ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə34/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

466. Yalnız BMT Təhlükəsizlik Şurası dövlətlərin suveren bərabərlik prinsipinə əsaslanmalı və 5 dövlətin daimi təmsilçilik institutu ləğv edilməlidir. BMT Təhlükəsizlik Şurasının sülhün və təhlükəsizliyin təminatında “mütləq” rolu BMT-nin digər əsas orqanları o cümlədən Baş Məclis Beynəlxalq Məhkəmə ilə bölünməlidir. Bəşəriyyətin bu günə kimi müəyyən etdiyi ön təkmilliləş formulası – hakimiyyətin bölgüsü prinsipi beynəlxalq sülhün və təhlükəsizliyin təminatənda BMT-nin əsas orqanlarının fəaliyyətindən təsbit edilməlidir. Qeyd etmək lazımdir ki, bu sahədə tək eyni zamanda tam səmərəli olması da müəyyən p.... da mövcuddur. Belə ki, BMT Baş Məclisi özünün 1950-ci ildə qəbul etdiyi, 377(N) saylı “Sülh naminə əməkdaşlıq” Qətnamə ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin bu və ya digər konfilikdə iştirak etdiyi halda BMT Baş Məclisinin beynəlxalq sülhü və təhlükəsizliyin təmin edilməsində əsas qurum kimi çıxış etməsi səlahiyyəti, eləcə də BMT Beynəlxalq Məhkəməsinin beynəlxalq hüququn istənilən məsələsi ilə bağlı (438) səlahiyyəti qeyd edilməlidir. Şübhəsiz ki, BMT Nizamnaməsinə əsasən qeyd edilən səlahiyyətinin hüquqi əsası konkret və aydın deyilir. Məhkəmənin fəaliyyətinin təminatı isə Təhlükəsizlik Şurasnın səlahiyyətindən asılidır. Beynəlxalq hüququn, beynəlxalq sülhün təhlükəsizliyin təmin edilməsində BMT Təhlükəsizlik Şurasının inhisarı istisna edilməlidir. Qeyd edilən problemin həlli istiqamətində müasir beynəlxalq hüquq qaydasında dövlətlər qarşısında vəzifə kimi

- beynəlxalq iqdisadi münasibətlər sisteminin daha ədalətli beynəlxalq bölgüsünü dövlətlərin iqdisadi inkişaf səviyyələri arasında kəskim fərqlərin aradan qaldırılmasını təmin etmək;

- bütün dövlətlərin və inteqrasiya qurumlarının maraqlarını, eləcə də ümumbəşəri maraqları nəzərə almaqla iqtisadi məkanda tarazlıq yaradılması istiqamətində inkişafının hüquqi vasitələrlə təmin edilməsini həyata keçirmək;

- beynəlxalq məsuliyyət institutu çərçivəsində iqtisadi xarakterli məcburiyyət tədbirlərinin qanuni tətbiqini təmin etmək dayanır.

467. İqtisadi xarakterli hüquqauyğun məcburiyyət tədbirləri (sanksiyalar) müəyyən bir sistemə malikdir. Hüquq pozuntusu törədən dövlətə qarşı cavab tədbiri kimi

- əmtəə idxalının məhdudlaşdırılması;

- ticarətin idxal və ixracının kvotalandırılması, lisenziyalandırılması;

- qeyri-tarif tənzimlənməsi tədbirlərinin tətbiqi:

- müvafiq dövlətin hüquqi və fiziki şəxslərinin əmlakının milliləşdirilməsi;

- fondların sekvestri, aktivlər üzərində həbs qoyulması;

- embarqo (müəyyən əmtəə, əmtəələr qrupu üzrə ixrac və idxalının dayandırılması ilə iqtisadi əlaqələrin tam və ya qismən kəsilməsi);

- boykot (ticarət, nəqliyyat və digər münasibətlərin kəsilməsinə yönəlmiş geniş xarakterli tədbirlər kompleksinin tətbiqi);

- blokada (iqtisadi resursların tükəndirilməsi, üçüncü dövlətlər tərəfindən təcridedilmə, eləcə də hüquqi və fiziki şəxslər səviyyəsində iqtisadi münasibətlərin kəsilməsi) qeyd edilə bilər.

468. AR Ermənistanın təcavüzünə cavab olaraq beynəlxalq
hüququn yol verdiyi bütün cavab tədbirlərindən qismən və ya tam
formada istifadə etməkdədir. AR iştirak etdiyi regional sazişlərdə
Ermənistana münasibətdə qeyd-şərtlə çıxış edir və müvafiq sazişlər üzrə Ermənistanla bağlı heç bir hüquq və vəzifə daşımadığını bəyan etmişdir. Bu məsələdə təəssüf doğuran hal dövlətdaxili qanunvericiliyin qəbul edilməməsidir. Qeyd etdiyimiz kimi, delikvent dövlətə münasibətdə bütün əlaqələrin, o cümlədən fiziki və
hüquqi şəxslərin kommersiya əlaqələri dayandırılmış olur. AR-də
isə bu məsələni tənzim edəcək, müvafiq qaydanı pozan şəxslərin
məsuliyyətini müəyyən edəcək qanunvericilik aktı qəbul edilməmişdir. İqtisadi gücün tətbiqi kompleks xarakterli tədbirlərlə müşayiət edilməklə müəyyən bir tarixi aspekt də kəsb edir.

Bu məsələdə ABŞ-ın təcrübəsi diqqəti cəlb edir. 1994-cü ildə Kuba hərbi təyyarələrinin əcnəbi mülki hava gəmilərinə hücumuna cavab tədbirləri qismində ABŞ-ın Kubaya qarşı iqtisadi xarakterli əks tədbirləri qeyd edilə bilər. Bu tədbirlər seriyasından ABŞ və Kuba arasında çarter hava reysləri dayandırılmış, tərkibində Kuba şəkəri olan məhsulların və s. idxalına qadağa qoyulmuşdur.



469. Beynəlxalq iqtisadi münasibətlərdə iqtisadi (qeyri-hərbi) xarakterli gücün tətbiqi üzrə məcburiyyət tədbirləri ilə yanaşı, BMT Nizamnaməsinə (m. 39, 41, 42) uyğun olaraq hərbi gücün sanksiyalaşdırılması da mümkündür. Buna misal olaraq, 1977-ci ildə BMT Təhlükəsizlik Şurası CAR-ın siyasətini sülhə və beynəlxalq təhlükəsizliyə təhdid kimi qiymətləndirərək 418 saylı Qətnaməsi ilə CAR-ın silahla təchizatına tam embarqo qoymağı tövsiyə etmişdi.

İraqın Küveytə müdaxiləsindən sonra 1990-cı ildə BMT TŞ 661 saylı qətnaməsilə İraqa iqtisadi blokadanın elan edilməsi üzrə sanksiya hər hansı bir kontrakt və lisenziyadan asılı olmayaraq bütün dövlətlər üçün müvafiq əlaqələrin dayandırılması üzrə öhdəlik müəyyən edirdi. BMT Təhlükəsizlik Şurasının digər, 670 saylı qətnaməsində qeyd edilir ki, İraq hökumətinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olan istənilən aktı etibarsız və əhəmiyyətsizdir. Müvafiq olaraq, İraq tərəfindən, beynəlxalq publik qayda pozulduğu üçün dövlətlərin qanunvericiliyi İraqın qanunlarına istinad edə və həmin dövlətin məhkəmələri müvafiq qanunları tətbiq edə bilməzdi.

Həmin tədbirlər seriyasından Liviyaya münasibətdə BMT Təhlükəsizlik Şurasının 1992-ci il 748 saylı Qətnaməsi ilə hava embarqosu və silah təchizatı embarqosu qeyd edilə bilər.

470. Beynəlxalq iqtisadi hüquq sahəsində fərdi və ya kollektiv formada tətbiq edilən sanksiyalar hüquq pozuntusu törədən dövləti cəzalandırmağa; status kvo-nu bərpa etməyə; hüquq pozuntusunun nəticəsini neytrallaşdırmağa yönələ bilər. Problemin həlli zamanı BMT Təhlükəsizlik Şurasının özünün səlahiyyətindən, eləcə də özünümüdafiə hüququndan sui-istifadə etməmək üçün iqtisadi sanksiyaların dairəsi, məzmunu və tətbiq əsası dəqiqləşdirilməlidir.

Sanksiyalar, ilk növbədə iqtisadi gücün tətbiq vasitəsi kimi nəzərdə tutulmalıdır. Sanksiyaların iqtisadi gücün qeyri-qanuni tətbiqi vasitəsi kimi istifadəsinə yol vermək olmaz. Hazırda bir sıra regional və universal mexanizmlər, eləcə də qismən Dünya Ticarət Təşkilatı hüququ çərçivəsində sanksiyaların tətbiqinin rəsmiləşdirilməsi diqqəti cəlb edir (452, 453). Hər bir halda iqtisadi gücün tətbiqi hüquqla təmin edilməlidir.

Bundan əlavə, beynəlxalq iqtisadi hüquqda sanksiya hüquq pozuntusuna görə cəzalandırmaqdan daha çox hüquq pozuntusu törədəni beynəlxalq iqtisadi münasibətlər sferasının hüquqi çərçivəsinə qaytarmaq məqsədini daşıyır. Sanksiyaların proporsionallığı və dərəcə bölgüsü də buradan irəli gəlir.

Beynəlxalq iqtisadi mübahisələrdə iqtisadı gücün qeyri-qanuni tətbiqinin yolverilməzliyi bir sıra beynəlxalq aktlardan irəli gəlir. Təbii resurslar üzərində dövlətlərin bölünməz suverenliyi haqqında BMT Baş Məclisinin 1962-ci il Qətnaməsi; Dövlətlərin daxili işlərinə qarışmağın yolverilməzliyi və onların müstəqilliyinin və suverenliyinin qorunması haqqında BMT Baş Məclisinin 1965-ci il Qətnaməsi; «Beynəlxalq hüququn prinsipləri haqqında» 1970-ci il Bəyannaməsi; Dövlətlərin iqtisadi hüquq və vəzifələri haqqında 1974-cü il Xartiyası; UNCTAD-ın (VI) beynəlxalq iqtisadi mübahisələrdə BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərini pozan məcburedici iqtisadi tədbirlərin tətbiqini mühakimə edən 1983-cü il Qətnaməsi qeyd edilə bilər. Çoxtərəfli qaydada beynəlxalq iqtisadi təhlükəsizliyi təşviq edən BMT Baş Məclisinin 1990-cı il Beynəlxalq iqtisadi təhlükəsizlik haqqında Qətnaməsi beynəlxalq iqtisadi təhlükəsizliyin stabillik, etimadın təmin edilməsi, öncədən müəyyən etmənin mümkünlüyü, iqtisadi problemlərin həllində əməkdaşlıq prinsiplərini bəyan edir.


ƏDƏBİYYAT SİYAHISI
1. Блишенко И. Международное право и мирное решение споров. «Новое время», М,

1994


2. Бруниева Е.В. Международный коммерческий арбитраж Спб Издательский дом, Сентябрь,

2001, с. 368.

3. Иск LIAMCO (США) к Ливии // International Legal report, 1979, Vol. 53, p. 341-374

4. Иск AGIP Company SPA (Италия) к правительству Народной Республики Конго, Year book of

Commercial Arbitration, 1983, Vol. VIII. P. 130-143



5. Иск AMCO Asia Corporation (США) к Индонезии / International Legal Materials, 1984.

Vol. 23 p. 84-98.

6. “A Handbook on the WTO Dispute Settlement System” by Ernst Cruich, New York, 2004

7. Bello J.H. The WTO Dispute Settlement understanding: Less is more (American Journal of

International Law), v.90

8. Broches A. Observations on the Finality of ICSID Awards // ICSID) Review. 1991 Vol. 6, No. 2. P. 37-

42.

9. Broches A. The Convention of the Settlement of Investment Disputes Bet­ween States and National of



Other States,'/ ICSID Review, 1984. Vol 2. No. 7, P. 66-73.

10. Case Concerning Oil Plat Forms (Islamic Republic of Iran v. United States of America). Judgement. 6

November 2003.

11. Carmody C. Remedies and Conformity under the WTO Agreement Journal of International Law, 2002



  1. International Trade Law and the GATT / WTO dispute Settlement System / Ed. By E. –U. Petersman,

London, 1999

  1. I. C. J. Repors, 1984. Case Concerning Military and Paramilitary Activities in and against Nicaragua (Nicaragua v. United States of America). Jurisdictional Phase p.431 -438

  2. I. C. J. Repors, I986. Case Concerning Oil Plat Forms (Islamic Republic of Iran v. United States of America). Lodgment of 27 June 1986. p. 14

  3. Jackson J.H. The WTO Dispute Settlement Understanding: Misunderstandings on the Nature of the Legal Obligation / American Journal of International Law. v.90

  4. Key issues in WTO; Dispute Settlement" The first ten years Edited by Yerxsa and Bruce Wilson. Cambridge - 2000.

17. Mc Givern B. Seeking compliance with WTO Rulings: Tteory, Practice and Alternative /International

Law, 2002, v. 36, N. 1

18. Paulsson J. ICSID ‘s Achievements and Prospects / ICSID Rev. Foreign Inv. Law Review, #6, 1991,

p. 380-394



  1. Petersman E.U. Violation and Non-Violation Complaints In Public international Trade Law German Yearbook of International Law. 1991. N 34

  2. Shihata I. Towards a Greater Depolitizations of investment Disputes: the Roles os ICSID and MIGA / ICSID Review, 1986, Vol. 5, No. 1 No. P. 31-42

21. “The GATT/WTO Dispute Settlement System” by Ernst-Ulrich Petersmann “Kluwer law international" London-The Hague-Boston.

22. United States - Imposition of Auto Dumping Duties on Imports of Seamless.


Stainless Steel -Hollow Products from Sweden / ADR / 47, 1990.

  1. . Vasquez C.M. Jackson J.Y. Some Reflections on Compliance with WTО Dispute Settlement Decisions Law and Police in International: Business. Summer, 2002

  2. . WTO-World Economic order World Trade Law" by Peter-Tobias Stoll. Frank Scorkorf. London, 2005

25. "WTO-Dispute Settlement Body: Hearing before the Subcommittee cat International Economic Policy" London 2005.
Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə