ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə29/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

402. Ümumilikdə isə Avropa İqtisadi Birliyinin formalaşması bir neçə mərhələdən keçmişdir:

- Azad ticarət zonasının yaradılması – üçüncü dövlətlərə münasibətdə gömrük və ticarət siyasətində müstəqilliyi saxlamaqla, üzv-dövlətlər arasında, ticarətdə olan gömrük ödəmələri, kvota və digər məhdudiyyətlərin aradan qaldırılması (1957-1968);

- Gömrük İttifaqının yaradılması – vahid gömrük tarifinin qəbulu ilə müstəqil ticarət və gömrük siyasətindən vahid gömrük tarifinə keçirilməsi, üçüncü dövlətlərə münasibətdə vahid ticarət siyasətinin müəyyən edilməsi (1968-1986);

- Vahid daxili bazarın yaradılması – işçi qüvvəsinin kapitalın və xidmətlərin azad dövriyyəsi üçün tədbirlərin həyata keçirilməsi (1986-1993);

- İqtisadi ittifaqın təsis edilməsi – kənd təsərrüfatı, nəqliyyat, həmçinin daha çox müdafiə zərurəti duyan sahələr üzrə vahid qanunvericilik mexanizminin formalaşdırılması və müvafiq dövlətüstü nəzarət sisteminin bərqərar edilməsi (1993-2002);

- Valyuta ittifaqının yaradılması – Avropa İttifaqının vahid valyuta və maliyə sisteminin bərqərar edilməsi, milli pul vahidlərinin 2002-ci ildən avro ilə əvəz edilməsi ilə hüquqi baxımdan analoqu olmayan regional qrum formalaşdırılır.

Beləliklə, Avropa İqtisadi Birliyinin layihəsi özündə həm federalis (gömrük, iqtisadi və valyuta ittifaqı), həm də konfederalis elementlərinin ünsürlərini (ağır ticarət zonasını, vahid daxili bazarı) əks etdirirdi.

Roma Müqaviləsinin ilk 6 üzvünün məqsədi – ticarətdə maneələrin qaldırılması, daha sıx əməkdaşlığa aparan prosesin təşkil olunması və üzv dövlətlərin iqtisadi siyasətlərinin mütərrəqi yaxınlaşması üçün müvafiq hüquqi qaydaların genişləndirilmsi olmuşdur.



403. Avropa İqtisadi Birliyi haqqında Müqavilə ilk növbədə, ümumi bazarla bağlı məsələləri tənzimləyirdi. Avropa İqtisadi Birliyinin başlıca istiqamətləri aşağıdakılar olmuşdur:

- ümumi bazarın fəaliyyət göstərməsi üçün üzv-dövlətlərin qanunvericiklərinin yaxınlaşdırılması;

- üzv-dövlətlər arasında malların ixrac və idxal edilməsində gömrük yığımlarının aradan götürülməsi;

- ümumi gömrük tarifinin və üçüncü dövlətlərə münasibətdə ümumi ticarət siyasətinin həyata keçirilməsi;

- üzv-dövlətlər arasında malların, xidmətlərin və kapitalın azad dövriyyəsinə maneə törədən halların aradan qaldırılması;

- kənd təsərrüfatı sahəsində ümumi siyasətin yeridilməsi;

- subsidiya və proteksionizm üzrə qanunvericiliyin formalaşdırılması;

- nəqliyyat sahəsində ümumi siyasətin formalaşdırılması;

- ümumi bazarda rəqabət qaydalarının pozulmasının qarşısının alınması;

- üzv-dövlətlərdə iqtisadi siyasətin razılaşdırılması tədiyyə balansında bərabərsizliyin aradan qaldırılması;

- Avropa İnvestisiya Bankının təsis edilməsi.

Avropa İttifaqı üçün bu gün də mürəkkəb məsələ kimi diqqəti cəlb edən yeni üzvlük msələsi o dövürdə də problemli olmuşdur. Avropa İqtisadi Birliyinin 237-ci maddəsinə əsasən yeni üzvün qəbul edilməsi üçün Birliyin bütün üzvlərinin razılığı olmalıdır. Bu məsələdə daha çox fəallıq edən Fransa olmuşdur. Fransa üç dəfə (1958, 1963 və 1967) Böyük Britaniyanın “Ümumi bazara” daxil olmasının əleyhinə səs vermişdir.

Birlikdən kənarda qalan dövlətlər “altılığın” inteqrasiyası ilə bağlı narahatlıq keçirməyə bilməzdilər. 50-ci illərin ortalarında Böyük Britaniya azad ticarət zonasının yaradılması ilə bağlı təkliflə çıxış edir. Azad ticarət aonasında üzv-dövlətlər arasında sərhəd olmamalı, dövlətlər iqtisadi, eyni zamanda kənd təsərrüfatı siyasətinin qarşılıqlı anlaşma ilə razılaşdırmalı və bu zaman dövlətlərin suverenliyi məhdudlaşdırılmayacaqdı. Böyük Britaniya Skandinaviya ölkələrinin (Danimarka, Norveç, İsveç) və eyni zamanda Avropanın 2 neytiral dövləti olan – Avstriya və İsveçrənin razılığını almağa müvəffəq olur.

404. Avropa İqtisadi Birliyinə alternativ olaraq 1960-cı ildə Avropa Azad Ticarət Assosiasiya yaradılır. Bu birliyə Avstriya, Böyük britaniya, Danimarka, Norveç, Portuqaliya, İsveç, İsveçrə daxil olur. Təşkilat çərçivəsində inteqrasiya azad ticarət zonasının qurulması ilə məhdudlaşdırırdı. Lakin Avropa İqtisadi Birliyi uğurla inkişaf etdiyi üçün Avropa Azad Ticarət Assosiasiyasının üzvləri tədricən Avropa İqtisadi Birliyinə keçməyə başlayırlar. 1965-ci ildə Brussel Müqaviləsilə Avropa İqtisadi Birliyində üç Birliyin vahid orqanı təsis edilir və 1968-ci ildə Gömrük İttifaqının yaradılması prosesi başa çatır.

1971-ci ildə Lüksemburq Müqaviləsinə görə əsas məsələlər üzrə qərarların ümumi razılıq əsasında qəbul edilməsi haqqında razılığa gəlinir. 1986-cı ildə Vahid Avropa Aktının qəbul edilməsi 1993-cü il kimi ümumi bazarın yaradılması və siyasi sturukturların formalaşdırılması məqsədi müəyyən edilir. Vahid Avropa Aktı Avropa inteqrasiyasında yeni bir mərhələlərin başlanğıcını qoyur. Avropa Ittifaqının movcud Birlik əsasında yaradılması və Avropa Birliyi çərçivəsində iqtisadi, valyuta, sosial-siyasi, sosial-iqtisadi, ərtaf mühitin qorunması və xarici siyasət sahəsində Avropa əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulurdu.



405. Vahid Avropa Aktında başlıca müddəalar birləşmə prosesinin davamı kimi göstərilirdi və burada Nazirlər Şurasında səsvermə zamanı səs çoxluğu prinsipinin genişləndirilməsi və ayrı-ayrı hökumət üzvlərinin veto qoymaq hüququnun məhdudlaşdırılması üzrə müddəalar da təsbit edilmişdir. Biriliyin həm institusion, həm də hüquqi sisteminin islahata ehtiyacı olduğundan Vahid Avropa Aktı da özlüyündə keçid xaraqteri daşıyırdı və gələcəkdə hüquqi baza qismində çıxış edə bilməzdi. Məhz buna görə də, bu akt üzv-dövlətlər tərəfindən birmənalı olaraq dəyərləndirilmirdi. Təxirəsalınmaz işlər sırasında vahid valyutanın təsis edilməsi, iqtisadi və valyuta ittifaqı mexanizminin inkişafına və vahid sosial siyasətin yeridilməsinə dair yeni normativ hüquqi aktların qəbul edilməsi, üzv-dövlətlərin hüquqi siyasətlərinin daha da yaxınlaşdırılması daxil edilir.

1990-cı ildə Şengen Sazişin bağlanması ilə 1993-cü ildən şəxslərin, yüklərin, kapitalın sərbəst hərəkəti təmin edilir.



406. Yeniləşmiş inteqrasiyanı isə Maastrixt Müqaviləsi təmin edir. Bu müqavilənin rəsmi adı - Avropa İttifaqı haqqında Müqavilələrdir, lakin imzalandığı məkanı nəzərə alaraq bu müqaviləni Maastrix Sazişi kimi adlandırırlar. Avropa İttifaqı haqqında Müqavilələ, Vahid Avropa Aktının davamı hesab edilə bilərdi. 1992-ci ildə Maastrixdə (Niderland) Avropa İttifaqı haqqında Sazişin imzalanması Avropa Birliyinə yeni rəsmi ad Avropa İttifaqı verməklə yanaşı Vahid Avropa Aktında qeyd olunan məqsədlər qanunvericilik qaydasında daha da möhkəmlənirilir. Olduqca geniş məsələləri əks etdirən bir sənəd olaraq hüquqi nöqteyi-nəzərdən, üzv-dövlətlər arasında mövcud olan davranış qaydalarını tənzimləyir. Müqavilə 7 bölmədən ibarətdir. Maastrixt Sazişində 17 Protokol və 33 Bəyannamə və bir Razılaşma daxildir. Qeyd etmək lazımdır ki, Maastrixt Sazişi, beynəlxalq hüquqi baxımdan kifayət qədər mürəkkəb sənəddir. Onun bəzi müddəalarının təfsiri zamanı Paris və Roma təsis aktlarına istinad edilir.

Maastrixt Sazişi nə 1951-ci il Paris, nə də 1957-ci il Roma Sazişlərini əvəz etmir. Bu münasibət eynilə 1987-ci il Vahid Avropa haqqında Aktda da aiddir. Maastrixt Sazişi formal olaraq yeni sturuktur yaradır və eyni zamanda təsis aktlarına əlavələr və dəyişikliklər edir.

Maastrixt Sazişi Avropada inteqrasiyanın genişlənməsində böyük rol oynamışdır. Bu Sazişlə milli vətəndaşlıqla paralel ümumi vətəndaşlıq təsis edilmiş, İttifaqın birgə xarici siyasətinin həyata keçirilməsi, təhlükəsizliyin təmin edilməsi və s. məsələlər təsbit edilir. Maastrixt Sazişi mərkəzi hakimiyyətə həvalə edilməli olan xüsusi funksiyalar müəyyən etməmişdir.

Müqavilə özlüyündə inteqrasiya prosesinin dinamik konsepsiyasını əks etdirir. Roma Müqaviləsindən baəlayaraq, Qərbi Avropa ölkələriarasında və ümumilikdə İttifqın daxilində əməkdaşlığın səviyyəsi xeyli artmışdır. Dörd istiqamtdə - sənaye mallarının, xidmətlərin, kapitalın və işçi qüvvəsinin azad hərəkəti təmin edilmişdir. Eyni zamanda ticarətdə qeyri-tarif maneələrinin müddəti uzadılmışdır. Kənd təsərrüfatı mərkəzləşmiş şəkildə tənzimlənəcək iqtisadiyyatdan, daha çox siyasi müzakirə predmeti olaraq qalmaqdadır.

Maastrixt Sazişində Avropa İttifaqının əsas funksiyaları birbaşa göstərilməsə də, İttifaqın başlıca məqsədlərinin araşdırılması zamanı onun funksiyaları haqqında təəssürat yaratmaq mümkündür. Müvafiq funksiyalara:


  • İttifaqın daxilində, iqtisadi və sosial tərəqqinin davamlı inkişafını təmin etmək;

  • ümumi xarici siyasət və ümumi təhlükəsizlik siyasətini həyata keçirmək;

  • Ittifaqda vahid vətəndaşlığı təmin etmək, üzv-dövlətlərin vətəndaşlarının maraq və

hüquqlarının müdafiəsini gücləndirmək;

  • daxili işlər və ədalət mühakiməsi sahəsində əməkdaşlığı inkişaf etdirmək və s.

aiddir.

407. 1957-ci ildə Roma müqaviləsində valyuta münasibətləri sahəsində əməkdaşlıq haqqında məhdud qeyd-şərt olmuşdur. Iqtisadi və valyuta sahəsinin yaradılması haqqında ilk dəfə ideya yalnız 60-cı illərin sonu üçün irəli sürülmüşdür.

Iqtisadi və Valyuta İttifaqının yaradılması üç mərhələdə həyata keçirilmiş və tədricən milli pul vahidləri avro ilə əvəz olunmuşdur.

1997-ci il Amesterdam Müqaviləsi ilə Ümumi Xarici Siyasət və Təhlükəsizliyin həyata keçirilmə mexanizmi genişləndirilir. Şengen Sazişi isə əsaslı şəkildə bir sıra məsələləri yeni səviyyəyə qaldırır. Məsələn, üçüncü dövlətdən gələn şəxslərin statusu dəqiqləşir, onlar üçün uzunmüddətli və qısamüddətli vizalar müəyyən edilir. İttifaqın tərkibində hərəkət etmək və yaşamaq şərtləri müəyyənləşdirilir.

408. Avropa İttifaqı çərçivəsində xüsusi diqqət yetirilən məsələlərdən biri də qeyd etdiyimiz kimi kapital qoyuluşu və investorların statusu ilə bağlı olmuşdur (212).

409. İnvestisiya qoyuluşunu genişləndirmək məqsədilə 1985-ci ildə Avropa investisiya Bankı yaradılmışdır. Avropa Birliyinin maliyyə qurumu kimi onun Nizamnaməsi Avropa İttifaqı haqqında Müqavilənin tərkib hissəsidir. Bakıda həll edilən məsələlər Şuranın qərarlarına əsasən müəyyən olunur. İnteqrasiya Bankının fəaliyyəti Birliyin üzv-dövlətlərinin investisiyalarının maliyyələşməsin, kapital bazarı üzrə əməliyyatların həyata keçirilməsini və daxili resuslardan istifadə sahələrini əhatə edir. Bank ehtiyacı olan dövlətlərə borc verir, daha zəif iqtisadi layihələri maliyyələşdirir, üzv-dövlətlərin maraqlandığı layihələrin reallaşmasına kömək edir. İnkişafda olan dövlətlərə eləcə də mərkəzi və Şərqi Avropa dövlətlərinə borc verir. Bank növbəti istiqamətlərdə fəaliyyət göstərir:

- dövlətlərə, o cümlədən, sənaye kənd təsərrüfatı, ekologiya, energetika, xidmət və s. sahələrin xüsusi təsərrüfat subyektlərinə kredit verir;

- Avropa Komissiyasının rəhbərliyi altında fəaliyyət göstərən fondların investisiya proqramlarını maliyyələşdirir;

- layihələrin hazırlanmasına və qiymətləndirilməsinə kömək etməklə yanaşı, layihələrin texniki-iqtisadi əsaslandırılmasını təmin edir və onların İttifaqın fəaliyyət və prinsiplərinə, eləcə də, ətraf mühitin tələblərinə uyğunluğunu yoxlayır.



410. Avropa İttifaqında ümumi sosial siyasət olduqca vacib əhəmiyyətə malikdir. Sosial siyasətin məqsədləri Müqavilənin 1-ci maddəsində öz əksini tapmışdır. Xüsusən də, məşğulluğun, yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiə, iş verənlərlə işçilər arasında əməkdaşlığın təmin edilməsi, insan resuslarının inkişaf etdirilməsinə əhəmiyyətli yer verir.

411. Avropa inteqrasiya prosesinin inkişafında növbəti mərhələ 2001-ci il Nitsa müqaviləsinə təsadüf edir. Bu aktda göstərilən bəzi müddəalar yeni üzvlüklə bağlı Avropa İttifaqı orqanları arasında münasibətləri daha da təkminləşdirir. Birliyin əsasında duran prinsipləri həyata keçirmək üçün Şuranın qəbul etdiyi qərarların effektliyinin artırılması, Avropa parlamentinin mövqeyinin gücləndirilməsi, Avropa Birliyi Məhkəməsinin səlahiyyətlərinin genişləndirilməsi və Məhkəmənin yeni statutunun qəbul edilməsi, Şura tərəfindən bəzi qərarların qəbul edilmə qaydalarının (yekdilliklə qəbuletmə mexanizminin, səs çoxluğuna) dəyişdirilməsi təmin edilməlidir.

Nitsa Müqaviləsi Roma, Maastrix və Amsterdam Müqaviləsinin məntiqi davamlı olaraq Avropa İttifaqında qanunvericilik islahatlarını (səs çoxluğu ilə qərarların qəbul edilməsi, qərarların qəbul edilməsi zamanı əsas prinsip və prosedurlarda dəyişikliyin edilməsi, veto hüququnun yalnız 35 qanunvericilik aktı sahəsində tətbiqinə qədər məhdudlaşdırmanı) nəzərdə tutur.

Nitsa Konfransında Avropa İttifaqının gömrük sferasında yeni vəzifələr müəyyən edilib. Avropa Parlamentinin və Şuranın qərarı ilə gömrük orqanları qarşısında:


  • hüquq tətbiqetmə praktikasının harmonizasiyası;

  • birgə təcrübənin hazırlanması;

  • Avropa İttifaqının görük sərhədində beynəlxalq gömrük işinin təkminləşdirilməsi;

  • xüsusi subyektlərlə gömrük orqanları arasında məlumat mübadiləsinin

yüksəldilməsi kimi məsələlər qoyur.

Qəbul edilmiş normativ aktlara görə əmtəələrin mənşəyindən asılı olaraq üzv-dövlətlər idxalda differensasiya edilən rejim tətbiq edirlər. Ümumiyyətlə, preferensiya sistemində olan “ümumi bazar” inkişafda olan, Dünya Ticarət Təşkilatı üzvü olan üçüncü ölkələr və Dünya Ticarət Təşkilatı üzvü olmayan üçüncü ölkələrin əmtəələrinə münasibətdə fərqli prinsiplər tətbiq edilir. Hər bir rejim çərçivəsində üzv-dövlətlər Vahid gömrük tərifi əsasında tarif tənzimlənməsini həyata keçirir.



412. Avropa İttifaqında haqsız rəqabət, subsidiya, antidempinq məsələlərinə xüsusi önəm verilir. Müqavilənin 81-ci maddəsinə görə sahibkarlara

- birbaşa və dolayısı ilə funksasiya edilmiş qiymət və ya digər ticarət şərtləri ilə;

- istehsal, ticarət, investisiya üzərində nəzarətin müəyyən edilməsi və ya məhdudlaşdırılması;

- əmtəə və xammal bazarlarının bölgüsü;

- kontraktın predmeti ilə bağlı olmayan əlavə şərt və qaydaların daxil edilməsi üzrə kontraktlar bağlanması qadağan edilir.

Avropa İttifaqında ixracın subsidiyası qadağan edilmiş, milli kompaniyalara yardımla isə Avropa İttifaqının Kommisiyasının razılığı əsasında mümkündür ( m.21). Əhəmiyyətli qaydada subsidiya yalnız kənd təsərrüfatına, kömür və kino sənayesinə verilməkdədir.

İttifaq hüququna görə antidempinq tədbirlərinin tətbiqi üçün iç şərtinin - əmtəənin dempinq qiymətlə satılması faktının sübutu, dempinq nəticəsində Avropa İttifaqı sənayüsinə real maddi zərərin verulması və dempinqlə zərər arasında səbəb-nəticə əlaqəsinin olması zəruridir.

Nitsa Müqaviləsinə əsasən Avropa İttifaqının səlahiyyətinə ticarət, kənd təsərrüfatı, miqrasiya, nəqliyyat, gömrük, sənaye, sosial-mədəni siyasət, məşğulluq və sağlamlıq sahəsində siyasət, iqtisadi və sosial birləşmə, istehlakçıların hüquqlarının müdafiəsi, ətraf mühitin qorunması, üçüncü dövlətlərin inkişafı üçün onlara maliyyə, iqtisadi, texniki sahələrdə yerdım etmək məqsədilə əməkdaşlıq, eyni zamanda siyasi təhlükəsizlik və daxili işlər və ədalət məhkəməsi sahəsində dövlətlərin əməkdaşlığı adi edilir.

Nitsa zirvə görüşü İttifaqın genişləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul etməklə bərabər Avropa İttifaqının Konstitusiyasının işlənib hazırlanması üçün də müəyyən addımlar atmışdır.

413. Avropa İttifaqının strukturuna Şura, Komissiya, Parlament, Məhkəmə Auditorlar Palatası, İqtisadi və Sosial Komitə və Avropa Mərkəzi Bankı və s. orqanlar daxildir.

Auditorlar Palatası Avropa Birliyi və onun bütün institutları və orqanlarının gəlir və xərcləri ilə bağlı məruzələri yoxlayır, maliyyə məsələlərinin idarə olunmasına nəzarət edir, hər maliyyə ili bitdikdən sonra öz işi barədə məruzə tərtib edir. İttifaqın büdcəsinin idarə edilməsində Avropa Parlamentində nəzarət etməyə kömək edir.

İqtisadi və Sosial Komitə Avropa İttifaqının məsləhətçi orqanıdır. Roma Sazişinə əsasən təsis edilmişdir. Onun başlıca funksiyasını Avropa İttifaqının iqtisadi və sosial siyasət üzrə Şura və Komissiya üçün tövsiyə və təkliflər vermək təşkil edir.

Avropa İttifaqının strukturuna Avropa Mərkəzi Bankı, Avropa İnvestisiya Bankı, müxtəlif xüsusiləşmiş agentlik və orqanlar daxildir.

Avropa İttifaqının siyasətini həyata keçirmək üçün normativ sənədlər, eyni zamanda yazılmamış normalar – İttifaqın institutları ilə üzv-dövlətlər arasında formalaşmış adətlər və ümumi hüquq prinsipləri çıxış edir. İttifaqın üzvü olmaq istəyən dövlətlər qeyd-şərtsiz bu hüququ tam həcimdə qəbul etməlidir.

414. İttifaqın hüququnu onların hüququ təbiətindən asılı olaraq üç qrupa bölmək olar:

- ilkin müqavilə hüququ təsis aktlarından və onlara edilən əlavələrdən, bəyannamələr, sazişlər, protokollar, eyni zamanda Avropa İttifaqına daxil olmaq baradə müqavilələrdən ibarətdir;

- ikinci hüquq Avropa İttifaqının müxtəlif orqanları tərəfindən qəbul edilən reqlamentlər, direktiv və tövsiyələrdən formalaşır;

- üçüncü hüquqa Avropa İttifaqı ilə üçüncü dövlətlər arasında bağlanan beynəlxalq müqavilələr, konvensiyalar qeyd edilməlidir.

Üçüncü hüquqa Avropa İttifaqının Çimali Afrika (Əlcəzair, Mərakeş, Tunis və s.) Yaxın Şərq (Suriya, İordaniya və s) və digər ərəb ölkələri ilə, həmçinin postsovet dövlətlərilə energetika sferasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişlər, o cümlədən, AR ilə Aİ arasında 2006-cı il enerji sahəsində strateji tərəfdaşlıq haqqında anlaşma Memorandumu adi edilə bilər. Avropa İttifaqının üçüncü dövlətlərlə əməkdaşlığında enerji resuslarına və həmçinin tranzit statusuna malik olan ölkələrlə bağlanmış müqavilələrə xüsusi əhəmiyyət verilir. Avropa İttifaqının inkişafda olan dövlətlərlə bağlanmış Loma Konvensiyalarının sistemi də (214) spesifik bir kateqoriya təşkil edir.

Avropa İttifaqının hüququnda başlıca rol Avropa Birliyinin təsisi və fəaliyyət göstərməməsinə dair dövlətlərarası müqavilələrə mənsubdur. Bu müqavilələrdə Avropa İttifaqının əsas məqsədi, səlahiyyətləri, institutların formalaşması qaydası və fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Bu kateqoriya Komissiya və Şuranın təsis edilməsi haqqında 1965-ci il Müqaviləsi, Avropa Parlamentinə seçkilər haqqında 1976-cı il Aktı, Vahid iqtisadi məkan haqqında 1994-cü il Razılaşması, Avropa İttifaqına yeni üzvlərin qəbul edilməsi haqqında müqavilələr və s. daxildir.



415. Avropa İttifaqının ikinci hüququna - Avropa İttifaqının səlahiyyətləri çərçivəsində onun institutları tərəfindən qəbul edilən normativ aktlar daxildir.

Avropa İttifaqı haqqında onun institutları tərəfindən qəbul edilən hüquqi sənədlərin 5 müxtəlif növü fərqləndirilir:

Reqlament- ümumi xaraqterli akt olmaqla universal qüvvəyə malikdir və tam həcmdə üzv dövlətlərdə birbaşa tətbiq edilir. Başqa sözlə desək, qüvvəyə mindiyi andan reqlament bütün elementləri ilə İttifaqın ərazisində bütün hüquq subyektləri üçün məcburi xaraqter daşıyır. O, milli hakimiyyət orqanlarının razılığı və iştirakı olmadan həyata keçirilir. Reqlamentlər bütün üzv-dövlətlər üçün əhəmiyyət kəsb edən, məsələn, valyutanın, vahid idxal kvotasının tətbiq edilməsi və s. kimi məsələləri tənzimləyir.

Direktiv – reqlamentdən fərqli olaraq universal hüquqi qüvvəyə malik deyil və yalnız müəyyən üzv-dövlətə aid olur. Direktivlər üzv-dövlətlərin həyata keçirilməli olduqları hüquqyaratma prosesinin məqsəd və nəticələrini müəyyən edir. Məsələn, Qeyri-qanuni gəlirlərin liberallaşdırılması ilə mübarizə Direktivi milli qanunvericiliklər üçün müvafiq normaların implementasiyası üzrə öhdəliyi nəzərdə tutur.

Direktivlər onun müddəalarının milli qanunvericiliyə daxil edilməsi yolu ilə qüvvəyə minir. Direktivlərin müddəalarının qüvvəyə minməsi üçün dövlətlərə müəyyən müddət verilir. Lakin bəzi hallarda direktivlər birbaşa olaraq tətbiq edilə bilər. Xüsusən də, əgər direktivlər müəyyən edilmiş müddətdə milli qanunvericiliyə daxil edilmirsə, bu zaman fiaiki və hüquqi şəxslər öz maraqlarını müdafiə etmək üçün birbaşa olaraq həmin direktivə istinad edə bilərlər.

Qərarlar - direktivlər kimi konkret fəaliyyəti həyata keçirmək üçün qəbul edilir və ünvanlanan dövlət və yaxud hüququn istənilən subyekti üçün tam həcmdə məcburi xaraqter daşıyır. Qərar adətən meydana çıxmış problemin (məsələn, antidempinq siyasəti, üçüncü dövlətlərə təcili köməyin göstərilməsi və s. məsələlərin) həll edilməsi ilə bağlı qəbul edilir.

Tövsiyə - məcburi qüvvəyə malik deyil. Onlar İttifaqın institutlarının və ya digər məsələ ilə bağlı mövqeyini əks etdirir.

Avropa İttifaqının üçüncü dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq sazişləri İttifaqın hüququnun əsas prinsiplərindən birini təşkil edir və həm mərkəzi institutlar, həm də üzv-dövlətlər üçün məcburi xaraqter daşıyır. Əsas müqavilələr və ikinci qanunvericilik aktları ilə yanaşı beynəlxalq razılaşmalar da milli qanunvericilik aktları üzərində üstünlüyə malikdir və həmin razılaşmalarla başqa hal nəzərdə tutulmursa, birbaşa olaraq tətbiq edilirlər.



416. Avropa İttifaqında qanunvericilik təşəbbüsü Komissiyaya məxsusdur. Qərar layihələrini məhz bu qurum hazırlayır.

Müxtəlif kateqoriyalı qanunvericilik və normativ aktlar üçün müxtəlif qəbuletmə qaydaları müəyyən edilmişdir. Amsterdam Müqaviləsi ilə dörd əsas prosedur qayda Komissiya, Şura və Parlamentin qarşılıqlı əlaqəsi ilə təmin edilir.

Parlamentin razılığı proseduru Avropa İttifaqına yeni üzv-dövlətlərin qəbuluna, Avropa Mərkəzi Bankının məqsəd və səlahiyyətlərinin müəyyən edildiyi zaman və s. hallarda Şura tərəfindən yekdilliklə qəbul edilmiş və yaxud veto qoyulmuş aktın qəbul edilməsi üçün zəruridir.

Bəzi məsələlərə baxılarkən Şuranın yekdilliklə qəbul etdiyi qərarın Parlament tərəfindən təsdiq olunması tələb olunmur. Belə hallardan biri kənd təsərrüfatı məhsullarına qiymətin qoyulması ilə bağlı yalnız məsləhət verməklə məhdudlaşır ki, bunu da Şura hesaba almaya bilər.

Bir çox məsələlər üzrə Şura qərarları səs çoxluğu ilə qəbul edilir. Bu zaman Şura və Parlamentin birgə qərar qəbuletmə prosedurundan istifadə olunur. Buna misal olaraq, işçi qüvvəsinin, xidmətlərin sərbəst yerdəyişməsi, məşğulluq, istehlakçıların hüquqlarının müdafiəsi, təhsil, mədəniyyət, səhiyyə, ətraf mühitin müdafiəsi və s. qeyd edilə bilər.

Bəzi hallarda məsələn, iqtisadi və valyuta ittifaqının fəaliyyət göstərməsi ilə bağlı məsələlərə dair Parlamentlə Şuranın əməkdaşlığı prosedurundan istifadə edilir.



417. Avropa İttifaqının iqtisadi inteqrasiyasının gələcək inkişafını şərtləndirən hüquqi vasitələrdən biri də Avropa İttifaqının Konstitutsiyasıdır.

Konstitutsiya layihəsi 4 hissədən ibarətdir. Birinci hissədə Avropa İttifaqının əsas məqsəd və dəyərləri, qərar qəbuletmə prosedurları və orqanların səlahiyyətləri müəyyən edilir. Ikinci hissə əsas hüquqları, üçüncü hissə Avropa İttifaqının siyasi fəaliyyətini əks etdirir. Nəhayət dördüncü hissə yekun müddəalaran – konstitusiyanın qəbulu və ona dəyişikliklər edilməsindən ibarətdir.

Konstitusiya layihəsində İttifaqın səlahiyyətləri üç qrupa bölünür:

- Ittifaqın müstəsna səlahiyyətləri;

- İttifaqla üzv-dövlətlər arasında bölünən səlahiyyətlər;

- dayaq səlahiyyətləri.

Müstəsna səlahiyyətlərə - daxili bazarda rəqabət, ümumi ticarət siyasəti, üçüncü

dövltlərlə siyasətin tənzimlənməsi, üzv-dövlətlərin valyuta-maliyyə siyasəti, gömrük birliyi, vahid balıqçılıq siyasəti əsasında dənizin bioloji resusların müdafiə sdilməsi aid edilir.

Ikinci katiqoriya bölünən səlahiyyətlər İttifaq tərəfindən həyata keçirilə bilinmədiyi zaman üzv-dövlətlər öz səlahiyyətlərini saxlayırlar. Bölünən səlahiyyətlərə - kənd təsərrüfatı balıqçılıq, nəqliyyat və nəqliyyat şəbəkələri, energetika, sosial siyasət, iqtisadi, sosial və ərazi problemləri, ərtaf mühit, istehlakçıların müdafiə olunması, daxili bazar, təhlükəsizlik və s. daxildir.

Dayaq səlahiyyətləri üzv-dövlətlərə məxsusdur. Bu halda İttifaq üzv-dövlətlərin səlahiyyətlərinə müdaxilə edə bilməz, yalnız onları həvəsləndirə və ümumi siyasəti kordinasiya edə bilər. Müvafiq sahələrə - sənaye, sağlamlıq, təhsil, gənclik, idman, mədəniyyət, mülki müdafiə aiddir.

Avropa İttifaqının iqtisadi inteqrasiyasında üçüncü dövlətlərlə əməkdaşlığa xüsusi önəm verilir. Üçüncü dövlətlərlə davamlı iqtisadi əməkdaşlıq onun xüsusi proqramları əsasında həyata keçirilir.


Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə