ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə12/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

147. Qeyd edildiyi kimi, GATT-1947 əmtəələrin necə istehsal olunmasını deyil, ancaq ticarətini tənzimləyirdi. əmtəələrin necə istehsal olunmasını müəyyən etmək isə ya dövlətlərin özünün, ya da beynəlxalq təşkilatların səlahiyyətinə qalır. Müəyyən müddət keçməsinə və Uruqvay raundunun nəticələrinə baxmayaraq bu boşluğu aradan qaldırmaq mümkün olmamışdır. Çox güman ki, bu məsələnin həlli Dünya Ticarət Təşkilatı çərçivəsində sosial, əmək hüquqlarının tənzimlənməsindən sonra təmin ediləcək.

148. Dünya Ticarət Təşkilatı sisteminin beynəlxalq sazişlərdən biri də İnvestisiaya tədbirlərinin ticarət aspektləri üzrə Sazişdir (Agreement Trade Related İnvestment Measures – TRIMS).

Bu saziş Uruqvay raundunun ticarət danışıqlarında əmtəələri dünya ticarəti ilə əlaqəsi olan dövlətlərin investisiya xaraqterli tənzimetmə tədbirlərinin məhdudlaşdırılması üçün qəbul olunmuşdur. TRIMS-in qəbul olunmasında əsas məqsəd xarici investisiyanın sərbəst hərəkəti üçün Dünya Ticarət Təşkilatının liberallaşdırma prinsipinin tətbiqini təmin etmək idi.

TRIMS-in təşəbbüsçüsü kimi əsas kapital ixrac edən inkişaf etmiş dövlətlər çıxış edib. Digər tərəfdən, kapital idxal edən dövlətlərin maraqları ona yönəlmişdir ki, xarici investisiya maksimum olaraq onların iqrisadiyyatının ümumi yüksəlişi üçün istifadə olunsun və xarici kapital qoyluşu onların daxili işlərinə qarışmağa şərait yaratmasın. Bu dövlətlər müvafiq sferada qeyri-hüquqi və ya yumuşaq hüquq normalarının təsbit olunmasında maraqlı olmuşlar.

149. İnkişaf etmiş dövlətlərin bir qismi kimi, inkişafda olan dövlətlər də xarici investisiyanın daxil olmasına ciddi nəzarəti təşviq edirlər. Bu problem ilk dəfə “sivilizasiyalı xalqların hüququnu” müasir dövrün iqtisadi sisteminə uyğun hesab etməyən, inkişafda olan dövlətlərlə inkişaf etmiş dövlətlər arasında yaranmış, daha sonra isə inkişaf etmiş dövlətlərin, o cümlədən, XX əsrin 80-cı illərinin başlanğıcında GATT şərşivəsində (xarici kapitalın sərbəst daxil olmasının tərəfdarı) ABŞ və (xarici kapitalın icazəli daxil olması sistemini dəstəkləyən) Kanada arasında meydana gəlmişdir. Məhs müvafiq mübahisəni həll etmək üçün TRIMS qəbul edilir. TRIMS üzv dövlətlər üçün məcburi olan əsas sənəddən, əlavədən ibarətdir. TRIMS kapital ixrac edən dövlətlərin maraqları baxımından üzv dövlətlər üçün belə bir öhdəlik müəyyən edir ki, onların xarici investisiyanın qəbulu və istifadəsi ilə əlaqədar dövlətdaxili hüquqi tənzimetməsi Dünya Ticarət Təşkilatının ticarət şərtlərini pozmamalıdır.

TRIMS investisiya rejiminin müxtəlif (Amerika və Avropa) modelinə mənsub olan inkişaf etmiş dövlətlərin arasında olduğu kimi, inkişaf etmiş dövlətlərlə (Dünya Bankının rəhbər prinsiplərini dəstəkləyən) inkişafda olan dövlətlər arasında da kompromis kimi qəbul edilir (235).

TRIMS çərçivəsində beynəlxalq investisiya münasibətlərinin hüquqi tənzimlənməsinin kifayət qədər yüksək səviyyədə olmaması, onun sonrakı təkmilləşdirilməsinə rəvac verir. Bu məsələdə beynəlxalq investisiya münasibətlərini istiqamətləndirən investisiya haqqında çoxtərəfli müqavilələrin işlənib hazırlandığı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təcrübəsindən istifadə etmək məqsədəmüvafiq ola bilər.

TRIMS yalnşz investisiya tədbirlərinə həsr olunsa da, irəli atılmış addım kimi qiymətləndirilməlidir. Xüsusən də, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çərçivəsində İnvestisiyalar üzrə çoxtərəfli Saziş layihəsinin hazırlanması və 1997-ci ildə Dünya Ticarət Təşkilatına təqdim edilməsi də dolayısı ilə TRIMS-in gələcək inkişafını şərtləndirir.



150. Xidmətlərlə ticarət, investisiyaların ticarət aspektləri ilə bağlı sazişlərlə yanaşı formal olaraq GATT-ın “1C” Əlavəsi kimi qəbul edilən Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş (Agreement on Trade Related Aspects of Intellectual Propertu Rights Including Trade in Counter Fein Goods – TRI-PS) bu sahədə dünya ticarət sisteminin əsasını təşkil edir və Dünya Ticarət Təşkilatının bütün üzv dövlətləri üçün məcburidir.

TRIPS əqli mülkiyyət hüququnu tənzimləyən öncə qəbul edilmiş beynəlxalq müqavilə və sazişlərin bütöv sistemindən formaıaşmışdır. GATS-dan fəqli olaraq daha konkret, tamamlanmış xaraqter daşıyır. Saziş Dünya Ticarət Təşkilatının bütün üzv dövlətləri üçün əqli mülkiyyət hüququnun qorunması standartlarını və mexanizmini təmin edən minimal vəzifələr müəyyən edir.

TRIPS əqli mülkiyyətin mühafizəsi sferasında Dünya Ticarət Təşkilatının müəyyən etdiyi öhdəliklərə müvafiq olaraq əsas prinsiplərin həyata keçirilməsinə yönəlmişdir. Əqli mülkiyyətin tənzimlənməsinin hüquqi rejimi iki mənbədən və ya sferada fəaliyyət göstərən beynəlxalq hüquqdan (1985-ci il Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasından; Ədəbi və bədii əsərlərin mühafizəsi haqqında 1983-cü il Bern Konvensiyasından, Müəllif hüquqları üzrə 1996-cı il Müqaviləsindən və s.) və GATT-1994-ün əsas prinsiplərindən qaynaqlanır. Müvafiq birinci kateqoriya müqavilə normaları beynəlxalq ticarətin tənzimetmə çərçivəsindən və müvafiq olaraq Dünya Ticarət Təşkilatının ümumi səlahiyyət dairəsindən də kənara çıxır. Bu sahədə qəbul edilən beynəlxalq hüquq normaları daha geniş məzmun kəsb etdiyindən 1995-ci ildə Cenevrədə əqli mülkiyyətin mühafizəsi sferasında əməkdaşlıq və qarşılıqlı yardım ilə bağlı Dünya Ticarət Təşkilatı və Əqli Mülkiyyətin Dünya Təşkilatı (World Intellectual Property Organisation – WIPO) arasında saziş imzalanmışdır. Əsas ideya ondan ibarətdir ki, əqli mülkiyyət hüquqi qaydada mühafizənin predmeti olmalı və bu mühafizə beynəlxalq ticarətə maneə olmamalıdır.

151. Əqli mülkiyyət sferasında əvvəllər qəbul edilmiş çoxtərəfli müqavilələrlə müqayisədə, TRIPS unifikasiya olunmuş birbaşa tətbiq olunan maddi hüquq normalarının geniş dairəsini əhatə edir. Dünya Ticarət Təşkilatının sisteminə daxil olan digər sazişlər kimi TRIPS də formal baxımdan birbaça hüquq yaratmır. Sazişin qəbul olunması prosesində Avropa İttifaqı və ABŞ bildirmişlər ki, GATT və d. sazişlər kimi bu saziş də birbaşa tətbiq olunmayacaqdır.

Buna baxmayaraq, TRIPS-in normaları da xüsusi şəxslər üçün birbaşa hüquq və vəzifələr müəyyən edir. Buna misal olaraq, müəllif və əlaqəli hüquqlar sferasında, əmtəə nişanı, mənşə yerinin göstərilməsi, patetlər və s. qeyd edilə bilər. Eyni zamanda kinomotoqrafiya istehsalçılarının və kompyuter proqramlarının mülahizəsi, 20 ildən 50 ilə qədər uzadılan əlaqəli hüquqların müdafiə müddəti maddi-hüquq normaları ilə ifadə edilmişdir.



152. TRIPS-də Bern konvensiyası ilə müqayisədə patentləmənin şərtləri daha dəqiq müəyyənləşdirilir, patent sahibinin müstəsna hüquqları (patentlənmiş məhsulusn digər şəxslər tərəfindən istehsalı, istifadəsi, gəlir əldə edilməsinin qadağan edilməsi) konkretləşdirilir, həmçinin patent hüquqlarından istifadə şərtləri (kommersiya satışı, məcburi lisenziyalaşdırma, o cümlədən, sahibkarın razılığı olmadan dövlətin patentdən istifadəsi və s.) tənzim edilir.

TRIPS müvafiq sferada maddi hüquq normaları olan digər müqavilələr qarşılıqlı əlaqəsinə də müəyyənlik gətirir. Bunu 1983-cü il Bern və Müəllif hüquqlarının qorunması haqqında 1952-ci il konvensiyası arasındakı fundamental fərqlər nisbətində izləmək olar:

- Bern konvensiyasında maddi hüquq normaları geniş tərkibdə olsa da, ona qoşulmaq üçün dövlətdaxili qanunvericilikdə ciddi dəyişiklik edilməlidir. Bir qayda olaraq, dövlətlər adekvat dövlətdaxili qanun qəbul etdikdən sonra həmin Sazişə qoşula bilərlər. Belə bir praktika AR üçün də xaraqterikdir. 1996-cı il Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında AR qanunu qeyd edilə bilər. 1952-ci il Konvensiyası daha çox milli qanunvericiliyə istinad edildiyindən maddi hüquq normalarına az yer ayrılmışdır. Bu konvensiyada yalnız müəllif hüquqlarının qorunması müddəti (müəllifin həyatını əhatə edən müddətdən az ola bilməz və onun ölümündən sonrakı 25 ili əhatə edirsə, Bern konvensiyasına görə müəllifin həyatı dövrü və onun ölmündən sonrakı 50 ili əhatə edir) və tərcümə hüququ maddi hüquq normaları ilə tənzimlənir.

1952-ci il Konvensiyasına qoşularkən demək olar ki, dövlətdaxili qanunvericilik dəyişikliyi zərurəti tələb olunmur. Bir qayda olaraq müəllif hüququ sferasında müxtəlif qanunvericiliyi olan dövlətlərin kollizion hüquq normaları ilə bu Konvensiyada iştirak mümkün olur;

- 1983-cü il Bern konvensiyası 1952-ci il konvensiyasından fərqli olaraq geriyə hüquqi qüvvə kəsb edir.

Beləliklə, 1952-ci il Konvensiyası 1983-cü il Bern konvensiyasından sonra qəbul olunmasına baxmayaraq nisbətən daha ümumi xaraqter daşıyır.

Dünya Ticarət Təşkilatının digər sazişlərdən fərqli olaraq TRIPS istər inkişafda olan dövlətlər üçün, istərsə də keçid iqtisadiyyatlı dövlətlər üçün daha dəqiq imtiyaz nəzərdə tutur.

Əgər müvafiq dövlətdaxili normativ aktda beynəlxalq müqavilənin prioriteti nəzərdə tutulursa, beynəlxalq müqavilənin maddi hüquqi aspekti diqqətdən yayınmamalı və bu halda həm hüquqi, həm də xüsusi şəxslər həmin normalara istinad edə bilərlər.

Əqli mülkiyyət hüquqi sferasında AR-in qanunvericilik aktlarında, həmçinin 1997-ci il Patent haqqında qanunda (m.43), 1996-ci il Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında qanunda (m. 2) qeyd edilir ki, AR-ın iştirak etdiyi beynəlxalq müqavilə ilə bu qanunda nəzərdə tutulanlardan fərqli qayda ifadə edilərsə, beynəlxalq müqavilə qaydaları tətbiq edilir.

153. Dünya Ticarət Təşkilatının sazişlərindən biri də Subsidyalar və kommersiya tədbirləri üzrə Sazişdir. Beynəlxalq ticarət münasibətlərində milli əmtəələrin subsidyalaşdırılması müəyyən tarixə malikdir. Subsidyalaşdırılmış idxal məhsullarına qarşı qəbul edən dövlət tərəfindən kompensasion rüsumların tətbiqini nəzərdə tutan ilk kompensasion qanun qəbulu XIX əsrin sonlarına ABŞ-a təsadüf edir.

Subsidyalar və kompensasiya tədbirləri haqqında Saziş yalnız sənaye mallarını əhatə edir. GATT-1947 dövründə GATT-ın VI, XVI və XXIII maddələrinin təfsiri və tətbiqi üzrə Saziş adlanmaqla Tokio raundunda qəbul edilmişdir. Yeni Saziş özünün mətni ilə yanaşı 7 Əlavədən ibarətdir. Sazişdə



  • maliyyə yardımlarının “spesifikliyi”;

  • idxalın səbəb olduğu milli sənayeyə dəyən zərər və Dünya Ticarət Təşkilatının

digər üzvlərinin maraqlarına qarşı qərəzliliyin olmaması;

  • kompensasiya tədbirləri təsbit edilir.

Kompensasiya tədbirlərinə

  • kompensasiya yoxlamalarının aparılması ilə bağlı spesifik qayda və prosedurlar;

  • maliyyə yardımının miqdarının hesablanması ilə bağlı qaydalar və milli sənayeyə

dəyən maddi zərərin müəyyən edilməsi;

  • təchizat tədbirlərinin tətbiqi ilə bağlı prosedurlar;

  • vergilərin qoyulması və toplanması ilə bağlı prosedurlar, qiymətqoyma üzrə

tədbirlərin məhdudlaşdırılması və ya ləğvi ilə bağlı qaydalar;

  • kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı de minimis (de minimis margis – dəyər

qiyməti ilə satış qiyməti arasında olan fərqi) qaydaları;

  • tədbirlərin müddəti ilə və digər məsələlərlə bağlı prosedurlar aiddir.

Sazişin birinci maddəsinə görə

  1. dövlət tərəfindən xüsusi şəxslərə istənilən maliyyə yardımı, o cümlədən:

  • birbaşa pul köçürmələri, həmçinin borc verilməsi və dotasiya üzrə tədbirlər;

  • dövlətə çatası yığımlardan imtina edilməsi;

  • pul köçürmələri üzrə dövlət təminatının verilməsi;

  • əmtəələrin təqdim edilməsi və bazardankənar satınalmalar;

  1. qiymətlərə birbaşa və dolayısı ilə təsir edən idxal və ixrac əməliyyatlarının

bazardan kənar tənzimlənməsinə gətirib çıxaran dövlət yardımları, güzəştləri və s. subsidya kimi qiymətləndirilir.

Sazişə görə subsidyalar üç qrupa bölünür:



  • qadağan edilən qırmızı subsidiyalar;

  • araşdırmaya əsas verən (sarı) subsidiyalar;

  • mübahisə predmeti yaratmayan (yaşıl) subsidiyalar.

Sazişin 1 Əlavəsində qadağan edilən ixrac subsidiyaları kimi – ixrac yönümlü güzəştli

daxili nəqliyyat tarifləri; ixracla şərtlənən birbaşa subsidiyalar; müəssisələrin ixracla bağlı birbaşa vergilərinin azaldılması; daha aşağı faizlərlə ixrac kreditlərinin verilməsi sadalanır. Eyni zamanda idxalı maneələndirən, başqa sözlə, yerli əmtəələri idxal edilən xarici əmtəələr qarşısında daha əlverişli vəziyyətə gətirən subsidiyalar da fərqləndirilir.

Araşdırma və ya mübahisə edilə bilən subsidiyalar Dünya Ticarət Təşkilatının üzvünün “maraqlarına ciddi zərər” vurmamalıdır. Ciddi zərər o zaman yaranır ki, ümumi subsidiya həddi əmtəənin qiymətinin 5%-ni keçmiş olsun; borcun və istismar zərərinin bağlanması üçün verilməklə eyni əmtəələrin idxal və ixracını maneələşdirmiş olsun.

Yaşıl subsidiyalar Sazişin 8-ci maddəsində ifadə edilib. Bu subsidiyalar inkişaf və ətraf mühitin mühafizəsi məqsədi kəsb etsə də, onların verilməsi zamanı dövlət həmin subsidiyaların qiymətləndirilməsi və fərqləndirilməsi üçün Subsidiyalar və Kompensasiya tədbirləri üzrə Komitəni məlumatlandırmalıdır.



154. Subsidiya ilə bağlı araşdırma ya yerli sənaye müəssisiələrinin, ya da xüsusi hallarda, səlahiyyətli orqanın təşəbbüsü ilə başlana bilər. Subsidiya faktı və onun zərəri müəyyən edildikdən sonra əgər subsidiya dayandırılmazsa kompensasiya rüsumları tətbiq edilir. Həmin rüsumların həcmi subsidiyalardan artıq ola bilməz. Subsidiya zamanı tətbiq edilən kompensasiya tədbirləri üzrə prosedur qayda antidempinq proseduruna yaxındır. GATT-ın VI maddəsinin 4-cü bəndinə uyğun olaraq kompensasiya rüsumları antidempinq rüsumları ilə birlikdə tətbiq edilə bilməz.

155. Keçid iqtisadiyyatında olan ölkələr bazara çıxış üçün danışıqlarda siyasi-iqtisadi vasitələrə malik olmadığı üçün bir qayda olaraq, yüksək tariflər vasitəsilə kənd təsarrüfatı və xidmət sahəsini proteksionizmin saxlanılması ilə müdafiə etməyə çalışırlar. Belə tədbirlər Dünya Ticarət Təşkilatı qaydaları ilə uyğunluq təşkil edir. Belə ki, Dünya Ticarət Təşkilatı üzvlərindən hər hansı biri onun ərazisinə idxal edilən malların miqdarının milli bazarda istehsal edilən, oxşar və ya rəqib olan əmtəələrin istehsalına hər hansı bir təhlükə yaratdığını aşkar edərsə, o zaman həmin üzvün müvəqqəti müdafiə tədbirindən istifadə etmək hüququ var (GATT, m.XIX). Hətta inkişaf etmiş bir sıra ölkələr (məsələn, Kanada və s.) yüksək tariflərlə müdafiə olunurlar.

156. Kənd təsərrüfatına dövlət yardımının saxlanması və kənd təsərrüfatının susidiyalaşdırılmasının tənzimlənməsi Dünya Ticarət Təşkilatının Kənd təsərrüfatı üzrə Sazişi ilə tənzimlənir. Uruqvay raunduna kimi kənd təsərrüfatı təbii ehtiyatlar kateqoriyasına aid edildiyindən və beynəlxalq hüquqi tənzimetmənin predmetində olmadığından dövlətlər tərəfindən bu sferada müdafiə tədbirləri, subsidiya və s. tətbiqi beynəlxalq hüquqi baxımdan heç bir problem yaratmırdı. Hələ Havana Xartiyası ilə təbii ehtiyatların beynəlxalq bazarını tənzimləyəcək beynəlxalq müqavilələrin bağlanması mümkünlüyü nəzərdə tutulurdu. Eləcə də GATT (1947) (m. XX h) belə sazişlərin bağlanmasını qəbul edirdi, bir şərtlə ki, həmin sazişlər ECOSOC-un 1947-ci il 39 (IV) saylı Qətnaməsində təsbit edilən prinsiplərə uyğun olmalı idi. Lakin beynəlxalq hüquq bundan artığına nail ola bilməmişdi. Yalnız Uruqvay raundu kənd təsərrüfatı məhsullarını universal beynəlxalq hüquqi tənzimetmənin predmetində olmayan digər təbii ehtiyatlardan ayrılaraq özünün sazişlər sisteminə daxil edilmişdir. Sazişin 5 Qoşma və 1 Əlavəni təsbit edir. Kənd təsərrüfatının spesifikliyini nəzərə alaraq bu sahəyə “yaşıl” və “sarı” sənədlər məcmusunun tədbirləri adı ilə həm daxili susidiya, həm də ixracın subsidiyalaşdırılmasına icazə verilib. Əgər “sarı” sənədlər məcmusu konkret pul məbləğində kənd təsərrüfatına müəyyən son hədlə daxili yardımı nəzərdə tutursa və bu yardım qəbul edilmiş öhdəliyə görə tədricən azaldılmalıdırsa, “yaşıl sənədlər” tədbirinə görə subsidiyaların məhdudlaşdırılması üzrə öhdəlik nəzədə tutulmur. Həmin tədbirlər təbii fəlakət, ırzaq təhlükəsizliyi, dövlət ehtiyat fondlarının yaradılması, ətraf mühitin mühafizəsi, qeyri-əlverişli rayonlara yardım, kənd əhalisi üçün strukturun, enerji təchizatının və s. yaxşılaşdırılması zamanı nəzərdə tutulur. Digər tərəfdən, (yüksək) tarif maneələri ilə hər bir üzv özünün kənd təsərrüfatını müdafiə etmək imkanına malikdir.

Əvvəllər kənd təsərrüfatı məhsullarının idxalı üzrə əsas məhdudiyyətlər dövlətin inzibati xaraqterli qeyri-tarif maneələri formasında olmuşdur. Belə məhdudiyyətləri isə bazar vasitələri ilə üstələmək mümkün olmadığı üçün onlar beynəlxalq ticarət üçün məqbul hesab edilmir. Məhz buradan da Kənd təsərrüfatı üzrə Sazişdə qeyd edildiyi kimi, qeyri-tarif məhdudiyyətlərinin gömrük rüsumlarına transformasiya edilməsi zərurəti meydana gəlib.

Saziş kənd təsərrüfatı məhsullarının ticarətini sırf gömrük tarif tənzimetmə prinsipinə əsaslanan beynəlxalq ticarət hüququ sahəsinə çevirir. Müvafiq olaraq, GATT rejimi həm sənaye, həm də kənd təsərrüfatı malları üçün vahid qaydaya əsaslanır. Bu o deməkdir ki, GATT çərçivəsində dövlətlər kənd təsərrüfatı məhsullarının istehsalçılarına olan daxili güzəşt tədbirlərini universal güzəşt sisteminə çevirmək öhdəliyi daşıyırlar. Ümumi qəbul edilmiş güzəştlərə aid edilən daxili güzəşt tədbirləri subsidiyalaşdırma üzrə normalar tərəfindən tənzim edilir və GATT-ın VI maddəsinə uyğun olaraq zərərin baş verdiyi və ya zərər təhlükəsinin olduğu halda kompensasion rüsumların tətbiq edilməsinə əsas verir.

Vergi, gömrük, investisiya qanunvericiliyi çərçivəsində kənd təsərrüfatının inkişaf etdirilməsi üzrə tədbirlər Sazişin II Əlavəsində nəzərdə tutulur və “yaşıl bağlama”nın tədbirlərinə aid edilir.

Kənd təsərrüfatında tarif və subsidiya problemləri Dünya Ticarət Təşkilatının 1998-ci il Cenevrə konfransında da müzakirə obyekti olmuşdur. Üzv-dövlətlər 1999-cu ildən başlayaraq kənd təsərrüfatında tarıf və subsidiyaların tədricən azaldılması üzrə tədbirlər sistemini həyata keçirməyə başlamaq öhdəliyi qəbul ediblər.

GATT-ın XX (b) maddəsinə əsasən Təşkilatın üzvləri insanların, heyvanların və bitkilərin həyatı və sağlamlığının mühafizəsi üçün zəruri tədbirləri qəbul etmək səlahiyyətinə malikdirlər. Eləcə də, sanitar və fitosanitar tədbirləri görmək məqsədilə dövlət nəzarət, inspeksiya və yenidən bərpa prosedurlarını tətbiq etmək hüququna malikdirlər. Beynəlxalq təşkilatların (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)/ Dünya Səhiyyə Təşkilatının (WHO)) ərzaq standartları proqramı çərçivəsində Ərzaq Məcəlləsi üzrə Komissiya, epizootiya üzrə beynəlxalq Büro və s. tərəfindən müəyyən edilən beynəlxalq normalara uyğun olan istənilən milli sanitar və fitosanitar tədbirlər qanunauyğun standart kimi qəbul edilir (m.3 (2); 5 (1)). Eyni zamanda dövlət milli təhlükəsizlik məqsədilə elmi əsaslarla və ya “müvafiq səviyyəli sanitar və fitosanitar müdafiənin” tətbiqinin zəruriliyini əsaslandırmaqla daha yüksək səviyyəli müdafiə tədbirlərini nəzərdə tutan sanitarlar qəbul edə bilər.



157. Standartların formalaşdırılması zaman baxımından öncə dövlətdaxili, daha sonra isə beynəlxalq çərçivədə həyata keçirilmişdir. Müasir dövrdə unfikasiya olunmuş standartlar problemi qalmaqdadır. Hətta Dünya Ticarət Təşkilatı çərçivəsində qəbul edilmiş Texniki maneələr üzrə Sazişdə də qeyd edilir ki, bu saziş milli texniki reqlament və standartların beynəlxalq təşkilatların eyniadlı normalarına (Beynəlxalq Standartlaşdırma Təşkilatının – ISO, Elektrotexnika üzrə Beynəlxalq Komissiyanın – IEC, Kənd Təsərrüfatı Təşkilatı və Dünya Sənaye Təşkilatının ərzaq proqramları standartları kimi qəbul edilən “Alimentarius Məcəlləsi”nə) uyğunlaşdırılmasını tələb etmir. Sazişdə bu istiqamətdə yalnız tövsiyə ifadə edilir. Lakin texniki reqlament və standartların tətbiqi zamanı müəyyən tələblər də irəli sürülüb. Belə ki, qeyd edilir ki, texniki reqlament və standartlar beynəlxalq ticarətə maneə, o cümlədən, qeyri-tarif qismində tətbiq edilə bilməz. Tarif maneəsi kimi qəbul edilməsi üçün həmin standartlar əmtəənin (konstruktiv və ya təsviri xaraqteristikasına deyil) istismar xaraqteristikası ilə bağlı tələbə əsaslanaraq milli təhlükəsizliyin təminatına, həyat və sağlamlığın, ətraf mühitin mühafizəsinə yönəlməlidir. Qeyd olunan halda da beynəlxalq standartlar əmtəə və ticarətə münasibətdə təqdim olunan tələblərlə yanaşı, ətraf mühitin mühafizəsi üzrə norma, qayda və xaraqteristikanı müəyyən edir.

Dünya Ticarət Təşkilatı çərçivəsində standartlaşdırmanın hüquqi rejimi analiz edilərkən növbəti nəticələr qeyd edilməlidir:



  • üzv-dövlətlər texniki reqlamentləri, standartları, qiymətləndirmə prosedurlarını

beynəlxalq ticarətə əlavə maneə yaradan formada tətbiq edilə bilməzlər;

  • üzv-dövlətlər standartlaşdırma, qiymətləndirmə zamanı idxal edilən əmtəələrə

münasibətdə milli və daha əlverişli rejim prinsiplərini tətbiq edirlər;

- beynəlxalq standartlar olduğu halda milli təhlükəsizliyin (xüsusən də, haqsız rəqabət, həyatın sağlamlığı, ətraf mühitin mühafizəsi) tələblərini gözləmək şərtilə üzv-dövlətlər özlərinin texniki tənzimlənməsini beynəlxalq standartlara uyğunlaşdırmalıdırlar.

Beynəlxalq standartların milli hüquqi implementasiyası dövlətlərin maraqlarına uyğun həyata keçirilir. Lakin hər bir halda dövlətdaxili praktika və yaxud da milli standartlar fərqli qayda müəyyən edirsə, həmçinin (məsələn, fərqli coğrafi, iqlim fatkorları ilə, eləcə də texnoloji problemlərlə qarşılandıqda) dövlət beynəlxalq standartları təsbit etmək imkanına malik olmazsa, o halda digər dövlətlər, müvafiq sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar bu haqda məlumatlandırılmalıdırlar.

Texniki reqlamentlər, standartlar təhlükəsizlik tədbirləri nəzərdə tutmaqla onlar əsasən müvafiq təhlükəsizliyi təmin edən keyfiyyət göstəricisi məzmununa malik olurlar. Bu zaman əmtəənin keyfiyyət göstəricisini iki qrupa ayırmaq olar: müəyyən növ təhlükəsizliyi təmin edən və əmtəənin istehlak xüsusiyyətini təmin edən normativlər qeyd edilməlidir. Standartlar daha çox əmtəənin bazara çıxış mərhələsinə yönəlir. Standartlar müəyyən hallarda məhsula, əmtəəyə təhlükəsizlik tələbi nəzərdə tutmaya bilər. Belə ki, bəzi məhsullar üçün dəqiq fiksasiya edilən təhlükəsizlik tələbini müəyyən etmək mümkün olmadığından və məhsuldan istifadə zamanı zərər müəyyən müddətə formalaşdığı üçün bu halda texniki reqlament mümkün zərər haqqında istehlakçını xəbərdar etmək tələbinə malik olmalıdır (51.1).

AR-ın texniki təhlükəsizlik haqqında qanunvericiliyi beynəlxalq ticarətdə texniki maneələri istisna etmək məqsədilə daha geniş formada əmtəələrin sertifikalaşdırılması üzrə beynəlxalq sistemlərə istiqamətləndirilməlidir. Bu halda əmtəələrin sınaqdan keçirilməsi üzrə xərclər azalmaqla onların daha surətlə bazara çıxarışı təmin edilmiş olar. Müvafiq sistemlərdə iştirakın əsas şərti kimi beynəlxalq və milli standartların harmonizasiya səviyyəsinin müəyyən edilməsi çıxış edir. AR üçün Avropa İttifaqının təcrübəsi xüsusi əhəmiyyət kəsb edə bilər. Məsələ ondadır ki, Avropa İttifaqının səlahiyyətində təhlükəsizlik standartları differensiya edilir. Əmtəələr üçün ümumi texniki təhlükəsizlik tədbirləri direktivlərdə təsbit edildiyi halda, daha konkret tələblər müvafiq direktivlə harmonizə edilmiş standartlarda təsbit edilir.

158. Sanitar və fitosanitar tədbirlərin tətbiqi üzrə Sazişə əsasən qeyd edilən tədbirlər ayrı-seçkilik xaraqteri daşımamalı və elmi prinsiplərə əsaslanmalıdır. Hərgah “elmi prinsiplərə əsaslanma” da müəyyən bir meyera malik olmadığı üçün istənilən əmtəənin idxalına münasibətdə gizli, qeyri-tarif tənzimlənməsinə çevirə bilər.

GATT-ın XX maddəsinə əsasən Dünya Ticarət Təşkilatı ictimai asayişin müdafiəsi məqsədilə ölkələrin zəruri olduğu qədər, məsələn, ictimai mənəviyyatın müdafiəsi məqsədilə, insanların həyat və sağlamlığının mühafizəsi, istehlakçıların maraqlarının müdafiəsi üçün, heyvan və bitkilərin xəstəliklərinə nəzarət üzrə məhdudlaşdırıcı tədbirləri tətbiq etmək hüququnu tanıyır.



159. Münasibət bildirilməsi zəruri olan məsələlərdən biri də GATT-1994 ilə digər sazişlər arasında kolliziyanın həlli problemidir. GATT və digər spesifik saziş (məsələn, GATT və TRIPS arasında kolliziya baş verdikdə məsələ sonuncunun xeyrinə həll edilir). Bu da spesifik sazişlərin daha konkret məzmun kəsb etməsi ilə bağlıdır (152). Dünya Ticarət Təşkilatının təsis olunması haqqında Sazişə 1A Əlavəsinə edilmiş ümumi qeyd şərtə görə, problem GATT-1994-ün və Dünya Ticarət Təşkilatı sisteminin digər çoxtərəfli ticarət normaları arasında xüsusinin-ümumiyə kontekstində həll olunur. Başqa sözlə, GATT-1994-ün normaları isə- lex specialis kimi nəzərdən keçirilməlidir.
Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə