Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə30/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
78 
zıda, görüntüdə onun az qismini canlandırmaq olur. Millətin tarixən formalaşan 
mədəniyyətinin  daşıyıcısı  və  yaşadıcısı  kimi  aşıq  sənətinin  ölçüyəgəlməz 
zənginliyi vardır.  
Tarix boyu aşıqların bir çox adları yaranmışdır: dədə, dədə ozan, haqq aşığı, 
meydan aşığı, cəng aşığı, saray aşığı, el aşığı, çayxana (qəhvəxana) aşığı, bazar 
aşığı,  karvansara  aşığı  və  b.  Aşıqlar  eldən-elə  gəzmiş,  insanların  içərisində 
olmuş,  xalqın  ən  əziz  adamına  -  Tanrı  müsafirinə,  Tanrı  adamına,  ilahinin 
göndərdiyi şəxsə çevrilmiş və böyük hörmət sahibi olmuşdur. Bu aşıqlar gəzərgi 
aşıqlar  kimi  də  tanınmışlar.  Gəzərgi  aşıqların  xalqa,  onun  həyatına,  məişətinə 
bağlı sənətkar kimi el-obanı dolaşaraq hər şeydən halı olması, onu sevən, qəbul 
edən, dinləməyə ehtiyac duyan insanlarla birlikdə olmaq üçün şəhər və köyləri 
gəzməsi vacib şərtlərdən olmuşdur. Bu yolda o həm sənətini yayır, xalq məclis-
lərində  çıxış  edir,  həm  də  dünyanı  —  coğrafiyanı  öyrənir,  öyrəndiklərini 
yenidən  xalqa  yayır,  insanlara  bilik  verir,  onları  öyrədir,  yəni  maarifləndirirdi. 
Başqa-başqa yerlərdən, ölkələrdən xəbərlər gətirib yeniliklərdən xalqı xəbərdar 
edirdi.  Gəzərgi  aşıq  olmaq  isə  adi    iş  deyildi,  insandan  böyük  hazırlıq  tələb 
edirdi.  Hər  aşıq  hər  obaya,  hər  köyə  gedə  bilməzdi.  Onun  qarşısına  yerli  aşığı 
çıxarardılar, deyişdirərdilər, güc və qabiliyyətinə görə aşığı ya qəbul edər, ya da 
bir daha gəlişinə yasaq qoyar, qovardılar.  
Aşığın gəzəriliyini onların səfərləri, aşıq hekayə və dastanları da sübut edir. 
Aşıq Ələsgər bu mənada demişdir:  
 
AĢıq olub tərki-vətən olanın,  
Əzəl baĢdan pür-kamalı gərəkdir.  
Oturub-durmaqda ədəbin bilə,  
Mərifət elmindən dolu gərəkdir.  
 
Bu "tərki-vətənlik" aşıq sənətinin kökündə, mayasında olmuşdur. Bəlkə də 
bu  "tərki-vətən"  olmaq  xüsusiyyəti  şumerlərin  Anadoluya  gəlişi,  zamanlardan, 
kimer  və  skiflərin  (sakaların)  Qara  dənizin  ətrafını  dolaşdıqları  zamanlardan 
mövcud  idi.  Aşığın  bu  xüsusiyyəti  tarixən  ona  ayrıca  haqq  və  hüquqlar  da 
vermişdir.  Saz  aşığın  bir  növ  pasportu  idi  və  o  bunun  vasitəsilə  ölkədən  — 
ölkəyə  gedə,  saraydan-saraya  adlaya  bilirdi.  Savaşlar  dönəmində  belə  aşıqlar 
əsgərlərə  döyüş  ruhu  aşılamaqla  yanaşı  bir  əldə  saz,  bir  əldə  qılınc  tutma 
gələnəyini  təlqin  etməklə,  həm  də  insanları  sülhə,  barışa  çağıran  təbliğatçı 
rolunda  olmuşdur.  Aşıqlar  savaşın  qarşısını  ala  bilməsələr  də,  onun  qayda-
qanunla,  ədalətlə  aparılmasını  istəyirdilər.  Yeri  gələndə  aşıq  düşmən  tərəfə  də 
gedə  bilir,  barışığa  vasitəçi,  təmsilçi  də  ola  bilirdi.  Ona  görə  də  Şah  İsmayıl 
zamanında və sonralar aşıqlardan bir təbliğat adamı kimi istifadə olunmuşdur. 
Güclü,  qüdrətli  aşıqların  yalnız  öz  ailələri  deyil,  hətta  aşığın  yaşadığı  kəndlər 
vergilərdən azad edilirdi ki, bu da aşığa daha çox hörmət qazandırırdı.  
"Tərki-vətənlik" - gəzərçilik Xızır, Dədə Qorqud kimi mifik qəhrəmanların, 
Aşıq  Qərib,  Dədə  Kərəm  kimi  sənətkarların  həyatında  da  önəmli  rol  oyna-


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
79 
mışdır.  Tərki-vətən  aşıqlarının  bir  qisminə  xalq  arasında  "tərəkəmə  aşıqları" 
(yəni xalq içində olan) da deyilmişdir.  
Tərəkəmə  –  el  aĢıqları  daha  çox  el-oba  içərisində,  əməkçi  xalq  arasında 
yaşayaraq  onların  məclislərinin  aparıcısı  kimi  tanınmışlar.  Professor  Qara 
Namazov yazır: "Tərəkəmə el aşıqları daha çox təsərrüfat və xüsusən, maldar-
lıqla  güzəran  keçirən  obaların  məişətinə  sığınar,  onlarla  yayı  yaylaqlarda,  qışı 
aranda  keçirir, təmiz  duyğuları,  sevgi  hisslərini, aranı,  yaylağı  telli  sazda  vəsf 
edirdilər".  El  aşıqları  köylülərin  həyatını,  hırsızlara,  quldurlara,  talançılara, 
düşmən hücumlarına qarşı döyüşən igidlərin qəhrəmanlığını, namuslu, mərd və 
halal insanların taleyini şeir və dastanlarında təsvir edirdilər.  
Saray  aĢıqları  da  tarixdə  məşhur  olmuşlar.  Belə  aşıqlar  padşahların, 
sultanların,  xan  və  bəylərin  saraylarında  keçirilən  məclisləri  şənləndirər,  daha 
çox  oturaq  həyat  keçirərdilər.  Bu  aşıqlar  saray  adamlarının  həyatından  bəhs 
edən  dastanlar  qoşardılar,  onların  igidliklərini,  xeyirxahlıqlarını  bir  növ  təbliğ 
edərdilər. Koroğlunun özü aşıq olsa da, onun məclisləri aparmaq üçün vaxtı və 
zamanı yetərli deyildi, bu səbəbdən də Aşıq Cununu Çənlibelə dəvət etmişdi və 
o da Koroğlu igidlərinin həyatını vəsf edir, onlarla görüşə gedir, qəhrəmanların 
igidliyinə söz qoşub xalq arasında yayırdı.  
XVII-XVIII  yüzillikdə  Ģəhər  aĢıqları  da  meydana  çıxmışdır.  Tiflisdə, 
İrəvanda, Gəncədə, Təbrizdə və başqa şəhərlərdə şəhər əhalisinin məclislərini, 
toy-düyünlərini idarə edən aşıqlar zümrəsi yaranmışdı. Bunlar "şəhər aşığı" ki-
mi digər aşıqlardan fərqlənir, çayxana və qəhvəxanalarda, bazar və karvansaray-
larda məskən salaraq yaşayırdılar. Bu aşıqlar gəlib-gedənləri dinləməklə dünya-
nın  çeşidli  yerlərindən  xəbər  tutar,  aldıqları  informasiyaları  məclislərində 
yayardılar,  eşitdiklərini  öz  söhbətlərinə  qarışdıraraq  xalqa  yayardılar.  Tiflisdə 
şəhər  aşıqlığı  o  qədər  inkişaf  etmişdi  və  gəlirli  sahəyə  çevrilmişdi  ki,  başqa 
xalqlardan da aşıqlığa gələnlər çoxalmışdı. Erməni, gürcü, yunan, aysor və baş-
qa  xalqların  ailələri  övladlarını  aşıqların  yanına  göndərir,  aşıq  məktəbində 
onların yetişməsinə həvəs göstərirdilər. Yalnız Tiflis mühitində yüzdən çox belə 
aşıq yetişmişdi.  
Savaş  dönəmində  və  yaxud  əsgəri  hissələrdə  də  aşıqsız  keçinilməmişdir. 
Bunlar  da  savaĢ  aĢıqları  kimi  tanınmışlar.  Onlar  əsgərlərə  ruh  verən  cəngi 
havaları çalar, əsgərləri əyləndirər, bilikləndirər və igidliklərini vəsf edərdilər.  
El-oba bayramlarında iştirak edən mərasim aĢıqları da olmuşdur. Bu aşıq-
lar  toy-düyün  və  bayram  şənliklərində  oxuyardılar.  Bunların  çoxu  "dastançı 
aşıq" adı ilə də tanınardılar. Onlar toy axşamlarında dastan-xalq hekayələri, na-
ğıllar (masalar) söyləyər, qədim aşıqların deyişmələrini yada salar, qıfılbəndləri 
necə  açmalarından  danışar,  özləri  də  xalqa  qıfılbənd  söylər,  onlarla  birlikdə 
açmasını  da  tapardılar.  Mərasimlərdə  deyişmələr  (atışmalar)  söyləmək  ayrıca 
bir ənənə halını almışdı. Deyimlərdə qalib olanlara böyük mükafatlar verilərdi.  
Bütün bunlar aşıqların xalq arasında çох böyük vəzifə daşıdıqlarını göstərir. 
Xüsusən  ustad  aşıqlar,  dədə  aşıqlar  xalq  məclislərini  aparmaqla  yanaşı  xalqın 
həyatına  düzən  gətirən,  qanun-qaydaları,  əxlaq  prinsiplərini  gözləyən  bir 
ağsaqqal  statusu  daşıyırdılar.  Qan  düşmənçiliklərinin  aradan  qaldırılmasında, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə