ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə30/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

418. Postsovet ölkələri ilə əməkdaşlıq üçün geniş proqramlar qəbul edilmişdir. Bunlardan TACIS, TRASECA və INOGATE qeyd edilməlidir. Avropa İttifaqı TACİS proqramı çərçivəsində müvafiq texniki və ekspert köməyi vasitəsilə Azərbaycanda aparılan iqtisadi islahatları dəstəkləmişdir. Azərbaycanla bağlı üç əsas istiqamət: infrasturuktur, özəl sektor və insan resuslarının inkişafına üstünlük verilir.

1998-ci ildə Bakıda Azərbaycan və Gürcüstan Prezdentlərinin təşəbbüsü və Avropa İttifaqının TACİS, TRASECA proqramının dəstəyi ilə “Tarixi İpək Yolunun bərpası” adlı beynəlxalq konfransda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Bakı Sazişi və həmin Sazişə əlvələr barədə 2002-ci il (Daşkənd) Protokolu qəbul edilmişdir.

Müvafiq szişdə beynəlxalq nəqliyyatın ənənəvi növləri ilə yanaşı transmilli boru kəmərlərinin beynəlxalq hüquqi tənzimlənməsi özünün ifadəsini tapmışdır.

INOGATE (Avropa dövlətlərarası neft və qaz ixracı Proqramı) çərçivəsində Avropa İttifaqının postsovet dövlətlərinə maliyyə dəstəyi həyata keçirilən regional təşəbbüs kimi təsis edilib. 1999-cu ildə Azərbaycan da daxil olmaqla 15 dövlətin iştirakı ilə imzalanan Dövlətlərarası neft və qazın ixracı üzrə Çərçivə Sazişi INOGATE-nin hüquqi bazasını təşkil edir.

Proqram üzrə 10 layihənin beşi bilavasitə Azərbaycanla əlaqədardır. INOGATEyeni müstəqil dövlətlər və Azərbaycana münasibətdə transsərhəd layihələrinin həyata keçirilməsi üçün yeni prespektivlər yaradır. Enerji resuslarının Rusiya Federasiyasından yan keçməklə Avropaya tranzitini nəzərdə tutr ki, bu da regionun energetika təhlükəsizliyinin alternativ mexanizmilərinin yaradılmasını təmin etməlidir.

419. Azərbaycan Respublikası 1996-cı ildən Avrop İttifaqı ilə Əməkdaşlıq və Tərəfdaşlıq haqqında Saziş imzalamışdır. Saziş hərbi sahə istisna olmaqla bütün sahələrdə əmədaşlığı və tərəfdaşlığı nəzərdə tuturdu. Tərəflər bir-birinə münasibətdə ticarət kvotalarını aradan qaldırır və Dünya Ticarət Təşkilatının daha əlverişli rejim və milli rejim prinsiplərini tətbiq edəcəyi öhdəliyi qəbul edirlər. Avrop İttifaqı inkişafda olan ölkələr üçün nəzərdə tutulan Preferensiyanın ümumi sistemindən Azərbaycanın bəhrələnməsini təmin edir.

Avrop İttifaqı ilə AR güzəştli ticarət, açıq bazar, miqrasiya, investisiyaların təşviqi, yeni maliyyə mənbələri Dünya Ticarət Təşkilatına üzvülük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir. AR ilə Avrop İttifaqı arasında qarşılıqlı strateji əməkdaşlığın yeni mərhələsi Yaxın qonşuluq siyasəti üzrə Proqramın qəbuluna və 2006-cı il Enerji sahəsində strateji tərəfdaşlıq haqqında anlaşma Memorandumuna təsədüf edir.


