tədqiqat məqsədimiz bu prossedurların təkcə konyuktur məqamlarla deyil, analitik hesablanmış, 
elmi  əsaslandırılmış çevrədə geniş  tətbiq olunmasını  şərtləndirir. Belə ki, müvafiq istiqamətli 
siyasət balanslaşdırılmış meyarlar üzərində qurulmalıdır. Ölkə iqtisadiyyatını liberal axından 
daha davamlı mühafizəsini təmin etmək üçün respublikamızın Beynəlxalq Ticarət Təşkilatına 
daimi üzv kimi daxil olması zəruridir. 
Azad sahibkarlıq və yaxud «xalis kapitalizm» iqtisadiyyatın liberallığını  tərənnüm edən 
mahiyyətdir. Lakin liberal iqtisadiyyatın imkanları da sonsuz deyildir. Radikal liberalizmin 
banisi F.Xayek zaman yetdikcə pullların sahibkarlar tərəfindən buraxılacağı perspektivini 
dəyərləndirmişdir. Bu məqam isə liberalizmin hələ  də  məntiqi zirvəyə yetişmədiyini diqqətə 
gətirir. 
 


 
36
Liberal iqtisadiyyat və proteksionism siyasəti eyni iqtisadi mühərrikin hərəkətverici 
qüvvələridirlər. Dayanaqlı sosial-iqtisadi inkişafa müvəffəq olmaq istəyən dövlət isə bu iki 
seqmentin, liberalizasiya strategiyasının və proteksionizmin tarazlı proporsionallığını 
inteqrasiyon proseslərdə dolğun təmin etməyə borcludur. 
Liberalizim kapital dünyasının özəlliklərindən qaynaqlanır. Kapitalizmin liberal tənqidçisi, 
məhşur filantrop, görkəmli iqtisadçı alim Corc Soros kapitalizmi özünün təbirincə, bir neçə 
kəlmə ilə izah etmək mümkün olmayan refleksivlik nəzəriyyəsində tənqid edərək vurğulayır ki, 
refleksivlik nəzəriyyəsi sosial və iqtisadi hadisələrin izahında  ənənəvi iqtisad elmində yer alan 
konsepsiyalardan üstündür. Bazar fundamentalizmi kollektiv qərar mexanizmini ləğv etməklə 
bazar dəyərlərini siyasi və ictimai dəyərlərdən üstün etməyə səy edir. C.Soros kapitalizmi tənqid 
edərək deyir ki, mən onun məhv edilməsini  istəməyirəm. O bütün digər alternativlərdən 
üstündür. Əksinə mən dünya kapitalist sisteminin özünüməhvinin qarşısını almaq niyyətindəyəm. 
Bunun üçün bizə daha çox açıq cəmiyyət konsepsiyası  gərəkdir. Kapitalizm sistemi isə açıq 
cəmiyyətin təhrif olunmuş formasıdır. 
İqtisadi tsikl eniş, depressiya, canlanma və yüksəlişi  əhatə edən dörd fazadan keçir. 
Yüksəliş iqtisadi inkişaf  əyrisinin yüksək nöqtəsi depressiya isə onun aşağı  həddidir. Bununla 
belə qeyd olunmalıdır ki, ən müdrik depressiya iqtisadiyyat üçün gərəkli ola bilər. Belə vəziyyət 
iqtisadi sistemi daha səmərəli və canlı işləməyə vadar edir. Bu reallıq həm makro, mikro və həm 
də meqa iqtisadiyyatda da eynən təzahürlüdür. Vurğulanmalıdır ki, depressiya yeni iqtisadi 
tsiklik başlanğıcıdır. Bu baxımdan depressiyon faktor liberal iqtisadiyyatın  əvəzləyicilərini 
stimullaşdıracaqdır. Liberal iqtisadiyyatın əvəzləyiciləri sırasında isə virtual məkanlı onlayn və 
silikli mənafeləri ifadə edən korporativ iqtisadiyyat hədəf seçilir. Hər iki istiqamətdə  işlər 
ahəngdarlıqla inkişaf edir. İndi inkişaf etmiş ölkələrdə hesablaşmalar virtual obrazda 
gerçəkləşdirilir. Uzaq gələcəkdə pulun enerji ekvivaletinə çevrilmə reallığının daşıyıcısı kimi 
virtual hesablaşmalar təmin edəcəklər. Korporativ iqtisadiyyatın sferası da genişlənməkdədir. 
Əsrin ortalarında dünya iqtisadiyyatında sahəvi korporativlərin iqtisadi gücü və  təsir sferası 
dövləti gücləri ötəcəkdir. Korporativ parlamentlər iqtisadiyyatın tənzimlənməsində aparıcı güc 
mərkəzlərinə çevriləcəklər. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə