Əfəndiyev İlyas



Yüklə 188,4 Kb.
səhifə3/7
tarix25.06.2018
ölçüsü188,4 Kb.
#51344
növüYazı
1   2   3   4   5   6   7

formalaşma və inkişaf prosesini doğru-düzgün 

mənalandırmaq çətindir, bəlkə də mümkün deyildir". 

 

Əlbəttə, İ.Əfəndiyevin bir gənc kimi yetişməsində, mütaliəyə, 



ədəbiyyata, elmə böyük maraq göstərməsində, hər şeydən 

əvvəl, ailə tərbiyəsinin, ata-ana ocağının çox mühüm təsiri 

olmuşdur. Lakin bu, həlledici səbəb olsa da yeganə amil 

deyildi. Yazıçının formalaşıb yetkinləşməsində, bir sənətkar 

kimi püxtələşməsində başqa amillər də olmuşdur ki

bunlardan oxuduğu və dərs dediyi məktəbin kollektivi, boya-

başa çatdığı bölgənin ictimai-mədəni mühiti, gənclik illərində 

böyük həvəslə izlədiyi və maraqla mütaliə etdiyi "Qızıl Araz" 

adlı rayon qəzeti, Füzulidə fəaliyyət göstərən xalq teatrı, ali 

təhsil aldığı institut həyatı, işlədiyi "Yeni yol", "Kommunist" və 

"Ədəbiyyat qəzeti" redaksiyaları və ən nəhayət Bakı ədəbi 



mühiti, Yazıçılar İttifaqı çox böyük təsir göstərmişdir. Düzdür, 

bu amillərin yazıçıya biri az, biri çox təsir etmişdir, lakin 

onların heç biri təsirsiz qalmamışdır. 

 

İ.Əfəndiyevi sənət aləminə aparan yolun başlanğıcı ailədən və 



orta məktəbdən keçmişdir. Bu insan həyatının elə bir anıdır ki, 

yeniyetmə gənc konkret və müstəqil biliyə yiyələnməyə, 

ətrafda baş verən hadisələri dərk etməyə, mütaliəyə maraq 

göstərməyə, əqli və zehni qabiliyyətini inkişaf etdirməyə 

başlayır. Bu yolun uğurlu başlanğıcından çox şey asılıdır. 

Ailədəki tərbiyə üsulları, oradakı ab-hava, qarşılıqlı 

münasibətlər çox şeydən xəbər verir. İnsan həyat yollarında 

ilk sınaqlarla burada rastlaşır. İlyasın boya-başa çatdığı ailənin 

üzvləri də halal zəhmətlə yaşamış, minnətsiz çörək yeyərək 

övladlarını da bu ruhda tərbiyə etmişlər. 




 

Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli 

kəndində dil və ədəbiyyatdan dərs deyən İ.Əfəndiyev 1935-

1938-ci illərdə Qaryagin şəhər orta məktəbində coğrafiya 

müəllimi işləmiş, eyni zamanda gənclərin təlim-tərbiyəsində, 

savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların 

təhsilə cəlb olunmasında fəallıq göstərmişdir. Yazıçının 

formalaşmasında Qaryaginin ictimai və mədəni həyatı da az 

rol oynamamışdır. Düzdür, 30-cu illərdə rayondakı mühit 

haqqında əlimizdə geniş məlumat yoxdur. Lakin yazıçının öz 

xatirələri, məktəb və müəllim kollektivi, rayon ziyalıları 

haqqında əldə etdiyimiz məlumatlar, rayon qəzeti 

səhifələrində dərc edilmiş müxtəlif məqalələr, gənclərin 

həyatında və tərbiyəsində o illər çox mühüm rol oynamış 

dram kollektivinin fəaliyyəti barədəki yazılar rayonun 30-cu 



illərdəki ictimai-mədəni həyatı haqqında müəyyən fikir 

söyləməyə imkan verir. 

 

Bu illərdə Qaryagində "Qızıl Araz" adlı qəzet dərc edilirdi. 



Müxtəlif illərdə Heydər Heydərov, Bala Bağırov, Səməd Əliyev 

və başqalarının redaktor olduqları qəzet öz səhifələrində 

günün ictimai-siyasi hadisələri, təsərrüfatın aktual məsələləri 

haqqında materiallar dərc etməklə bərabər, ədəbiyyat və 

mədəniyyətin ayrı-ayrı sahələrini də geniş işıqlandırırdı. İlyas 

Əfəndiyevin həvəslə mütaliə etdiyi qəzetin səhifələrində 

ədəbiyyat müəllimləri Nemət Hüseynov, N.Kazımovun maraqlı 

yazıları, gənc şair Nəcəf Quliyevin şeirləri, rayonun qabaqcıl 

ziyalılarından Məmməd Sadıqovun, Savalan Zülfüqarovun, 

A.Manaflının və başqalarının məqalələri dərc olunurdu ki, 

həmin yazıların heç biri nəinki İlyasın nəzərindən yayınmır və 



təsirsiz qalmırdı, hətta gənc müəllimin dünyagörüşünün 

formalaşmasına öz təsirini göstərirdi. Səhifələrində tez-tez 

maraqlı yazılar dərc edən "Qızıl Araz" qəzeti M.F.Axundov, 

M.Y.Lermontov, A.S.Puşkin, T.Q.Şevçenko və başqa klassik 

yazıçıların yubileylərilə əlaqədar xüsusi səhifələr, ayrı-ayrı 

nömrələr buraxırdı. Uşaqların təlim və tərbiyəsi, gənclərin 

məktəbdən yayınması, azyaşlı qızların zorla ərə verilməsi və 

qaçırılması, məktəblərin və uşaq bağçalarının vəziyyəti, orada 

təşkil edilmiş dərnəklərin fəaliyyəti və s. məsələlər qəzetin 

səhifələrindən düşmürdü. "Gənc şairimiz" adlı məqalədə 

mətbuat günü münasibətilə redaksiya tərəfindən pulla 

mükafatlandırılmış gənc şair Nəcəf Quliyevin yaradıcılığından 

bəhs olunur, "Dövlət teatrında" adlı məqalədə ordenli xalq 

artisti Hüseynqulu Sarabskinin seçicilərlə görüşündən söhbət 

açılır, məktəb həyatını işıqlandıran başqa bir məqalədə 

göstərilir ki, rayonun məktəblərində təşkil edilmiş coğrafiya, 




təbiət, fizika, riyaziyyat və s. dərnəklər yüksək səviyyədə 

keçirilir, elmi məşğələlər aparılır və bütün bunlar şagirdlərə 

əlavə bilik və məlumat verir. Qeyd edək ki, orta məktəbdə 

oxuyarkən həmin dərnəklərdə fəal iştirak etmiş İlyas 

Əfəndiyev, müəllim olduqdan sonra da onlardan 

uzaqlaşmamış, dərnəklərin birinə rəhbərlik etmişdir. 

 

Fəaliyyəti "Qızıl Araz"ın səhifələrində geniş işıqlandırılan 



müəssisə və təşkilatlardan biri də rayonun kolxoz-sovxoz 

teatrı idi. Sonralar Qaryagin Dövlət Teatrı kimi fəaliyyət 

göstərmiş bu işgüzar kollektiv həmin illərdə rayonun 

kəndlərində və qonşu rayonlarda "Laçın yuvası", "Həyat", 

"Almaz", "Vətən namusu", "Dağılan tifaq", "Məşədi İbad" və s. 

pyesləri böyük uğurla tamaşaya qoymuşdur. Teatrın direktoru 

Savalan Zülfüqarov yazılarının birində qeyd edir ki, "teatrımız 



Yüklə 188,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə