Əfəndiyev İlyas



Yüklə 188,4 Kb.
səhifə6/7
tarix25.06.2018
ölçüsü188,4 Kb.
#51344
növüYazı
1   2   3   4   5   6   7

redaksiyasında bir qədər işlədikdən sonra qəzetin nəşri 

dayandırılır. Bundan sonra İ.Əfəndiyev əmək fəaliyyətini 

əvvəlcə "Kommunist" /1939 -1940/, sonra isə "Ədəbiyyat 

qəzeti"ndə nəsr şöbəsinin müdiri kimi davam etdirmişdir. 

 

Heç şübhəsiz ki, İ.Əfəndiyevin bir yazıçı kimi inkişaf etməsində 



və ədəbi ictimaiyyət tərəfindən tanınmasında əməkdaşlıq 

etdiyi həmin qəzet redaksiyalarının müəyyən xidməti 

olmuşdur. 

 

İ.Əfəndiyev 1940-cı ilin yanvar ayında Azərbaycan Yazıçılar 



İttifaqına üzv qəbul olunmuşdur. 1990-cı ildə qələmə aldığı 

xatirələrindən birində bu haqda yazıçı göstərmişdir: 

 



"Bir gün gənc tənqidçi Əkbər Ağayevlə təsadüfən küçədə 

rastlaşdığımız zaman mənə dedi ki: – Yazıçılar İttifaqının sədri 

Rəsul Rza iclasda sənin kitabın haqqında yaxşı sözlər danışdı. 

Deyirdi: -"...hiss olunur ki, gənc müəllif iste‘dadlıdır, 

ümidverəndir. Onu İttifaqa cəlb etmək lazımdır." 

 

İ.Əfəndiyev Yazıçılar İttifaqına daxil olmaq üçün aşağıdakı 



məzmunlu, həm də qəribə səslənən ərizə ilə müraciət 

etmişdir: 

 

"Azərbaycan Sovet Yazıçıları İttifaqının İdarə Heyətinə, gənc 



yazıçı İlyas Əfəndiyev tərəfindən Ərizə. 

 

Yazdığım hekayələrdə bir çox nöqsanlar olduğunu bilirəm. 



Rica edirəm məni öz sıranıza qəbul edəsiniz. Gələcək 


işlərimdə mənə kömək edəsiniz. İlyas Əfəndiyev". 1939-cu il 

dekabr ayının 28-də yazılmış həmin ərizə, Yazıçılar İttifaqı 

İdarə hey‘ətinin 10 yanvar 1940-cı il tarixli iclasında müzakirə 

edilmiş və İ.Əfəndiyev İttifaqa üzv qəbul olunmuşdur. Gənc 

yazıçı bundan sonra Yazıçılar İttifaqının işlərində yaxından 

iştirak etməyə başlayır. 

 

Böyük Vətən müharibəsinin başlanması bütün başqa 



sənətkarlar kimi İ.Əfəndiyevi də səfərbər etdi, o, da "müsəlləh 

əsgərə" çevrilib, qələmini silahla əvəz etdi. Yazıçı oxucularda 

düşmənə qarşı dərin nifrət, vətənə məhəbbət hissləri 

aşılamaq vəzifəsini öhdəsinə götürdü. Tarixi keçmişimizə, el 

qəhrəmanlarına, folklor nümunələrinə müraciət edərək bir 

sıra hekayələr yazdı, əsgərlərlə görüşlər, söhbətlər keçirmək 

üçün yazıçı briqadaları ilə bərabər Azərbaycan diviziyalarında 



oldu, digər tərəfdən, əsasən bir nasir kimi tanınmış ədib, 

ədəbiyyatın başqa bir sahəsində – dramaturgiyada qələmini 

sınadı. 1943-cü ildə o, yazıçı M.Hüseynlə birlikdə, mövzusu 

Böyük Vətən müharibəsindən götürülmüş "İntizar" pyesini 

qələmə aldı. Əsər 1944-cü ildə M.Əzizbəyov adına Azərbaycan 

Dövlət Dram Teatrının səhnəsində göstərilmiş və dramaturq 

İ.Əfəndiyevin Azərbaycan Milli Teatrı ilə 50 ildən çox bir 

müddətdə davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası 

belə qoyulmuşdu. Bundan sonra yazıçı Milli Teatrımız üçün 

"İşıqlı yollar" (1946) və "Bahar suları" (1947) pyeslərini 

qələmə aldı. İ.Əfəndiyev dramaturgiyaya gəldiyi illəri belə 

xatırlayır: "...Tanınmış yazıçı Mehdi Hüseyn mənə yaxınlaşıb... 

"istəyirsən birlikdə bir pyes yazaq" – dedi. Mehdi kimi məşhur 

bir yazıçının bu təklifi gənc yazıçı üçün çox xoş idi və mən 

razılıq verdim. Beləliklə də biz birlikdə "İntizar" pyesini yazdıq. 

Pyes Akademik Milli Teatrda müvəffəqiyyətlə tamaşaya 




qoyuldu. Bundan bir müddət sonra teatrın direktoru və baş 

rejissoru Adil İsgəndərov məni milli teatra də‘vət etdi. Nəsr 

yaradıcılığımdan xoşlandığını bildirdi və təklif etdi ki, neft 

həyatından teatr üçün bir pyes yazmaq barədə düşünüm... 

Neftçilərin həyatını öyrənməyə başladım və neft həyatından 

"İşıqlı yollar" adlı dram əsərimi yazdım. Əsər Akademik 

teatrda tamaşaya qoyulduqdan sonra Adil İsgəndərov müasir 

kənd həyatından da bir pyes yazmağı təklif etdi. Hətta 

qonorarın yarısını da qabaqcadan verdi. "Bahar suları" adlı 

pyesim də belə meydana gəldi. Pyesi Adil İsgəndərov özü 

tamaşaya qoydu, musiqisini Səid Rüstəmov yazdı. Beləliklə

mən nəsr yazmaqla bərabər dramaturgiyaya daxil oldum". 

 

40-cı illərin axırlarında İ.Əfəndiyev artıq özünü bir nasir və 



dramaturq kimi təsdiq etmişdir. Onun yaradıcılıq uğurları 


təkcə oxucuları deyil, eyni zamanda ədəbiyyatşünas alimləri 

də sevindirirdi. Yazıçının yaradıcılığı, çap etdirdiyi hər bir yeni 

əsəri tənqidçilərin diqqətindən yayınmırdı. Məhz bu illərdə 

dövri mətbuat səhifələrində onun yaradıcılığı haqqında ilk 

məqalələr dərc olunmağa başladı. Əkbər Ağayevin "Kənddən 

məktublar", Hüseyn Şərifovun "Ümid verən yazıçı", Mehdi 

Hüseynin "Bir nasir haqqında", H.Orucəlinin "Həyata doğru", 

O.Sarıvəllinin "İntizar", M.Arifin "İntizar", M.Cəfərin "İntizar" 

tamaşası haqqında" və s. məqalələr İ.Əfəndiyevin geniş oxucu 

kütləsinə tanıtmaqda mühüm rol oynamışdır. Bundan əlavə

Azərbaycan Yazıçılar İttifaqının xüsusi iclaslarından birində 

yazıçı İ.Əfəndiyevin yaradıcılıq hesabatının dinlənilməsi və 

burada S.Vurğunun, M.Hüseynin, Ə.Məmmədxanlının, 

Ə.Ağayevin, H.Orucəlinin və başqa sənətkarların çıxış edib xoş 

sözlər söyləmələri İ.Əfəndiyevin yaradıcılığına olan maraqdan 

irəli gəlirdi. 




 

Yazıçının qayğısını çəkən qələm dostları, xeyirxah insanlarla 

yanaşı, onun paxıllığını çəkənlər, yüksəlməsini istəməyənlər 

də tapılırdı. Bu illərdə Yazıçılar İdtiifaqında çağırılmış iclasların 

birində "cavan yazıçı İ.Əfəndiyevin özünü yaxşı 

aparmadığından", "bir sıra pozğun ünsürlərlə" əlaqə 

saxladığından söhbət getmiş və Yazıçılar İttifaqının Rəyasət 

heyəti ona ciddi xəbərdarlıq etmişdir. Lakin gənc yazıçı 

İ.Əfəndiyev Bakıya gəldiyi ilk gündən Əbülhəsən, Ə.Vəliyev, 

S.Rəhman, M.Cəfər, M.Hüseyn, S.Vurğun, S.Rəhimov, M.Arif, 

Ə.Ağayev, A.İsgəndərov, Adil Əfəndiyev və onlarla bu kimi 

sənətkarların əhatəsində olmuş, hər gün onların təsirini hiss 

etmiş, nəzər-diqqətindən kənarda qalmamış və 

yetkinləşmişdir. Yazıçı həmin xeyirxah insanları xatırlayaraq 

sonralar qeyd etmişdir ki, "mən ədəbiyyatımızda onların 

yerini boş görürəm. Yazıçılardan S.Vurğun da, Əli Vəliyev də, 




Yüklə 188,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə