Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə11/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
43 
 
DÜNYA FĠKĠR  
DÜNYASIDIR 
 
Heç bilmirəm başımdakı 
Hansı eşqin xülyasıdır.  
Əhvalımı kim soruşub,  
Halımı kim duyasıdır?!  
 
Yarı yolda gəmim durur, 
Qəm əridir, möhnət yorur.  
Ləpə döyür, dalğa vurur,  
Dərya hicran dəryasıdır.  
 
Gəl qınama Hüseyni sən,  
Başım bulud, ayağım çən.  
Mənə fikir çəkmə deyən,  
Dünya fikir dünyasıdır.  
 
 
 
  
ĠNSAN 
 
Qalxanda fərəhindən,  
Toy-bayram edir insan.  
Enəndə qəm sazını,  
Çalıb inlədir insan.  
 
Gah açıb gülə dönür,  
Gah yanıb külə dönür.  
Gah sakit gölə dönür,  
Bilmirsən nədir insan.  
 
Dincəlməyir bir an da,  
Yay dağda, qış aranda.  
Həyatı anlayanda, 
Həyatdan gedir insan.  
 
 
ZƏLĠMXAN YAQUBA 
 
Mənə inam kimi bax, 
Sinə gərim çətinə.  
          Zəlimxan Yaqub 
 
Mən sənə inamla baxdım, a dostum, 
İnam olan yerdə çətin də asan. 
Bu sirli-sehrli həyatda, dostum, 
İnamla boy atıb, böyüyür insan. 
 
İnamla baxmışam, inamla ancaq
Yazdığın əsərlər göz qabağında. 
Mümkünmü inamsız zirvələr aşmaq, 
Sənət dünyasında, söz ocağında. 
 
Çoxuna tanışsan, çoxuna əziz, 
Xəyalım həmişə varaq-varaqdır. 
Ana Borçalıdan açılan ilk iz, 
Uzaq ölkələrə uzanacaqdır. 
 
Torpaq nə sevimli, torpaq nə dadlı, 
Nə şimşək gurlasın, nə külək əssin. 
Bir kitab da bağla Borçalı adlı, 
Əllərdə dolaşsın, dillərdə gəzsin. 
 
Bir elə nərə çək, hər yana yetsin, 
“Koroğlu” kökündə telləri dindir. 
Yaxın xəbər tutsun, uzaq eşitsin, 
O yuva kimindir, o yurd kimindir?! 
 
Babalar qoruyub  çətin ayaqda
Bu geniş Vətəni, ulu məskəni. 
O şanlı, şərəfli kişilər haqda 
Bir dastan gözləyir, bir dastan səni. 
 
Bir oğul meydanda batmasın yasa, 
Hünərlə, qeyrətlə o yaşa dolsun. 
Əslinə, nəslinə oxşamayırsa, 
Ona ana südü qoy haram olsun. 
 
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
44 
Məramı, məqsədi başqadır ömrün, 
Çalış axşam-sabah gurlasın səsin. 
Bizim tarix dolu o dünənki gün, 
Dünənlə köhnəlib, dünənləşmə sən. 
 
Ara tarixləri, ara dərindən, 
Bir əlində çıraq, bir əlində şam. 
Şairəm, arabir yanılsam da mən, 
Mən bu inamımda yanılmamışam. 
 
Basılmaz, alınmaz bir qala kimi
Yaşa tufanlara sinə gərərək. 
Sənə inanmışam bir bala kimi, 
Mən ata Vurğuna inandığım tək. 
 
İnamın şöhrəti ellərə düşdü, 
İnam işdə hünər, döyüşdə zəfər. 
İnamla dillərdən dillərə düşdü, 
İyid Koroğlular, cəsur Nəbilər. 
 
İnam  Babəklərin  bükülməz  dizi, 
Xəyalən nələrin seyrinə vardım. 
İnamsız ömr edən min qeyrətsizi 
Zibil qutusuna töküb atardım. 
 
Əbəs yayılmayıb bu səs, bu soraq, 
Ey Odlar yurdunun od-alov oğlu. 
Haqqa inanmaqdır sənə inanmaq, 
Haqqa inanmamaq, rəzalətdi bu. 
 
Çatmaz uzaqlara hər atılan ox, 
Hər naşı özünü mahir sanmasın. 
Xəsislər də çoxdur, dargözlər də çox, 
Bir də inanmayan qoy inanmasın. 
 
Söz yox ilhamına, şair qəlbinə 
Sıxanda əlini inamla sıxdım. 
Şair vicdanına, şair qəlbinə 
İnamla vuruldum, inamla baxdım. 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
45 
 
 Rafiq YUSĠFOĞLU 
professor, 
Sumqayıt Dövlət Universiteti 
  
 
AġIQ ƏLƏSGƏR POEZĠYASINDA 
 PEYZAJ VƏ PORTRET SƏNƏTKARLIĞI 
 
Aşıq Ələsgər yaradıcılığı təkcə məzmun və mündəricə baxımından 
deyil, həm də bədii sənətkarlıq keyfiyyəti ilə diqqəti cəlb edir. Onun bir-
birindən  cazibədar  qoşmaları,  gəraylıları  özünəməxsus  kompozisiyası, 
bədii  quruluşu  və  rəngarəng  sənətkarlıq  komponentləri  ilə  diqqəti  cəlb 
edir. Məsələn, üç bəndlik “Düşdü” qoşmasında süjetin beş ünsüründən də 
ardıcıllıqla istifadə çox maraqlı ədəbi faktlar sırasındadır.  
Aşıq  Ələsgər  ən  çox  qoşma  və  gəraylıdan  istifadə  etmiş,  heç  bir 
şeirində  bu  janrların  ölçülərindən,  normativlərindən  kənara  çıxmamış, 
ancaq  orijinal  bədii  sənətkarlıq  komponentlərindən  məharətlə  istifadə 
etməklə ənənəvi formaya daxili bir gözəllik, dinamizm, yenilik gətirməyə 
nail olmuşdur. 
Gözəlliklər  diyarı  Göyçədə  yaşayıb-yaradan  Aşıq  Ələsgər  təbiətin 
əsrarəngiz  lövhələrinə  biganə  qala  bilməzdi.  Onun  dağlara,  yaylaqlara 
həsr olunan qoşma və gəraylıları aşıq yaradıcılığındakı peyzaj lirikasının 
gözəl nümunələri hesab oluna bilər. Aşıq Ələsgər “yayda yaylağı, qışda 
oylağı, yazda seyrangahı” olan dağları məhəbbətlə, heyranlıqla tərənnüm 
edir.   
 
Kəkotu, qırxbuğum, qaymaqçiçəyi,  
Bənövşə, qantəpər, qızlar örpəyi.  
Qoyun mələşməsi, çoban tütəyi, 
Çəkir uzaqlara xəyalı, yaylaq.  
 
Nümunədən  göründüyü  kimi,  Aşıq  Ələsgərin  təbiət  mövzulu 
şeirlərində peyzajı canlandıran, ona təravət verən insan nəfəsidir. “Qoyun 
mələşməsi,  çoban  tütəyi”  ifadələri  peyzaja  yeni  can,  yeni  nəfəs  verir, 
bədii təsvirin hərarətini daha da artırır.  
Qüdrətli  sənətkarın  bu  mövzulu  şeirlərində  sadə  insanların  təbiət 
gözəlliklərinə  münasibəti  öz  dolğun  bədii  əksini  tapmışdır.  Bu  şeirlərin 
müəllifi  “süsənli-sünbüllü,  lalalı”,  “yoxsulu,  ərbabı,  şahı,  gədanı”  bir-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə