Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə18/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
64 
     Önəmlidir ki, Şenlik Baba Borçalı ədəbi mühiti və Ağbaba çevrəsi arasında 
da körpü oluşdurmuşdu. 
     Şenlik  Babanın  Borçalının  Quşçu  kəndindən  şair  Abbasəliylə  deyişmələri 
dillər əzbəridir. 
     Şenliklə  Abbasəlinin  deyişmələrindən  örnəklər  Ziya  Borçalı  cüng-
bayazında  da  var  [
15
];  bu  deyişmə-atışmaların  dördü  Türkiyədə  Şenlik 
toplularında yayınlanmışdır [
16
]. 
     Söylənir  ki,  Borçalının  Qasımlı  kəndində  Şenlik  igid  Səməd  Bəyin  əziz 
müsafiri  olarkən  onun  istəyiylə  qonşu  Quşçu  obasından  şair  Abbasəli 
çağırılmış, məclisdə bu saz-söz sərrafları deyişmişdilər. 
     Divani kökündə deyişmələrin birində Abbasəli tərəf-müqabilinə: “Sən təki 
incə aşığın açdım gizlin sirrini” demişdi: 
 
          Abbasəli abdal olmuş, eşq ucundan dəlidir, 
          On iki imam, ənbiyalar bir Xudamın quludur, 
          Açsam gizli mətahımı, ləli-gövhər doludur, 
          Dürri-cəvahir görünür ayanbaayan, aşıq. 
 
     Abbasəlinin hərbə-zorbasına Şenlik təmkinlə: 
 
          Arzulayıb gəlmişəm mən sizi deyin, aşıq 
cavabını qaytarmışdı. 
     Şenliklə  Faxralı  Nəbinin  deyişmələri  də  [
17
]  gözəl  sənət  örnəkləridir.  O, 
şair Nəbiyə üz tutaraq, belə söyləmişdi: 
 
          Ta əzəldən qətrə ikən bəhri-ümman olmuşam
          Heç tükənməz xəzinədən ləli-mərcan olmuşam, 
          Söylənir cümlə cahanda şanım, şöhrətim mənim, 
          Aşıqların arasında nitqi lisan olmuşam. 
 
     Şenlik  Babanın  ölümünə  Borçalı  şairləri  Miskin  Nəbinin,  Xındı 
Məmmədin ağıt-mərsiyələri bəllidir. 
     Borçalıda  xalq  şeirinin  gəlişimində  özəl  mövqe  qazanmış  olan  Faxralı 
Güllər  Pərinin  qıfılbəndlərini  Şenlik  açmışdı.  Güllər  Pəri  Şenlik  Babaya 
göndərdiyi qıfılbənddə belə sual vermişdi: 
                                                 
15
 ﺑﻴﺎﺽ ﺟﻨﮓ = Cüng-Bayaz, 1914, s. 17, 35, 35a, 63 
16
 İsmail Aşıkoğlu, Aşık Şenlik, Ankara 1964 
     Ensar Aslan, Çıldırlı Aşık Şenlik, Ankara 1975 
     Çıldırlı  Aşık  Şenlik  Divanı,  hazırlayanlar  A.  Berat  Alptekin  ve  M.  Nizameddin 
Coşkun, Ankara 2006 
17
 ﺑﻴﺎﺽ ﺟﻨﮓ = Cüng-Bayaz, 1914 
    Borçalı Şair Nəbi, Eləsi var... Toplayan Hüseynqulu Məmmədli, Bakı 2003 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
65 
          Quranda oxunan qul hüvəllaha, 
          Yasində sırəbbi nüktə nədəndir? 
 
     Burada Quranın „İhlas‟ surəsindəki <ﻫﻮﷲ ﻗﻞ> (qul hüvəllahu) (De: O Allah 
birdir) kəlamına, „Yasin‟ surəsinin ilahiliyinə işarət hiss olunur. 
     Şenlik Borçalının Faxralı kəndində Yahyaların Abbasın toyunu şölətləndi-
rəndə  məclisə  qadın  şair  Güllər  Pəri  də  qatılmış,  yaşmaq  altdan  şeir 
söyləmişdi. 
     Ustad  Şenlik  haqqında  kitablarda  Şikəstə  Pəri  adında  bir  qadın  şairin  adı 
çəkilər.  Şenlik  Babaya  qıfılbənd  göndərmiş  Pərinin  Gürcüstanın  Busətli 
kəndindən olduğu bildirilir [
18
]. Qaynaqlar belə sərgiləyir ki, Borçalının indiki 
Faxralı  elinə  bitişik  Şahbuzlu  (Şalvızdı)  obasına  o  çağlar  Şahbuzətli  də 
deyilmişdir və Güllər Pəri də, onun nəvəsi oğlu (nəticəsi) İsmayıl müəllimin 
sübutladığına  görə,  bir  dönəmlər  Faxralı  qəsəbəsinin  Şahbuzlu  məhəlləsində 
yaşayırmış.  Demək  ki,  Şenlik  Babaya  qıfılbənd  göndərmiş  Şikəstə  Pəri  adı 
keçən Güllər Pəri olmuşdu. 
     Şenliyə Gürcüstanlı Abdul Bəyin qızı Zübeydə şeir göndərəndə Şenlik ona 
gözəl bir gəraylı ithaf etmişdi. 
     Şenliyin  “Borçalı  Səməd  Bəy”  dastanı  [19]  həm  Borçalı,  həm  də  Çıldır-
Qars çevrələrində aşıqların ifa repertuarlarında önəmli yer tutmaqdadır. Onun 
“Mehralı  Bəy”,  “İsmayıl”,  “Cüyür  Ovu”,  “Gürcüstan  Səfəri”  epizodik 
söyləmələri-dastanları  da  bu  yerlərlə  ilgilidir,  daha  doğrusu,  ünlü  aşığın 
Borçalı məkanında dolaşım, gəzi göstərgələridir. 
 
2.3. ġENLĠK ġEĠRLƏRĠNDƏ BORÇALI 
   
   Şenlik  Babayı  Borçalı  saz-söz  aləminə  qovuşduran  təməl  bağlardan  biri 
onun  şeirlərində  Borçalı  mövzusunun  üstünlüyüdür.  Burada  öncül  xətti 
comərd igidlərin, xalq müdriklərinin şərəfinə təriflər tutur. 
     O, Borçalı bölgəsinin hörmətli, sayımlı bəylərinə özəl qoçaqlama qoşmuş-
du.  Bu  şeirdə  bəylər  məclisində  irfan  açılmasını  tərənnüm  edərək,  belə 
diləmişdi: 
 
          Şenlik der bəylərin adı ucalsın, 
          Həm dostundan, düşmanından bac alsın, 
          Ol Allahım bir yastıqda qocaltsın, 
          Cənnətdir elatı, eli bəylərin. 
                                                 
18
 Ensar Aslan, Çıldırlı Aşık Şenlik, Ankara 1975, s. 117 
19
 Rüstəm Rüstəmzadə, El Qəhrəmanları Xalq Ədəbiyyatında, Bakı 1984, s. 61–63 
    Aşıq Hüseyn Saraçlı, Şeirlər, Söyləmələr, Bakı 1992, s. 93–116 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
66 
     Bəylərin  məmləkətinə  –  Borçalıya  söz-fikir  ustadının  özəlliklə  rəğbət 
bəsləməsi, yəni Borçalıyı cənnət adlandırması diqqəti çəkməyə bilməz. 
     Şenlik Babanın Borçalı xalq qəhrəmanlarını övgüsü çox seçilir. 
     Aşığın  Borçalıdakı  sayseçmə  adamlara  yönəlik  şeirlərindən  ən  yayğını 
“Əfəndim”  rədifli  qoçaqlamadır.  Bu  qoşmanın  bir  neçə  seçənəyi  (variantı) 
var.  Onlardan  birinə  Ziya  Borçalı  cüng-bayazında  rast  gəldik  [
20
];  birini 
Məhməd Fahrəddin Kırzıoğlu 1960-cı ildə Çıldırda Şenlik Babanın oğlu Aşıq 
Qasımdan  yazıya  almışdır  [
21
];  digərini  Türkiyəli  alim  Ənsar  Aslan 
yayınlatmışdır  [
22
];  biri  Borçalıda  Aşıq  Hüseyn  Saraçlının  [
23
],  biri  Borçalı 
Aşıq Xan Kamandarın [
24
], biri də Borçalı Aşıq Nurəddin Qasımlının dilindən 
dərlənmişdir [
25
]. 
     Bunlardan Ziya Borçalı seçənəyini daha əzəli, daha ilkin hesab edirik. 
     Şeir belə başlayır: 
 
 Səməd Bəylə İsmayılın seyrinə vardım, 
 Bu diyarı gəzə-gəzə, əfəndim. 
 Səməd Bəy namında bir gizir gördüm, 
 Vəsfini qaldırram sözə, əfəndim. 
 
      (Qeyd:  Borçalı  ustadı  Xan  Kamandar  bu  bəndin  ilk  iki  dizəsini  belə 
söylərdi: 
Bu gün Qasımlının seyrinə vardım, 
Borçalıyı gəzə-gəzə, əfəndim. 
     Və bizcə, bu, daha məntiqlidir). 
     Borçalı  Koroğlusu  olaraq  ün  qazanmış  Qasımlı  Səməd  Bəyi  Şenlik  as-
lan görümlü, paşa səltənətli, xan qurumlu, zəhmi ağır igid kimi vəsf etməkdə 
haqlıydı.  Qoçaqlamada  Səməd  Bəyin  Sibirə  getməyi,  Alosman  (Osmanlı) 
yurduna  talan  salmağı,  Cəlali  Kürdünə  qılıç  çalmağı,  İran  ölkəsindən  xərac 
almağı  əks  edilir,  Səməd  Bəyin  dostlarından  Mehralı  şahlar  quşuna, 
Mahmudoğlu  ətdən  qalaya,  İsmayıl  Rüstəm  Zala  bənzədilir,  İsmayılın  krala 
boyun əymədiyi, Çavuşoğlunun yüz kazağı dağıtdığı xatırlanır: 
 Şenlik söylər qoç igidlər pirini, 
 Başqasına verməm gizlin sirrini, 
 Səməd Bəylə İsmayılın yerini 
 Verməz bu diyarda kimsə, əfəndim. 
                                                 
20
 ﺑﻴﺎﺽ ﺟﻨﮓ = Cüng-Bayaz, 1914 
21
 M. Fahreddin Kırzıoğlu, Aşık Şenlik, Ankara 1960 
22
 Ensar Aslan, Çıldırlı Aşık Şenlik, Ankara 1975 
23
 Aşıq Hüseyn Saraçlı, Şeirlər, Söyləmələr, Bakı 1992 
24
 „Gürcüstan‟ qəzeti, Tbilisi 1994 # 11, s. 4 
25
 Valeh Hacıyev, Borçalı Mehralı Bəy Tarixi Həqiqətlərdə, Tbilisi 2001 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə