ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə6/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

53. Əmlak hüquqlarının müdafiəsində dövlət immunitetindən imtina problemin həllində yalnız bir aspekti əhatə edir. Bunun radınca transmilli korporasiyalar özünün əmlak hüquqlarını qeyri-kommersiya risqlərindən sığortalamaq üçün dövlətdaxili vergi qanunvericiliyinin şəffaflığını və proqnozlaşdırmasını təmin edən mexanizmlərin təsis edilməsində maraqlı olurlar. Bu mənada konsessiya kontraktlarının yeni formalarına xüsisu önəm verilir. Ənənəvi konsessiyalardan fərqli olaraq müasir dövrdə daha çox tətbiq edilən hasilatın pay bölgüsü sazişləri bağlanarkən həmin anda vergi qanunvericiliyi ilə mövcud olan vergilərdən yalnız mənfəət vergisi nəzərdə tutulur. Konsessiyalar üçün yalnız xarakterik olan digər vergi növləri isə dövlətlə şirkət arasındakı pay bölgüsündə, dövlətə çatacaq paya transformasiya edilir. PSA-nın konsepsiyası ona yönəlib ki, məsrəflər şirkətə ödənildikdən sonra müqaviləyə uyğun olaraq mənfəət məhsulu qəbul edən dövlətlə şirkət arasında bölünür və şirkətin mənfəət məhsuluna mülkiyyət hüququ yarandığı andan həmin məhsula mənfəət vergisi yönəldilir. Belə bir hesablaşma qaydası şirkət üçün daha sadə hesablaşma qaydasına təminat verməklə müxtəlif mərkəzi və yerli vergilərdən onu azad etmiş olur.

Transmilli hüquq təminat məsələsində beynəlxalq hüquqa, onun prinsiplərinə istinad edir. Xüsusən də, qəbul edən dövlətin daxili qanunvericiliyini beynəlxalq hüququn, svilizasiyalı xalqların prinsipləri ilə neytirallaşdırmaq qeyd edilə bilər (106). Pactasunt servanda prinsipinin tətbiqi qəbul edən dövlətin xaricilərin əmlakına zərər vurulduğu halda məhsuliyyət daşıması prinsipini əsaslandırarsa, svilizasiyalı xalqların prinsipləri isə milliləşdirməni qəbul etmir, lakin buna baxmayaraq milliləşdirmə baş verərsə, “hal formulası”na (136) uyğun kompensasiyanı nəzərdə tutur.

Transmilli hüquq üçün spesifiklik onda ifadə edilir ki, əksər halda qəbul edən dövlətlərə münasibətdə yaranan qeyri-kimmersiya riskləri ilə əlaqəli təminat institutları da beynəlxalq hüquqa keçirilir (236).

Transmilli hüququn formalaşmasında yalnız transmilli korporasiyalar deyil, həmçinin dövlətlər də həmin mexanizmlərin daxili və beynəlxalq qanunvericilikdə tanınması ilə iştirak edirlər. Transmilli hüququn formalaşmasında, yaradılmasında əsas məqsəd beynəlxalq kommersiya münasibətlərini ayrı-ayrı dövlətlərin yurisdiksiyasından çıxarmaqla beynəlxalq ticarətin publik qaydasına tabe etdirmək olub.


3.9. Dövlətdaxili qanunvericilik

və beynəlxalq iqtisadi münasibətlər
54. Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində beynəlxalq və transmilli hüquq normaları ilə yanaşı müvafiq münasibətlər sisteminin xüsusi elementi kimi dövlətdaxili qanunvericilik mühüm əhəmiyyət kəsb edir. Dövlətdaxili qanunvericilik beynəlxalq hüquqa əsasən iki yolla, maddi və prosessual formada təsir edir. Beynəlxalq hüquqa dövlətdaxili qanunvericiliyin qeyd olunan təsiri müvafiq dövlətin xarici siyasəti ilə (dolayı yolla) olduğu kimi, həm də birbaşa ola bilər. Bu zaman bir və ya bir neçə dövlətdə formalaşan adət-hüquq norması beynəlxalq hüquqa “transformasiya” edilir.

55. Xüsusi maraq kəsb edən məsələ dövlətdaxili qanunvericiliyin beynəlxalq iqtisadi münasibətlərə birbaşa təsiri məsələsidir. Dövlətdaxili hüquq qaydasından beynəlxalq iqtisadihüququn dolayısı mənbələri kimi dövlətin birtərəfli aktları aid edilməlidir. Birtəfəli aktlar qanunverici və icra hakimiyyətinin aktları, məhkəmə orqanlarının qərarları olmaqla bu və ya digər səviyyədə dövlətlərin makroiqtisadi münasibətlərinə təsir edir (D. Karro, P. Jüar). Dövlətətrəfindən valyuta kurslarının, faiz dərəcələrinin, gömrük tariflərinin, vergiqoyma, sanitar-fitosanitar, investisiya və s. qanunvericiliyinin iqtisadi tərəfdaşlarının maraqlarını nəzərə almadan dəyişdirilməsi, bütövlükdə, beynəlxalq iqtisadi münasibətlərdə xoşa gətirib çıxara bilər. Buradan belə bir nəticə yaranır ki, dövlətin daxili qanunvericilik aktı həmin aktın məqsədi və beynəlxalq iqtisadi nəticə baxımından beynəlxalq iqtisadi hüququn mənbəsi kimi şıxış edir. AR Konistitusiyasının 10-cu maddəsində qeyd edilir ki, AR başqa dövlətlərlə (o cümlədən, qnunvericilik – S.Ə.) münasibətlərini hamılıqla qəbul edilmiş hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Müvafiq olaraq inteqrasiya yönümlü siyasət yürüdən istənilən dövlət beynəlxalq iqtisadi münasibətləri tənzim edəcək birtərəfli aktlarını qəbul edərkən özünün beynəlxalq öhdəliklərini nəzərə almaya bilməz.

Beynəlxalq öhdəliklərin nəzərə alınması beynəlxalq hüquq normalarının dövlətdaxili hüquqda prioritetin tanınması ilə, beynəlxalq adət və müqavilə normalarının milli hüquqi implementasiyası ilə təmin edilir. Beynəlxalq müqavilə normalarının prioriteti konstitusion qaydaya əsaslanır. AR Konstitusiyasının (1995) 151-ci maddəsində qeyd edilir ki, AR-in qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (AR Konstitusiyası və referendumla qəbul edilmiş aktlar istisna olmaqla) AR-in tərəfdar şıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, müvafiq beynəlxalq müqavilələr tətbiq edilir.

Beynəlxalq müqavilələrin prioriteti AR Konstitusiyasının 148. II madəsinə uyğun olaraq AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələr AR-in qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi tanındıqdan sonra yaranır. Beynəlxalq müqavilələrin prioritetini isə qanunvericiliyin tamamlanması, konkretləşdirilməsi aspektində qəbul etmək lazımdır. Belə ki, bir çox hallarda dövlətdaxili qanunvericilik beynəlxalq münasibətlərin spesifikliyindən onların bütün aspektlərini nəzərə ala bilmir və müvafiq olaraq dövlətdaxili qanunvericilik aktı bu problemi beynəlxalq hüquqi tənzimetmə ilə aradan qaldırır. Buna misal olaraq, AR-ın Mülki Məcəlləsinin 3.1 maddəsində qeyd edilir ki, AR-in tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ-hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir.
ƏDƏBİYYAT SİYAHISI
1. Алексидзе Л.А. Некоторые вопросы теории международного нрава: импе­ративные

нормы (jus cogens) - Тбилиси: Изд-во Тбил. Ун-та. 1982. с.406.

2. Войтович С.А. Соотношение международного договора и обычая в регулировании

межгосударственных экономический отношений // Вести. Киевск. Ун-­та. Междунар.

Отношения и междунар. Право. 1985. выи. 20. с. 7-13.

3. Гавердовский А. С. Имплементация норм международного нрава. - Киев: Вища школа.

1980. - 320 с

4. Даниленко Г.М. Обычай в современном международном праве. - М.: Междунар.

Отношения. 1988. - 205 с.



5. Дмитриева Г. К. Мораль и международное право. М. Междунар. Отношения.

1991. - 166 с.

6. Доронина Н.Г. К вопросу о правовой природе концессионных соглаше­ний // Право и

экономика. 1997. № 1. с. 47-55.



7. Мюллерсон Р.А. О соотношении международного публичного, международного

частного и национального права // Советское государство и право, 1982. №2, с. 80-

89

8. Талалаев А.И. Соотношение международного и внутригосударственного права и



конституция Российской Федерации (Московский журнал международного права,

1994. 4. с.5)

9. Усенко Е.Т. Теоретические проблемы соотношения международного и

национального права (СЕМИ 1997, с. 67-86)



10. Фельдман Д.И. Система международного права. Казань: Изд-во Казанского Ун-та.

1983. 119 с.



11. Asante S.K. International Law and Investment / M. Bedjaoui (ed.) International

law Achievements and Prospects. UNESCO. 1991.



12.Gold J. Strengthening the Soft International Law of Exchange Arrangements //

The American Journal of International Law, 1983. Vol. 77. №3. p. 11-18.

  1. Petersmann E.U. International Economic Theory and International Economic

  2. Law: On The Tasks of a legal theory og International Economic Law// The Structure and Progress of International law. - the Hague. 1986

  3. Seidli – Hohenveldern J International Economic "Soft Law"// RCADI. vol. 163

(1979- И) p. 157-16.

VI FƏSİL. BEYNƏLXALQ İQTİSADİHÜQUQUN

PRİNSİPLƏRİ

4.1. Beynəlxalq iqtisadi hüququn prinsiplərinin sistemi

4.2. Təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipi

4.3. İqtisadi əməkdaşlıq prinsipi

4.4. İqtisadi ayrı-seçkiliyə yol verməmək prinsipi

4.5. tranzitin azadlığı prinsipi

4.6. Preferensiya prinsipi

4.7. Beynəlxalq iqtisadi təhlükəsizlik prinsipi

4.8. Qarşılıqlı mənfəət prinsipi

4.9. Daha (ən) əlverişli millət (dövlət ) rejimi prinsipi

4.10. Milli rejim prinsipi



    1. Beynəlxalq iqtisadi hüququn prinsiplərinin

sistemi
56. Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin əsasını beynəlxalq hüququn hamılıqla tanınan ümumi prinsipləri: insan hüquqlarına hörmət edilməsi; pacta sunt servanda; dövlətlərin suveren bərabərliyi; daxili işlərə qarışmamaq; güc tətbiq etməmək və güclə hədələməmək; ərazi bütövlüyü; mübahisələrin dinc həlli; əməkdaşlıq və s. təşkil etməklə ümumbəşəri dəyərlərin qorunması sahəsində beynəlxalq hüququn digər normalarının yaradılmasına və təkminləşdirilməsinə xidmət edirlər. Beynəlxalq hüququn ümumi prinsipləri ümumməcburi, “jus cogens” xaraqter kəsb etməklə beynəlxalq hüququn sahə, yarımsahə, institut və normalarının formalaşmasında sistemyaradıcı meyar qismində çıxış edir.

Beynəlxalq hüququn ümumtanınmış prinsiplərinin sisteminə münasibətdə nisbilik beynəlxalq iqtisadi hüquq üçün də xaraqterikdir. Məsələn, beynəlxalq iqtisadi hüquqda daha çox spesifiklik kəsb edən ümumi prinsiplərdən əməkdaşlıq prinsipinin hüquqi təbiəti mübahisəli görünə bilər. Müasir dövürdə dövlətlərin qarşılıqlı asılılığın tədricən güclənməsi, Dünya Ticarət Təşkilatı çərçivəsində iqtisadi bağlılığın genişlənməsi əməkdaşlıq prinsipinə də hüquqi məcburi xüsusiyyət vermişdir. Məhz beynəlxalq iqtisadi münasibətlərdə milli rejim, daha əlverişli dövlət rejimi prinsiplərinin təqdim olunması əməkdaşlıq prinsiplərindən meydana gəlir.

Beynəlxalq iqtisadi hüququn inkişaf prosesini və onun siyasi aspektini nəzərə alaraq qeyd etmək olar ki, beynəlxalq iqtisadi hüquq üçün spesifik prinsiplərin ümumqəbulolunmuş sistemi haqqında yekdil fikir yoxdur. Təsadüfü deyil ki, hələ keçən əsrin 80-cıi illərindən başlayaraq beynəlxalq iqtisadi hüquqa münasibətdə BMT çərçivəsində Beynəlxalq iqtisadi hüququn prinsip və normalarının “məcəllələşdirilməsi” deyil, müvafiq prinsip və normaların ümumi formada sistemləşdirilməsi və mütərəqqi inkişafı vəzifəsi irəli sürülmüşdür. Beynəlxalq iqtisadi hüququn sahəvi, xüsusi prinsiplərinin sistemi haqqında yekdil fikir olmasa da beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi üçün sahəvi prinsipləri subyektlərin dairəsindən, onların hüquq və vəzifələrindən, həmin “başlanğıc normaların” tətbiq olunma səviyyəsindən, hüquqi tənzimetmədə digər normalaın yaradılmasındakı rolundan asılı olaraq müəyyən etmək olar. Digər tərəfdən, qeyd etdiyimiz müddət ərzində Dünya Ticarət Təşkilatının yaradılması nəzərə alınmalıdır. Dünya Ticarət Təşkilatı beynəlxalq iqtisadi hüququn bərqərar olmasında müəyyən mənada paralel rol oynayan və onun sahəsi kimi qəbul edilən müasir beynəlxalq ticarət hüququnun prinsiplərinin sisteminin daha da təkminləşdirilmişdir. Heç şübhəsiz ki, beynəlxalq iqtisadi hüququn prinsiplərinin sistemi beynəlxalq ticarət hüququnun prinsipləri kontekstinə, lakin daha geniş aspektə (məsələn, iqtisadi yardım və inkişaf hüququ və s. məzmuna) malikdi.

57. Beynəlxalq iqtisadi hüququn prinsiplərinin formalaşdırılmasında beynəlxalq hüquq doktirinası da əhəmiyyətli rola malikdir. Beynəlxalq hüquqçünaslar tərəfindən müəyyən vaxtlarda irəli sürülən və müasir beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimetmə funksiyasına malik olan prinsiplər kimi:

- qarşılıqlıq; milli rejim; daha əlverişli rejim; prefensiyanın təqdim olunması, minimal standartlar (Q. Svartsenberqer, V.M. Koredski və s.);

- təbii ehtiyatlar üzərində dövlət suverenliyi; iqtisadi ayrı-seçkiliyə yol verməmək; milli reji; daha əlverişli rejim; qarşılıqlıq (E.T. Usenko, B.M. Aşavski və s.);

- dövlətlər arasında beynəlxalq iqtisadi və elmi-texniki əməkdaşılğın inkişafı; xarici iqtisadi əlaqələrin formasının sərbəst müəyyən olunması; təbii resuslar və iqtisadi fəaliyyət üzərində ayrılmaz dövlət suverunliyi; daha əlverişli rejim; milli rejim (M.M. Boquslavski);

- ayrı-seçkiliyə yol verməmək; daha əlverişli rejim; milli rejim; qarşılıqlı mənfəət; preferensiya (Q. M. Velyaminov);

- iqtisadi problemlərin həllində hamılıqla iştirak; təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində ayrılmaz dövlət suverenliyi; inkişaf etməkdə olan dövlətlər üçün preferensiya rejimi; beynəlxalq sosial ədalət; dənizə çıxış olmayan dövlətlərə sərbəst çıxış hüququnun verilməsi (Q. K. Dimitriyeva; K. A. Bekyaşev);

- iqtisadi əməkdaşlıq; iqtisadi fəaliyyət və təbii ehtiyatlar üzərində dövlət suverenliyi; daha əlverişli rejim; qarşılıqlıq, milli rejimin təqdim olunması; ayrı-seçkiliyə yol verməmək; preferensiya (V. M. Şumilov) və s. sistemlər qeyd edilə bilər.

58. Beynəlxalq hüququn ümumtanınmış, iperativ xarakterli prinsipləridən fərqli olaraq, beynəlxalq iqtisadi hüququn sahəvi prinsiplərinin müəyyən qismi konvenison xüsusiyyətə malikdir və onların hüquqi qüvvəsi hər dəfə beynəlxalq sazişdə əks etdirilməklə ifadə olunur.

Beynəlxalq iqtisadi hüququn prinsipləri qarşılıqlı funksional əlaqədə olaraq digər – (sülh və əməkdaşlıq, humanizm, demokratiya) “ideya prinsipləri” (İ. İ. Lukaşuk) ilə birlikdə beynəlxalq iqtisadi hüquq qaydasının formalaşmasını təmin edir. Beynəlxalq hüquqda bu və ya digər sahənin prinsiplərinin mövcudluğu- müvafiq sahənin mövcudluğunu şərtləndirən zəruri meyarlardan biri kimi qiymətləndirilir (R. L. Bobrov; E. T. Usenko). Qeyd etdiyimiz kimi beynəlxalq iqtisadi hüququn prinsiplərinin inkişaf səviyyəsi bütövlükdə beynəlxalq iqtisadi hüququn sahə (yarımsahə) və institutlarının məcmusunu formalaşdırır.

Beynəlxalq iqtisadi hüquq prinsipləri müvafiq sahənin münasibətləri üçün əsas davranış qaydaları olmaqla digər normaların sistemini müəyyən edir. Belə bir təyinat onların iqtisadi inkişafı təmin etmək məqsədindən meydana gəlir.

Beynəlxalq iqtisadi hüququn konvension prinsiplərində təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi; ayrı-seçkiliyə yol verməmək; iqtisadi əməkdaşlıq; preferensiya; tranzitin azadlığı; beynəlxalq iqtisadi təhlükəsizlik və s. kimi adət hüquq xarakterli prinsiplərdən fərqləndirmək lazımdır.


4.2. Təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət

suverenliyi prinsipi
59. Beynəlxalq hüququn digər prinsipi kimi təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi beynəlxalq hüququn dövlətlərin suveren bərabərlik prinsipinə ekivivalentlik təşkil edir. Beynəlxalq iqtisadi münasibətlər sferasında prinsipin beynəlxalq hüquqi qaydada bərqərar olması əsasən inkişafda olan dövlətlərdə xarici konsessiyaların ləğvi və xarici kapitalın milliləşdirlıməsi dövrünü təsasüf edir. XX əsrin 70-80-ci illərində qəbul edilmiş beynəlxalq kommersiya arbitraj qərarlarında bir tərəfdən, xarici kapitalı milliləşdirmək hüququ tanınırdısa, digər tərəfdən müvafiq kompensasiyanın verilməsi nəzərdə tutulurdu. Beynəlxalq arbitraj praktikası ilə yanaşı təbii ehtiyatlar üzərində dövlət suverenliyi beynəlxalq hüququn həm universal (məsələn, BMT Nizamnaməsində), həm də regional sazişlərində təsbit olunur. 1974-cü il Xartiyasında qeyd olunur ki, hər bir dövlət özünün təbii ehtiyatlar üzərində tam suverenliyə malik olmaqla iqtisadi fəaliyyəti, həmçinin əmlakdan istifadə və istismar hüququnu sərbəst həyata keçirməlidir. Müqavilələrə münasibətdə hüquqi varislik haqqında 1978-ci il; Dövlət əmlakı, dövlət arxivləri və dövlət borclarına münasibətdə hüquqi varislik haqqında 1983-cü il Vyana Konvensiyasında qeyd edilir ki, konvensiyanın qaydaları təbii ehtiyatlar üzərində suverenliyin bölünməzliyi prinsipinə şamil edilmir (m.13 və m.16). Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasında sahilyanı dövlətin iqtisadi zonada və qitə şelfində canlı və mineral resurslara suveren hüquqları qeyd edilir. Təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində suverenlik prinsipi beynəlxalq iqtisadi hüququn adət mənşəli norması olması Enerji Xartiyasına Müqavilədə də ifadə edilib. Həmin müqavilədə nəzərdə tutulur ki, razılığa gələn Tərəflər dövlət suverenliyinə və suveren hüquqlara münasibətdə bir daha təsdiqləyirlər ki, suverenliyin və suveren hüquqların həyata keçirilməsi beynəlxalq hüququn normalarına uyğun olmalıdır (m.18 (1)). Heç şübhəsiz ki, burada müvafiq prinsipin beynəlxalq hüququn normalarına uyğunluğu, ilk növbədə, beynəlxalq hüququn dövlətlərin suveren bərabərliyi prinsipinə uyğunluğu nəzərdə tutulur. Qeyd olunan prinsipin özündə

- dövlətin sərbəst sahiblik, sərəncam, istifadə və müstəqil iqtisadi fəaliyyət;

- müvafiq sferada iqtisadi fəaliyyət nəzarət;

- təbii ehtiyatların istifadəsi rejiminin sərbəst müəyyən edilməsi;

- beynəlxalq hüquqa uyğun olaraq xarici kapitalı ictimai, dövlət maraqları naminə milliliəşdirmək;

- təbii resusların istehlalçılarının təşkilatında birləşmək;

- təbii ehtiyatların və suverenliyin müvəqqəti itirilməsi ilə əlaqədar işğal olunmuş ərazilərdə özünün təbii resusları üzərində nəzarətin bərpa edilməsi zamanı dəymiş zərərin ödənilməsi və s. hüquqları nəzərdə tutur.
4.3. İqtisadi əməkdaşlıq prinsipi
60. Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində xüsusi çəkisi olan prinsiplərdən biri də iqtisadi əməkdaşlıq prinsipidir. Qeyd etdiyimiz kimi prinsipin hüquqi təbiəti müəyyən mənada mübahisəli də görünə bilər. Belə ki, onun daha çox ideya xaraqterli olması və məzmunca digər prinsiplərdə açılması (İ.İ. Lukaşuk) qeyd edilir. Lakin BMT Nizamnaməsində ifadə edilən əməkdaşlıq prinsipi bu universal beynəlxalq təşkilatın və dövlətlərin qarşılıqlı münasibətlərinin prinsipial əsasını təşkil edir. BMT Nizamnaməsinin 55-56-cı maddələri iqtisadi, sosial və mədəni problemlərin həlli məqsədilə dövlətlərin əməkdaşlıq etmək öhdəliyini ifadə edir. BMT Nizamnaməsilə yanaşı, “Beynəlxalq hüququn prinsipləri haqqında” Bəyannamədə (1970), 1974-cü il Xartiyasında, Yeni beynəlxalq iqtisadi qaydaya aid beynəlxalq ümumi hüququn prinsiplərinin mütərəqqi inkişafı haqqında Seul Bəyannaməsində (1986) və s. sənədlərdə ifadə edilən Prinsipin məzmunu növbəti qaydada açıqlana bilər

- BMT Nizamnaməsində ifadə edilən prinsiplərə və məqsədə müvafiq olaraq istənilən iqtisadi əməkdaşlıq formasında iştirak hüququn;

- universal və regional iqtisadi təşkilatlarda dövlətlərin iştirak hüququnu;

- beynəlxalq iqtisadi münasibətlərdə tərəfdaşları sərbəst müəyyən etmək hüququnu;

- inkişafda olan və keçid iqtisadiyyatlı dövlətlərin maraqlarını müdafiə etməklə beynəlxalq ticarətin liberallaşdırılması istiqamətində dövlətlərin qarşılıqlı güzəşt və yardım hüququnu və s. nəzərdə tutur.
4.4. İqrisadi ayrı-seçkiliyə yol verməmək prinsipi
61. Ayrı-seçkiliyə yol verməmək (nondisrimination) prinsipi beynəlxalq iqtisadi münasibətlərdə uzunmüddətli tətbiq nəticəsində ümumqəbulolunmuş hüquq normasına çevrilərək dövlətlərin suveren bərabərliyinə əsaslanmaqla müxtəlif iqtisadi-siyasi sistemlərə malik olan dövlətlərin fiziki və hüquqi şəxslərini milli mənsubiyyətə görə fərqləndirməməyi nəzərdə tutur. Müqavilə qaydasında pozitivləşdirilməsi zərurətinin olmamasına baxmayaraq, son dövrlərdə bir çox beynəlxalq aktlarda və dövlətlərin müqavilə praktikasında daha geniş ifadə olunmaqdadır. Qeyd olunan prinsip BMT Nizamnaməsində, GATT-da, 1974-cü il Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyasında, 1994-cü il Enerji Xartiyasına Müqavilədə və d. Beynəlxalq sazişlərdə əks etdirilib. GATT-da qeyd olunur ki, razılığa gələn Tərəflər beynəlxalq ticarətdə ayrı-seçkiliyin istisna olunması ilə, ticarətdə tariflərin azaldılması və d. maneələrin aradan qaldırılması istiqamətində qarşılıqlı gəlirlər.

Enerji Xartiyasına Müqavilədə qeyri-ayrıseçkilik prinsipi üçün meyar, minimal standart “daha əlverişlilik” prinsipi müəyyən edilir. Kapital qoyuluşunun təşviqi və müdafiəsi bölməsində qeyd edilir ki, hər bir razılığa gələn Tərəf bu Müqaviləyə müvafiq digər Tərəflərin investorları üçün istisnaolmadan stabil, bərabərhüquqlu, əlverişli və aşkarliq şəraiti ilə ədalətli və bərabər rejim yaradır. Xarici investisiyalara münasibətdə heç bir halda ayrı-seçkiliyə yol verməklə idarə, istifadə, sahiblik edilə və sərancam verilə bilməz (m.10 (1)).



62. Beynəlxalq iqtisadi münasibətlərin spesifik xarakterinə uyğun olaraq müvafiq prinsipdən hüquqauyğun istisnalar da müəyyən edilə bilər. Prinsipdən hüquqa uyğun istisnalar kimi inkişafda olan dövlətlərə preferensiyanın verilməsi (məsələn, Loma konvensiyaları), daxili bazarın qorunması və s. ilə bağlı tədbirlər zamanı nəzərdə tutula bilər. İnkişafda olan ölkələrə münasibətdə imtiyazlı rejimin müəyyən edilməsi, imtiyaz olaraq inkişaf etməkdə olan ölkələrdən ixrac olunan məhsullardan idxal kömrük rüsumunun tutulmaması və ya rüsumun azaldılması, eyni iqtisadi birlikdə olan ölkələrə xüsusi imtiyazların verilməsi; daxili bazarın qorunması məqsədilə müxtəlif məhdudlaşdırıcı qaydaların (antidempinq, kompensasion, proteksionik, xüsusi və s. kömrük rüsumlarının) tətbiq olunması qeyd edilə bilər. Sonuncu tədbirlərin həyata keçirilməsinə bütün dövlətlərə, onların fiziki, hüquqi şəxslərinə, əmtəələrinə bərabər münasibət göstərilməlidir. Müvafiq qayda milli bazarın müdafiəsi prinsipindən meydana gəlir. Nəhayət, beynəlxalq hüquq normalarını pozmuş delikvent dövlətə qarşı cavab tədbirləri də beynəlxalq hüquqa uyğun tədbirlər kimi diskiriminasiya hesab edilməyəcək.
4.5. Tranzitin azadlığı prinsipi
63. Tranzit problemi beynəlxalq ticarətin özü qədər tarixi aspekt kəsb etsə də, onun azadlığı daha sonrakı dövrlərə təsadüf edir. Tranzitin azadlığı orta əsirlərin sonlarından (17-ci əsrdən) başlayaraq beynəlxalq ticarət əlaqələrinin sətbəst realizə üçün əhəmiyyətli məsələ kimi qəbul edilir. Tranzitin azadlığı dövlətin ərazi suverenliyindən beynəlxalq (ticarət) iqtisadi əməkdaşlıq naminə istisna kimi meydana gəlmişdir. Başqa sözlə, xarici yurisdiksiyada tranzit alanın müstəsna hüququdur. Hərgah müvafiq müstəsnaliq da beynəlxalq hüquqda bir mənalı qarşılanmayıb və təsadüfü deyil ki, hüquqşünaslar arasında onun hüquqi təbiəti barədə yekdil fikir də yoxdur. H. Hırodsi qeyd edirdi ki, millətlər birliyi naminə digər dövlətin ərazisindən tranzit keçidlə bağlı ümumi hüquq qaydası mövcuddur. Daha sonrakı dövrdə digər müəllif, Lauterpaxt bir qədər də irəli gedərək belə bir mövqedən çıxış edirdi ki, tranzitin azadlığına hüquq hər hansı bir müqavilədən asılı olmayaraq mövcuddur və tranzit dövləti istənilən halda tranzitə razılıq verməlidir.

Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə