99
isə onların özləri hərəkət etməlidirlər ki, daimi mayedə olan cisimlərə zərbələr
vurmaqla, onları hərəkətə gətirsinlər.
Dar işıq fonunda nizamsız hərəkət edən toz zərrəciklərinin hərəkəti də
Broun hərəkətinə misaldır. Bu halda toz zərrəciklərinin nizamsız hərəkətinə səbəb
hava zərrəciklərinin özlərinin nizamsız hərəkət etməsidir.
Broun hərəkəti maddəni təşkil edən zərrəciklərin daimi nizamsız hərəkət
etməsini və bu hərəkətin sürətinin maddənin temperaturundan asılı olmasını
sübut edən hadisədir.
NİSBİ ATOM VƏ NİSBİ MOLEKUL KÜTLƏSİ.
Müxtəlif maddələrin zərrəciklərinin kütlələrinin müxtəlif olmasına
baxmayaraq, onların hamısı qarşısındakı əmsallar fərqlənməklə eyni tərtibə
malikdirlər. Məsələn, hidrogen atomunun kütləsi m
o
(H) ≈ 10
-26
kq,
m
o
(He) ≈ 4
.
10
-26
kq , m
o
(Li) ≈ 7
.
10
-26
kq, m
o
(Fe) ≈ 56
.
10
-26
kq və s.
Müxtəlif maddələrin atom və ya molekullarının kiloqramlarla təyin
olunmuş bu kütlələri atomun və ya molekulun mütləq kütləsi (və yaxud da
mütləq atom və ya mütləq molekul kütləsi) adlanır və « m
o
» ilə işarə olunur.
Atom və ya molekulların mütləq kütlələri, göründüyü kimi, hesablama üçün
çətinlik törədən rəqəmlərdir. Bunun səbəbi mexanikada bütöv cisimlər üçün
qəbul olunmuş kiloqram etalonunun maddəni təşkil edən zərrəciklər üçün
yaramamasıdır. Ona görə də molekulyar fizikada yeni kütlə etalonu qəbul olunur.
Etalon olaraq ən kiçik zərrəcik olan hidrogen atomu və ya kütləcə ona bərabər
olan karbon atomunun kütləsinin
12
1
–i götürülür. Zərrəciyin hidrogen atomuna
və ya karbon atomunun
12
1
– nə görə tapılmış kütləsi onun nisbi atom və ya
nisbi molekul kütləsi adlanır və « M
r
» ilə işarə olunur.
Nisbi atom və ya nisbi molekul kütləsi
c
r
m
m
M
0
0
12
1
kimi tapılır. Deməli,
nisbi atom və ya nisbi molekul kütləsi – verilmiş maddənin atom və ya
molekulunun mütləq kütləsinin karbon atomunun mütləq kütləsinin
12
1
– dən
neçə dəfə böyük olduğunu göstərir.
Aydındır ki, molekulyar quruluşlu maddələr üçün nisbi molekul
kütləsindən istifadə edilir və nisbi molekul kütləsini tapmaq üçün molekulu təşkil
100
edən atomların sayı nəzərə alınmaqla, atomların Mendeleyev cədvəlində
göstərilmiş nisbi kütlələrini toplamaq lazımdır. Məsələn, M
r
(H
2
O) =
18
16
2
1
,
M
r
(H
2
SO
4
) =
98
4
16
32
2
1
və s.
Deməli, nisbi molekul kütləsi - atomların sayı nəzərə alınmaqla, nisbi
atom kütlələrinin cəminə bərabər olur.
Maddə miqdarı.
Molekulyar fizikada maddə miqdarının vahidi üçün
1 mol adlanan vahid qəbul olunub. Qeyd edək ki, maddə miqdarının bu vahidi BS
sisteminin əsas vahidlərindəndir. Şərti olaraq, kütləsi 12q olan karbon
maddəsinin miqdarı 1 mol qəbul olunub. Müəyyən edilmişdir ki, 12q karbon
maddəsinin tərkibində 6.02 ·10
23
sayda atom vardır. İkinci şərt olaraq, qəbul
olunmuşdur ki, istənilən maddənin 1 molu dedikdə, tərkibində bu qədər zərrəcik
olan maddə başa düşülsün.
1 mol miqdarında maddə dedikdə, tərkibində 12q karbondakı qədər,
yəni 6.02 ·10
23
sayda atom və ya molekul olan maddə miqdarı başa düşülür.
1 mol -un təyinindən görünür ki, istənilən maddənin 1 mol - unu
təşkil edən atom və ya molekulların sayı sabit ədəd olub, 6.02 ·10
23
-ə
bərabərdir. Bu rəqəm Avaqadronun şərəfinə Avaqadro sabiti adlanır və N
A
ilə
işarə olunur.
Deməli, Avaqadro sabiti ədədi qiymətcə istənilən maddənin 1 mol -
undakı zərrəciklərin sayını göstərir :
.
Maddə miqdarı «
» ilə işarə olunur.
Əgər 1 mol - da N = N
A
= 6.02 ·10
23
zərrəcik vardırsa, onda 2 mol - da
N = 2 N
A
, 3 mol -da N = 3 N
A
,
mol – da N =
N
A
qədər zərrəcik olacaq.
Belə çıxır ki,
mol miqdarında maddədəki zərrəciklərin sayını
tapmaq üçün maddə miqdarını bir moldakı zərrəciklərin sayına, yəni
Avaqadro sabitinə vurmaq lazımdır.
Sonuncu ifadədən
A
N
N
alınar. Bu isə o deməkdir ki, maddənin
mollarla miqdarını tapmaq üçün maddəni təşkil edən zərrəciklərin sayını bir
moldakı zərrəciklərin sayına bölmək lazımdır.
Dostları ilə paylaş: |