Əfəndiyev İlyas



Yüklə 188,4 Kb.
səhifə2/7
tarix25.06.2018
ölçüsü188,4 Kb.
#51344
növüYazı
1   2   3   4   5   6   7

İ.Əfəndiyevin nənələri Fatma xanım və Bəyaz nənə, anası 

Bilqeyis xanım geniş dünyagörüşünə malik, savadlı, şifahi xalq 

ədəbiyyatının onlarla nümunələrini, əfsanə, nağıl və 

dastanları sinələrində gəzdirən el ağbiçəkləri olmuşlar. İlyasın 

bir gənc kimi formalaşmasında, kitaba, ədəbiyyata, 

ümumiyyətlə mütaliəyə maraq oyanmasında anası Bilqeyis 

xanımın əvəzsiz xidmətləri olmuşdur. O, İlyasa yalnız analıq 

yox, Məhəmməd kişi vəfat etdikdən sonra, müəllimlik, 

yoldaşlıq, həm də atalıq etmişdir. Atası ilə o qədər də "dil 

tapa" bilməyən, onunla dostlaşmağı bacarmayan İlyas bütün 

sirlərini, dərdlərini anası ilə bölüşərdi. 

 

İ.Əfəndiyev anası haqqında yazmışdır: "Anam keçmiş 



müsəlman qızları kimi, evdə mollakunə adamlardan dərs 

almışdı. Ərəb və rus əlifbalarında yazıb oxuyurdu. Mütaliəni 




çox sevirdi. Azərbaycan dilində çıxan kitabların, demək olar ki, 

hamısını oxumuşdu. Mənə ərəb və latın əlifbalarında yazıb 

oxumağı da o öyrətmişdi. Uşaq vaxtı anam bizə oxuduğu 

kitablardan hədsiz-hesabsız əhvalatlar danışardı. Onun 

oxuyub bizə nağıl elədiyi "Ərmənusə", "İngilis xanımı", "Hind 

racəsi", "Rüstəm və Zöhrab", "Əlif Leyla" və sairə kitablar indi 

də yadımdadır. Füzulinin "Leyli və Məcnun" əsərini də mən ilk 

dəfə anamdan eşitmişdim. Ümumiyyətlə, anamız çox incə 

zövqə malik bir qadın idi. Dövrün ictimai hadisələrindən də 

baş çıxarırdı. Allahsız olmasa da, mollalardan zəhləsi gedərdi. 

Məndə güclü mütaliə həvəsi məhz anamın təsirilə 

oyanmışdır". 

 

Danışılan bu əfvalatlar, nağıl və əfsanələr İlyasın incə qəlbinə 



təsir etmiş, onun sonralar bir yazıçı kimi formalaşmasında 


mühüm rol oynamışdır. İ.Əfəndiyev bu haqda yazmışdır: 

"...bunları bizə danışanda mənim xəyalımda heyrətli bir aləm 

yaranırdı və bu aləmin qəhrəmanları, onların igidlikləri uzun 

zaman gözümün qabağından getmirdi. Mən onların iztirabları 

ilə həyəcanlanıb pərişan olur, qələbələrinə sevinirdim və 

getdikcə xəyalımda yaranan bu aləm mənə real həyatdan, 

təsadüf etdiyim insanlardan (yalnız anamdan başqa) daha 

artıq xoş gəlirdi... O aləm daha şirin, daha cazibədar 

görünürdü". 

 

İ.Əfəndiyevə "xoş gələn" bu sirli aləm sonralar onu öz 



qoynuna alır, nənəsi və anasının danışdıqları və cib 

dəftərlərinə qeyd olunan "maraqlı əhvalatlar" bir sıra bədii 

əsərlərin fabulasına çevrilir. Məsələn, Fatma nənənin 

danışdığı: "Quşların dilini bilən Süleyman padşah bütün 




quşlara əmr edir ki, hər biriniz mənə dünyanın ən gözəl quş 

balasını tapıb gətirin! Qarğa çox axtarır, onlarla quş balasına 

baxır, axırda özünün eybəcər balasını dimdiyinə alıb aparır və 

Süleyman padşaha deyir: Qibleyi-aləm! Dünyada bundan 

gözəl quş balası tapmadım" – əfvalatı "Sağsağan" hekayəsində 

qələmə alınmışdır – və yaxud, məzmunu "Kitabi-Dədə 

Qorqud"dan gələn, xalqımızın yadelli işğalçılara qarşı 

mübarizəsindən söhbət açan digər bir əfsanə "Qarı dağı" 

hekayəsi üçün əsas olmuşdur. Yazıçının 1991-ci ildə qələmə 

aldığı "Vəzir Allahverdi xan və Bəhlul Danəndə" hekayəsindəki 

əfvalat da anasının danışdığı rəvayətlərdən götürülmüşdür. 

 

İ.Əfəndiyevin uşaqlıq və gənclik illəri bir tərəfdən belə əfsanəli 



və rəvayətli mühitdə keçmişdisə, digər tərəfdən bolşevik 

qaragüruhunun və kommunist ideologiyasının ən qatı 




dövrünə təsadüf etmişdir. Bütün varlılar kimi Əfəndiyevlər 

ailəsi də dövrün ədalətsizlikləri ilə qarşılaşmışdır. Bunlar isə 

İlyasın qəlbində dərin iz salmışdır. Yəqin ki, onun ədəbi 

qəhrəmanlarındakı, elə yazıçının öz xarakterindəki kommunist 

və sovet rejiminə qarşı narazılıq, zamanın tələbləri ilə 

barışmamaq meyli elə buradan əmələ gəlmişdir. 

 

Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə 



böyük maraq göstərmiş, məktəbə getməzdən əvvəl yazıb-

oxumağı öyrənmiş, çoxlu kitablar mütaliə etmişdir. 1921-ci 

ildə birinci sinifə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü 

iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirmişdir. Məktəbin 

direktoru Cəmil bəy Vəzirov, müəllimləri Mehdi Mehdizadə, 

Cümşüd Zülfüqarlı, Bəylər Ağayev və b. idi. 

 



Ədəbiyyata maraq  

Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə 

kifayətlənməyən İ.Əfəndiyev dərsdən əlavə, müstəqil mütaliə 

yolu ilə çoxlu bədii kitablar, o cümlədən rus ədəbiyyatı 

klassiklərindən Aleksandr Puşkin, M.Y.Lermontov, A.P.Çexov, 

İ.Turgenev, Maksim Qorki kimi sənətkarların dilimizə tərcümə 

olunmuş əsərlərini mütaliə etmiş, eyni zamanda riyaziyyat və 

fizika elmlərinə böyük maraq göstərmiş, coğrafiyanı həvəslə 

öyrənmiş, böyük səyyahların, o cümlədən R.Amundsen, 

F.Nansen, Xristofor Kolumb, Ameriqo Vespuççi kimi adamların 

həyatını diqqətlə izləmişdir. Əlbəttə, bədii ədəbiyyat və 

ədəbiyyatşünaslıq onu daha çox maraqlandırırdı. İ.Əfəndiyev 

yazır: "Klassik romanlar, pyeslər, poemalarla bərabər, o 

zaman haqqında çox danışılan professor Friçe, professor 

Koqan, professor Köprülüzadə, İsmayıl Hikmət kimi məşhur 

ədəbiyyat alimlərinin əsərlərini də yorulmadan, həvəslə 




oxuyub balaca dəftərçələrdə özüm üçün konspektlər 

çıxarırdım. Mən gələcəkdə Köprülüzadə kimi, professor Friçe 

kimi böyük ədəbiyyat alimi olmaq xəyalı ilə hey həvəslənir, 

hey oxuyurdum". 

 

Dünya ədəbiyyatı və mədəniyyət sahəsində yüksək zirvəyə 



qalxmış onlarla sənətkarların həyatı və yaradıcılıq təcrübəsi 

bir daha sübut edir ki, böyük ədiblərin, rəssam və 

bəstəkarların formalaşıb yetişməsində, öz xalqının qabaqcıl 

elm və mədəniyyət xadimi səviyyəsinə yüksəlməsində bir sıra 

mühüm həyati amillər həlledici rol oynamışdır. "Sənətkarı 

əhatə edən ictimai ədəbi mühitin bütün mürəkkəblik və 

çoxcəhətliliyini öyrənmədən, onun müasirləri ilə əlaqələrinin 

yerini və mövqeyini dəqiq müəyyən etmədən yazıçının 




Yüklə 188,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə