Əfəndiyev İlyas



Yüklə 188,4 Kb.
səhifə7/7
tarix25.06.2018
ölçüsü188,4 Kb.
#51344
növüYazı
1   2   3   4   5   6   7

Mehdi Hüseyn də, Süleyman Rəhimov da o şəxslərdir ki, o 

zaman ədəbi gənclik,o cümlədən mən də onlara güvənirdik, 

onları özümüzə kömək, arxa hesab edirdik. Bir çətinliyimiz 

olanda müraciət edirdik, onlardan həmişə kişilik, kömək 

görürdük". 

 

Yaradıcılıq yollarında inamla addımlayayn gənc yazıçı 1941-



45-ci illərdə Azərbaycan Radio komitəsində ədəbi verilişlər 

şöbəsinin müdiri, 1945-ci ildən Bakı kinostudiyasında ssenari 

şöbəsinin rəisi, daha sonra isə Azərnəşrdə bədii ədəbiyyat 

şöbəsinin müdiri vəzifəsində çalışarkən ədəbi ictimaiyyətlə 

bilavasitə təmasda və əlaqədə işləmiş, həyatı dərindən 

öyrənmiş, dünyagörüşünü daima artırmışdır. 1945-ci ildə 

İ.Əfəndiyevin "Aydınlıq gecələr" adlı ikinci kitabı nəşr olunur 

ki, burada əsasən müharibə illərində yazılmış əsərlər 




toplanmışdır. Əsərlərin mövzuları müharibədən götürülmüşsə 

də, əsas məsələ bu idi ki, Həmin hekayələrdə döyüş və sınaq 

illərində müasirlərimizin mə‘nəvi sifətləri və dəyanətləri 

qələmə alınmışdır. Həmin əsərlərdə də yazıçı canlı insan 

surətlərinə, onların daxili aləmlərinin təsvirinə üstünlük 

vermişdir. "Aydınlıq gecələr" kitabı İ.Əfəndiyevi oxuculara öz 

səsi, öz yazı üslubu olan orijinal bir yazıçı kimi təsdiq etdi. 

1947-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram 

Teatrı İ.Əfəndiyevin "İşıqlı yollar" pyesini tamaşaya qoydu. 

Əsər Teatrın 1948-ci ildə Moskvaya qastrolu zamanı paytaxt 

sənətsevərlərinə göstərilmişdir. Həmin pyes yazıçının ilk 

müstəqil səhnə əsəri idi. Gənc dramaturq görkəmli rejissor 

Adil İsgəndərovun təklif və təkidilə "Bahar suları" pyesini 

yazır. Lakin əsərin tamaşası birmənalı qarşılanmadı, pyes 

haqqında müxtəlif mülahizələr irəli sürüldü. 

 



"Bahar suları" pyesi haqqında müəllif yazmışdır: 

"...Dramaturgiyada "konfliktsizlik" nəzəriyyəsi ifşa olunandan 

sonra, bizim Akademik Dram Teatrında tamaşaya qoyulan ilk 

konfliktli əsər mənim "Bahar suları" pyesim oldu. Bu əsərdə 

müsbət obrazlarla bərabər, mənfi tiplər də var idi. Pyes 

Akademik Teatrda müvəffəqiyyətlə gedirdi. "Kommunist" 

qəzeti Əli Vəliyevin təşəbbüsü ilə böyük disput təşkil 

etmişdi....Disput olduqca canlı keçirdi. Çıxış edənlər tamaşaya 

yüksək qiymət verirdilər. Birdən bizim yazıçı yoldaşlardan o 

zaman məsul vəzifədə olan biri özünü qaranəfəs disputa 

yetirərək çıxışında sübut etməyə çalışdı ki, guya müəllif 

əsərdəki mənfi tipləri göstərməklə bizim cəmiyyətimizə 

böhtan atmışdır, bizdə Nəcəf kimi adamlar yoxdur, tək-tük 

varsa da, göstərmək lazım deyil..." Lakin əsərin müzakirəsində 

iştirak etmiş Əli Vəliyev, S.Vurğun, eyni zamanda 



ədəbiyyatşünaslar əsərin bir sıra məziyyətlərini göstərməklə

müəllifin düz yol tutduğunu təsdiq etmişlər. 

 

1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti və 



bütün sənətsevərləri Azərbaycan Dövlət Dram Teatrının 75 

illiyini təntənə ilə qeyd edərkən, səhnə sənətinin inkişafındakı 

xidmətləri nəzərə alınaraq İ.Əfəndiyev "Şərəf Nişanı" ordeni 

ilə təltif edilmişdi. 1954-cü ildə tamaşaya qoyulmuş 

"Atayevlər ailəsi" dramaturq İ.Əfəndiyevin yaradıcılığında irəli 

atılmış uğurlu bir addım idi. Müəllif ictimai həyatda rastlaşdığı 

qüsurları realist mövqedən, yüksək sənətkarlıqla qələmə 

aldığından, əsər tamaşaçı və oxucular tərəfindən böyük 

rəğbətlə qarşılanmışdır. Pyesi tamaşaya Tofiq Kazımov 

hazırlamışdı. 

 



Sanki İ.Əfəndiyev ilə T.Kazımov bir-birini kəşf etmişdi, onlar 

biri digərini çox gözəl başa düşürdülər. Müasirlik duyğusu çox 

güclü olan bu iki sənətkarda oxşar cəhətlər, intellektual 

səviyyə, birgə yaradıcılıq axtarışları Azərbaycan teatrı tarixinə 

parlaq səhifələr yazmışdır. Yaradıcılıq intuisiyası çox geniş 

olan Tofiq Kazımovla, insan qəlbinin dərinliklərinə nüfuz 

etməyi bacaran İ.Əfəndiyev arasındakı yaradıcılıq əlaqələri 

uzun illər davam etmişdir. 

 

İ.Əfəndiyev "Atayevlər ailəsi" tamaşası haqqında yazmışdır: 



"Atayevlər ailəsi"nin quruluşu üzərində Tofiqin ilk 

müvəffəqiyyəti, rolları aktyorlar arasında çox sərrast 

bölməsindən başladı. Hansı rolu hansı aktyorun daha təbii ifa 

edə biləcəyini düzgün tə‘yin etmək hissi, yaradıcılıq intuisiyası 

Adil kimi, Tofiqdə də çox güclü idi... "Atayevlər ailəsi" Tofiqin 



Akademik Teatrımızda ilk müvəffəqiyyətli quruluşu oldu". Bu 

vaxta qədər bir dramaturq və xırda hekayələr müəllifi kimi 

tanınmış İ.Əfəndiyev 1958-ci ildə ilk dəfə iri həcmli "Söyüdlü 

arx" romanını oxuculara təqdim edir. Əsər yazıçıya böyük 

uğur qazandırdı. 1953-1958-ci illərdə İ.Əfəndiyev Azərbaycan 

Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi vəzifəsində 

çalışarkən ədəbiyyata gələn istedadlı gənclərin inkişafını qayğı 

ilə izləmiş, bacardığı qədər onların yeni əsərlərinin çapına, 

kitablarının buraxılmasına kömək göstərmişdi. 

 

O, 1954-cü ildən etibarən Yazıçılar İttifaqı Rəyasət heyətinin 



üzvü olmuş, 1958-ci ilin axırlarında Yazıçılar İttifaqı idarə 

heyətinin məsul katibi seçilmişdir. İttifaqın işində yaxından 

iştirak edən ədib, Respublika yazıçılarının II qurultayında 

(1954) "Azərbaycan sovet dramaturgiyası", III qurultayında isə 




(1958) "Azərbaycan dramaturgiyasının inkişafı" mövzularında 

məruzələr etmişdir. 

 

İ. Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş 



sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun 

hər hansı bir ilini, yaxud qısa bir dövrünü ciddi xronoloji 

ardıcıllıqla izləsək, maraqlı bir mənzərənin şahidi olarıq: yazıçı 

eyni bir qısa dövr ərzində hekayələr yazmaqla yanaşı, 

iste‘dadlı bir dramaturq kimi də fəaliyyət göstərir, iri həcmli 

roman və povestlərlə bərabər oçerklər üzərində də işləyir, 

publisistik məqalələr qələmə almaqla yanaşı, konfrans və 

qurultaylarda məruzələrlə çıxış edir. Bir sözlə, İ.Əfəndiyevə 

hekayədən faciəyə, romandan komediyaya, məqalədən pyesə 

keçmək heç də çətinlik törətmir, bu, yazıçı üçün adi bir haldır. 

İ.Əfəndiyev ədəbiyyatın bütün janrlarında kamil sənət 



nümunələri yaratmışdır ki, bu da yazıçının sənət palitrasının 

müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və 

yaradıcılıq intellektindən xəbər verir. 

 

1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri 



adını almış İ.Əfəndiyevin yaradıcılığında 60-80-cı illər ən 

məhzuldar dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında 

janr rəngarəngliyi özünü göstərir, bir-birinin ardınca iri nəsr 

əsərləri, ciddi ictimai-siyasi problemlər qaldıran, gözəl mənəvi 

keyfiyyətlər aşılayan, eyni zamanda müasir Azərbaycan 

nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət 

qazanmış "Körpüsalanlar" (1960), "Dağlar arxasında üç dost" 

(1963), "Sarıköynəklə Valehin nağılı" (1976-78), "Geriyə 

baxma, qoca" (1980), "Üçatılan" (1981) kimi povest və 

romanlarını dərc etdirir, eyni zamanda maraqlı dram 




əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi 

məhzuldar yaradıcılıq yolu keçir. Bu illərin məhzulu olan "Sən 

həmişə mənimləsən" (1964) pyesi ilə Azərbaycan səhnəsində 

lirik-psixoloji dramanın əsasını qoyur. Bu yolu uğurla davam 

etdirən dramaturq "Mənim günahım" (1967), "Unuda 

bilmirəm" (1968), "Məhv olmuş gündəliklər" (1969), "Qəribə 

oğlan" (1973), "Bağlardan gələn səs" (1976) və s. pyeslərini 

yazır. Ölməz sənət nümunələri kimi Azərbaycan 

dramaturgiyası xəzinəsini zənginləşdirən, yüksək vətəndaşlıq 

pafosu, incə lirizm və dərin psixoloji tapıntılarla aşılanan bu 

pyeslər teatr sənətimizdə yeni bir mərhələ açdı, "İlyas 

Əfəndiyev teatrı" yaratdı. 

 

"İlyas Əfəndiyev teatrı"nın uğurlarından söhbət açarkən, 



təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci ildə 


olmuş "Unuda bilmirəm" pyesi 1981-ci ilə qədər, yalnız 

Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə oynanılmışdır. 

İlyas Əfəndiyev 1971-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə 

təltif edilmişdir. 

 

Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha çox 



müraciət edən dramaturq, 1971-ci ildə mövzusu tarixi 

keçmişimizdən götürülmüş "Mahnı dağlarda qaldı" pyesini 

yazır. Yeni yaradıcılıq uğuru kimi qarşılanmış bu pyesə görə 

İ.Əfəndiyev 1972-ci ildə Respublika dövlət mükafatına layiq 

görülür. 

 

1974-cü ildə Respublikamızın ədəbi ictimaiyyəti yazıçının 



anadan olmasının 60 illiyini təntənə ilə qeyd edir. Yubileylə 


əlaqədar olaraq ədib Oktyabr İnqilabı ordeni ilə təltif olunur. 

Azərnəşr onun dörd cildlik "Seçilmiş əsərləri"ni nəşr edir. 

 

Görkəmli ədəbiyyat xadimi, geniş şöhrət qazanmış 



İ.Əfəndiyev Azərbaycan Respublikası Ali Soveti Rəyasət 

heyətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə Xalq yazıçısı fəxri 

adına layiq görülmüşdür. 

 

Yazıçının anadan olmasının 70 illiyi Respublikamızda qeyd 



olunarkən "Yazıçı" nəşriyyatı 1984-1985-ci illərdə oxucularına 

gözəl bir hədiyyə hazırlamış, ədibin 6 cildlik "Seçilmiş 

əsərləri"ni nəfis şəkildə 40 min nüsxə tirajla çap etmişdir. 

Ədəbiyyat sahəsindəki xidmətləri nəzərə alınan ədib həmin il 

Lenin ordeni ilə mükafatlandırılmışdır. 1990-cı ildə 

Azərbaycanın Milli Teatrı öz tarixində ilk dəfə olaraq xarici 




ölkəyə – Türkiyəyə qastrol səfərinə çıxmışdır. Bu səfər zamanı 

Teatr İstanbul və Ankara şəhərlərində teatr həvəskarlarına 

İ.Əfəndiyevin "Bizim qəribə taleyimiz" və "Sevgililərin 

cəhənnəmdə vüsalı" əsərlərinin tamaşasını göstərmişdir. 

Böyük uğurla qarşılanan bu əsərlər haqqında Türkiyə 

mətbuatı onlarla sanballı məqalələr vermişdir. 

 

60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90-cı illərdə 



də məhzuldar bir yazıçı kimi yazıb yaradır, hər il yeni-yeni 

əsərlər nəşr etdirir, təzə pyeslərini tamaşaya qoyurdu. Sovet 

rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza 

bilmədiyi bir sıra mövzuları cəsarətlə ədəbiyyata gətirir, onları 

yeni zamanın kontekstində oxuculara təqdim edirdi. O. "Hacı 

Axundun cənnət bağı necə oldu" hekayəsini, "Xan qızı 

Gülsənubərlə tarzən Sadıqcanın nağılı" povestini dərc etdirir, 



"Şeyx Xiyabani" (1986), "Bizim qəribə taleyimiz" (1988), 

"Sevgililərin cəhənnəmdə vüsalı" (1989), "Tənha iydə ağacı" 

(1991), "Dəlilər və ağıllılar" (1992), "Hökmdar və qızı" (1994) 

və s. pyeslərini tamaşaya qoydurmuş[3], bir sıra yeni 

kitablarını nəşr etdirmişdi. 

 

Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-iyun 



aylarında Xalq yazıçısı İ.Əfəndiyevin anadan olmasının 80 

illiyini təntənəli surətdə qeyd etdi. Ədəbiyyatın inkişafında 

xidmətlərini nəzərə alan müstəqil Azərbaycan Respublikasının 

Prezidenti yazıçını "Şöhrət" ordeni ilə təltif etdi. 

Respublikamızın sənət adamları arasında İ.Əfəndiyev birinci 

sənətkar idi ki, həmin ordenlə mükafatlandırılmışdı. Heydər 

Əliyev cənabları yazıçıya göndərdiyi təbrik məktubunda ədibin 

yaradıcılığına yüksək qiymət verərək yazmışdı: "Sizi-




Azərbaycanın görkəmli dramaturq və nasirini 80 illik 

yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Dünya 

mədəniyyətinə ölməz dahilər bəxş etmiş qədim Odlar 

yurdunda xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə 

ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar əməyiniz 

sayəsində bu şərəfə nail olmuşsunuz. 

 

Oxucuların sevə-sevə mütaliə etdiyi nəsr əsərləriniz, Milli 



teatrımızın səhnəsində tamaşaya qoyulan pyesləriniz bunu 

parlaq şəkildə sübut edir...Sizin yaratdığınız obrazlar 

xalqımızın övladlarına mənəvi saflıq və vətənpərvərlik 

aşılanması işinə xidmət etmişdir. Əminəm ki, müstəqil 

Azərbaycanımızın hələ neçə-neçə nəsli bu zəngin mənbədən 

faydalanacaqdır". Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-

şirinli günlərini yaşamış sənətkarımız İlyas Əfəndiyev 1996-cı il 



oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və 

Fəxri Xiyabanda dəfn olunmuşdur. "İlyas Əfəndiyev əslinə-

nəslinə yaraşan şərəfli, namuslu yazıçı ömrü sürdü. Həm də 

namuslu ömür sürdüyünü özü bəyan etmirdi, qələmdən 

ayrılmadan son günlərinəcən halal zəhmətlə, hər cür 

intriqalardan, həsəddən və nifrətdən uzaq bir aləmdə – sənət 

dünyasında yaşadığı həyatla sübut edirdi". 

 

İ.Əfəndiyevin insani keyfiyyətlərindən söhbət açan akademik 



Kamal Talıbzadə yazır: "İlyas ömrünün axırına qədər 

evlənmədi, baxmayaraq ki, çox cavan ikən dul qalmışdı, həm 

də gözəl, yaraşıqlı kişi idi... Övlad üçün özünü oda-közə vuran, 

onun üçün xoşbəxt gələcək haqqında düşünən narahat ata 

idi... Oğullar da atalarına borclu qalmadılar, atalarını sözün əsl 

mənasında yaşatdılar". 




 

Yazıçının iki övladı vardır. Xalq yazıçısı, filologiya elmləri 

doktoru Elçin görkəmli nasir, dramaturq və ədəbiyyatşünas 

alimdir. Uzun müddət "Vətən" cəmiyyətinin sədri, Yazıçılar 

Birliyin katibi olmuş Elçin həm də görkəmli dövlət xadimidir. 

O, Respublika Baş Nazirinin müavini vəzifəsində çalışır. Kiçik 

oğlu Teymurçin Əfəndiyev tanınmış ədəbiyyatşünas alim, 

professordur. O, uzun illərdir ki, Ə.Hüseynzadə adına 

Mədəniyyət və İncəsənət Universitetində çalışır, indi həmin 

Universitetin rektorudur. 

 

İ.Əfəndiyev ata və ana fədakarlığı ilə böyütdüyü övladlarına 



bağlı bir insan idi. O, oğulları ilə fəxr edir, onların uğurları, ailə 

səadəti ilə fərəhlənir, baba sevinci ilə yaşayırdı. Nəvəsi 




Yalçının kinoda çəkilməsi, Üzeyir bəyin uşaqlığını oynaması 

ona böyük sevinc bəxş etmişdir. 

 

Yazıçının qardaşı Mustafa Əfəndiyev nəşriyyat-poliqrafiya 



sahəsində işləmiş, "Azərnəşr"də baş redaktor vəzifəsində 

çalışmışdır. O, həm də bacarıqlı tərcüməçi idi. L.N.Tolstoyun 

"Hacı Murad" və "Uşaq hekayələri", M.Qorkinin "Günəşin 

övladları", A.Çakovskinin "Mühasirə", R.Kiplinqin "Mauqli", 

V.İvanovun "Zirehli qatar 14-69", S.Uluqzadənin "Mirvari" və 

s. kitablar onu Azərbaycan oxucusuna iste‘dadlı tərcüməçi 

kimi tanıtmışdır. Digər qardaşı Tofiq Əfəndiyev görkəmli 

yazıçıdır. Onun "Ağ çiçəklər", "Dağ yolu", "Cənub mehi", 

"Prokuror", "Münaqişə", "Qara qapılar" kitablarında 

toplanmış hekayə, povest və romanları oxucular tərəfindən 

həvəslə oxunur. Qardaşlarından digəri hüquq-mühafizə 



orqanlarında çalışır. Tibb institutunu bitirmiş bacısı tanınmış 

həkimdir. Onun oğlu Çingiz Əlioğlu istedadlı şairdir. 60-cı 

illərdə ədəbiyyata gəlmiş 55 yaşlı Çingiz Əlioğlunun səsi 

respublikadan kənarda da eşidilməkdədir. 

 

Yazıçının nəvələri təhsillərini uğurla davam etdirirlər və yəqin 



ki, onlar da Əfəndiyevlər ailəsinin şan-şöhrətini daha da 

ucaldacaqlar. 

 

Filoloq Timuçin Əfəndiyevin atasıdır. 



Yazıçı Elçinin atasıdır. 

Mükafatları  

"Şöhrət" ordeni — 24.05.1994[4] 

Yaradıcılığı  




Pyeslər  

"İntizar"(1940-cı illər-Yazıçı Mehdi Hüseynlə birgə yazmışdır.) 

"İşıqlı yollar"(1947) 

"Bahar suları"(1948) 

"Atayevlər ailəsi"(1954) 

"Sən həmişə mənimləsən", yaxud "Boy çiçəyi"(1964) 

"Mənim günahım"(1967) 

"Odlu səhradan gəlmiş şeytan" 

"On manatlıq lüstr" 

"Bizə inan" 

"Unuda bilmirəm"(1968) 

"Məhv olmuş gündəliklər"(1969) 

"Mahnı dağlarda qaldı"(1971) 



"Qəribə oğlan"(1973) 

"Bağlardan gələn səs"(1976) 

"Xurşidbanu Natəvan"(1980) 

"Büllur sarayda" 

"Şeyx Xiyabani"(1986) 

"Bizim qəribə taleyimiz"(1988) 

"Sevgililərin cəhənnəmdə vüsalı"(1989) 

"Tənha iydə ağacı"(1991) 

"Ağıllılar və dəlilər"(1992) 

"Hökmdar və qızı"(1994) 

Uşaq hekayələri  

"Ceyran ovu" 

"Maraqlı hadisə" 



"Qoruqlarda" 

"Yasəmən ağacı" 

"İz ilə" 

"Ovçunun nağılı" 

"Zəmidə bir turac səslənirdi" 

Hekayələr  

"Kənddən məktublar" kitabından 

 

"Qızbəs xala" 



"Qarımış oğlan" 

"Mirzə İman" 

"Xəncər hekayəsi" 

"Aydınlıq gecələr" kitabından 




 

"Gözlənilməyən sevgi" 

"Apardı sellər Saranı" 

"Durna" 


"Qəhrəman ilə bülbülün nağılı" 

"Kiçik bir poema" 

"Qoca tarını çaldı" 

"Yarımçıq qalmış portret haqqında mahnı" 

"Qarı dağ" 

"Hekayələr" kitabından 

 

"Görüş" 


"Gülaçar" 


"Su dəyirmanı" 

"Sən ey böyük yaradan" kitabından 

 

"Yusif və Esfir" 



"Vəzir Allahverdi xan və Bəhlul Danəndə" 

"Sən ey böyük yaradan" 

"Abidin yuxusu" 

"Həyatın əbədi ahəngi" 

"Sağsağan" 

"İsa-Musa" 

Müxtəlif illərin hekayələri 

 

"Berlində bir gecə" 




"Qəhrəmanımın nişanlısı" 

"Balıqçılar" 

"Gül satan" 

"Cavan yolçu" 

"Bahar buludları" 

"Xəncər" 

"Yaylaq qonşumuz" 

"Şəhərdən gələn ovçu" 

"Yun şal" 

"Qırçı və qırmızı çiçək" 

"Tufandan sonra" 

"Səməd Vurğun haqqında hekayə" 

"Daş hasar" 



Povestlər  

"Kənddən məktublar"(1939) 

"Aydınlıq gecələr"(1945) 

"Torpağın sahibi" 

"Qaçaq Süleymanın ölümü" 

"Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" 

"Üçatılan"(1981)-(Avtobioqrafik əsərdir.) 

Romanlar  

"Söyüdlü arx"(1958) 

"Körpüsalanlar"(1960) 

"Geriyə baxma, qoca"(1980)(avtobioqrafik əsərdir) 

"Xan çinar" 

"Dağlar arxasında üç dost"(1963) 



"Sarıköynəklə Valehin nağılı"(1976-1978) 

Filmoqrafiya  

Atayevlər ailəsi (film) 

Bircəciyim (film, 1986) 

Bizi dağlarda axtarın (film, 1976) 

Bizim qəribə taleyimiz (film, 2005) 

Çarvadarların izi ilə (film, 1974) 

Geriyə baxmağa dəyər (film, 1985) 

Gözlə məni (film, 1980) (əsərin müəllifi) (İ.Əfəndiyevin 

"Mahnı dağlarda qaldı" əsəri əsasında çəkilib) 

Hökmdarın taleyi (film, 2008) 

Körpüsalanlar (film, 1964) (əsərin müəllifi) (İ.Əfəndiyevin 

"Körpüsalanlar" əsəri əsasında çəkilib) 



Ləyaqət hücrəsi (film, 2011) 

Mənim günahım (film, 1985) 

Sən həmişə bizimləsən (film, 1997) 

Sən həmişə mənimləsən (film, 1987) 

Tikdim ki, izim qala. III film (film, 1998) 

Yun şal (film, 1965) 

Teatr tamaşaları 

1.Bizim qəribə taleyimiz (iki hissəli dram) (quruluşçu rejissor – 

Mərahim Fərzəlibəyov, quruluşçu rəssam – Elçin Aslanov, 

bəstəkar – Emin Sabitoğlu, mahnıların mətni – Çingiz Əlioğlu, 

rejissor assistenti – Mehriban Ələkbərova); 

2.Sən həmişə mənimləsən. (quruluşçu rejissor – Tofiq 

Kazımov, bəstəkar – Emin Sabitoğlu. Rollarda: Əli Zeynalov, 



Amaliya Pənahova, Eldəniz Zeynalov, Səfurə İbrahimova, 

Ətayə Əliyeva, Kamil Qubuşev). 



Yüklə 188,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə