93
Məsələn, yükü mail müstəvinin köməyi
ilə maşina qaldırarkən və yaxud da dik
yamaca qalxarkən və s. biz yolu uzatmaqla,
qüvvədə qazanmış oluruq (şəkil 114).
Şəkil 114.
Tarazlığın növləri.
Dayanıqlı tarazlıq.
Əgər cismin tarazlıq vəziyyətindən azacıq
meyli zamanı onu əvvəlki vəziyyətinə qaytaran
qüvvə meydana çıxırsa, tarazlığın belə halı
dayanıqlı tarazlıq adlanır (şəkil 115).
Fırlanma oxu olmayan cisim çökük səth
üzərində olarkən onun tarazlığı dayanıqlı olur.
Fırlanma mərkəzi
Fırlanma oxu olan cismin isə dayanıqlı
tarazlıq halında ola bilməsi üçün onun fırlanma
Kütlə mərkəzi
mərkəzi kütlə mərkəzindən yuxarıda yerləşməlidir.
Dayanıqlı tarazlıq halı Yerin səthindən
Hesablanan hündürlüyün və yaxud da potensial
enerjinin minimum qiymətinə uyğun gəlir.
Şəkil 115.
Dayanıqsız tarazlıq.
Əgər cismin tarazlıq vəziyyətindən azacıq
meyli zamanı onu əvvəlki vəziyyətindən daha da
uzaqlaşdıran qüvvə meydana çıxırsa, tarazlığın
belə halı dayanıqsız tarazlıq adlanır (şəkil 116).
Fırlanma oxu olmayan cisim qabarıq
səth üzərində olarkən onun tarazlığı dayanıqsız
olur. Başqa sözlə desək, kiçik təkan nəticəsində
cisim bu vəziyyətdən çıxaraq, öz tarazlığını
Kütlə mərkəzi
itirəcəkdir. Fırlanma oxu olan cismin
isə
dayanıqsız tarazlıq halında ola bilməsi üçün onun
Fırlanma mərkəzi
fırlanma mərkəzi kütlə mərkəzindən aşağıda
yerləşməlidir.
Şəkil 116.
94
Dayanıqsız tarazlıq halı potensial enerjinin maksimal qiymətinə uyğun
gəlir. Oturucaq sahəsi olan cismin ağırlıq qüvvəsinin istiqaməti oturacaq
sahəsindən kənara çıxan halda onun tarazlığı dayanıqsız olur.
Fərqsiz tarazlıq.
Əgər cismin tarazlıq vəziyyətindən azacıq meyli zamanı onu əvvəlki
vəziyyətindən nə uzaqlaşdıran, nə də əvvəlki vəziyyətinə qaytaran qüvvə
meydana çıxmırsa, tarazlığın belə halı fərqsiz tarazlıq adlanır (şəkil 117)
.
Fırlanma oxu olmayan cisim üfüqi səth üzərində olarkən onun tarazlığı
fərqsiz olur. Fırlanma oxu olan cismin isə fərqsiz tarazlıq halında ola bilməsi
üçün onun fırlanma mərkəzi kütlə mərkəzi ilə üst-üstə düşməlidir.
Kütlə mərkəzi
Fırlanma mərkəzi
Şəkil 117.
Fərqsiz tarazlıq halında cismin potensial enerjisi dəyişməz qalır.
95
MOLEKULYAR FIZIKA
MATERİYA. MADDƏ.
Kainatı dolduran hər şey materiya adlanır. Materiyanın maddə və sahə
kimi formaları vardır. Belə çıxır ki, kainat maddə və sahə ilə doludur.
Maddə və ya materiyanın maddə forması dedikdə onun elə forması başa
düşülür ki, o bizim hiss orqanlarımıza təsir edərək duyğu əmələ gətirə bilsin.
Materiyanın hiss orqanlarımıza təsir edib, duyğu yarada bilməyən forması
onun sahə forması adlanır. Materiyanın sahə forması da onun maddə forması
kimi bizim şüurumuzdan, istəyimizdən, onun haqqındakı təsəvvürlərimizdən asılı
olmayaraq real mövcuddur.
Biz hələlik materiyanın maddə forması ilə tanış olacağıq. Maddənin bərk,
maye və qaz kimi növləri vardır.
Öz həcm və formasını saxlaya bilən maddələr
bərk, həcmini saxlayıb,
formasını asanlıqla dəyişə bilən maddələr
maye, həcm və formasını saxlaya
bilməyən maddələr isə
qaz maddələr adlanır.
MADDƏ QURULUŞU HAQQINDA ƏSAS POSTULATLAR
(Molekulyar kinetik nəzəriyyənin əsas müddəaları)
‡ Maddələr bərk, maye və qaz halında olmasından asılı olmayaraq,
həddən artıq kiçik ölçüyə və kiçik kütləyə malik zərrəciklərdən (atom və ya
molekullardan) təşkil olunmuşlar. Bu zərrəciklər arasında müəyyən məsafələr
mövcuddur. Bu məsafələr maddənin bərk halında kiçik, maye halında nisbətən
böyük, qaz halında isə daha da böyükdür.
Dediklərimizə aydınlıq gətirmək üçün “
zərrəciyin ölçüsü” və “
zərrəciklər
arasındakı məsafə” anlayışlarını dəqiqləşdirək.
Zərrəciyin ölçüsü dedikdə – zərrəciyi kürə formasında qəbul etməklə,
həmin kürənin diametri başa düşülür və “
” ilə işarə olunur (şəkil 118).