Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə10/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
40 
Абдулла  вя  Ейваз  Bоrчалы  иля,  Вагиф  Нясиб  вя  Рəфиq  Zяка  иля,  bu 
сятирлярин  мцяллифи иля, йцзлярля Азярбайъан  зийалысы  иля олан ящвалатлары, 
щадисяляри  бир  китаба  сыьышдырмаг  мцмкцн  олармы  эюрясян,  хейр, 
гятиййян! 
Силинмир  йададшымдан,  эетмир  хяйалымдан,  айрылмыр  фикримдян, 
узаглашмыр  йанымдан,  цзцлмцр  цряйимдян,  чякилмир  эюзляримдян,  “аьыл 
аьылла  исинир,  ъан  ъанла  исинян  кими”,  “сюз  вар  ону  сюзля  дейир,  сюз  вар 
гашла эюзля дейир”, “бир гарыш торпагдан кечмир, бир овуъ торпаьа дюняня 
кими”,  “Мяня  фикир  чякмя  дейян,  дцнйа  фикир  дцнйасыды”  –  дейир,  “Fил 
цзцлцб галса да, гартал ганад sалса да, щяр палыд гоъалса да,” гоъалмаьы 
йахын гоймур, “Ахтар бабалары, ахтар Щцсейни” – дейир, билир ки, бир эцн 
дя нявяляр ону ахтараъаг, ону! 
Унудулмур,  итмир,  йаддан  чыхмыр,  узаглашмыр,  сойумур,  кясярдян  
дцшмцр,  нязярдян  гачмыр,  диггятдян  йайынмыр  Щцсейн  Ариф  поезийасы! 
Давам едир бу поезийа!  
Халгын рущунда, миллятин бятниндяди Щцсейн Ариф поезийасы, Щцсейн 
Ариф хатиряси!!! 
                                                                          
    15.05. 2002  
 
 
 
 
 
 
 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
41 
 
 
HÜSEYN ARĠF 
Xalq Ģairi 
 
 
 
ġAĠR ÜRƏYĠ 
 
Ata ürəyindən, ana qəlbindən,  
Söhbətlər açmışıq, açacağıq da.  
Unudub hər şeyi var səsimlə mən, 
Danışmaq istərəm bir ürək haqda.  
 
Nə adi ürəkdi, nə bir parça ət,  
Nə gecə tanıyır, nə gündüzü var.  
Bir dünya məhəbbət, bir dünya nifrət, 
Orda qərinələr tutmuşdur qərar.    
 
Bir böyük tarixdir, bir canlı muzey, 
Oxu kitab-kitab, aç varaq-varaq.  
Dərinlikdə dəniz, genişlikdə göy,  
Hərarətdə günəş, dözümdə torpaq.  
 
Uca zirvələrin əriyən qarı,  
Qayanı oynadıb daşı titrədir.  
Sevinc yağışları, qəm buludları,  
Şair ürəyindən çağlayıb gedir.  
 
Bir haşiyə çıxım, gəlmişkən yeri,  
Dağlara getmişdim, yada nə düşdü.  
Bir dağlı qocanın müdrik sözləri,  
Şeirimə süzülüb, dilimə düşdü.  
 
Deyirlər, bir maral dağlar aşanda,  
Kövrək balasına yaxınlaşanda.  
Bir ovçu gülləsi elə bu anda 
Dəydi sinəsindən, maral neylədi:  
- Bu dərdi şairə yetirin, - dedi. 
 
Deyirlər, bir pələng ovdan dönəndə,  
Çiskin yeriyəndə, dolu dinəndə.  
Bir tülkü əliylə düşdü kəməndə, 
Baxıb sağa-sola pələng neylədi:   
- Bu dərdi şairə yetirin, - dedi. 
 
Deyirlər, ilk bahar ətir yayanda,  
Şəfəqdən çiçəklər, otlar doyanda.  
Bir öküz meşəni ayaqlayanda 
Palıdlar, vələslər, şamlar neylədi:  
- Bu dərdi şairə yetirin, - dedi.  
 
Sevincə, kədərə alışmışam mən,  
Hayıma çoxları hay verib gedib.  
Elə bil hər ana öz ürəyindən,  
Şair ürəyinə pay verib gedib.  
 
 
 
 
TAPILMAZ 
 
Buraxma fürsəti, buraxma əldən,  
Göydə qərar tutub, yerdə tapılmaz.  
Harayla, harayın qalar içində,  
Xeyirdə görünüb, şərdə tapılmaz.  
 
Nə çiçəkdən soruş, nə otdan soruş,  
Nə sudan xəbər al, nə oddan soruş.  
Nə yardan, yoldaşdan, nə yaddan soruş, 
Namərdə səs verib, mərdə tapılmaz.  
 
Ömrün səfərini bitirmə vaxtsız,  
Karvanı mənzilə yetirmə vaxtsız.  
Hüseyn Arifi itirmə vaxtsız,  
O elə şairdi, bir də tapılmaz.  
 
 
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
42 
YAġAYA BĠLSƏM 
 
Yel döyür, sahilə yan alır qayıq, 
Mən də gedəcəyəm, geci-tezi var.  
Bizim də qapını açar ayrılıq,  
Nə fərqi, harada basdıracaqlar...  
 
Şairi kədərlə yada salmayın,  
Namərdəm, bir an da dərdə əyilsəm.  
Məni boz torpaqdan xəbər almayın, 
Bir insan qəlbində yaşaya bilsəm.  
 
 
ĠNSAN 
 
Bilir, sovuşduqca illər, fəsillər,  
Bir çıraq başacan işıq salmayıb.  
Bilir, yer üzündə bu vaxta qədər,  
Heç kəs dünyanı tutub qalmayıb.  
 
Çalışır, düşünür hər gün, hər saat, 
İnsanda eşqə bax, təbiətə bax.  
İnanır, əbədi deyildir həyat,  
İnanmır ölümə, inanmır ancaq.  
 
 
 
DANIġ 
 
 
Ey hərdən mənimlə üzbəüz olan,  
Şəri bir yana qoy, xeyirdən danış.  
Dərəyə, təpəyə salma özünü, 
Laləli, nərgizli bir yerdən danış.  
 
Öyüb yaxının, söymə yadını,  
Sınama hər yerdə qol-qanadını.  
İki yüz şairin çəkmə adını, 
Bircə ürək açan şeirdən danış.  
 
Hanı sellər kimi coşub çağlayan,  
Sözün qüdrətini ellərə yayan?  
Hüseyni torpağa, suya bağlayan
Arzudan, əməldən, fikirdən danış.
  
 
 
ÖMÜR GEDĠR, YAġAMIRIQ 
 
Nə yaz kimi yazı duyur, 
Nə də, qışda qışlamırıq. 
Hər şey vaxtında başlanır, 
Biz vaxtında başlamırıq.  
 
Vaxtında bir dostu anıb,  
Qohum qəlbi oxşamırıq.  
Babalardan dəm vururuq, 
Babalara oxşamırıq.  
 
O iclasda, bu iclasda 
Uyuyuruq, baş qarışıq.  
Müxtəsəri, Hüseyn Arif, 
Ömür gedir, yaşamırıq.  
 
 
MƏN QORXARDIM 
 
Mən qorxardım tufandan,  
Sinəsi sal qayalı 
Sahillər olmasaydı.  
 
Mən qorxardım xəzandan, 
Nəfəsi gül qoxulu 
Fəsillər olmasaydı.  
 
Mən qorxardım kədərdən, 
Ürəkdən qəh-qəh çəkib, 
Gülənlər olmasaydı.  
 
Mən qorxardım ölümdən, 
Dünyaya məndən sonra  
Gələnlər olmasaydı.  
 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə