88
FIRLANMA OLMAYAN HALDA CİSİMLƏRİN TARAZLIQ ŞƏRTİ.
Fərz edək ki, şəkil 105 -də göstərilən cismə irəliləmə hərəkəti verə bilən
iki qüvvə tətbiq olunmuşdur. Bu cismin tarazlıqda qala bilməsi üçün, aydındır ki,
həmin qüvvələr modulca bərabər, istiqamətcə əks olmalıdırlar. Başqa sözlə
desək, bu qüvvələrin həndəsi cəmi olan əvəzləyici qüvvə sıfra bərabər olmalıdır:
0
2
1
F
F
.
Əgər cismə iki qüvvə yox,
sayda qüvvə
təsir edərsə, onda
Şəkil 105.
tarazlıq şərti
0
······
3
2
1
n
F
F
F
F
kimi olar.
Deməli,
fırlanma olmayan halda, yəni irəliləmə hərəkəti edə bilən cismin
tarazlıqda qalması üçün ona tətbiq olunmuş bütün qüvvələrin həndəsi cəmi
sıfra bərabər olmalıdır.
FIRLANMA OXU OLAN CİSMİN TARAZLIQ ŞƏRTİ.
Sadə mexanizmlər.
Əl əməyini yüngülləşdirmək üçün istifadə olunan
tərtibatlar sadə mexanizmlər adlanır. Sadə mexanizmlərə misal olaraq lingi, mail
müstəvini, müxtəlif blokları, hidravlik maşını (presi), pazı və s. göstərmək olar.
1.
Ling.
Tərpənməz dayaq ətrafında fırlana bilən bərk cisim ling adlanır. Şəkil
106 -dan göründüyü kimi, lingdən istifadə etməklə, biz kiçik qüvvəmizi böyük
qüvvəyə çevirmiş oluruq. Deməli, ling kiçik qüvvəni böyük qüvvəyə
çevirməklə, qüvvədə qazanc vermiş olur.
Aydındır ki, qüvvədə qazanc əldə
etmək üçün biz kiçik qüvvəmizi lingin uzun
qoluna tətbiq etməliyik.
Bu halda lingin
kiçik qolunda böyük qüvvə yaranacaq.
Lingdə qüvvələrin tarazlıq şərti.
Dediklərimizdən aydın olur ki,
lingin tarazlıqda qala bilməsi üçün ona
Şəkil 106.