11.3. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
420. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Orqanisation for Economic Cooperation and Development – OECD) inkişaf etmiş ölkələrin ticarət-iqtisadi klubu kimi 1961-ci ildə təsis edilib. 1948-ci ildə təsis edilmiş Avrop İttifaqı Əməkdaşlıq Təşkilatının varisi hesab edilir. Avropa ölkələri ilə yanaşı Avstriya, Cənubu Koreya, Türkiyə, Yeni Zellandiya, ABŞ, Kanada kimi dövlətlər də Təşkilatın üzvüdürlər. OECD çərçivəsində bir neçə avtonom təşkilati sturuktur fəaliyyət göstərir. Bunlardan Beynəlxalq Energetika Agentliyi; Nüvə Energi Agüntliyi; OECD-in inkişaf Mərkəzi və s. qeyd edilə bilər.

OECD-nin əsas məqsədini davamlı iqtisadi-sosial inkişafı təmin etmək; ümumi iqtisadi ticarət siyasətinin uyğunlaşdırılmasında səmərəli metodların hazırlanması; üzv-ölkələrdə maliyyə stabilliyini saxlamqla iqtisadi inkişafı, məşğulluğu təmin etmək; ayrı-seçkiliyə yol vermədən inkişafda olan ölkələrə yardım göstərmək; əmtəələrin, xidmətin, işçi qüvvəsinin sərbəsr hərəkətini və s. təmin etmək təşkil edir.

Təşkilat müxtəlif proqramların, o cümlədən, ətraf mühit, vergiqoyma, sahibkarlıq, informasiya-kommunikasiya, iqtisadi statistika və s. məsələlərin həllinə xüsusi diqqət yetirir. OECD çərçivəsində 20-dən artıq ixtisaslaşmış – iqtisadi inkişaf və siyasət; vergi siyasəti; maliyyə bazarları; enerji siyasəti; ətraf mühitin mühafizəsi; beynəlxalq investisiyalar və TMK üzrə və s. komitələr fəaliyyət göstərir. 1990-cı ildən Şərqi Avropanın keçid iqtisadiyyatlı dövlətələri ilə əməkdaşlığı koordinasiya etmək üçün Mərkəz yaradılıb. Təşkilatın beynəlxalq praktikada geniş təşviq edilən fəaliyyət sferasından biri də xarici investisiya qoyuluşunun beynəlxalq hüququ tənzimlənməsidir (215).

OECD-də xüsusi təsir qüvvəsinə malik qurumlardan biri də 1975-ci ildə təsis edilən “Yeddilik qrupu”dur. Qrupun əsas fəaliyyət istiqamətini beynəlxalq iqtisadi sferanın ən aktual məsələləri, o cümlədən qlobal maliyyə-valyuta, energetika təhlükəsizliyi üzrə problemlər təşkil edir (281).


11.4. Şimali Amerika Azad Ticarət Zonası
421. Şimali Amerika Azad Ticarət Zonası (North-American Free Trade Area-NAFTA) 1994-cü il yanvarin 1-də qüvvəyə minmiş Kanada, ABŞ, Mexsika arasında 1992-ci ildə bağlanan müqavilə əsasında təsis edilib. Bundan öncə isə 1988-ci ildə ABŞ və Kanada arasında bağlanmış Azad ticarət haqqında Müqavilə qarşılqlı ticarətdə bütün məhdudiyyətlərin istisnasına yönəlirdi. Hər iki dövlət əmtəə və xidmətlərin ticarətində məhdudiyyətlərin ləğv edilməsi öhdəliyi qəbul etmişlər.

1992-ci ildən isə Meksika ABŞ-Kanada ittifaqına qoşulmuşdur. NAFTA-nın yaradılması haqqında müqavilədə bazara sərbəst çıxış, investisiya qoyuluşu, xidmətlərlə ticarət, əqli mülkiyyət hüququ üzrə əməkdaşlıq və s. məsələlər təsbit edilib.

NAFTA-nın təsisinə dünya bazarında Avropa İttifaqının, Yaponiyanın və yeni sənaye ölkələrinin çəkisinin artması əhəmiyyətli təsir etmişdir. Digər tərəfdən, Qərbi Avropada gedən inteqrasiya prosesi NAFTA-nın yaradılmasından mühüm rol oynamışdır. Avropa Birliyinin uğurla inteqrasiyası ABŞ-ı xarici iqtisadi siyasətdə inteqrasiya meyilli addımlar atmaqla məcbur edir. NAFTA-nı yaradan zaman təsisçi dövlətlər inteqrasiya prosesinin Avropa Ittifaqının iqtisadi inteqrasiya prosesinə uyğunlaşdırmağı nəzərdə tuturdular. Xüsusən də, əmtəələrin, kapitalın, işçi qüvvəsinin ümumi bazarının yaradılması prioritet məsələ kimi müəyyən edilirdi.

Müəyyən inkişaf müddətinin keçməsinə baxmayaraq üzvlər arasında müəyyən problemlər qalmaqdadır. Belə ki, Kanada öz inkişafı ilə ABŞ-a çatdığı halda Meksika xarici borcları ilə inkişafda olan ölkələr qrupuna daxildir və əsas iqtisadi inkişaf məsələlərinə görə bu iki dövlətdən geri qalır. NAFTA-nın təsisi beynəlxalq iqtisadi inteqrasiya üçün yenilik sayılır. Belə ki, ilk dəfə olaraq inkişafda olan ölkələrdən biri iki yüksək səviyyədə inkişaf etmiş ölkə ilə öz razılığı əsasında iqtisadi inteqrasiyanı qəbul etmişdir. Lakin bəzi mütəxəssislər NAFTA-nın Meksikaya neqativ təsiri olduğunu qeyd edirlər. Hələ ilk vaxtlarda ABŞ-da iş yerlərinin çoxaldığı halda Meksikada işsizlik problemi genişlənmiş, 1995-ci ildə maliyyə böhranı isə iqtisadi artımın surətini aşağı salmışdı. Lakin regionun tarixi köklərinin eyniliyi dövlətlərin iqtisadi birliyi üçün əsas kimi çıxış etməkdədir.

NAFTA-da mərkəzi institut Azad ticarət haqqında Komissiyadır. Komissiyada üzv dövlətlərin ticarət nazirləri iştirak edir. Komissiya bağlanmış müqavilənin müddəalarına riayət edilməməsinə və onun gələcək inkişafına nəzarət edir, müqavilənin şərhi zamanı yaranan mübahisənin həll edilməsində iştirak edir.

Mübahisələrin həll edilməsi NAFTA-nın inzibati səlahiyyətli Katiblik bölməsinin üzərinə qoyulub. 1996-cı ildən 14 ekspertdən ibarət qrup və bir arbitraj təsis edilmişdir. NAFTA özünün iqtisadi strategiyasında:

- 2010-cu ilə qədər üzv-dövlətlər arasında bütün gömrük rüsumlarının ləğv edilməsini (ABŞ-Kanada arasında bu məsələ həll edildiyi halda Meksika ilə problem qalmaqdadır);

- mərhələli olaraq üzv-dövlətlər arasında əmtəələrə və xidmətlərə qoyulan qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılması;

- Şimali Amerika kapital sahibləri üçün Meksikada daha liberal rejim tətbiq edilməsi;

- Meksikanın maliyyə bazarında ABŞ və Kanadanın banklarının fəaliyyətinin liberallaşdırılmasını;

- Amerika-Kanadanın arbitraj komissiyasının yaradaılması və s. nəzərdə tutur.

Təşkilat çərçivəsində xidmətlərlə ticarətin təkmilləşdirilməsi əlverişli investisiya qaydalarının müəyyən edilməsi, əqli mülkiyyət hüququnun qorunması, mübahisələrin həlli üzrə mexanizminin yaradılamsı kimi məsələlər də nəzərdə tutulur.

NAFTA-da bəzi strateji sahələr üzrə istisnalarda nəzərdə tutulmuşdur. Meksikanın neft sənayesində xaricilərin fəaliyyətinə məhdudiyyət qoyulması hüququ, Kanadanın bəzi sektorları xüsusən də, informasiya və bəzi mədəni sahələri mühafizə etməsi, ABŞ-ın daxili qiymətlərinin, həmçinin kənd təsərrüfatı məhsullarının rəqabətdən kanar inkişaf sisteminin saxlanılması hüququ qeyd edilməlidir.

Razılaşmaya əsasən hər bir əmtəə qrupu üçün tariflərin aşaöı salınmasına dair sistem müəyyənləşdirilib. Həmçinin əmtəələrin mənşəyinin müəyyən edilmsi üzrə müvafiq qaydalar qəbul edilib.

NAFTA-nın təsis sazişinin XI bölməsi kapital qoyuluşuna, xarici investisiyaların və sahibkarların əmlak hüquqlarının müdafiəsi prinsiplərinə həsr edilib (219,220).

Bu Təşkilatın ABŞ və Kanada arasında olan iqtisadi münasibətlərinə təsiri bir o qədər də böyük deyil. Belə ki, öncədən də bu dövlətlər arasında ticarət məhdudiyyətləri elə də fərqli olmamışdır. Lakin bu Təşkilat Meksikada iqtisadiyyatının inkişafına öz tövhəsini göstərmişdir. Müqavilənin təyinatına görə Meksikada iqtisadi islahatların keçirilməsi, ABŞ və Kanada investisiya sferasında stabil şərtlərin yaradılması təmin edilməli, Meksikada isə kapitalın idxalının, məşğulluğun artacağına ümid bəslənilir. Həmçinin ABŞ-ın proteksionizm siyasətinin zəifləməsi nəzərdə tutulub.

Kanada üçün NAFTA ixracatın sərbəst formada genişləndirilməsi, ticarətin liberallaşdırılması və yeni investorların cəlb edilməsi deməkdir. NAFTA-nın regional inteqrasiya prosesindəki mövqeyi digər dövlətlərin, o cümlədən Çilinin, MERKOSURölkələrinin ona artan diqqəti ilə müşayiət edilir.
11.5. Cənub-şərqi Asiya Dövlətlərinin Assosiasiyası
423. Müasir dövrdə surətlə inkişaf edən regionallardan biri də Asiya Sakit okean regionudur. Bu inkişaf özünün regional və subregional təşkilatların iqtisadi əməkdaşlığında göstərir. Burada Ərəb Dövlətləri Liqası, Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı, Cənubi İqtisadi Zona, Hind-Çin İqtisadi Zonası, Cənub Sakt okean Forumu, Sakit Okeanın cənubi hissəsi Komissiyaları kimi təşkilalar təsis edilmişdir. Asiyanın şərq hissəsində və Sakit Okean hissəsində yaradılmış və dünya iqtisadi sisteminin bərqərar etməli ən mühüm təşkilatlardan biri də Cənub-şərqi Asiya Dövlətlərinin Assosiasiyasıdır (Assosiation of South East Asian Nations – ASEAN).

424. Gələcəkdə bu regional dövlətləri ASEAN daxilində azad ticarət zonası yaratmağı nəzərdə tuturlar. Qeyd etmək lazımdır ki, ASEAN daxilində dövlətlər arasında iqtisadi və ticarət sahəsində qarşılıqlı olaraq dövlətlərin iştirak həddi müəyyən edilir. Bu təşkilat 1967-ci il Bankok Bəyannaməsi əsasında yaradılıb.

Indoneziya, Maziya, Tailand, Filippin, Bruney, Vyetnam, Laos, Sinqapur və Kamboca təşkilatın üzvləridir. 1992-ci il Sinqapur Bəyannaməsi ilə regionda iqtisadi və siyasi əməkdaşlıq və inteqrasiyanın dərinləşdirilməsi irəli sürülüb.

ASEAN-nın fəaliyyətinin əsas istiqamətlərinə


  • iqtisadi, elmi-texniki, sosial, mədəni sahələrdə əməkdaşlığa yardım etmək;

  • azaz ticarət zonası yaratmaq;

  • maliyyə, kənd təsərrüfatı, nəqliyyat, turizm, energetika, ətraf mühit,

telekommunikasiya və s. sahələrdə əməkdaşlığı təmin etmək;

  • beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq;

  • Cənub Şərqi Asiya ölkələrində sülh və stabilliyin təmin edilməsi daxildir.

Assosiasiyada əməkdaşlıq statusu almış ölkələrə ABŞ, Yaponiya, Avstraliya, Yeni

Zellandiya, Kanada, Cənubi Korea, Hindistan, Çin, Rusiya, həmçinin Avropa İttifaqının üzv-dövlətləri daxildir. Frmal olaraq ASEAN onun məqsəd və prinsiplərini dəstəkləyən bütün cənub-şərqi Asiya ölkələri üçün açıqdır. ASEAN ölkələri kapital sahiblərini cəlb etmək üçün ASEAN İnvestisiya Zonası (ASEAN İnvestment Area) yaratmaq qərarına gəliblər. Bu plan 2010-cu ilə qədər üzv-dövlətlər arasında bütün maneələrin aradan qaldırılmasını nəzərdə tutur.


11.6. İqtisadi Əməkdaşlıq Təşkilatı
425. İqtisadi Əməkdaşlıq Təşkilatı (Ekonomic Cooperati-on Orqanisation-ECO) İnkişaf üzrə regional əməkdaşlıq Təşkilatin varisi kimi 1985-ci ildə təsis edilib. SSRİ dağıldıqdan sonra postsovet dövlətlərinin üzvlüyü ilə (1992) yenidən təşkilatlanmaya məruz qalmışdır. Üzvlərdən AR, Əfqanıstan, Iran, Qazaxstan, Qırğızıstan, Pakistan, Tacikstan, Türkmənistan, Türkiyə, Özbəkistan arasında energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat və komunikasiya, ətraf mühitin mühafizəsi, mədəniyyət və qeyri-qanuni narkotik dövriyyəyə qarşı mübarizə üzrə əməkdaşlıq genişlənməkdədir. Xüsusən də, İraq müharibəsindən sonra Təşkilatın iki iqtisadi siyasi patensiallı dövlətləri olan Türkiyə və İran arasında əməkdaşlıq daha da genişlənməkdədir. Qeyd edilən qurum çərçivəsində AR əsasən Türkiyə, Qazaxstan ilə beynəlxalq enerji nəqliyyat dəhlizlərinin formalaşmasında fəal əməkdaşlıq edir.

1993-cü il İstanbul Bəyannaməsini nəqliyyat və telekommunikasiaya sisteminin yaradılmasında mühüm rol oynamışdır. Bakı-Ceyhan, Bakı-Ərzurum neft-qaz boru kəmərlərinin tikintisi, Bakı-Qars dəmir yolunun inşası üzrə layihələr Asiya-Sakit okean və Avropa regionlararası iqtisadi inteqrasiyanın təsis edilməsinə xidmət edir. Təşkilatın layihələrinin dəstəklənməsində Islam İnkişaf Bankı, ECOSOC, üzv-dövlətlərin maliyyə strukturları, Avropa İttifaqının maliyyə qrumları iştirak edirlər.

İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyət sferasından biri də investisiyaların qarşılıqlı müdafiəsi ilə bağlıdır. 1999-cu ildə Təşkilat çərçivəsində region ərazisində xarici investisiyanın müdafiəsi adlı layihə hazırlanmışdır. Layihədə kapitalın sərbəst beynəlxalq hərəkəti, investisiyalar üzrə məlumat mübadiləsi xarici investorların sərmayələrinin müdafiəsi, maliyyə səhimlərinin satışı və s. kimi məsələlər öz ifadəsini tapıb.

Üzv-dövlətər beynəlxalq ticarət münasibətlərinin genişləndirmək məqsədilə Preferensiayalı taxif mexanizmləri haqqında Pratakol da qəbul etmişlər.


11.7. Qara Dəniz İqtisadi Əməkdaşlıq
426. Qara Dəniz İqtisadi Əməkdaşlıq (Black Sea Economıc Cooperaion-BSEC) AR-in üzv olduğu və 1998-ci ildə təsis edilmiş növbəti regional qrumdur. Faktiki olaraq 1992-ci ildən fəaliyyət göstərən BSEC energetika, mineral resusların hasilatı və nəqli, kənd təsərrüftı, nəqliyyat və kommunikasiaya, ətraf mühitin mühafizəsi, turizm, investisiya, maliyyə və s. sferalarda əməkdaşlığı nəzərdə tutur.

BSEC Transavropa nəqliyyat strukrturunun formalaşdırılmasında fəal iştirak edir. Bəzi üzv dövlətlər (AR, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, RF, Rumıniya, Türkiyə, Ukraina) arasında milli maraqların uyğunlaşması da diqqəti cəlb edir. Layihələrin daha çevik realizəsi üçün Qara Dəniz Ticarət və İnkişaf Bankı (1994) təsis edilib.


ƏDƏBİYYAT SİYAHISI
1. Доронина H.Г. Унификация и гармонизация в условиях международной интеграции - ЖРП 1998,

№6, с. 53-55

2. Капустин А.Я. Международно-правовые проблемы латиноамериканской экономической

интеграции - М: Изд-во УДН, 1985.79 с.

3. Лукашук И.И. Глобализация, государство, право. XXI век. М. «Спарю. 2000. 279с.

4. Moceй Г. Процессы глобализации и регионализации в мировой экономике / Экономист, 2002,

№ 9, 21-29.

5. Предварительный проект конституционного договора (Конституции

Европейского Союза) / http: culaw.edu.ru

6. Право Европейского Союза: правое регулирование торгового оборота. Учебное

пособие. Под. Ред. В.В. Безбаха, В.К. Пучинского, М. Издательство Зеркало,

1999 -400 с

7. Baugan G. Freudenberg .VI. The Internalization of venture Capital Activity in OECD: Implications for Measurement and Policy STL Working Papers 2000/7. Paris 2000. P. 17-24

8. Cordero R.A. Strict In:' Liberalizing interpretation EEC Treaty Artic­les 67 (1) and 68 (2) Legal Issues of European Integration. #2. P 42-49



  1. Elements de doctrine. "Analyses de la Constitution Europeenne» Rennes et Grenoble, 2004.

  2. Gestrin M. Rugman A. The North American Free Trade Agreement and Foreign Direct Investment, Transnational Corporation 1994 .Vol. 1. # 1, P. 32-34 .

  3. Kindelherger C. European Integration and the international Corporation (Columbia Journal of World Business) 1996. .# 1, P.57-58

  4. Mo J. Austrilia China investment Profection Treaty. Journal of World Trade Law, # 25. 1990. P .15-22

  5. 12. North American free Trade Agreement . December 17 V.S. Mex Cau. International Legal Materials # 32, P. 605-613.

  6. Treaty of the Establishment of the Caribbean Common Market. Yuly 4,1973. art 35/Intcrnalional Legal Material. #12. P. 1062-1063

  7. Traite etablissant une Constitution pour I Europe» Bruxelles. le 6 aout 2004.

  8. Usher Y.A. Capital movement and the Treaty on European Union / 12 Yearbook of European Law 1992, p. 42-61

  9. Wilkinson The free trace agreement between Canada and United Sta­tes. «Economic Integration in Europe and North America" U.N. N.Y. Geneva, 1995.


ÜÇÜNCÜ HİSSƏ

XII FƏSİL. BEYNƏLXALQ İQTİSADİ MÜBAHİSƏLƏRİN

HƏLLİ HÜQUQU
12.1. Beynəlxalq iqtisadi mübahisələrin dinc həlli hüququ

12.1.1. Beynəlxalq iqtisadi mübahisələrin tənzimlənməsinin danışıqlar

mərhələsi


      1. Beynəlxalq iqtisadi mübahisələrin beynəlxalq hüquqi həllində

xeyirxah xidmətlər və vasitəçilik mərhələsi

      1. Beynəlxalq təhqiqat və barışdırma prosedurları

      2. Beynəlxalq iqtisadi mübahisələrin beynəlxalq təşkilatlar çərçivəsində həlli xüsusiyyətləri

      3. BMT Beynəlxalq Məhkəməsi

      4. Beynəlxalq arbitraj və məhkəmə proseduru

      5. Avropa İttifaqı Məhkəməsi

      6. Dünya Ticarət Təşkilatı çərçivəsində iqtisadi mübahisələrin həlli qaydası

      7. İnvestisiya mübahisələrin həlli Mərkəzi

      8. Enerji Xartiyasına Müqavilə çərçivəsində mübahisələrin həlli qaydası

      9. Enerji resuslarının boru kəmərlərilə tranzit nəqlində mübahisələrin həlli qaydasının proseduru

      10. Beynəlxalq iqtisadi mübahisələrin həllində iqtisadi gücün tətbiqi



12.1. Beynəlxalq iqtisadi mübahisələrin dinc həlli hüququ

12.1.1. Beynəlxalq iqtisadi mübahisələrin tənzim

edilənməsinin danışıqlar mərhələsi
427. Beynəlxalq iqtisadi mübahisələrin həlli hüququ beynəlxalq hüququn beynəlxalq mübahisələrin dinc həlli prinsipindən daha geniş məzmuna malikdir. Bu halda beynəlxalq mübahisələrin dinc həllinin vasitəsi kimi beynəlxalq arbtraj və eləcə də, beynəlxalq hüquq normalarını pozmuş dövlətə qarşı beynəlxalq məhkəmə və beynəlxalq təşkilatların qərarlarının icra edilmədiyi halda beynəlxalq hüquqa uyğun məcburiyyət tədbirlərinin də tətbiqini tənzim edən prinsip və normalar çıxış edir.

Beynəlxalq iqtisadi mübahisələrin həlli vasitəsi kimi, ilk növbədə, danışıqlar, xeyirxah xidmətlər və vasitəçilik, beynəlxalq təhqiqat və barış prosedurları, arbitraj və məhkəmə baxışı, eləcə də, beynəlxalq təşkilatlar çərçivəsində kvazi arbitraj, məhkəmə vasitələri nəzərdə tutulur.



428. Beynəlxalq iqtisadi mübahisələrin dinc yolla həlli beynəlxalq hüququn prinsipi olaraq beynəlxalq hüququn özü kimi tarixi aspek kəsb edir. Mübahisələrin dinc vasitələrlə tənzimlənməsi və münsüflər məhkəməsi haqqında ilk müqavilə eramızdan əvvələ təsadüf edir (444).

Beynəlxalq iqtisadi mübahisələrin dinc vasitələrlə tənzim edilməsinin ilkin mərhələsini birbaşa danışıqlar təşkil edir. BMT Nizamnaməsinin 33-cü maddəsinin 1-ci hissəsində və beynəlxalq mübahisələrin dinc vasitələrlə həlli üzrə digər çoxtərəfli beynəlxalq-hüquqi aktlarda danışıqlar beynəlxalq mübahisələrin dinc həlli vasitələrinin ilkin qaydası kimi əks olunub. Bu zaman tərəflər yaranmış beynəlxalq mübahisəni birbaşa əlaqə yaratmaq və ümumi razılıq əsasında həll etməyə çalışır. Danışıqlar prosesinin mübahisələrin dinc həllinin digər vasitələrindən əsas üstünlüyü ondan ibarətdir ki, vasitəçi olmadan, birbaşa danışıqlar prosesində tərəflər bir-birinin mövqeyi və qarşılıqlı iddiaları ilə daha yaxından tanış olmaq imkanına malik olalaq mübahisəli məsələlərin həllində ümumqəbul edilən nəticə üçün razılığa gəlirlər.

Danışıqlar prosesinin qəbul oluna bilən nəticə ilə yekunlaşması üçün proses iştirakçıları beynəlxalq hüququn prinsiplərinə, o cümlədən, dövlətlərin suveren bərabərliyi, dinc yanaşı yaşamaq, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək prinsipinə əsaslanmalıdır. Beynəlxalq iqtisadi mübahisələrin müvəffəqiyyətlə nizama salınmasına nail olmaq üçün, ilk növbədə, danışıqlar prosesinin iştirakçıları danışıqlar prosesinin bütün mərhələlətində dövlətlərin suveren bərabərliyi prinsipinin tələblərinə riayət etməlidirlər. Danışıqlar prosesində dövlətlərin suveren bərabərliyi onların formal və faktiki bərabərliyinə əsaslanmalı və hər hansı bir formada təzyiq və güc tətbiq edilməsinə yol verilməməlidir.

Danışıqlar prosesində beynəlxalq iqtisadi mübahisələrin tərəfləri arasında qarşılıqlı qəbul edilə biləcək nəticənin əldə edilməsinin əsas şərti kimi beynəlxalq hüququn ümumtanınmış prinsipləri ilə yanaşı mübahisə tərəfi olan dövlətlərin mübahisənin həllinə münasibətdə xeyirxah iradəsi, tərəflərin beynəlxalq mübahisənin nizama salınması yollarının axtarılmasında vicdanlı fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Danışıqların təşəbbüskarı kimi konkret dövlətlə yanaşı, dövlətlər qrupu, üçüncü dövlət, eləcə də, beynəlxalq təşkilatlar çıxış edə bilər. BMT Nizamnaməsi əsasında dövlətlərin qarşılıqlı əməkdaşlığı prinsipi və mübahisələrin həlli prinsiplərinin tələblərinə görə beynəlxalq mübahisənin subyekti olan dövlət digər tərəfin danışıqlar aparmaq təşəbbüsünü təqdir etməlidir. Danışıqlarda iştirak edən tərəflər hər şeydən əvvəl, danışıqlara başlamaq üçün onlardan asılı olan bütün tədbirlərə əl atmalı və danışıqların uğurlu nəticə ilə yekunlaşmasına xələl gətirə bilən hərəkətlərdən çıkinməlidirlər.

Danışıqlar tərəflərin sayına görə ikitərəfli və çoxtərəfli ola bilər. Ikitərəfli danışıqlar vasitəçi olmadan, birbaşa əlaqələrin yaradılması ilə təmin edilir. Çoxtərəfli danışıqlar isə özünü müxtəlif formalarda biruzə versə də, bir qayda olaraq, beynəlxalq təşkilatlar vasitəsi ilə təzahür edir.

Mübahisənin xaraqterindən asılı olaraq danışıqlar müxtəlif səviyyələrdə həyata keçirilə bilər. Dövlət nümayəndələrinin iştirak səviyyəsindən asılı olaraq danışıqlar da dövlət, hökumət başçıları, nazırlər, eləcə də ayrı-ayrı qrumların rəhbərliyi səviyyəsində həyata keçirilə bilər. Sonuncu səviyyədə danışıqlar diplomatik və ya texniki xaraqter daşıya bilər.

Danışıqlar müxtəlif qaydada, şifahi və ya yazılı formada aparıla bilər. Diplomatik praktikada rəsmi yazışmaların bir neçə forması – məktub, nota (kollektiv nota, verbal nota), memorandum və s. mübadiləsi işlənib hazırlanmışdır.

Danışıqlar prosesinin prosedur məsələləri əsas etibarilə razılıq əldə edilməsinin, yəni danışıqların əsas məqsədinin texniki vasitəsidir. Danışıqlar prosesinin bütün mərhələlərində tərəflər tam məsuliyyət və vicdanla hərəkət etməli, qarşılıqlı maraqları nəzərə alaraq, güzəşt və razılıq əsasında ümumqəbul edilə bilən nəticəni təmin etməlidirlər.

Mübahisənin subyektləri tərəfindən müvafiq şərtlərə və tələblərə riayət edilməsi əksər hallarda müsbət nəticələrlə müşayiət olunur. Əgər danışıqlar prosesində beynəlxalq iqtisadi mübahisənin subyektləri müəyyən razılığa gələ bilməsələr və beynəlxalq iqtisadi mübahisəni aradan qaldırmaq mümkün olmazsa bu halda beynəlxalq mübahisələrin həlli sistemində digər mexanizmə müraciət edilməlidir.


Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə