Əfəndiyev İlyas



Yüklə 188,4 Kb.
səhifə5/7
tarix25.06.2018
ölçüsü188,4 Kb.
#51344
növüYazı
1   2   3   4   5   6   7

ürəyimi əzən, sıxan düşüncələrimi şəhərdəki bir dostuma 

məktub formasında yazım. Bu güclü hissin qarşısında davam 

gətirə bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də 

gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da 

belə oldu. Dalbadal 9 hekayə yazdım". 

 

Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-cu illərin 



axırlarında atmağa başlamış İ. Əfəndiyev, bundan əvvəl bir 

jurnalist, mətbuat işçisi kimi qələmini sınağa çəkmişdi. 

 

Yazıçının tərcümeyi-halında indiyə qədər qaranlıq qalmış, 



daha dəqiq desək, səhv işıqlandırılmış məsələlərdən biri də 

İ.Əfəndiyevin ilk mətbu əsərinin nə vaxt çap olunmasıdır. Bu 

məlumatın dəqiq olmamasının bir səbəbi də, müəyyən 

mənada, yazıçının özü ilə əlaqədardır. Belə ki, 1938-ci ilin son 




aylarından etibarən intensiv şəkildə yaradıcılığa başlamış 

İ.Əfəndiyevin imzası dövri mətbuat səhifələrində tez-tez 

görünməyə başlamışdır. Onun bir sıra məqalə, oçerk və 

hekayələri respublikanın müxtəlif qəzetlərində dərc olunurdu. 

Yalnız 1938-ci ilin sonlarında, 1939-cu ilin ilk iki ayında 

yazıçının "Yeni yol" qəzetində "Buruqlar arasında" adlı ilk 

oçerki, "Bataqlıq saldatları" kinofilminə yazdığı ilk resenziyası, 

"Aşağı mətbuata rəhbərliyi canlandırmalı" adlı ilk məqaləsi, 

"Namuslu fəhlələrin sırasını çoxaltmalı", "Şərəf və iftixar işi" 

adlı yazıları işıq üzü görmüşdü. Bu illərdə "Kommunist" və 

"Ədəbiyyat qəzeti" də İ.Əfəndiyevin ilk yazılarına yer verirdi. 

Yazıçının ilk mətbu hekayəsi olan "Berlində bir gecə" əsəri də 

bu aylarda oxuculara çatdırılmışdır. 

 



İ. Əfəndiyev ilk mətbu əsərilə əlaqədar yazır: "1939-cu ildə 

"İnqilab və mədəniyyət" jurnalında "Gözlənilməyən sevgi" adlı 

ilk hekayəm çıxdı. Bundan az sonra "Kənddən məktublar" 

kitabım nəşr olundu." Bu qeyri-dəqiq məlumat yazıçının son 

illərdə dərc etdirdiyi bir sıra yazılarında da verilmişdir. Və 

yazıçının bu məlumatına əsaslanan jurnalist və 

ədəbiyyatşünaslar da həmin səhvi təkrar etmişlər. 

 

İlk mətbu hekayəsi hesab etdiyi "Gözlənilməyən sevgi" 



əsərindən xeyli əvvəl, yazıçının bir sıra hekayə, oçerk və 

məqalələri artıq respublika mətbuatında dərc olunmuşdur ki

bu haqda yuxarıda danışılmışdır. 

 

Kənddə coğrafiya müəllimi işləyərkən yazdığı hekayələrini 



götürüb Bakıya gələn İ.Əfəndiyev onları Yazıçılar İttifaqında 


nəsr üzrə məsləhətçi işləyən yazıçı Əbülhəsənə göstərir. 

Hekayələri oxuyan Əbülhəsən onları bəyənir və çapını 

məsləhət görür. Beləliklə də yazıçının "Kənddən məktublar" 

adlı ilk kitabı işıq üzü görür. 

 

İ. Əfəndiyev "Dostumuzu xatırlayarkən" adlı xatirələrində bu 



haqda yazmışdır: "...hekayələri mərhum yazıçımız Əbülhəsənə 

təqdim etdim. O, mənim təhər-töhürümə, ayağımdakı 

uzunboğaz çəkmələrə baxaraq soruşdu: - Nəçisən ? Nəçi 

olduğumu dedikdə o: - Əzizim,əzizim, – dedi – coğrafiya 

müəllimi hara, yazıçılıq hara?.. Mən bu barədə bir söz 

deməyərək soruşdum: - Hekayələrin cavabını nə vaxt ala 

bilərəm? - Ünvanını qoy get, vaxt olanda oxuyub cavab 

yazarıq. - Yox, -dedim, – xahiş edirəm mən rayona 

qayıdanacan oxuyasınız ki, cavabını özümə deyəsiniz. 



Soruşdu: - Rayona nə vaxt qayıdırsan? Dedim: - On gündən 

sonra. - Əzizim, əzizim, on günəcən bunları oxuya bilmərəm. 

Özü də əlyazmasında gətirmisən. Mən təkid elədim. O, mənim 

əl çəkməyəcəyimi hiss eləyib: - Yaxşı, – dedi, – on gündən 

sonra mənə dəyərsən. Bəlkə oxuya bildim. On gündən sonra 

o, məni ayrı cür qarşıladı. Gülümsəyib soruşdu: - Əzizim, 

əzizim, sənin hekayələrin hansı qəzet-jurnallarda çıxıb? – Heç 

birində – dedim. – Bunlar mənim ilk hekayələrimdi, heç birini 

də hələ çapa verməmişəm. - Doğrudan? Amma mənə elə 

gəldi ki, sən çoxdan çap olunursan. Hekayələr yaxşıdı...yaxşıdı. 

Xoşuma gəldi. Mən bizim sədrimizə də dedim. Gedək, o, 

səninlə tanış olmaq istəyir... Əbülhəsən məni Əli Məmmədova 

təqdim edərək dedi: – Hekayələri barədə sizə danışdığım 

oğlan budur. Sədr gülümsəyib mənimlə əl tutdu. Haradan 

olduğumu və sairə...öyrənib biləndən sonra Əbülhəsəndən 

soruşdu: – Neçə hekayədi? - Doqquz,- deyə Əbülhəsən cavab 




verdi. - Neçəsini çap etmək mümkündür? - Hamısını – deyə 

Əbülhəsən qətiyyətlə cavab verdi. – Elə isə göndərin 

Azərnəşrə, qoy kitab halında çap eləsinlər". Beləliklə də

Əbülhəsən xeyirxahlıq edərək İ.Əfəndiyevin yaradıcılıq 

yolunun başlanğıcında yaşıl işıq yandırmış oldu, "Kənddən 

məktublar" adlı ilk kitabı İlyas Əfəndiyevə "ədəbiyyat 

dünyasına", yazıçılar aləminə çıxmasına səlahiyyət verdi. 

 

.Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlir və onun 



yaradıcılığında mühüm rol oynamış Bakı ədəbi mühitinə 

qovuşur. Bakıda heç kimi tanımayan kimsəsiz gənc yazıçı 

İ.Əfəndiyev o vaxtlar Yazıçılar İttifaqında partkom işləyən 

görkəmli yazıçı Əli Vəliyevlə tanış olur və onun köməyilə "Yeni 

yol" qəzetində mədəniyyət və ədəbiyyat şöbəsində ədəbi işçi 

vəzifəsinə işə düzəlir. 




 

Ev məsələsində isə ona Yazıçılar İttifaqının sədri Səməd 

Vurğun kömək edir, "Əski Şərq" mehmanxanasında bir otaq 

alır, yazıçı orada üç il yaşayır. Bakıda keçirdiyi ilk günləri yada 

salan İlyas Əfəndiyev qeyd edir ki, rayonda o qədər zülm 

çəkmişdik, o qədər təhqir olunmuşduq ki, burada adamlardan 

kömək, hörmət, insani münasibət görəndə ürəyim kövrəlirdi. 

Mənə elə gəlir ki, tamam yeni bir aləmə düşmüşəm. Demə səs 

hüququndan məhrum edilmiş tacir oğluna da kömək, hörmət 

olarmış... 

 

Bakıda ilk gündən qayğıkeş və xeyirxah insanlarla əhatə 



olunmuş gənc yazıçı məhzuldar yaradıcılıqla məşğul olmağa 

və ilk mətbu əsərlərini respublikanın dövri mətbuat 

orqanlarında dərc etdirməyə başlayır.Yazıçı "Yeni yol" qəzeti 



Yüklə 188,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə