Əfəndiyev İlyas



Yüklə 188,4 Kb.
səhifə4/7
tarix25.06.2018
ölçüsü188,4 Kb.
#51344
növüYazı
1   2   3   4   5   6   7

yaxın günlərdə S.Rəhmanın "Toy" komediyasını 

oynayacaqdır". Əsəri qəbul etmək üçün rayonumuza 

Respublikanın xalq artisti Mirzağa Əliyev gəlmişdir. 

A.Manaflının "Həyat" haqqında mənim fikrim" məqaləsində 

isə müəllif, teatrın direktoru S.Zülfüqarovun, bədii hissə 

müdiri Əsəd Cəfərovun, aktyorlardan Ağababa Abdullayevin

Mürşüd Haşımovun, Cəmil Vəzirovun, Rza Əliyevin, Şölə 

Yolçuyevanın və başqalarının fəaliyyətindən bəhs edir. 

 

Gələcəkdə görkəmli dramaturq olacaq İ.Əfəndiyev "teatr" adlı 



sehrli bir aləmlə ilk dəfə məhz Qaryagində tanış olmuşdur. O, 

qeyd edir ki, "mən də ora tez-tez gedir və böyük maraqla 

aktyorların oyunlarına tamaşa edirdim". Sənət yollarında ilk 

axtarışlar aparan və yazıçı kimi ilk addımlarını atan gənc 




müəllim İ.Əfəndiyevin inkişafında istər rayon qəzeti "Qızıl 

Araz"ın, istərsə də rayon teatrının təsiri şübhəsizdir. 

 

Əfəndiyev orta məktəbi bitirdikdən sonra, ailə vəziyyətilə 



əlaqədar olaraq, təhsilində bir neçə il fasilə verməyə məcbur 

olur. Lakin ali təhsil almaq və Bakıya getmək arzusu onu tərk 

etmirdi. O. Qaryagin rayonunun Böyük Bəhmənli kəndində 

müəllim işlədikdən sonra Xalq Maarif Komissarlığı tərəfindən 

Nuxa şəhərindəki nümunəvi orta məktəbə tədris hissəsi 

müdiri vəzifəsinə tə‘yin olunur. Bir il burada işlədikdən sonra 

ali təhsil almaq üçün Bakıya – Azərbaycan Dövlət Pedaqoji 

institutuna göndərilir. 1934 -cü ildə APİ-nin ədəbiyyat 

şö‘bəsinə daxil olsa da, onun ali məktəbdə təhsil alması çox 

uzun sürmür; elə həmin il institutu tərk edib rayona 




qayıtmağa məcbur olur. İ.Əfəndiyev "kulak" balası olduğu 

üçün institutdan uzaqlaşdırılmışdı. 

 

Lakin yazıçı 1950-ci ildə qələmə aldığı "Tərcümeyi-hal" adlı 



yazısında bu faktı atasının xəstəliyi ilə əlaqələndirmişdir. 

Bunun səbəbi ondan ibarətdir ki, İ.Əfəndiyev 30-cu illərdəki 

təqib və təhqirləri yaddan çıxarmamış, şəxsiyyətə pərəstişin 

qızğın bir döründə Stalin ideologiyasının oğlan çağında əsl 

həqiqəti ictimaiyyətdən gizlətməyə məcbur olmuşdur. 

Həqiqət isə belədir: Müvəffəqiyyətlə imtahan verib filologiya 

fakültəsinin əyani şö‘bəsinə daxil olmuş yazıçı bir neçə ay 

orada oxuduqdan sonra xəbər tuturlar ki, İ.Əfəndiyevin atası 

inqilabdan əvvəl ticarətlə məşğul olduğu üçün səs 

hüququndan məhrum edilmişdir. O zaman səs hüququndan 

məhrum edilmək isə ölümə məhkum olunmaq kimi bir hal idi. 



Yazıçı sonralar qələmə aldığı başqa bir yazısında institutdan 

qovulmasını tamamilə başqa cür izah etmişdi: Bir qədər sonra 

İnstitutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri 

Məmməd Orucov xəlvəti mənə dedi ki, göstəriş var, ata-anası 

səs hüququndan məhrum edilmiş tələbələr ideoloji 

fakültələrdən çıxarılsın. Məsləhətdir, nə qədər gec deyil, ərizə 

verib bir il məzuniyyət götür. "Atan qolçomaqdır" deyə səni 

İnstitutdan çıxartsalar, sonralar iş tapmağın çətin olar. Mən 

də o cür hərəkət etdim. Atası vəfat etdikdən sonra , çoxuşaqlı 

ailənin bütün ağırlığı evin ən böyük övladı olan İ. Əfəndiyevin 

öhdəsinə düşmüşdü. Xoşbəxtlikdən İ.Əfəndiyevin adı həmin 

illərdə repressiya olunanların siyahılarında olmayıb. O, 1938-

ci ildə APİ-nin coğrafiya fakültəsinin qiyabi şö‘bəsini qurtarıb 

sağ-salamat rayona qayıdaraq müəllimliyini davam 

etdirmişdir. 

 



Respublikanın ən böyük ali məktəblərindən biri hesab edilən 

Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı illər 

İ.Əfəndiyevin həyat və yaradıcılığında mühüm bir mərhələ 

təşkil edir. Ən tanınmış alimlərin və müəllimlərin dərs dediyi 

həmin ali məktəbdə İ.Əfəndiyev Bəkir Çobanzadə, Əli Sultanlı 

və s. bu kimi müəllimlərdən dərs almışdır. Yazıçının 

qeydlərində oxuyuruq: "Lap ilk günlərdən istər tələbə 

yoldaşlarımın, istərsə də müəllimlərin yaxın, səmimi 

münasibətlərinə nail olmuşdum. Professor Çobanzadə, Əli 

Sultanlı kimi məşhur müəllimlərimiz mənimlə xüsusi dost 

olmuşlar. Professor Çobanzadə bir sıra xarici dillərlə birlikdə 

bütün türk-tatar dillərini bilirdi. Həmişə son dəblə tikilmiş 

bahalı kostyumlar geyərdi. Demək olar ki, canlı bir 

ensiklopediya idi. Xaricdə də böyük hörməti vardı... Aramla iki 

saat söylədiyi mühazirələrdən heç birimiz yorulmazdıq... o, 



yüksək mədəniyyətə, yüksək intellektə malik nadir bir adam 

idi". 


 

İ. Əfəndiyevin institutda dostlaşdığı və həmişə xətrini əziz 

tutduğu müəllimlərdən biri də Əli Sultanlı idi. Əli Sultanlının 

antik dövr ədəbiyyatı haqqındakı mühazirələri o qədər canlı, o 

qədər şairanə olurdu ki, biz hər dəfə sanki gözəl bir poemaya 

qulaq asırdıq. 

 

Məhz 30-cu illərin sonlarında İ.Əfəndiyev ədəbiyyata gəlmiş 



və bir-birinin ardınca hekayələr yazmağa başlamışdır. 

"Rayonda ora-bura qaçaraq gündə səkkiz-doqquz saat 

işləməklə bərabər hələ gecə kurslarında da dərs deyirdim. Çox 

yorulmağıma baxmayaraq Qarabağın qarlı uzun qış 

gecələrində heç kəsə bir söz demədən hekayələr yazdım. 



Sonralar "Kənddən məktublar" adı ilə çap olunan həmin 

hekayələri götürüb 1938-ci ilin yayında pulsuz-pənəsiz gəldim 

Bakıya..." 

 

Bu illər çox qorxulu bir dövr idi, ən istedadlı sənətkarların başı 



üzərini qara buludlar almışdı, heç kəs özündən arxayın deyildi. 

Sabaha sağ çıxıb-çıxmayacağından nigaran qalmış adamlar 

bir-birindən qorxur, heç kimə etibar etmirdilər. 

 

Yaradıcılığı  



İ. Əfəndiyev ədəbiyyata gəldiyi ilk illəri belə xatırlayır: 

"Qaryagində coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma 

düşür. Uzun qış gecəsi idi, çöldə qar-çovğun vardı. Adətim 

üzrə mütaliə edirdim. Darıxır, qəribə hisslər keçirirdim. Birdən 

elə bil ilahidən məndə bir fikir yarandı ki, buradakı həyatımı, 



Yüklə 188,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə