Ecri report fr



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix26.09.2017
ölçüsü0,72 Mb.
#2229
1   2   3   4   5   6   7   8   9   10   ...   20

17 

dəfələrlə  ev  sahibliyi  etdiyini  vurğulayır.    Üstəlik,  2014

-

cü  ilin  mayında  Bakı 



Beynəlxalq  Multikulturalizm  Mərkəzi  yaradılıb  və  ombusdman  həssaslığın 

artırılması kampaniyaları ilə dözümlülüyü təşviq edir. 

 

24. 


Digər tərəfdən, Azərbaycan, Ermənistan və Gürcüstan mediasındakı nifrət nitqilə 

bağlı  2014

-

cü  ilin  oktyabrında  aparılmış  araşdırma  ilə  nəzərdən  keçirilmiş  8679 



Azərbaycan  xəbərinin  342

-

də  (3.9%)  bu  cür  bəyanatların  olması  nəticəsinə 



gəlinib.  Nifrət  nitqi  qəzetlərdəki  xəbərlərdə  8.8%,  elektron  mətbuatda  4.9%  və 

tele


viziya proqramlarında isə 2%  olub.  Etnik  münaqişələrlə  bağlı  196 nifrət  nitqi 

halının  demək  olar  ki,  hər  biri  erməniləri  hədəf  alıb.



30

 

Siyasətçilər  və  dövlət 



məmurları  jurnalistlərdən  sonra  nifrət  nitqinin  ən  böyük  yayıcılarıdır.  Jurnalistlər 

birinci  qaynaq

ları kimi çox  vaxt sosial şəbəkələrdəki xüsusən də Facebook

-

dakı 



postladan  istifadə  edib  və  məlumatı  ikinci  təsdiq  edilmiş  mənbəyə  baxaraq 

sistematik  olaraq  yoxlamayıblar.  Bununla  bağlı  ECRI  son  hesabatında  dövlət 

orqanlarının  ermənilərlə  bağlı  məsələlərə  mənfi  şəkildə  yanaşmaqdan 

çəkinmələri  və  redaksiya  müstəqilliyinə  qəsd  etmədən  mediada  yaydıqları 

xəbərlərin düşmənçilik ab

-

havasının yaranmasına və ECRI



-

ın referans şərtlərinə 

aid  olan  qrupların  rədd  edilməsinə  gətirməməsini  təmin  etmənin  vacibliyini 

medi


aya  başa  salmaları  haqqındakı  tövsiyəni  bir  daha  xatırladır.  Nifrət  nitqinin 

intensivliyinə gəlincə araşdırmanın müəllifləri  böyük intensivliyə sahib nifrət nitqi 

üçün  istifadə  edilən  birinci  kateqoriyaya  şiddətə  və  ayrı

-

seçkiliyə  çağırış  kimi 



sadəcə  bir 

element,  dözümsüzlük  ab-

havası  yaradan  bəyanatlara  337

-

i  və  bir 



qrup  şəxsin  imicinə  mənfi  təsir  edən  üçüncü  kateqoriyaya  isə  25  element 

yerləşdirir.

31

  

25. 



Digər qaynaqlar ermənilərə qarşı təkrarlanan nifrət nitqini təsdiq edir.

32

 



Bu, Dağlıq 

Qarabağ  münaqişəsi,  təmas  xəttində  atəşkəsin  tez

-

tez  pozulması  və  baş  verən 



ölümlər  və  yaralanmalarla  əlaqədardır.

33

 



Məsələn,  Milli  azlıqların  qorunması 

haqqında  Çərçivə  Konvensiyası  üzrə  Məşvərətçi  Komitə  "Dağlıq  Qarabağ 

münaqişəsi  ətrafında  Ermənistanı  və  ermənilərli  həmişə  düşmən  kimi  müəyyən 

edən və açıq şəkildə nifrət mesajları yayan daimi ictimai hekayə" olduğunu qeyd 

edib.

34

 



Digər mənbələrə görə münaqişə ilə bağlı daxili siyasi nitq mövcuddur

35

 



və 

Azərbaycanın rəhbərliyi, təhsil sistemi və mediası ermənilərin pislənməsində

 çox 

fəaldırlar.



36

 

Siyasi  oponentlər  erməni  mənşəli  olmaqda  və  ya  Ermənistan 



qaynaqlarndan  fondlar  almaqda  günahlandırılır.

37

 

Bütöv  bir  azərbaycanlı  nəsli 



bu  nifrət  oyadan  ritorikanı  dinləyərək  böyüyüb.

38

  2012-



ci  il  araşdırmasına  görə 

onların  91%

-

i  Ermənistanı  Azərbaycanın  ən  böyük  düşməni  kimi  görüb.



39

 

Nəticədə  ölkədə  yaşayan  ermənilər  etnik  mənsubiyyətlərini  gizlətməyə  ehtiyac 



duyur və ölkədə ECRI nümayəndəliyinin görüşə biləcəyi erməni azlığının heç bir 

təşkilatı  mövcud  deyil.    Həmçinin  Ermənistanla  barış  üçün  fəaliyyət  göstərmiş 

insan  hüquqları  müdafiəçiləri  Leyla  və  Arif  Yunus    həbs  edilib  və  mübahisəli 

                                                



30

 

Beynəlxalq münaqişələrlə bağlı olanların 32



-

si Rusiyaya və 16

-

sı Ermənistana qarşı olub.



 

31

 

Deutsche  Welle  2014;  Contact.az  2014.  Azərbaycanda  iki  televiziya  kanalı,  iki  qəzet  və  iki  internet 



səhifəsi monitorinq edilib. 

 

32

 

Abbasov 2013: 36 və bəndlər; Civilrightsdefenders.org 2015; Yerevan Press Club və hamısı. 



2013.  

33

 Meydan.tv 2014; Institute for War & Peace Reporting 2014b.  



34

 ACFC 2012: § 50. 



35

 

Abbasov 2013: 57. Ermənistana qarşı nifrət nitqi həmçinin müxalifətdən də gəlir.  



 

36

 

Meydan.tv 2014; Institute for War & Peace Reporting 2012 a və b. Qeybullayeva 2011 bunun xüsusən 



də internetdə "düşmənin insanlıqdan çıxarılması" prosesinə səbəb olduğunu düşünür. Misal üçün bax. The 

Daily Dot 2012. 



37

 

Məsələn, Dövlət Bayrağı Meydanından məsul olan şəxsin işdən azad edilməsi münasibətilə 2015



-ci ilin 

m

ayında edilən şərhlərə baxın: Aze.az 2015: və Abbasov 2013: 36. 



 

38

 Meydan.tv 2015c. 



39

 

Qafqaz  Araşdırmaları Mərkəzi və başqaları. 2013: 21.



 


 

18

 



ittihamlarla  ağır  həbs  cəzalarına  məhkum  edilib.

40

 



Hər  ikisi  2015

-ci  ilin  sonunda 

şərti azadlığa buraxılıb. 

 

26. 



Yaxın  zamanlarda  aparılmış  araşdırmaya  görə  Azərbaycan  antisemitizmlə  bağlı 

müsəlman  ölkələr  içində  ən  aşağı  rəqəmlərə  və  ən  yaxşı  nəticələrə  nail  olaraq 

37-

ci yerdə olub. Buna baxmayaraq respondentlərin 37%



-

i test edilmiş anti

-semit 

stereotiplərə  "bəlkə də doğru"  cavabını  verib  və  sorğuda iştirak  edənlərin  28%



-i 

yəhudilər  barəsində  mənfi  fikirdə  olub.  40%  yəhudilərin  hər  kəs  kimi  olduğunu 

söyləsə  də  41%

-

i  bu  fikirlə  razı  olmadığını  bildirib.



41

 

Digər  dinlərə  gəlincə,  eyni 



araşdırma  respondentlərin  33%

-

nin  xristianlar  barəsində  mənfi  fikirdə  olması 



ortaya 

çıxıb.    Dini  dözümsüzlük  sahəsində  ECRI  2011

-

ci  ilin  yanvarında 



Azərbaycan  İslam  Partiyasının  lideri  Mövsüm  Səmədovun  "dinin  nicatı  üçün 

həyatlar  verilməlidir"  deyən  Məhəmməd  peyğəmbəri  sitat  gətirməsini  və 

Azərbaycanın  "hökümətin  sionistlərin  tam  nəzarətində  olduğu  müddətdə  ən 

böyük faciələrlə üzləşəcəyini" deməsini qeyd edir.

42

  

27. 



İctimai  nifrət  nitqi  həmçisin  lezbiyanlara,  geylərə,  biseksuallara  və  transgender 

şəxslərə  (LGBT)  ünvanlanır.  LGBT

-

lərə  qarşı  nifrət  nitqilə  bağlı  heç  bir  rəsmi 



məlumat  olmasa  da  2

012-


ci  ildə  aparılmış  araşdırmada  respondentlərin  34%

-i 


ailə üzvləri, mülk sahibləri və polis tərəfindən təhqirlər, alçaltma və əla salma ilə 

bağlı  halların  olduğunu  qeyd  edib.

43

 

Azərbaycanlı  gey  rəssamın  vəziyyəti  misal 



kimi  çəkilə  bilər.  Onun  homoseksual  olması  ictimaiyyətə  bildirildikdən  sonra 

qardaşı  onu  öldürəcəyinə  söz  verib  və  bacısı  Azərbaycandan  kənarda  qalması 

üçün  telefonda  ona  qışqırıb.

44

 



Azərbaycandakı  siyasətçilər  və  ictimai  fiqurlar  da 

mütəmadi  olaraq  homosekuallıq  barədə  alçaldıcı  və  ayrı

-seçkilik  yaradan 

bəyanatlarla çıxış edirlər. LGBT şəxslərlə bağlı olan yeni hallarda tez

-

tez alçaldıcı 



dildən istifadə edilir. Siyasi oponentləri və jurnalistləri gözdən salmaq üçün LGBT

-

lərin  cinsi  orientasiyası  haqqında iddialardan da  istifadə edilib.



45

 

Məsələn,  İslam 



Partiyasının  digər  lideri  Elçin  Manafov  2012

-

ci  ilin  yazında  "Eurovision"  müsiqi 



yarışmasından  və  adətən  bu  münasibətlə  təşkil  edilən  gey  parad  haqqında 

bunları bəyan edib:  "Əgər şeytan [gey parad] ölkəmizdə keçirilsə qanımızı İslamı 

müdafiə etmək üçün axıdacağıq və onun keçirilməsinin qarşısını almaq üçün hər 

şeyi  edəcəyik.  Eurovision

-

u  əldə  etmək  üçün  bizim  cəsədlərimizin  üstündən 



keçməlidirlər  [...]  Onlar  bilməlidirlər  ki,  əgər  [gey  parad]  olarsa  bizim  önümüzü 

kimsə  ala  bilməyəcək.  Azərbaycanda  vətəndaş  müharibəsinin  başlamasının 

bizim  üçün  heç  bir  əhəmiyyəti  yoxdur.  Biz  Azərbaycanı  cəhənnəmə 

çevirəcəyik."

46

  2014-


cü ilin avqustunda LGBT təşkilatının internet səhifəsi haker 

hücumuna  məruz qalıb. Onların internet səhifəsi cihadçı bayrağı və bu bəyanatla 

əvəz  edilib:  "Azərbaycanda  sizin  üçün  yer  yoxdur!  Sizin  hamınızı  məhv 

edəcəyik!”

47

  



Nifrət nitqinə verilən cavablar

 

28. 


ECRI  əhali  və  xüsusən  də  Quba  rayonundakı  dövlət  məmurları  arasında 

dözümlülüklə  bağlı  müsbət  addımların  atıldığını  qeyd  edir.    İlk  dəfə  olaraq  o, 

erməniləri,  LGBT  şəxsləri  və  bəzi  dini  icmaları  hədəf  alan  zərərli  nifrət  nitqilə 

mübarizə  aparmaq  üçün  aydın  fəaliyyətə  ehtiyac  olduğuna  düşünür.  Bu 

                                                

40

 

Hər  ikisi  genişmiqyaslı  saxtakarlıq,  qanunsuz  sahibkarlıq,  vergidən  yayınma  və  rəsmi  sənədləri 



saxtalaşdırmaya  görə  məhkum  edilib.    Onlar    ömürlük  həbs  cəzasına  səbəb  olacaq  xəyanətdə  də  ayrı

-

ayrılıqda  ittiham  edilirlər,  Meydan.tv  2015b;  AŞ  İH  Komissarı  2



015;  BBC.com  2015;  Institute  for  War  & 

Peace Reporting 2014a.  



41

 Anti-


Diffamasiya Liqası 2015. Həmçinin bax. PEW Araşdırma Mərkəzi 2013. 

 

42

 

Eurasianet.org 2011. Azərbaycan İslam Partiyası 1995



-

ci ildə qadağan edilib. 

 

43

 

Gender və inkişaf 2013: 25; ILGA Avr



opa 2014: 41. 

44

 BBC.com 2011.  



45

 

Vətəndaş hüquqları müdafiəçiləri 2015: ABŞ Dövlət Departamenti 2014: 35. 



 

46

 ILGA Avropa 2013: 55. 



47

 Caucasus Equality News Network 2014c.  




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə