Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə17/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
62 
eriştirən  ekolün  gerçək  hocası”  tanımını  verməklə,  belə  ifadələmişdir:  “Bu 
aşıklık  kültürünü  Şenlik,  Azərbaycan  aşıklarından  almıştı.  Çünkü  şu  devirdə 
Anadoluda Şenliyə təsir edəcək bir aşık yoktu. Ayni zamanda dil və gələnək 
bakımından  onları  kəndinə  daha  yakın  biliyordu...  Şenlik  Azəri  sahasından 
aldığı birçok unsuru Anadoluya yayarak, aşık  ədəbiyatımıza yenilik gətirmiş, 
bu tarzın gəlişip daha mükəmməl əsərlər verməsinə yardım etmişti” [4]. Usta-
dın yaşamı və ədəbi yaradıcılığı haqqında dissertasiya yazmış Qəşəm Vəliyev 
doğru  olaraq  vurğulamışdır:  “Aşıq  Şenlik  Borçalı  mahalına  dərindən  bağlı 
olmuş, həmin ədəbi mühitdə sənət məktəbi keçmişdi”. Alim haqlı olaraq bil-
dirmişdir  ki, Şenlik  irsində  Borçalı  yazarı  Qul  Allahqulunun poetik  gələnək-
lərinin  izləri  aydın  duyulur  [5].  Önəmlidir  ki,  Türkiyə  aşıqlıq  gələnəyində 
Erzurumlu  Emrah,  Ruhsati,  Dertli,  Sümani,  Derviş  Muhammed,  Huzuri 
qollarının  yanı  sıra  qüdrətli  qollardan  biri  olaraq  da  Şenlik  qolu  (Şenlik 
məktəbi) qəbul edilməkdədir [6]. 
     Soykökü  Borçalıya  ilişkin  Şenlik  Babanın  ədəbi  mirası  gövdəsi,  bar-
bəhrəsiylə  Borçalıya,  Borçalı  saz-söz  aləminə  qovuşur.  Bu  qovuşumun  bir 
neçə bağı nəzərə çarpır: 
○ Şenlik şeirləri Borçalı qaynaqlarında; 
○ Şenlik Babanın Borçalı saz-söz sərraflarıyla sənət ülfəti; 
○ Şenlik mirasında Borçalı mövzusu; 
○ Şenlikdə Borçalıya yönəlik gələnək tipolojisi, şivə, deyim amilləri... 
 
2.1.
 
 ġENLĠK ġEĠRLƏRĠ BORÇALI QAYNAQLARINDA 
 
     Gürcüstanın  arxivlərindəki  dərləmələrdə  Şenlik  mahalın  baş  aşığı 
adlandırılır [
7
]. 
     Şərti  olaraq  Ziya  Borçalı  Cüng-Bayazı  adlandırdığımız  ﻴﺎﺽﺑ  ﺟﻨﮓ  (cüng-
bayaz)  adlı  bir  məcmuədə  [
8
]  düzənləyicinin  seçdiyi,  Borçalı  tərəflərdə 
yayılıb-sevilmiş  şeirlər  cəmlənmişdir.  Azərbaycan  Dövlət  Ədəbiyyat  və 
İncəsənət  Arxivindəki  Ziya  Borçalının  (Ziyəddin  Əfəndiyevin)  fondunda 
qorunan, elmi ədəbiyyatda ilk dəfə bu məqalə müəllifinin üzə çıxardığı [
9
] bu 
                                                 
4
 Ensar Aslan, Çıldırlı Aşık Şenlik, Ankara 1975, s. 40–41 
5
 Qəşəm  Vəliyev,  Aşıq  Şenliyin  Həyatı,  Mühiti  və  Poetik  Yaradıcılığı,  Dissertasiya, 
Bakı 1991, s. 18, 26 
6
 Doğan Kaya, Edebiyatımızda Aşık Kolları ve Şenlik Kolu, „Türk Kültürü‟, Sayı 412.8, 
Ankara 1997, s. 499–508 
7
 Valeh Hacıyev, Azərbaycan Folkloru Ənənələri, Tbilisi 1992, s. 52 
8
 ﺑﻴﺎﺽ ﺟﻨﮓ = Cüng-Bayaz, 1914, Azərbaycan Ədəbiyyat və İncəsənət Arxivi, fond 533, 
s. v. 63, 64 
9
 Şurəddin Məmmədli, Ziya Borçalı Cüng-Bayazı, „Prometey‟ dərgisi, Bakı 2000 # 1-2, 
s. 52–54 
    Şurəddin Məmmədli, Borçalı Ədəbi Mühiti, monoqrafiya, Bakı 2000, s. 114–115 
    Şurəddin  Məmmədli,  Azərbaycan  Ədəbiyyatının  Borçalı  Qolu,  monoqrafiya,  Tbilisi 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
63 
arxiv  saxlancında  bayatılarla,  xalq  dastanlarımızdan  mənzum  parçalarla,  Fü-
zulidən,  Qaracaoğlandan,  Vidadidən,  Vaqifdən,  Tufarqanlı  Abbasdan,  Xəstə 
Qasımdan,  Qurbanidən,  Zakirdən,  Ələsgərdən  örnəklərin  yanı  sıra,  Borçalı–
Qarayazı–Başkeçid–Ahısqa ədəbi şəbəkəmizin şairləri Zabit, Allahverdi, Ab-
bas, Əliyar, Qəmbər, Dəli Yusuf, Qarani, Kəlbi, Molla Xalis, Molla Əhməd, 
Molla  Mustafa,  Nəbi,  Məhəmməd  Şindili,  Xəstə  Hasan,  Sadıq,  Heydər  Bəy, 
Cabbar, Şenlik Baba, Talıb, Şəkər Xanım, Əmrah, Qəhrəman, Mirsis, Mehdi, 
Abdullah,  Sona  Xanım  və  başqalarının  şeirləri  də  yer  almaqdadır.  Burada 
şeirlərindən örnəklər toplanmış Abdullah, Aydın, Cabbar, Dəli Yusuf, Əliyar, 
Əmrah,  Əsəd,  Əvəz,  Hali-Vətən,  Heydər  Bəy,  Həmdullah,  Hümmət,  Xalis, 
Xəstə  Hasan,  İsmayıl  Əfqan,  Kəlbi,  Qaranı,  Qəhrəman,  Qəmbər,  Mirsis, 
Molla Əhməd, Molla Mustafa, Müştaqi, Nuru, Pirverdi, Sadıq, Səyyad, Sona 
Xanım,  Şenlik,  Talıb,  Vəkil  Qızı,  Yunus,  Zahid  və  digərlərinin  Borçalı–
Ahısqa–Qars ədəbi arealına aidliyini zənn edirik. 
     Xatırladaq  ki,  cüng-bayazda  Şenlik  Babanın:  “Bu  gün  Səməd  Bəyin 
seyrinə  vardım”,  “Əzraildən  sonra  əcəl  də  olu”  (Abbasla  deyişmə),  “Fikrim 
pərşan  oldu,  xəyalım  dağnıq”,  “Aldanma  cahana,  olma  divanə”,  “Axır  gündə 
tor göründü gözümə” misralarıyla başlayan şeirləri yazılmışdır [
10
]. 
     Tiflisin „Dan Yıldızı‟ dərgisində də 1928-ci ildə Şenlik Babanın “Həsrətin 
çəkdiyim Tiflis şəhrinin” misrasıyla başlayan qoşması yayınlanmışdı [
11
]. 
     Borçalı  folkloru,  ədəbiyyatı,  aşıqları  toplularında  da  Şenlik  Babanın 
yaradıcılığından örnəklər yer almaqdadır [
12
]. 
 
2.2.
 
ġENLĠYĠN BORÇALI AġIQ MÜHĠTĠYLƏ SƏNƏT ÜLFƏTĠ 
 
 
     Ustadın Borçalı saz-söz xiridarlarıyla irtibatı, onlarla deyişmələri ilgi çəkir. 
Bu  olqular  (faktlar)  Borçalının  ünlü  aşığı  Hüseyn  Saraçlının  düzüb-qoşduğu 
„Aşıq  Şenliyin  Borçalı  Səfəri‟  dastanında  əks  olunur  [
13
].  Qeyd:  Bu  dastan 
Türkiyəli  araşdırıcı  Zeynelabidin  Makas  tərəfindən  Hüseyn  Saraçlının 
dilindən yazıya alınaraq Türkiyədə də təhlillə birlikdə dərc edilmişdir [
14
]. 
     Şenlik  Babanın  yetişdirdiyi  çıraqlar  arasında  Borçalı-Ahısqadan  Quşçu 
Abbasəli, Lebisli Nuru oğlu Balakişi, Əhməd və başqaları da olmuşdular. 
                                                                                                                        
2003, s. 98–99 / http://ebooks.presib.az/pdfbooks/azedborch.pdf 
10
 ﺑﻴﺎﺽ ﺟﻨﮓ = Cüng-Bayaz, 1914, s. 48, 77a, 80, 85a, 92 
11
 „Dan Yıldızı‟, ədəbi, elmi, ictimai jurnal, Tiflis 1928 # 4-5 / Gürcüstan Kitab Palatası 
arxivində, s. v. 42, 45, 49 
12
 Mahmud  Kamaloğlu,  Osman  Dərviş,  Şurəddin  Qarapapaq,  Borçalı  Aşıqları,  Bakı 
2005, s. 37–42 
13
 Aşıq Hüseyn Saraçlı, Şeirlər, Söyləmələr, Bakı 1992, s. 93–117 
14
 Zeynelabidin Makas,  Aşık Şenlik'in Borçalı Seferi, „Türkiyat  Araştırmaları  Dergisi‟, 
Selçuk 
Üniversitesi, 
Sayı 
6, 
Konya 
1999, 
s. 
303–319 

www.turkiyat.selcuk.edu.tr/pdfdergi/s6/6.pdf 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə