Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   41   42   43   44   45   46   47   48   ...   112

 
112 
 
mayenin sıxlığıdır.  
İslatmayan maye halında kapilyar boruda mayenin enmə hündürlüyü eyni 
ilə həmin ifadələrlə müəyyən ediləcək. 
İndi  də  en  kəsik  sahəsi  kvadrat  olan  kapilyar  boruda  mayenin    qalxma 
(enmə)  hündürlüyü üçün ifadə  çıxaraq  (şəkil 138).  Bu halda                                              
 
    
   
 
      ifadəsində   
    
       və              
 
     
olduğunu  nəzərə   alsaq,   kapilyar  boruda   mayenin  qalxma                                          
hündürlüyü üçün  
   
  
   
    
ifadəsini  alarıq.                                                          
 
 
İfadə     çıxarılarkən       boruda       mayenin      səthini        
 hüdudlandıran konturun uzunluğunun kvadratın  perimetrinə                                                                                               
(      ) və borunun en kəsik sahəsinin isə kvadratın sahəsinə 
(     
 
)   bərabər   olması    nəzərə    alınmışdır   (burada  «a» 
kvadratın tərəfidir). 
 
Qabla   birlikdə   kapilyar  borunun  a  təcili  ilə   şaquli         Şəkil 138. 
yuxarı və şaquli aşağı  hərəkəti  zamanı  silidrik  formalı boruda mayenin qalxma 
hündürlüyü   
   
  
       
   ifadəsi   ilə   təyin ediləcək. 
 
                                  
QAZIN TƏZYİQİ.   
 
 
 
   
 
 
  
düsturunda    əksər hallarda cismi səthə sıxan qüvvə, yəni cismin 
çəkisi olduğundan, bu cür təyin  olunan təzyiq,  başqa sözlə, çəki təzyiqi adlanır. 
Bərk  cisimlərin və mayelərin təzyiqi məhz onların verilmiş səthdə və ya olduqları 
qabın dibində  yaratdıqları təzyiqdir.                      
Xaotik  hərəkət  ona  səbəb  olur  ki,  qaz  zərrəcikləri  daimi  olduqları  qabın 
divarları  ilə  toqquşaraq,  ona  zərbələr  vurur.  Külli  miqdarda  zərrəciklərin  birgə 
təsiri – zərbəsi müəyyən təzyiq yaradır ki, bu təzyiq də qazın zərbə təzyiqi adlanır. 
Belə çıxır ki, qazların  çəki təzyiqi ilə yanaşı, həm də zərbə təzyiqi adlanan 
təzyiqi  vardır.  
Zərdə təzyiqi dedikdə - qaz zərrəciklərinin nizamsız hərəkəti nəticəsində 
olduqları qabın divarlarına vurduqları zərbələrin yaratdığı təzyiq başa düşülür. 


 
113 
 
Kiçik  həcmli  qablarda  qazın  çəki  təzyiqi  onun  yaratdığı  zərbə  təzyiqi  ilə 
müqayisədə    kiçik  olur.  Ona  görə  də  qazın  təzyiqi  dedikdə,  əsasən  onun  zərbə 
təzyiqi başa düşülür. 
 
Paskal qanunu. 
Maye  və  qaz  zərrəciklərinin  mütəhərrik  olması,  yəni  onların  asanlıqla 
yerini  dəyişə  bilməsi  ona  səbəb  olur  ki,  maye  və  ya  qaz  üzərində  təzyiq 
yaradarkən bu təzyiq həcmə ötürülə bilir, paylana bilir. 
Paskal   müəyyən   etmişdir  ki,  maye  və  qazlar  üzərinə   düşən   təzyiq  
dəyişmədən bütün həcmə bərabər paylanır. 
Maye  və  ya  qazlar  üzərinə  düşən  təzyiqin  bütün  həcmə  bərabər 
paylanmasının  səbəbi  təzyiq  nəticəsində  sıxlaşmış  zərrəciklərin  seyrək  yerlərə 
tərəf hərəkətə gəlməsi və xaotik hərəkət nəticəsində hər tərəfə yenidən bərabər 
paylanmasıdır.  Qeyd  edim  ki,  xaotik  hərəkət  zərrəciklərin  həcm  üzrə  qeyri- 
bərabər  paylanmasına  imkan  vermədiyindən,  ola  bilməz  ki,  qabın  hansısa 
hissəsində zərrəciklərin sıxlığı digər hissəsindəki  sıxlığından fərqli olsun.  
Paskal qanunu bərk cisimlərə aid deyil, çünki bərk cismin zərrəcikləri maye 
və  qaz  zərrəciklərindən  fərqli  olaraq,  mütəhərrik  deyillər  və  ona  görə  də  onlar 
seyrək  yerlərə  tərəf  hərəkət  edə  bilmirlər  və  nəticədə  üzərlərinə  düşən  təzyiqi 
həcmə paylaya bilmirlər. 
 
Atmosfer.  Atmosfer təzyiqi . 
 
Atmosfer  dedikdə,  Yeri  əhatə  edən  hava  qatı  başa  düşülür.  Atmosfer 
əsasən azot (78 %)  və oksigen (21 %) qazlarından ibarət olub, CO
2
, H
2
O və bəzi 
təsirsiz qazlara da malikdir.  
 
Atmosferi  Yerin  ətrafında  saxlayan  Yerin  böyük  cazibə  qüvvəsidir. 
Atmosferin Yeri tərketmə təhlükəsi ola bilərmi? Fərz edilir ki, Ayın da nə vaxtsa 
atmosferi olub və sonradan atmosfer Ayı tərk edib.  
Məlumdur  ki,  cismin  Yerin  cazibəsindən  çıxa  bilməsi  üçün  onun  sürəti  II 
kosmik  sürət  qədər,  yəni 
     
  
   
  qədər  olmalıdır.  Hava  molekullarının  xaotik 
hərəkətinin  orta  sürəti  bu  rəqəmdən  çox  kiçik  olduğundan    atmosferin  Yeri 
tərketmə təhlükəsi yoxdur.  


 
114 
 
 
Atmosfer  Yerin  ətrafına  bir  neçə  min  kilometrlərlə  paylanmışdır,  yəni 
atmosferin dəqiq hündürlüyü yoxdur.  
Atmosfer  Yerin  ətrafına  həm  də  qeyri-bərabər  sıxlıqda  paylanmışdır.  
Yerin  səthinə  yaxın  atmosferin  sıxlığı  ən  böyük  olub,  Yerdən  uzaqlaşdıqca, 
havanın  sıxlığı  azalır.  Deməli,  atmosferin  dəqiq  sıxlığı  da  yoxdur.  Yerin  səthi 
üzərində atmosferin sıxlığı         
  
 
 
     
  
 
 
 qədərdir.  
Aydın  olur  ki,  çox  böyük  hündürlüyə  malik  hava  təbəqəsi  böyük  kütləyə 
(böyük  çəkiyə)  malik  olmalıdır  və  ona  görə  də  Yerin  səthində  və  Yerin  səthində 
olan cisimlərin üzərində böyük çəki təzyiqi yaratmalıdır.  
Aydındır ki, bu halda Yerin səthinə yaxın hava zərrəcikləri səthə zərbələr 
vurmaqla,  həm  də  zərbə  təzyiqi  yaratmalıdır,  lakin  bu  təzyiq  çəki  təzyiqi  ilə 
müqayisədə  çox  kiçik  olduğundan,      atmosfer  təzyiqi  dedikdə, hava  təbəqəsinin 
çəki təzyiqi başa düşülür. 
 
Atmosfer təzyiqi dedikdə bir neçə min kilometrlərlə uzanan və nəticədə 
böyük  kütləyə  (böyük  çəkiyə)  malik  hava  təbəqəsinin  Yerdə  yaratdığı  çəki 
təzyiqi başa düşülür.  
 
Atmosfer təzyiqini Torriçelli çox  
sadə  üsulla  ölçə  bilmişdir.  Bir    metr 
(1000 mm) uzunluğunda  civə  ilə  dolu                                               
borunu  başı  üstə çevirərək, içərisində               
h=1000 mm
    
civə    olan   digər   qaba   salmışdır.  Bu                                                          
h= 760 mm
 
zaman    borudakı   civənin   bir   hissəsi                                                   
qaba     tökülmüş  və   boruda  760 mm 
hündürlüyündə        civə         qalmışdır  
(şəkil 139).                                                                 Şəkil 139. 
Borudabu qədər civənin qalması   
Atmosfer  təzyiqinin 760  mm  civə  sütunun  təzyiqinə  bərabər olması deməkdir.                      
Onda  atmosfer  təzyiqini  müəyyənləşdirmək  üçün  elə  760  mm  civə  sütununun 
təzyiqini  tapmaq  lazımdır.    Bunun  üçün               ifadəsində             
  
 
  
,  
       
 
   
 
 ,              yazmaq  lazımdır.  Onda  atmosfer  təzyiqi  üçün    
                               
 
      alarıq.  
 
Torriçelli  təcrübəni  müxtəlif  vaxtlarda aparmış  və  müəyyən etmişdir ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə