ƏFSƏr sadiqov


beynəlxalq iqtisadi hüququn təsiri



Yüklə 1,88 Mb.
səhifə2/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

beynəlxalq iqtisadi hüququn təsiri
14. Beynəlxalq kommersiya münasibətlərinin hüquqi tənzimlənməsi üçün xarakterik xüsusiyyət müasir dövrdə beynəlxalq xüsusi hüquq adı altında hüquqyaratma prosesinin daha geniş vüsət alması və müəyyən mənada lex mercotorianın, transmilli hüququn onun kontekstində inkişafı tendensiyası da diqqəti cəlb etməkdədir. Beynəlxalq xüsusi hüququn hüquqi təbiətiilə, hüquq sistemində yeri ilə bağlı ciddi fikir müxtəlifliyi də hüquq ədəbiyyatında geniş yer almaqla onun elmi sisteminin də müəyyənləşdirilməsinə imkan vermir. Beynəlxalq xüsusi hüququn hüquq sistemində yeri ilə bağlı müxtəlif konsepsiyaların o cümlədən,dövlətdaxili hüquq sahəsi (A.B.Altşuler, Xr.Fon Bar, V.P.Zvekov, S.N.Lebedev, A.A.Rubanov, L.A.Lunc, M.M.Boquslavski, Q.K.Dimitriyeva və b.), dövlətdaxili yarımısistem hüquq sahəsi (L.P.Anufriyeva), dövlətdaxili hüquqla beynəlxalq hüquq normalarından ibarət kompleks yarımsistem (M.L.Müllerson), beynəlxalq hüquq sahəsi (S.B.Krılov, A.M.Ladjinski, B.E.Qrabar və.s.), ümumi beynəlxalq xüsusi hüquq (R.Laliv) müstəqil hüquq sahəsi (N.İ.Minakov) və s. kimi konsepsiyaların meydana gəlməsi əslində onun «sistemləşdirilməsində yalnız formal məntiqi metodologiyadan çıxiş edilməsi ilə bağlıdır» (M.N.Kuznetsov). Qeyd olunan metodoloji yanaşmanı qəbul etməyən M.N.Kuznetsov beynəlxalq xüsusi hüququ dünya iqtisadiyatının bazis faktorlarının qarşılıqlı dialektik təsirindən yaranan zəngin mənbələrə və metodlara malik olan müstəqil hüquqi kateqoriya kimi qiymətləndirir.

Qeyd edilən fikirdə müəyyən mübahisəli məqamlar olsa da, «dünya iqtisadiyatının bazis faktorlarının qarşılıqlı dialektik təsirindən yaranması» kontekstində beynəlxalq xüsusi hüquq beynəlxalq iqtisadi hüquq tənzimetmənin komponenti kimi təzahür edir. Belə ki, beynəlxalq xüsusi münasibətlərin səmərəli formada hüquqi tənzimlənməsi, müvafiq münasibət iştirakçılarının digər yurisdiksiyada hüquq subyektliyinin tanınması, imtiyaz və təminatlara malik olması üçün beynəlxalq müqavilələrin bağlanılmasını zəruri edir. Bu zaman beynəlxalq iqtisadi hüququn prinsip və normaları həmin müqavilələrin əsasını təşkil edir. Başqa bir hal da, beynəlxalq xüsusi münasibətlər yaranan (məsələn, xarici investorla qəbul edən dövlət arasında investisiya) mübahisələrin spesifik həlli üçün təsis edilmiş ümumi hüquq təbiətli ICSİD (1965), MİQA çərçivəsində subroqasiya prinsipi beynəlxalq iqtisadi hüquq ilə beynəlxalq xüsusi hüquq şəffaf sərhədə malik olmasına dəlalət edir. Beynəlxalq iqtisadi hüquq kimi beynəlxalq xüsuisi hüquq beynəlxalq təsərüffat münasibətlərində miqrasiya, kapital və işçi qüvvəsinin, xidmətlərin və s. sərbəst yerdəyişməsinə şərait yaradacaq effekli hüquqi tənzimetmə modelini müəyyən etməklə, bir tərəfdən liberal hüquqi tənzimetməni yönəldirsə, digər tərəfdən, beynəlxalq əmək bölgüsünü, sosial təminat, inkişafa hüquq kimi problemlərin həllini təmin etməlidir.

Beynəlxalq iqtisadi xaraqterli siyasi forumlarda insan hüquqları probleminin daha tez-tez səsləndirilməsi beynəlxalq iqtisadi münasibətlərinnormativ tərkibinə də təsir etməkdədir. Həmin məsələ beynəlxalq xüsusi hüququn tənzimetmə mexanizimində daha qabarıq formada, onun kollizion və maddi hüquqi metodlarında da təzahür etməkdədir. Hər iki hüquqi tənzimetmə metodunun (dövlətdaxili və beynəlxalq hüquqi) formları inteqrasiya və qloballaşma proseslərinin istiqamətində inkişaf edir.

Beynəlxalq xüsusi hüququn istər kollizion, istərsə də maddi hüquq xaraqterli dövlətdaxili hüquq normaları formalaşdırılarkən onların beynəlxalq kommersiya, ticarət münasibətləri üçün təyinatı nəzərə alınmalıdır. Əks təqdirdə həmin normaların səmərələliliyindən danışmağa dəyməz. Beynəlxalq xüsusi hüquqda tənzimetmənin müəyyən hissəsini təşkil edən “kollizion normaların da beynəlmiləşmiş adət normaları kimi formalaşması” (Sitelman, Kan) haqqında fikirlər diqqətdən yayınmamalıdır. Xüsusən də, lex venditoris (satıcının qanunu), lex societatis (hüquqi şəxsin şəxsi qanunu), lex flaqi (bayraq qanunu), lex fori məhkəmənin qanunu və s. kollizion formullar (prinsiplər) müasir dövrdə əksər dövlətlərin qanunvericiliyində beynəlxalq xüsusi hüquqi tənzimetmənin modelini müəyyən edir. Maddi hüquq normalarına gəldikdə isə burada da mənzərə beynəlxalq münasibətlərin hüquqi tənzimlənməsi istiqamətində formalaşır. Bu fikri birmənalı şəkildə prossesual normaların formalaşmasına da aid etmək olar.

Beynəlxalq xüsusi hüquq münasibətlərinin tənzimlənməsi üçün qəbul edilmiş nümunəvi qanunvericilik aktları (məsələn, beynəlxalq xüsusi hüquq, xarici investisiyaların müdafiəsi, beynəlxalq kommerisiya arbitrajı haqqında və s. qanunlar) ilə yanaşı, həm də dövlətdaxili mülki hüquq münasibətlərini tənzim edən qanunvericilik aktlarının beynəlmiləlləşməsi prosesi qeyd edilməlidir. Beynəlxalq inteqrasiya prosesinin təsiri beynəlxalq xüsusi hüququn beynəlxalq hüquqi tənzimetmə formalarını, o cümlədən həm kollizion (“Əmtəələrin beynəlxalq alqı-satqı müqavilələrinə tətbiq edilən hüquq haqqında” 1986-cı il Haaqa Konvensiyası), həm də maddi hüquq normalarının (“Əmtəələrin beynəlxalq alqı-satqı müqavilələri haqqında” 1980-cı il Vyana Konvensiyası) beynəlxalq hüquqdan təcrid olunmuş qaydada təfsiri və tətbiqi mümkün deyil. Belə bir öhdəlik Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasından (m. 31-33) irəli gəlir. Müvafiq normaların hər hansı bir forumda dövlətdaxili qanunvericilikdə “milliləşdirilməsi”, implimentasiyası onların məzmununa və təyinatına təsir göstərə bilməz.

Beynəlxalq iqtisadi hüquqda beynəlxalq xüsusi hüquq normaları ilə yanaşı müvafiq münasibətlərin realizəsində xüsusi şəxslərin dövlətlərarası hüquqi təminat sistemini, əsasən çərçivə prinsiplərini formalaşdıran beynəlxalq ümumi hüquq normaları da çıxış edir. Beynəlxalq iqtisadi hüququn ümumi hüquq normaları dövlətlərarası siyasi xaraqterli beynəlxalq iqtisadi münasibətlərini tənzimlənməsini təmin edir.

Beləliklə, beynəlxalq iqtisadi hüquq- beynəlxalq iqtisadi münasibətlərin iştiraklarını davranış qaydalarını tənzim edən norma və prinsiplərin sistemi kimi çıxış edir.

Şübhəsiz ki, qeyd olunan anlayışda subyektiv xaraqter daşıyır. Sözün geniş mənasında beynəlxalq iqtisadi hüquq bir tərəfdən, özündə mürəkkəb tənzimetmə formalarını (beynəlxalq, dövlətdaxili və qeyri-dövlət tənzimetmə mexanizmlərini) əhatə etməklə müvafiq yarımsistemlərin qarşılıqlı vəhdətini zəruri edirsə, digər tərəfdən, beynəlxalq hüququn sahələri ilə qarşılıqlı nisbətin həlli zərurətini meydana gətirir.


1.5. Beynəlxalq iqtisadi hüququn beynəlxalq hüququn

digər sahələri ilə qarşılıqlı əlaqəsi
15. Beynəlxalq iqtisadi hüququn beynəlxalq hüququn digər sahələri ilə sistem yaradıcı əlaqəsi beynəlxalq hüququn ümumtanınmış prinsipləri,ümumi institut və normaları ilə təmin edilir.Ədəbiyyatda qeyd olunur ki,ümumtanınmış prinsiplər beynəlxalq hüququn sahələrinə nisbətən şaquli sistemyaradıcı meyar kimi çıxış edir. Məsələn, beynəlxalq iqtisadi hüququn sahəvi prinsipi kimi diqqəti cəlb edən «təbii ehtiyatlar və iqrisadi fəaliyyət üzərində dövlət suverenliyi» prinsipi beynəlxalq hüququn «dövlətlərin suveren bərabərliyi» prinsipindən meydana gəlir (V.M.Şumilov). Müvafiq meyar əksinə təfsir etmək daha düzgün olar.Məsələ ondadır ki,suveren bərabərlik müəyyən iqtisadi məzmuna malikdir.Əks halda formal xarakter kəsb edir.Məhz bu faktı nəzərə alaraq formal suveren bərabərliyə faktiki iqtisadi bərabərlik məzmunu vermək üçün beynəlxalq iqtisadi hüquqda onun yarımsahəsi qismində iqtisadi yardım hüququ,inkişafda olan ölkələr üçün preferensiya prinsipi, bir sözlə, Yeni B eynəlxalq İqtisadi Qayda institutu təsis edilmişdir. Müvafiq olaraq siyasi suverenliyin iqtisadi suverenlikdən keçdiyini təsdiq edən beynəlxalq hüquqi praktika (Dövlətlərin təbii ehtiyatları üzərində ayrılmaz suverenliyi Bəyannaməsi (1962), Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartivası (1974) və s) mövcuddur.Dövlətlər,suveren bərabərliyi bərqərar etmək ücün müəyyən vaxtlarda xarici konsessiyaları milliləşdirmək kimi tədbirlərdən istifadə etmiş və beynəlxalq hüquq da müvafiq tədbirlərin qanuniyiliyini təsbit etmişdir. Qeyd edilənləri nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, təbii ehtiyatlar üzərində dövlət suverenliyi prinsipi suveren bərabərlik, əməkdaşlıq, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, beynəlxalq mübahisələrin dinc həlli, ərazi bütövlüyü və s. prinsiplər deyil, əksinə, sonuncu prinsiplərin ayrı-ayrı dövlətlərin iqtisadi hüquqularının (maraqlarının), «ümumbəşəri nemətlərin» istifadəsində bərabərliyini təmin etmək üçün iqtisadi əməkdaşlıq, qarşılıqlı mənfəət prinsipinə (hüququna) əsaslanır.

Beynəlxalq iqtisadi hüququn beynəlxalq hüququn digər sahələrilə əlaqəsini,həmin sahələrin tənzim etdiyi beynəlxalq münasibətlərin iqtisadi məzmun kəsb etməsini beynəlxalq iqtisadi hüquq ilə həmin sahələrin ortaq institutları əsasında izləmək olar. Buna misal olaraq:

- müstəsna iqtisadi zonada və qitə şelfində iqtisadi fəaliyyətin rejimi (beynəlxalq dəniz hüququ);

- beynəlxalq iqtisadi cinayətkarlıqla (məsələn, çirkli pulların yuyulmasına qarşı) mübarizə institutu (beynəlxalq cinayət hüququ);

- təbii ehtiyatların istifadəsində ekaloji prinsiplər və standartlar (ətraf mühitin beynnəlxalq hüquqi mühafizəsi) və s. qeyd edilə bilər.

Beynəlxalq iqtisadi münasibətlərin inkişaf dinamikası,həmin münasibətlərin tədricən mürəkkəbləşməsi beynəlxaq hüququn yeni institut və sahələrinin meydana gəlməsini zəruri edir.Məlum olduğu kimi, hələ ilkin orta əsrlərdə quru ərazi ilə beynəlxalq ticarət dövriyyəsi üçün mövcud olan müxtəlif gömrük, inzibati yurisdiksiyaları beynəlxalq dəniz ticarətini və nəticə etibarı ilə beynəlxalq hüququnun formalaşmasında həlledici rol oynadı.Hal-hazırda təbii ehtiyatlardan, xüsusən də, «siyasiləşmiş» resurslardan neftə təlabatın artması beynəlxalq enerji bazarında onun qiymətinin yüksəlməsi tendesiyası, həmçinin neft məhsulları ilə yanaşı digər enerji resurslarından uranın irimiqyaslı istifadəsi bir sıra ekoloji, inzibati problemlərin həllini zəruri edir ki, bu da mövcud beynəlxalq iqtisadi hüquq çərçivəsində hüquqi tənzimetməni daha da mürəkkəbşdirir. Neft məhsullarının hasilatı, nəqli və istifadəsi sferasında ekoloji təhlükəsizliyin təmin olunması, atom elektrik stansiyalarından istifadə sferasında Beynəlxalq Atom Enerji Agentliyinin (1957) beynəlxalq nəzarət funksiyası və s. problemlərin səmərəli və sistemli həlli tənzimetmə predmetini beynəlxalq enerji münasibətlərini təşkil edən yeni sahələrin formalaşdırılmasını zəruri edir. Beynəlxalq neft (enerji) bazarında qiymətlərin azad rəqabət prinsipinə deyil, ixracçılarla idxalçıların razılaşmaları əsasında (hasilatın kvotalanması ilə) müəyyənləşdirilməsi beynəlxalq maliyyə,investisiya bazarlarına təsir etməyə bilməz. Enerji resurslarının iqtisadi təhlükəsizlik komponenti yurisdiksiyaları beynəlxalq dəniz ticarətini və nəticə etibarı ilə beynəlxalq hüququnun formalaşmasında həlledici rol oynadı.Hal-hazırda təbii ehtiyatlardan, xüsusən də, «siyasiləşmiş» resurslardan neftə təlabatın artması beynəlxalq enerji bazarında onun qiymətinin yüksəlməsi tendesiyası, həmçinin neft məhsulları ilə yanaşı digər enerji resurslarından uranın irimiqyaslı istifadəsi bir sıra ekoloji, inzibati problemlərin həllini zəruri edir ki, bu da mövcud beynəlxalq iqtisadi hüquq çərçivəsində hüquqi tənzimetməni daha da mürəkkəbşdirir. Neft məhsullarının hasilatı, nəqli və istifadəsi sferasında ekoloji təhlükəsizliyin təmin olunması, atom elektrik stansiyalarından istifadə sferasında Beynəlxalq Atom Enerji Agentliyinin (1957) beynəlxalq nəzarət funksiyası və s. problemlərin səmərəli və sistemli həlli tənzimetmə predmetini beynəlxalq enerji münasibətlərini təşkil edən yeni sahələrin formalaşdırılmasını zəruri edir. Beynəlxalq neft (enerji) bazarında qiymətlərin azad rəqabət prinsipinə deyil, ixracçılarla idxalçıların razılaşmaları əsasında (hasilatın kvotalanması ilə) müəyyənləşdirilməsi beynəlxalq maliyyə,investisiya daha əhəmiyyətli ekoloji, texniki (zənginləşdirilmiş urandan istifadə ilə bağlı), hərbi təhlükəsizliyin təmin olunmasını zəruriləşdirir (336). Bu da beynəlxalq təhlükəsizlik, məsuliyyət hüququna yeni yanaşma tərzini tələb edir.


1.6. beynəlxalq iqtisadi hüququn dövlətdaxili hüquq ilə

qarşılıqlı əlaqəsi
17. Beynəlxalq iqtisadi münasibətlərin səmərəli tənzimlənməsi üçün həlli zəruri olan məsələlərdən biri də beynəlxalq hüquq normaları ilə dövlətdaxili hüququn qarşılıqlı vəhdət probleminin təmin edilməsidir. İteqrasiya, qloballaşma prosesin inteqrasiya və qlobal hüquq sisteminin yaranmasını şərtləndirir. Bu zaman dövlətdaxili hüquq normalarının beynəlxalq iqtisadi münasibətlərin beynəlxalq hüquqi tənzimetmə elementi kimi çıxış etməsi və həmçinin əksinə, beynəlxalq iqtisadi hüquq normalarının müəyyən hallarda dövlətdaxili münasibətlərə tətbiqi zərurəti ortaya çıxır.Beynəlxalq iqtisadi hüquq tənzimetmədə dəvlətdaxili (məsələn, kömrük-tarif, sanitar, fitosanitar, valyuta, texniki təhlükəsizlik və s. qanunvericilik normalarının çıxış etməsi beynəlxalq hüquqla milli hüququn qarşılıqlı nisbət məsələsində onlara müxtəlif hüquq sistemləri aspektində deyil, universal hüquqi sistemin eyni təyinatlı, lakin müxtəlif sferalı normalardan ibarət yarımsistemlər kimi baxılmasını zəruri edir.Beynəlxalq hüquq ilə dövlətdaxili hüququn qarşılıqlı nisbətində ənənəvi dualist və monist konsepsiya və nəzəriyyələr müasir dövrün qlobal iqtisadi sisteminin hüquqi tənzimlənməsi üçün qəbul edilə bilməz. Ən azından müasir inkişaf tendensiyası buna yol vermir.

Müasir iqtisadi inkişaf tendensiyası, əhalinin kütləvi miqrasiyası, işçi qüvvəsinin, xidmətin, kapitalın sərbəst yerdəyişməsi daha zəif iqtisadi potensiala malik dövlətlərin maraqlarını gözləmək şərtilə liberal tənzimetməyə əsaslanan universal hüquq qaydasını formalaşdırmaqdadır. Bir tərəfdən, ayrı-ayrı regionlarda iqtisadi inteqrasiya qrumlarının, digər tərəfdən isə, universal beynəlxalq təşkilatlarda dövlətlərin təmsil olunma səviyyəsinin genişlənməsi qeyd etdiyimiz fikri təsdiqləməkdədir.

Müasir obyektiv iqtisadi reallıqlar beynəlxalq iqtisadi hüquqa dövlətlərin ümumi maraqlarının təzahürü kimi baxmağı zəruri edirsə, dövlətdaxili hüquq isə müvafiq beynəlxalq (iqtisadi) hüquqa uyğun formalaşdırılmasını və tətbiqini zəruri edir. Müasir konstitusiyaların beynəlxalq münasibətlərin hamılıqla qəbul edilmiş prinsiplərindən çıxış etməsi (AR Konstitusiyası, m.10) belə deməyə əsas verir ki, tədricən beynəlxalq birlik universal hüquq (H. Kelsen) qaydasına daxil olmaqdadır.Digər tərəfdən, beynəlxalq müqavilələrin dövlətdaxili qanunveicilik sisteminin tərkib hissəsi kimi elan edilməsi (AR Konsitutisiyası, m. 148), ayrı-ayrı qanunvericilik aktlarında ( məsələn, Gömrük Məcəlləsində, Enerqetika haqqinda AR Qanunda, Dövlət satınalmalarl haqqinda AR Qanunuda və s.) beynəlxalq müqavilə normalarını prioritetinin tanınması ve bundan istisna kimi dövlət suverenliyinə müvafiq olaraq konstitusiyon normaların və referendumla qəbul edilən aktların daha üstün hüquqi qüvvəsi ( AR Konsitutisiyası, m.151) müvafiq normaların bir sistemin qarşılıqlı asılılıqda və bağliliqda olan elementlərin olmasını sübut edir.

ƏDƏBİYYAT SİYAHISI

1. Ануфриева Л.А. Соотношение международного публичного и международного

частного права: правовые категории. М. Сиарк. 2002. с. 331

2. Баскин Ю.А., Фелдман Д. И. История международного права. М. 1990

3. Вельяминов Г.М. Международное экономическое право и процесс

(Академический курс): Учебник/ М. Вольтерс Клувер, 2004. с. 496.

4. Карро Д. Жюйар П. Международное экономическое право: Учебник/Пер. с.

франц. В. П. Серебренникова, В.М. Шумилова М. Междунар. Отношения, 2001,

с. 608

5. Корецкий В.М. Избранные труды: В 2 кн. / АН УССР. Ин-т Государства и Права:



Редкол.: В.Н. Денисов (гл. ред.) и др. - Киев: Наук. Думка. 1989. - Кн. I. 1989. 344

с.

6. Ковлер А.И. Антропология права. Учебник для вузов. М. 2002. с.6



7. Фердросс А. Международное право. М. Изд-во. Иностранной лите­ратуры. 1959. –

652 с.


8. Brownley I. The rule of law in International Affairs. The Hague. 1998.

9. Jackson J.H. Status of treaties in Domestic Legal Systems: A Policy Analysis (The

American Journal of International Law) - 1992. - Vol. 86

N2. P.3 10-339

10. Kelsen H. General Theory of Law and State. N4.1891. P. 325

11. Saving F.K. Sustem des heutigen Römischen Rechts. - Berlin. 1849. -B.I. s. 7.




II FƏSİL, BEYNƏLXALQ İQTİSADİ HÜQUQUN

VƏ BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏRİN

SUBYEKTLƏRİ
2.1. Dövlətin beynəlxalq iqtisadi hüquq subyektliyinin xüsusiyyəti

2.2. Beynəlxalq iqtisadi təşkilatlar

2.3. Beynəlxalq qeyri-hökumət təşkilatları və transmilli korporasiyalar

2.4. Beynəlxalq iqtisadi hüquqda əmək bazarı və əhalinin məşğulluq problemi

2.5. Beynəlxalq iqtisadi hüquqda təhlükəsizliyin humanitar aspekti


2.1. Dövlətin beynəlxalq iqtisadi hüquq subyektliyinin

xüsusiyyəti

1.8. Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimetmə sisteminin elementlərindən biri də beynəlxalq hüquq subyektliyi institutudur. Beynəlxalq iqtisadi hüquq münasibətlərinin yaranması üçün digər iki kateqoriya – norma və fakt kimi beynəlxalq hüquq subyektliyi zəruri şərtidir. Beynəlxalq iqtisadi hüquq subyektliyi beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi üçün hüquqyaratma, hüquq tətbiqetmə və eyni zamanda müvafiq münasibətlərin iştrakçısı olmaqla müəyyən hüquq və vəzifələri daşımaq keyfiyyətini nəzərdə tutur. Dövlət müvafiq keyfiyyətdə beynəlxalq iqtisadi hüququn əsas subyektlərindən biri kimi çıxış etməkdədir.

Hər bir dövlət ümumi, xüsusi və fərdi beynəlxalq hüquqi statusa malik olmaqla özünün beynəlxalq subyektliyini realizə edir. Ümumi beynəlxalq hüquqi status beynəlxalq hüququn bütün dövlətlərə verdiyi hüquq və vəzifələrin məcmuudur. Xüsusi beynəlxalq hüquqi status isə beynəlxalq hüququn xüsusi normaları ilə bu və ya digər dövlətə və ya dövlətlərə verilir. Məsələn, inkişaf olan dövlətlər keçid iqtisadiyyatlı dövlətlərin xüsusi statusu qeyd edilə bilər. Fərdi beynəlxalq hüquq status müəyyən bir dövlətin hüquq və vəzifələrinin məcmuu kimi başa düşülür. Dövlətlərin suveren bərabərliyinə baxmayaraq onların hüquq subyektliyinin həcmi müxtəlif olur.



19. Dövlətin iqtisadi hüquq və vəzifələri onun yurisdiksiyasında ifadə olunan suverenliyindən doğur. Fəaliyyət sferasına görə dövlətin ərazi və ərazidənkənar ( məsələn, xaricdə olan dövlət orqanlarına, dövlət əmlakına, dövlətinözünün fiziki və hüquqi şəxslərin münasibətdə) yurisdiksiyası fərqləndirilir. Beynəlxalq iqtisadi hüquqda ərazidənkənar yurisdiksiya milli şəxslərin fəaliyyətinə nəzarətdə ifadə edilir. Ümumi qayda ondan ibarətdir ki, dövlət xüsusi şəxslərin ( sahibkarların) iqtisadi fəaliyyətinə görə məsuliyyət daşımır. Lakin, bəzi hallarda transmilli korporasiyaların hüquqazidd fəaliyyəti mənsubiyyət (qeydiyyat) dövlətinin ərazisilə bağlı olur və həmin dövlətdə istehsalı və ixracı qadağan olunan əmtəələr digər dövlətə keçirilir ki, bu da mənsubiyyət dövləti üçün də məsuliyyət yaradır. Digər halda tanınmayan ərazilərdə iqtisadi fəaliyyətlə məşğul olmaq istəyən şirkətlər mənsubiyyət dövləti tərəfindən həmin fəaliyyətdən çəkindirməlidirlər.

20. Hakimiyyətin həcminə görə - tam və məhdud (məsələn, xaricdə yerləşən vətəndaşlara münasibətdə), həmçinin hakimiyyətin xarakterinə görə - qanunvericilik, icra və məhkəmə yurisdiksiyası fərqləndirilir. Bir dövlətin hakimiyyəti digər dövlətin hakimiyyəti ilə məhdudlaşır. Bu məhdudlaşmanı isə dövlət immuniteti prinsipi əsaslandırır (96).

Qeyd etdiyimiz kimi, dövlətin suveren bərabərliyinə baxmayaraq, onların beynəlxalq iqtisadi hüquq subyektliyinin həcmi müxtəlifdir. Bu müxtəlifliyi şərtləndirən faktor kimi iqtisadi münasibətlərdəki fərqli inkişaf tendensiyaları çıxış edir.



21. Müasir beynəlxalq iqtisadi münasibətlər iki əks tendensiyanın – liberalizm və proteksionizm istiqamətində inkişaf etməkdədir. XX əsrin 90-cı illərindən başlayaraq dünya iqtisadiyatında yaranan qloballaşma liberalizmin çəkisini artırmışdır. Başqa sözlə, müasir beynəlxalq iqtisadi münasibətlər birmənalı olaraq bazar iqtisadiyyatlı inkişafa yönəlir. Bu zaman müəyyən problemlərin yaranması istisna edilmir. Xüsusən də, dövlətlərin fərqli inkişaf səviyyəsi və beynəlxalq iqtisadi münasibətlərdə iştirak etmək imkanı nəzərə alınmazsa, beynəlxalq, həmçinin iqtisadi təhlükəsizliyin təmin olunması mümkün olmayacaq. Buna görə də beynəlxalq iqtisadi münasibətlərdən dövlətlərin fərqləndirilməsi zərurəti yaranmışdır. Fərqləndirmə iki istiqamətdə - iqtisadi inkişaf və iqtisadiyyatın rəqabətə əsaslanması səviyyəsinə görə aparılır.

İqtisadi inkişaf səviyyəsinə görə dövlətlərin fərqləndirilməsi beynəlxalq iqtisadi hüquq çərçivəsində YBİQ-yə uyğun olaraq leqallaşdırılsa da, əksinə, bazar iqtisadiyyatına uyğun inkişaf modeli isə formalaşma prosesindədir.

Dövlətlərin iqtisadi inkişaf səviyyəsinə görə fərqləndirilməsi formal (suveren) bərabərlikdən geri çəkilmə ilə, preferensiya sistemilə təmin edilir. İnkişafda olan dövlətlər üçün preferensiya institutunun təsisi BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) çərçivəsində 1964-cü il «Prinsiplərilə» preferensiyaların ümumi sistemin qəbuluna təsadüf edir. Daha sonra, 1966-cı ildə Tariflər və ticarət üzrə baş Sazişdə (GATT – 1947), Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyasında (1974), Yeni beynəlxalq iqtisadi qayda haqqında Bəyannamə və Proqramda (1974), Ticarət preferensiyalarının qlobal sistemi haqqında Belqrad Müqaviləsində (1988) Dünya Ticarət Təşkilatı sazişlərində və s. möhkəmləndirilmişdir. Preferensiyaların daha ciddi sistemi Loma konvensiyalarında təsbit edilir.

22. İnkişafda olan dövlətlərə preferensiya nəzərdə tutan ilk Loma (Toqo) Konvensiyası Avropa Birliyi və Afrikanı, Karib dənizi, Sakit Okean hövzəsindən 46 dövlətlə 1975-ci ildə bağlanmışdır. IV Loma Konvensiyası (1989) bağlanarkən dövlətlərin sayı 68 olmuşdur. Loma Konvensiyalarının sabitləşdirmə mexanizmlərinin əsasında kənd təsərrüfatı məhsullarına tətbiq olunan (Stabeks) və qeyd olunan ölkələrə maliyyə dəstəyi və mineral-xammal potensialının rəqabət qabiliyyətinin təmininə yönələn (Sismin) proqramları dayanır.

23. 1971-1978-ci illərdə əksər qabaqcıl ölkələrdə preferensiaların sxemləri elan olunur və xüsusi milli preferensia sistemi olan hər bir dövlət inkişafda olan dövlətlərə preferensiya sistemindən təzyiq göstərmə aləti kimi istifadə etməyə başlayırlar.

İnkişafda olan dövlətlərin qeyri-müəyyən statusu, həmçinin keçid iqtisadiyyatlı dövlətlərə münasibətdə birtərəflilik, həmin dövlətlərə qarşı əksər halda diskriminasion siyasət üçün əsas verir.



24. İnkişafda olan dövlətlərin statusu öncədən yumşaq hüquq qaydasına əsaslanmışdır. Müvafiq status BMT-nin 1979-cu il qərarına əsasən müəyyən edilmişdir. Dərc edilmiş siyahıda daha az inkişaf etməkdə olan dövlətlər də fərqləndirilir. Dünya Ticarət Təşkilat sistemində bu məsələ ilə bağlı yalnız Subsidiya və kompensasiya tədbirləri az inkişaf etmiş ölkələrin kateqoriyası göstərilmişdir. Bu ölkələr adambaşına düşən illik milli gəliri 1000 ABŞ dolları olan ölkələr kimi fərqləndirilir (27. 2 b maddəsinin VIIb Əlavəsi). Bu halda da az inkişaf etmiş dövlətlər kateqoriyasını dəqiqləşdirmək üçün saziş BMT –nin qiymətləndirilməsinə istinad edir.

25. BMT-dən fərqli olaraq Beynəlxalq Valyuta Fondu və Dünya Bankı həmin göstəricini fərqli qayda verir. Belə ki, 1994-cü il məlumatına görə Dünya Bankı 209 ölkəni adambaşına düşən illik gəlirdən asılı olaraq dörd kateqoriyada təsniflənmişdir:

- 725 ABŞ dollarından az olan 64 dövlət;

- 726-2895 dollar ( orta səviyyədən aşağı) olan 66 dövlət;

- 2896 8995 dollar ( ortadan yüksək) olan 35 dövlət;

- 8996 dollar ( yüksək gəlirli) 44 dövlət qeyd edilib.

Dünya Ticarət Təşkilatının bütün sazişlərində inkişafda olan dövlətlər üçün davamlı uyğunlaşma, preferensiya mərhələləri hüququ nəzərdə tutulub. Xüsusən də, Kənd təsərrüfat üzrə Saziş, Sanitar və fitosanitar tədbirlərin tətbiqi üzrə Saziş, Ticarətdə texniki maneələr üzrə Saziş, İnvestisiya tədbirlərinin ticarət aspektləri üzrə Saziş – TRIMS (m.41), «Antidemping Məcəlləsi» (m.15), Gömrük qiymətləndirilməsi üzrə Məcəllə (m. 20) və s. qeyd edilə bilər.

Kənd təsərrüfatı üzrə Sazişə Əlavəyə görə, inkişafda olan dövlətlər üçün liberallaşdırma müddəti 10 ilədək uzadılmış, ixtisarların həddi isə 24%-ə qədər azaldılmışdır. Keçid iqtisadiyyatlı dövlətlər üçün preferensiya nəzərdə tutulmayıb. Lakin bu ölkələr ümumi qaydada Dünya Ticarət Təşkilatı hüququ üzrə müdafiə tədbirləri sistemindən istifadə edə bilərlər (m. 5.8). Müvafiq qayda kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarəti üzrə islahatlar prosesinə mane olmamalıdır. Bu tədbirlər hər zaman bazara minimal çıxışın mümkünlüyünü saxlamalı və zaman keçdikcə müdafiə tədbirlərinin qaldırılmasına təminat verməlidir. Kənd təsərrüfatında milli istehsalçılara kömək məqsədilə üzv dövlətlər kənd təsərrüfatı mallarının ixracını subsidiyalandırmaq imkanına malikdirlər.

İnkişafda olan dövlətlər üçün preferensiyalar sistemi təsis edildikdən sonra beynəlxalq iqtisadi hüququn subyektlərinin iqtisadi inkişaf səviyyəsinə görə fərqləndirilməsi daha da ciddiləşdirlmişdir. İnkişafda olan dövlətlərin sırasında sənayecə inkişaf etməkdə olan və yaxud da yeni sənayeləşmiş dövlətlər fərqləndirilir.



Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə