Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə29/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
76 
Qorqud kimi "söyləyicidir", yəni dastançıdır — ozandır. Şumer ənənəsinə görə 
də  dastan  söyləmək  nəğmə  oxumaqla  həyata  keçirilirdi.  Bu  mənada  "dastan 
söyləmə"  faktını  ozan  sənəti  ilə  eyniləşdirmək  mümkündür.  Bu  sənəti  şumer-
lərlə  bağlayan  çoxlu  dəlillər  da  var  və  Dədə  Qorqudun  hər  şeyə  ad  verməsi, 
öyüd-nəsihəti, "qeybdən xəbər" verməsi onu Bilqamısla eyniləşdirir. Bilqamısın 
bir çox zahiri əlamətləri də türk dastan qəhrəmanı Oğuzla oxşardır. Ona görə də 
ozan-aşıq  sənətinin  başlanğıcı  məhz  mifologiya  ilə,  qam-şaman  dövrü  ilə 
bağlıdır.  Professor  M.Qasımlı  yazır:  "Qam-şamanın  qədim  cəmiyyət  quru-
luşundakı tarixi funksiyası və Sibir-Altay bölgələrindəki çağdaş fəaliyyəti onu 
qüdrətli  və  bənzərsiz  qan yaddaşı  daşıyıcısı,  etnik  mədəni  sistem  qurucusu  və 
qoruyucusu  kimi  səciyyələndirir.  İlkinliyə,  soy-kökə  məxsus  mifoloji  dün-
yaduyumun  əsas  axarları,  tarixi-genetik  özümlüyün  aparıcı,  hərəkətverici  im-
pulsları,  etnopsixologiyanın  milli-spesifik  keyfiyyətləri  məhz  qam-şaman  dün-
yasında,  onun  ayin  və  mərasim  strukturlarında,  söz  və  magiya  aləmində, 
hərəkət, davranış ölçülərində, gerçəkliyə münasibət biçimlərində bərqərardır".   
Qafqazda  və  Azərbaycanda  orta  əsrlərdən  indiyədək  geniş  yayılsa  da,  saz 
qədim  dövrlərdən  mövcud  olan  qopuz  alətini  tamamilə  aradan  çıxartmamışdır. 
İndi  də  bəzi  bölgələrdə  sazla  yanaşı  qopuz,  çunqur  və  s.  də  yaşamaqdadır. 
Azərbaycanın  quzey  bölgələrində  və  Dağıstan  xalqlarında  qopuzu  indi  da 
işlədirlər.  Türkiyənin  Qara  dəniz  bölgələrində  qopuz  aləti  indi  da  vardır  və  o 
kamanla  çalınır.  XVII-XVIII  yüzilliklərdə  Təbrizin,  Ərdəbilin,  Gəncənin,  Tif-
lisin  saray  və  kübar  məclislərində  aşıqlar  sazla  yanaşı  zurnadan,  neydən, 
kamançadan və balabandan da istifadə etmişlər. Təksaz ifaçılığı ilə yanaşı bö-
yük salon və meydan tamaşalarında sazəndələrə (çoxsaz ifaçılığına, ansambla) 
da  üstünlük  verilmişdir.  Bu  da  qədimlərdən  köylülərin  sənətkarı  kimi  tanınan 
aşıq sənətinin şəhərləşməsi ilə bağlı olmuşdur. Qafqazda Tiflis mühitində, sonra 
İrəvan,  Şamaxı,  Gəncə  və Bakıda  da  sazəndələrə,  ansambla,  yəni  sazla  yanaşı 
başqa alətlərə: qavala, zurnaya, balabana da yer verilmişdir.  
Geyimi,  aləti  (sazı),  səsi  və  əqli  yetkinliyi  —  şairliyi,  müdrikliyi  aşığı 
seçkin  bir  insan  kimi  tanıtmışdır.  İlk  çağlardan,  başlanğıcdan  üzübəri  aşıqlıq 
yalnız  sənət hadisəsi  olmayıb,  həm  də  cəmiyyət  idarəçiləri arasında  yer  tutub. 
O, xalq adamı, xalqı təmsil edən idarəçi statusuna malik olmuşdur.  
Əski  çağlardan  günümüzə  qədər  aşığın  cəmiyyətdəki  yeri,  statusu  demək 
olar  ki,  dəyişməmişdir.  Azərbaycan  xalq  yaradıcılığının  ən  zəngin  qollarından 
birini  aşıq  poeziyası  təşkil  edir.  Əsrlərdən  bəri  xalqların  qəhrəmanlıq  mübari-
zəsini, arzu və istəklərini, həyat və cəmiyyətlə münasibətini, bu gündən doğan 
sabahını həqiqi sənət dili ilə təsvir edən aşıqlar xalq arasında böyük şöhrət və 
hörmət  qazanmışlar.  Onlar  "el  atası",  "müdrik-müəllim"  adlandırılmış,  xalqın 
şad  günündə  —  məclislərini  şənləndirmiş,  ağır  günlərində  onları  mübarizəyə, 
daxili  və  xarici  düşmənləri  məhv  etməyə  ruhlandırmışlar.  Məhz  bu  cəhəti 
nəzərə alaraq H.Zərdabi yazırdı: "...Bizim Qafqaz müsəlmanlarına heç bir yazı 
və  dil  ilə  deyilən  söz  o  qədər  əsər  etməz,  necə  ki,  şeir  dili  ilə  deyilən  söz, 
ələlxüsus  nəğmələr  ilə  ki,  xoş  sövt  ilə  oxunur.  Bunun  səbəbi  odur  ki,  Qafqaz 
yerlərinin xüsusiyyəti belədir. Bizim, cənnətin bir guşəsinə oxşayan vətənimizin 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
77 
dağları, çayları, abu-havası və az zəhmət ilə bol məhsul götürən əhalisini cuşa 
gətirib bu hala salır. Bir baxın aşıqlar toylarda oxuyanda onlara qulaq asanlara. 
Bu zaman qulaq asanlar elə hala gəlirlər ki, bəistilahi-türk, ətin kəssən də xəbəri 
olmaz.  Elə  ki,  sonra  toy  qurtardı.  Aşıqlar  evlərinə  getdi,  beş-on  gün  uşaqlar 
gecə-gündüz oxuya-oxuya gəzirlər və bir-birinin qələtlərini düzəldirlər".  
Aşıq  poeziyası  folklorun  başqa  janrlarına  nisbətən  yazılı  ədəbiyyatla  daha 
yaxındır. Xalq yazıçısı Mirzə İbrahimov doğru qeyd edir ki, aşıq poeziyası xalq 
yaradıcılığı ilə yazılı ədəbiyyat arasında bir keçiddir, möhkəm bir körpüdür. O, 
bir  tərəfdən  xalq  yaradıcılığına  bağlıdır,  o  biri  tərəfdən  yazılı  ədəbiyyata,  həm 
bununla,  həm  də  onunla  qarşılıqlı  əlaqə  və  təsirdə  inkişaf  etmişdir.  Onun 
kökləri,  rişələri  folklordan,  xalq  yaradıcılığından  su  içirsə,  budaqlar,  qol-
qanadları həmişə ədəbiyyatla qovuşur, ona təsir edir və ondan qüvvət alır.   
Aşıq poeziyası həm forma, həm də məzmunca çox rəngarəngdir. Görkəmli 
söz  ustaları  şifahi  xalq  şeirinin  bütün  növlərindən  istifadə  etdikləri  kimi,  eyni 
zamanda klassik poeziyamızın müxəmməs, qəzəl və b. janrlarına da müraciət et-
mişlər.  Aşıqları  əsasən  üç  qrupa  ayırmaq  olar:  birinci  qrupa  ustad  aşıqlar  da-
xildir. Onlar aşıq sənətini yaşadan və inkişaf etdirən görkəmli sənət ustalarıdır.  
Qədim  ozanlarda  və  xalq  aşıqlarında  Tanrıdan  gələn,  buta  ilə  verilən 
qamşamanlıq  keyfiyyətlərilə  yanaşı,  qabaqcadan  xəbər  vermə  qabiliyyəti  də 
olmuşdur. Dədə Qorqud ən böyük ozan olmaqla yanaşı, gələcəkdən xəbər ver-
mək  qabiliyyəti  ilə  məşhur  olmuşdur.  Haqq  aşıqlarına  bu  sənət  Allah  vergisi 
kimi yuxuda, badə içməklə, ya da buta ilə verilir. Aşıq Allah vergisi kimi aldığı 
bu  sənəti  təhsillə,  şüur  və  fəhmlə  daha  da  artırır  və  öz  qabiliyyəti,  zəhməti  və 
əxlaqi keyfiyyətləri ilə daha da zənginləşdirir.  
Aşıqda  Xıdır  Nəbidən  (Xızırdan),  Dədə  Qorquddan,  şamandan,  dərvişdən 
gələn  xüsusiyyətlər  də  cəmləşmişdir.  Aşıq  yeri  gələndə  Xızır  kimi  insanların 
köməyinə çatır, Dədə Qorqud kimi məsləhət verir, insanları öyrədir, maariflən-
dirir, hətta xanlara vəzirlik edir. Yəni hələ yazılı qanunların olmadığı, ağaların, 
bəylərin,  padşahların  cəmiyyəti  idarəetmədə  çətinlik  çəkdikləri  zamanlarda  da 
aşıqlar  onlara  məsləhət  verib,  dövlət  qanunlarını  xalqa  çatdırıb.  Cəmi  işlərə 
düzən vermə qabiliyyəti onu cəmiyyətdə, xalq içində "Dədəyə", yəni elin ağsaq-
qalına çevirib.  
Aşıq  yaşadığı  cəmiyyətdə  törələri,  adət-ənənələri  qoyan  və  qoruyandır. 
Başqa  idarəçilərdən  onun  fərqi  cəmiyyəti  zor  gücünə  deyil,  sözlə,  nəsihətlə, 
öyüdlərlə idarə etməsidir. Aşıq sözlə, sazla, musiqi ilə, bəzən hayqırtı və nərə 
çəkməklə, bəzən də zərif səslə insanın ruhuna təsir edəndir.  
Uzun tarix boyu əxlaq meyarları aşığa görə müəyyənləşib, halal və haramın 
tarazlığı  pozulanda  da,  haqq-ədalət  tapdalananda  da söz  aşığa  verilib.  Ən  ağır 
mübahisələri,  qanlı  davaları,  anlaşılmazlıqları,  düyünləri  aşıq  çözüb,  aşıq  həll 
edib. Sözün, şeirin ən gözəli, keçərlisi aşığındır; musiqinin (sazın), səsli oxuma-
nın ən təsirlisi də aşığındır; kəlamların ən ağıllısı, müdrik olanı aşıqların sinə-
sində toplanıb.  
Aşığın  sinəsi  kitablara  sığmayan  zəngin  bir  xəzinədir.  Kitaba,  yazıya  ke-
çənlər onun az bir qismidir. Aşıq sənəti çoxtərəfli və çoxyönlü olduğundan ya-


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə