Ecri report fr



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix26.09.2017
ölçüsü0,72 Mb.
#2229
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

23 

olaraq  ECRI  polis  tərəfindən  göstərilən  alçaldıcı  rəftarla  və  həmçinin  polis 

idarələrində  LGBT  şəxslərə  qarşı  kobud  hərəkətlə  bağlı  vətəndaş  cəmiyyətinin 

verdiyi  məlumatlardan  narahatlıq  duyur.    Bunun  nəticəsi  olaraq,  LGBT  şəxslər 

adətən  nifrət  nitqilə  bağlı  polisə  və  ombudsmana  məlumat  vermi

r.

76



    Hilal 

Məmmədov,  Leyla  və  Arif  Yunus  kimi  şəxslərə  göstərilən  rəftarla  bağlı 

məlumatlar zəif qrupların üzvlərinin nifrət nitqini dövlət orqanlarına bildirmələrinə 

də mane olacaq. 

 

42. 


Bu vəziyyəti həll etmək üçün polis zəif qruplara qarşı sərgilədiyi düşmən rəftardan 

əl çəkməli, öz hüquqlarını təşviq edən müxtəlif icmalar və QHT

-

lər ilə mütəmadi 



dialoq  və  əməkdaşlığın  çərçivələrini  müəyyən  etməlidir  (11  saylı  ÜST

-ün  18-ci 

bəndi).  Məsələn,  bunu  inamı  bərpa  etmək  məqsədilə  polis,  ombudsman  və 

LGBT-


lərin də daxil olduğu müxtəlif icmaların nümayəndələri arasında mütəmadi 

dəyirmi  masalar  təşkil  edərək  həyata  keçirmək  olar.  Polis  LGBT  şəxslərin  və 

onların  insan  hüquqlarının  daxil  olduğu  fərqli  cəmiyyətə  polislik  etmək  üçün  də 

təlim görməlidir (11 saylı ÜST

-ün 16-c

ı bəndi). 2012

-

ci ildə keçirilmiş "Eurovision" 



müsiqi  yarışmasında  LGBT  şəxslərə  qarşı  bomba  və  digər  hədələrdən  sonra 

dövlət  orqanlarının  gördüyü  mühafizə  tədbirlərini  həyata  keçirilməsi  bu  cür 

rəftarın dəyişməsilə bağlı müsbət misaldır. 

 

43. 



LGBT  şəxslərə  qarşı  məişət  zorakılığı  ilə  əlaqədar  olaraq  ECRI  Azərbaycanın 

22 iyun  2010-cu  il 

tarixli  Məişət  zorakılığının  qarşısının  alınması  qanununa  bu 

terminin  geniş  tərifini  daxil  etməsi  faktını  alqışlayır  (maddə  1.0.1).  Bu  qanun 

çərçivəsində  görülən  mühafizə  tədbrlərinin  sayının  hələ  də  az  olmasını  və 

aidiyyatı  olan  tərəflərin  zərərçəkmişin  müdafiəsindən  daha  çox  ailə  birliyinə 

üstünlük  verməsini  qeyd  edən

77

 

ECRI  polis  və  digər  səlahiyyətli  qurumları  bu 



çatışmamazlıqları  aradan  qaldırmağa  və  LGBT  şəxsləri  də  qorumaq  üçün 

qanunun alətlərindən istifadə etməyə çağırır.  

 

44. 


ECRI nifrət cinayəti riski altında olan qruplarla dialoq və əməkdaşlıq qurmaq və 

LGBT  şəxsləri  qorumaq  üçün  Məişət  zorakılığının  qarşısının  alınması 

qanunundan  istifadə  edə  bilmək  məqsədilə  polis  və  prokurorluq  orqanlarının 

nifrət nitqi ilə bağlı ola biləcək bütün halları diqqətlə

 

araşdırmalarını tövsiyə edir.  



 

4. 

İnteqrasiya siyasətləri

 

45. 


Azərbaycanda  iki  qrup  şəxsi  inteqrasiya  siyasətlərinə  ehtiyacı  olan  kimi 

göstərmək  olar:  bir  tərəfdən  qaçqınları  və  miqrantlar,  digər  tərəfdən  də  ölkədə 

tarixən mövcud olmuş etnik, dil və din azlıqları.  

 



Qaçqınlar və digər miqrantlar

78

  

46. 


Müsbət  iqtisadi  inkişafın  nəticəsi  kimi  2008

-

ci  ildən  bəri  Azərbaycana  köçən 



insanların sayı ölkəni tərk edənlərin sayından daha yüksək olub.  Dövlət orqanları 

təxminən 9600 şəxsin ölkədə daimi yaşamaq üçün icazə ilə



79

 

və təxminən 42



 000 

şəxsin  müvəqqəti  yaşamaq  üçün  icazə  ilə  qaldığını  söyləyir.



80

 

İllik  əmək 



miqrasiyası kvotası 2014

-

cü ildə 12 000 nəfərə qədər artıb (2010



-

cu ildə 10 700 

nəfər idi). Qeydiyyata alınmış əmək miqrantlarının əksəriyyəti tikinti və həmçinin 

n

eft və qaz hasilatı sektorunda çalışır. Onların həyat şəraitləri ilə bağlı araşdırma 



                                                

76

 

Eurasianet 2014a; Gender və inkişaf 2013: 11; COWI 2010b: § 58.



 

77

 

Bax. ATƏT 2013a: 20.



 

78

 

Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan əsilli 250 000 insan Ermənistandan çıxarılıb və 700 



000-

dən  çox  digər  insan  köçkün  vəziyyətinə  düşüb  (XİN  2013).  Bu  insanların  böyük  əksəriyyəti 

Azərbaycan  əsillidir  və  Azərbaycan  vətəndaşlığına  sahibdir.    ECRI  əhalinin  bu  hissəsinə  göstərilən 

dözümsüzlüklə  bağlı  heç  bir  məlumat  almadığı  üçün  onların  vəziyyətini  daha  araşdırmayacaq  amma  bu 

məsələdə  ixtisaslaşmış  beynəlxalq  qurumların,  xüsusən  də  BMT

-

nin  Məcburi  köçkünlər  üzrə  Xüsusi 



Məruzəçisinin 2015

-

ci il tövsiyələrinə istinad edəcək.  



 

79

 

Dövlət Statistika Komitəsinə əsasən 2015: 94, bu rəqəm 2014



-

cü ildə 1100 nəfər artıb. 

 

80

 

Müvəqqəti  yaşamaq  üçün  icazənin  sayı  2010



-

cu  ildə  30  230

-dan  2015-

ci  ildə  53  953

-

ə  qədər  artıb. 



Daimi yaşamaq üçün icazənin sayı 2010

-

cu ildə 693



-

dən 2015


-

ci ildə 2641

-

ə qədər artıb. 



 


 

24

 



son  dəfə  2009

-

cu  ildə  aparılıb.  Dövlət  orqanları  2014



-

cü  ildə  6022  Türkiyə  və 

1852  Böyük  Britaniya  vətəndaşının  ölkədə  qanuni  şəkildə  işə  alındığını  bildirib. 

Çox böyük sa

yda işçilərin gədiyi digər ölkələr Çin, Hindistan, Gürcüstan, İran və 

Rusiya  Federasiyasıdır.



81

 

Türkiyə  səfirliyindən  2012



-

ci  illə  bağlı  gələn  ziddiyyətli 

rəqəmlərə  görə  43  846  nəfərdən  çox  Türk  vətəndaşı  Azərbaycanda  yaşayır  və 

işləyir.  Onların  30  971  nəfəri  rəsmi  olaraq  qeydiyyata  alınmayıb  və  12  875

-i 

qanuni şəkildə işə götürülüb.



82

 

47. 



ECRI  Azərbaycanda  miqrantların  həyat  şərtləri  və  gəldikləri  ölkələr  barədə  hal

-

hazırda  müfəssəl  məlumatın  olmamasına  təəssüf  edir.



83

  Eyni  zamanda  ECRI 

dövlət  orqanlarının  səmərəli  miqrasiya  siyasəti  həyata  keçirmək  üçün miqrasiya 

sahəsində  müvafiq  statistikaya  ehtiyacla  bağlı  etdkləri  bəyanatı  alqışlayır.



84

  O, 


dövlət orqanlarını bir qrup göstəricini hazırlamağa və miqrantların və onların ailə 

üzvlərinin təhsildə əldə  edilən nəticələr, əmək bazarına çıxış, səhiyyə və mənzil 

kimi  əsas  sahələrdə  inteqrasiyasını  və  həyat  şərtlərini  dəyərləndirmək  və 

yaxşılaşdırmaq  məqsədilə  bu  göstəricilərlə  bağlı  hazırki  statistik  məlumatları 

mütəmadi  olaraq  toplamağa  çağırır.  Bu  sahədəki  beynəlxalq  n

ormalar  bu 

baxımdan dəyərli bələdçi ola bilər.

85

  

48. 



ECRI  Azərbaycanın  miqrantların  inteqrasiyası  və  BMT

-

nin  bütün  əməkçi 



miqrantların  və  onların  ailə  üzvlərinin  hüquqlarının  müdafiəsi  haqqında 

Konvensiyasının  tətbiqi  üçün  atmış  olduğu  addımları  müsbət  şəkildə

 

dəyərləndirir.  Miqrasiya  sahəsində  dövlət  siyasətini  həyata  keçirmək,  miqrasiya 



idarəetmə sistemini inkişaf etdirmək, miqrasiya proseslərini proqnozlaşdırmaq və 

tənzimləmək  və  dövlət  agentliklərinin  bu  sahədəki  fəaliyyətlərini  koordinasiya 

etmək  məqsədilə

  2007-


ci  ildə  Dövlət  Miqrasiya  Xidməti  yaradılıb.

86

  ECRI 


həmçinin  Miqrasiya  Məcəlləsini  qəbul  etmək  barədə  əvvəlki  hesabatda  etdiyi 

prioritet  tövsiyəsinin  yerinə  yetirildiyini  məmnunluqla  ifadə  edir.  Miqrasiya 

Məcəlləsinin əcnəbilərin "adaptasiyası" ilə bağlı 77

-

ci maddəsi dil və inteqrasiya 



dərsləri  kimi  tədbirlərin  də  daxil  olduğu  inteqrasiya  siyasətlərinin  əsasını  qoyur. 

Dövlət  orqanları  daimi  yaşamaq  üçün  icazəni  istədikləri  zaman  miqrantların 

çoxunun qonuşu ölkələrdən gəldikləri və eyni dil və mədəni xüsusiyyətlərə sahib 

olduqları  üçün  məcburi  testi  keçməkdə  problemlər  yaşamadığını  bildirir 

(Miqrasiya Məcəlləsinin 54.5

-

ci maddəsi).



 

49. 


Lakin  ECRI  dövlət  orqanlarının  mənzil,  səhiyyə,  əmək  bazarına  çıxış,  təhsil, 

bərabərlik  və  ayrı

-

seçkilikdən  mühafizə  kimi  əsas  sahələrdə  miqrantların 



inteqrasiya  ehtiyaclarına  həsr  edilmiş  fəaliyyət  planının  və  ümumi  inteqrasiya 

strategiyasının hazırlanmamasına təəssüf edir.



87

 

Üstəlik, Miqrasiya Məcəlləsində 



miqrantlar üçün ciddi məhdudiyyətlər mövcuddur. Miqrasiya Məcəlləsinin 

71.2-ci 


maddəsi  əmək  müqavilələrinin  bitdiyi  zaman  və  qalmaları  üçün  başqa  keçərli 

hüquqi  əsas  olmadıqda  ölkəni  avtomatik  olaraq  sonrakı  10  gün  ərzində  tərk 

etməli  olduqlarını  qeyd  edir.  Miqrasiya  Məcəlləsi  onlara  alternativ  iş  axtarmaq 

üçün  möhlət  vermir 

(amma  BMT-

nin  bütün  əməkçi  miqrantların  və  onların  ailə 

üzvlərinin  hüquqlarının  müdafiəsi  haqqında  Konvensiyasının  51

-

ci  maddəsinə 



baxın)  və  kənara  çıxarmaya  qərar  verildiyi  zaman  onların  fərdi,  ailə  və  sosial 

vəziyyətinin nəzərə alınmasını tələb etmir (Aİ

HK-

nın 8.1


-

ci maddəsi və BMT

-nin 

                                                



81

 

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 2014: §§ 6 və bəndlər.



 

82

 

Miqrasiya Siyasəti Mərkəzi 2013: 1. Bax həmçinin ILO 2012: 33.



 

83

 

Beynəlxalq  Miqrasiya  Təşkilatı  2013b:  58.  Ümumi  işsizliyin  səviyyəsi  2000  və  2013



-

cü  illər  arasında 

təxminən 12

%-

dən 4.9%



-

ə enib (Dünya Bankı Qrupu 2014: 7), məsələn əcnəbilərin işsizliyi ilə bağlı heç bir 

məlumat mövcud deyil. Dövlət orqanları yaşamaq üçün icazənin məşğulluqla bağlılığına görə demək olar 

ki, işsiz əcnəbilərin olmadığını bildirir. 

 

84

 

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 2014: § 3.



 

85

 

Xüsusən Avropa Komissiyası 2013 və ATƏT 2012a



-

ya baxın. 

 

86

 19 mart 2007-

ci il tarixli 560 saylı prezident fərmanı.  

 

87

 

Bu sahədəki beynəlxalq normalar ATƏT2012a



-

da müəyyən edilib. 

 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə