Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə15/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
55 
AĢıq Əkbər CƏFƏROV 
 
 
CAN DEMƏ  
 
Dəli könlüm, havalanıb hər yetənə can demə,  
Gül-çiçəyi açılmayan bağa gülüstan demə.  
İnsaf elə, gözlərinlə gördüyünü düz danış, 
Hakim haqqı seçəmməsə, ədalət-divan demə.  
 
Bizdən qabaq bu dünyaya gələn canlar bəs hanı?  
Qara torpaq uddu, yedi neçə şahı, sultanı.  
Adəm oğlu, yaranmısan, Yaradanı gəl tanı,  
Nəsihəti qanana de, qanmaza insan demə.  
 
Baş əymişəm, inanmışam ustadların pirinə,  
Yalan yerə and içmərəm bir kimsənin yerinə.  
Aşıq Əkbər, fikirləşib özün salma dərinə,  
Qibləsini bilməyənə əsil müsəlman demə.  
 
 
DÜġMÜġƏM  
 
Cavan vaxtı, əziz dostlar, qeylü-qala düşmüşəm,  
Vurğun olub telli saza, cəh-calala düşmüşəm.  
Zəhmət çəkib tər tökmüşəm ustadların yanında, 
İmtahanda neçə dəfə çətin hala düşmüşəm.  
 
Aşıqlıqda az da olsa tale verən payım var, 
Kamil sənət ocağında çıraqlanan tayım var.  
Alnı açıq, qəlbi təmiz, halal çörək, çayım var,  
Bu varlığa sığınmışam, doğru yola düşmüşəm.  
 
Əkbər deyər, səbəb varmı yatan bəxti oyada?  
Ustadım vaxtsız köçüb, dərdim olub ziyada.  
Müvəqqəti kef çəkirəm, beş gün fani dünyada,  
Qonaq olub Tovuz kimi bir mahala düşmüşəm.  
 
 
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
56 
 
TUTMAZ 
 
Cəhlibazla yol getmərəm,  
Onnan mənim sözüm tutmaz.  
Mərifəti yoxsa əgər, 
Hər gözəli gözüm tutmaz.  
 
Məclislərə düşsəm xamla,  
Əriyərəm damla-damla. 
Yoldaş olub pis adamla
Yeriməyə dizim tutmaz.  
 
Əkbər, haqqı anmayana, 
Eli üçün yanmayana, 
Xeyir-şəri qanmayana, 
Söz deməyə üzüm tutmaz.  
 
ÜRƏYĠM  
 
Dünya yaman dəyişibdi,  
Qanmırsansa qan, ürəyim.  
Söylə, niyə kövrəlmisən,  
Sən xan idin, xan ürəyim.  
 
Xalqa sinə gərən hanı?  
Sənə cavab verən hanı?  
Yanmağını görən hanı?  
Yanırsansa, yan, ürəyim.  
 
Kimi qohum-qardaş gəzir,  
Kimi yaxın sirdaş gəzir.  
Kimi dövlət, daş-qaş gəzir, 
Kişiliyi dan, ürəyim.  
 
Dərdim çoxdu, dözülməzdi,  
Xain ürək gəzilməzdi.  
Haqq nazilər, üzülməzdi,  
Yenə haqqı an, ürəyim.  
 
Əkbər, sazı yaşatmağa, 
Yatanları oyatmağa, 
Bu sənəti ucaltmağa
Can qoymuşam, can ürəyim.   
 
 
 
QOCALARMI   
 
Xoşbəxtliyin yaylağında,  
Səfa sürən qocalarmı? 
Səhər-səhər yamaclarda,  
Çiçək dərən qocalarmı?  
 
Qonur dağda çiçək çalıb,  
Dərələrə haray salıb.  
Üç ay yayda qonaq qalıb,  
Xoş gün sürən qocalarmı?  
 
Tarlalarda qurub dəyə,  
Əmlik əti yeyə-yeyə.  
Əkbər, orda çətinliyə 
Sinə gərən qocalarmı?  
 
 
QURBAN OLUM  
 
Telli sazın məclisində 
Söz qanana qurban olum. 
Ürəkdəki duyğuları 
Düz qanana qurban olum. 
 
Ovçu keçər hər dərədən,  
Şikar ötürməz bərədən.  
Baxan kimi işarədən,  
Tez qanana qurban olum. 
  
Heç vaxt yersiz öyünmərəm,  
Çəltik təki döyülmərəm.  
Bir qanmaza əyilmərəm,  
Yüz qanana qurban olum. 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
57 
 
Nələr olur bu dünyada, 
Gəncliyimiz gedir bada.  
Əkbər kimi yanıb oda,  
Köz qanana qurban olum. 
  
 
 
ÇAL GÖRÜNÜR  
 
Məclisimə gələn gözəl,  
Halın yaman hal görünür.  
Xatirinə kim dəyibdi, 
Yanaqların al görünür?  
 
Gözəllərin ən göyçəyi,  
Budur sözümün gerçəyi.  
Dodaqlar qaymaq çiçəyi,  
Arasında bal görünür.  
 
Sözlərimdə yoxdu yalan,  
Könlüm şəhri oldu talan.  
Cavanları eşqə salan,  
Ağ üzündə xal görünür.  
 
Demə Əkbər dərindədi, 
Ağlı-huşu sərindərdi.  
Məhəbbəti yerindədi,  
Bir az saçı çal görünür.  
 
 
BĠLƏN DƏ VAR  
 
Həyat sirli bir aləmdir,  
Bilən də var, bilməyən də.  
Şirin ömür yollarında, 
Gülən də var, gülməyən də.  
 
Könül istər sirdaşını,  
Qardaş gəzər qardaşını.  
Ağlayanın göz yaşını,  
Silən də var, silməyən də.  
 
Çox yalvarma gəl dayına,  
Şükür eylə öz payına.  
Dar günündə harayına,  
Gələn də var, gəlməyən də.  
 
Kişi görər hər çətini,  
Qadın saxlar ismətini. 
Yoldaşınnan qismətini, 
Bölən də var, bölməyən də.  
 
Əkbər deyər, ərzim alın,  
El-obada qonaq qalın.  
Tarixlərə nəzər salın, 
Ölən də var, ölməyən də.  
 
 
 
 
 
XOġ GECƏDĠ 
 
Qonaq gəlir dostlar bizə,  
Mənim qəlbim gen küçədi.  
Nəyə gərək dövlət-varım, 
Sizli gecəm xoş gecədi.  
 
Çətin deyil könül almaq,  
Ürəklərə həmdəm olmaq.  
İndi qonaq yola salmaq,  
Bir əmlikdi, bir beçədi.  
 
Əkbər min cür çiçək dərdi,  
Güllər ona naz edərdi.  
Qaranquş gəldi-gedərdi, 
Bizə qalan boz sərçədi.  
 
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
58 
YOL GEDĠRƏM  
 
Mən həyatda göz açandan,  
Heç bilmirəm nə edirəm.  
Gecə-gündüz çalışıram,  
Dəryalardan ləl gətirəm,  
Hələ ki, mən yol gedirəm.  
 
Xəyal uçur səhralarda,  
Ömür keçir bu yollarda. 
Uzaq gedən cığırlarda, 
İstəyirəm gül bitirəm,  
Hələ ki, mən yol gedirəm.  
 
Sənətdə yer tutmaq üçün,  
Ustalığa çatmaq üçün, 
Ürəklərə yatmaq üçün,  
Zəhmət çəkib, tər tökürəm, 
Hələ ki, mən yol gedirəm.  
 
Aşıqlarda bavam olub,  
Öz istəkli havam olub.  
Sənətdə çox davam olub, 
Bilən varmı nə çəkirəm?  
Hələ ki, mən yol gedirəm.  
 
Məclisimdə səs düşəndə,  
Tərəf-tərəf dəs düşəndə, 
Şeir üstə bəhs düşəndə, 
Yüz mənalı bir sətirəm, 
Hələ ki, mən yol gedirəm.  
  
Dünən düşür yenə yada,  
Sahib oldum təmiz ada.  
Düz qırx ildi el-obada, 
Çalışıram, bel bükürəm,  
Hələ ki, mən yol gedirəm.  
 
Dünyanı çox dolanmışam,  
Hərdən oda qalanmışam.  
Əkbər deməz yalanmışam,  
Bülbül kimi hey ötürəm, 
Hələ ki, mən yol gedirəm.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə