Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə19/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
67 
 
     Şenlik  Babayı  Borçalının  Şülöyür  qəsəbəsində  erməni  silahlı  qarovul-
çuları  incidəndə  o,  Səməd  Bəyə  gileyini,  “dilbilməz  yağının  cənginə 
düşməyini” şeirlə belə bildirmişdi: 
 Sənsən Qul Şenliyin xoş havadarı, 
 O səbəbdən gəldim bu yana sarı, 
 Şülöyür elinin qoruqçuları 
 Bizi soyub yola saldılar, bəyim. 
 
     Səməd Bəyin ölümü Şenlik Babanın qəlbini göynətmişdi: 
 Ay ariflər, gəlin sizə söylüyüm, 
 Səməd Bəy namında hökmü xan getdi, 
 Qazaxnan Şəmşəddil, külli Borçalı 
 İgidlər içindən belə can getdi. 
 
     Şenlik, bu ağıtında Səməd Bəyin meydana girəndə mərdanə cəng etməyini, 
ayağını  polad  üzənginin  üzməyini,  Alosmanı,  Hindi,  Firəngi  gəzməyini, 
Cəlaliyə  bir  tufan  salmağını  qürur  duyğusuyla  xatırlamış,  onun  ölümündən 
sarsıldığını nəzmə çəkmişdi: 
 
 Şenlik mədh eləyib saldı dastana, 
 Yaşayıb hər zaman rəhmətim ona, 
 Rüstəm tək səs saldı külli cahana, 
 Hayıf, əlimizdən qəhrəman getdi. 
 
     Şenlik Babanın Səməd Bəylə, İsmayılla dostluğu saz-söz üstə köklənmişdi. 
Çünki  Şenlik  demişkən,  onlar  “ustadlardan  əhli-mərfət  alarlar,  müddahdırlar 
saza-sözə”. 
     Borçalının  Abdallı  elindən  Kor  İsmayıla  da  Şenlik  layiqli  qoçaqlama 
qoşmuşdu.  Adı  keçən  İsmayıl  Borçalıda  Səməd  Bəyin  qaçaqlar  dəstəsinə 
qatılıb,  qavğalar  törətmişdi,  Kəşmiri,  Şirazı  da  vəlvələyə  salmışdı,  sonra 
Osmanlıya keçmişdi, sonda ata yurdu Borçalıya dönmüşdü. 
     Hüseyn  Saraçlının  dilindən  yazılmış  Şenlik  Babanın  bu  qoçaqlamasında 
İsmayıl qorxmaz igid kimi vəsf edilir, iftixarla anılır ki, onun şöhrəti Qafdan 
Qafa  yayılmış,  hər  nadanı  məclisində  əyləməz,  laf  ataraq  hirsli-hirsli 
söyləməz,  seyrəqub  yurdunu  abad  eyləməz...  “Məmləkəti  şana  kimi  daradı”, 
“Şam, Hələbdə, Qayseridə var adı”… 
           
 Qavğa günü dağı dələr cidası, 
 Koroğludan çoxdu bunun ədası, 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
68 
 Zaloğludan artıq gəlir sədası, 
 Bərəkallah belə ünə, İsmayıl. 
      
Qoçaqlamada  İsmayılın  Çənlibeldə  Koroğluyla  bərabər  bəzirganlar 
pozmağa  layiq olduğu  söylənir. Kəşmir,  Şiraz,  Çini-Maçin,  Bakı,  Həştərxan, 
İran,  Osmanlıda  mərdlik,  hünər  göstərmiş,  Gürcüstana  da  dəstək  durmuş 
İsmayıl haqqında bu şeirin tapşırması (sonluğu) belədir: 
 İgid odur dözə igid yolunda, 
 Hökmün işlər hər divana elində, 
 Şenlik kimi şairlərin dilində 
 Dastan oldun hər lisana, İsmayıl. 
      
 
İsmayılın ölümünə Şenlik hüznlü ağıt düzüb qoşmuşdu. Bu ağıtda İsmayıl 
dünyaya  şöhrət,  şan  salan,  qoşunlar  dağıdıb  ordular  vuran,  qanlara  qan 
çalxayan,  üç  padşahın  ölkəsinə  sığmayan,  Koroğlu  sədalı  hökmü  xan, 
İskəndər ucalı, Rüstəm əsilli, Hatəm səxavətli, qızılquş caynaqlı tərlan misallı 
tərif edilir. 
     Şenlik  Babanın  “Mehralı  Bəy  Atlıları  Türküsü”  şeiri  də  ilgi  oyadır. 
Borçalının  Darvaz  qəsəbəsindən  olub,  Osmanlıda  yüksələn  cəsur  Mehralı 
Bəyə  həsr  edilmiş  bu  qoçaqlama  o  dönəmdə  olduğu  kimi,  günümüzdə  də  öz 
hay-halayıyla mücadilə, hünər marşıdır: 
 Qurşannıq qılıcı, geyinnik donu, 
 Qavğa buludları sarır hər yanı, 
 Doğdu qoç igidin şan almaq günü, 
 Can sağ ikən yurd verməriz düşmana! 
  
    Şenlik Babanın Borçalı Nəbioğlu Məhəmməd haqqında şeiri öz 
təbiiliyiylə seçilir: 
 Borçalı elində bir şəxsi izzət 
 Gedib qoca köydə xoş ülfət gördüm, 
 Nəbioğlu namda ismi Məhəmməd, 
 Məkanı ziynətli Molləhməd gördüm... 
      
Özü  demişkən,  hər  nadana  gövhər  paylamayan  Şenlik  Baba  Borçalının  bu 
hörmətli  el  ağsaqqalını  ona  görə  belə  tanıtmışdı  ki,  onun  Borçalı  elatına 
yaraşan sədası, ünü varıydı, elmini çox, hökmünü ziyadə, şərəf payını mətanət 
görmüşdü. Şeirdə Borçalı Nəbioğlu Məhəmməd xoş kəlamlı şəxsiyyət olaraq 
təqdim olunur, mərdlikdə İskəndərə, səxavətdə Hatəmə tay tutulur. 
     Ünlü  sənətçi  digər  bir  qoşmasında  Orucoğlu  Əsgər  Ağanın  hər  yerdə 
qıryatı (qeyrəti, şərəfi), varı söyləndiyini tərifləyir və sonra belə nəzmə çəkir: 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
69 
 
 Gəncə–Qarabağa salıbdır bir ün, 
 Borçalı elində izzəti üstün, 
 Soğanlıqlı Abbas kimi günbəgün 
 Təəssüf çəkən havadarı söylənir. 
 
     Aşkarladığımıza  görə,  Soğanlıqda  gerçəkdən  Abbas  adlı  hörmətli 
ağsaqqal yaşamışdı, o, dükanda çalışmış, duz-çörəkli, düz ürəkli adam ol-
muşdu [
26
]. 
     Şenlik Baba Borçalının ağır eli Faxralının diş sızladan bulaqlarını, göy 
talalarını,  Ballı  dərəsini,  Palıdlı  dərəsini,  hörmətli  kişiləri  Usta  Əhməd, 
Haqverdi, Molla Qurban, Aşıq Oruc, Kərim Ağa, Hümbət, Noyruz, Bayra-
malı, Tanrıverdi, İbrahim, Hüseyn, Abbas, Musa, Kamandar və başqalarını 
dərin ehtiramla tərifləmişdi: 
 Səfil Şenlik bu büsatı gördü xoş, 
 Görüm Faxralının biri olsun beş, 
 Abbas tülək tərlan, Musa qızılquş, 
 Əhli-mərfət Kamandarı gördün mü? 
 
     Şenlik Baba Faxralıdan Söyünlərin Molla Mahmud, Təhməzqulu, Molla 
Qurban,  Yahyaların  Abbas,  Aşıq  Oruc,  Qoçulu  Ömər  oğlu  Mahmud,  Qə-
mərli  Oyçu  oğlu  İsmayıl,  Qızılhacılı  Cöyrü  oğlu  Qara,  Sağamoylu  Yahya 
Bəy və digərləriylə dost olmuş, onların məclislərində çox çalıb oxumuşdu. 
     Şenlik  Gümrüdəki  Erməni  daşnak  qurumuna  yazdığı  qorxutma  şeirdə  [
27

Erməni  hiyləbazlarının  iç  üzünü  açmış,  bunun  qarşılığında  da  Borçalıların 
igidliyindən bəhs etmişdi: 
      
 Qazax, Borçalı da dava düzərlər, 
 Təkəyə, Türkmənə kağız yazarlar, 
 Onlar da cəng günü üstün hazırlar, 
 Biri min adama bərabər gələr. 
      
Ustadın  bədii  mirasında  Borçalı  mövzusunun  zənginliyinə  mahalın  Sarvan, 
Qızılhacılı,  Qarayazı,  Qəmərli,  Hamamlı,  Qasımlı,  Görarxı,  Arıxlı,  Faxralı, 
Qoçulu el-obalarında məclislər aparması dəstək vermişdi. 
 
 
                                                 
26
 Aşıq  Məmmədbağır  Soğanlıqlı,  Repertuar  dəftəri,  2001  (əlyazması),  s.  1a  /  Məqalə 
yazarının şəxsi arxivində 
27
 M. Fahreddin Kırzıoğlu, Edebiyatımızda Kars, İstanbul 1958, s. 81 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə