ƏFSƏr sadiqov


Dövlət immunitetinin anlayışı



Yüklə 1,88 Mb.
səhifə9/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

5.2. Dövlət immunitetinin anlayışı
98. Əgər dövlət digər dövlətə mənsub fiziki və hüquqi şəxslərlə beynəlxalq kommersiya, ticarət əlaqələrinə daxil olursa bu zaman onun suverenliyindən irəli gələn immuniteti müvafiq münasibətlər üçün xaraqterik olan “tərəflərin bərabərliyi” prinsipinə uyğun olmayacaq. Belə ki, dövlətin eyni vaxtda, həm də siyasi hakimiyyətə malik olması onu digər təsərrüfat subyektlərindən üstün edir ki, bu üstünlük də onun xarici şəxslərin əmlak hüquqlarının “qanunauyğun” məhdudlaşdırılması səlahiyyətində təzahür edə bilər.

99. Hələ XX əsrin əvəllərində Çində, daha sonra SSRİ-də, Meksika və s. ölkələrdə xarici şəxslərin əmlak hüquqlarının pozulması (xarici konsessiyaların qəbul edən dövlət tərəfindənekspropiasiyası) beynəlxalq hüququ yeni problem qarşısında qoymuşdu. Məhz dövlətin xarici şəxslərlə beynəlxalq təsərrüfat, kommersiya münasibətlərində özünün suverenliyinə əsaslanıb onların konsessiyalarını ləğv etməsi hüququnu məhdudlaşdırmaq məqsədilə alternativ qanunvericilik, məhkəmə yurisdiksiyasını əsaslandıran konsepsiyalar meydana gəlir. Əsasən kapital ixracçısı olan sənayecə inkişaf etmiş dövlətlərə mənsub mütəxəssislər və hüquqşünaslar tərəfindən konsessiya kontraktlarının transmilli hüquq (F.Cessup, Erler), kvazibeynəlxalq hüquq (Svartsenberqer, Ferdros, Çenq) konsepsiyaları irəli sürülür.

100. Transmilli hüquq müvafiq münasibətlərin hüquqi tənzimlənməsini dövlət immunitetinin qəbul edilmədiyi müstəviyə gətirirsə, kvazibeynəlxalq müqavilə (hüquq) konsepsiyası isə həmin münasibətləri beynəlxalq hüquq müstəvisinə (insan hüquqlarının, o cümlədən, şəxsin əmlak hüquqlarının toxunulmazlığı beynəlxalq hüququn imperativ normasıdır və bu norma gözlənilmədikdə dövlətin beynəlxalq hüquqi məsuliyyəti yaranmış olur-prinsipinə) keçirməklə xüsusi şəxslə dövləti beynəlxalq iqtisadi münasibətlərdə bərabərləşdirir. Dövlətin beynəlxalq mülkiyyət münasibətlərində xüsusi şəxslərlə bərabərləşdirilməsi həmin münasibətlərin xaraqterindən (kordinasion tənzimetmə metodundan), subyektlərin bərabərliyi və müstəqilliyindən, onların iradə azadlığından (AR MM. m. 6), mülkiyyətin toxunulmazlığından irəli gəlir. Həmin konsepsiyalara (hissələrə ayırma nəzəriyyəsinə) görə dövlətin ikili təbiəti onun bütün fəaliyyətinin –siyasi hakimiyyəti həyata keçirən suveren (jure imperii) və ticarət edən (jure gestionis) statusu ilə fərqləndirilməsini zəruri edir. Birinci halda (mütləq immunitet nəzəriyyəsinə əsasən) dövlət özünün suverenliyindən, eləcə də, immunitetindən məhdudiyyət olmadan istifadə edirsə, ikinci halda (məhdud, funksional immunitet nəzəriyyələrinə görə) onun yurisdiksiya immunitetləri istisna edilir və dövlət xarici və ya beynəlxalq yurisdiksiyaya tabe etdirilir. Xarici yurisdiksiyaya tabe etdirilmə prosessual və maddi hüquqi qaydanı nəzərdə tutan iki formada

- xarici dövlətin ərazi (məhkəmə) yurisdiksiyasının seçilməsi ilə;

- immuniteti istisna edən dövlətin öz ərazisində xarici dövlətin və ya beynəlxalq hüquq normalarının tətbiqi ilə təmin edilə bilər.

Bu mənada immunitet probleminin xüsusi hüquq münasibətlərində, yalnız xarici yurisdiksiyada meydana çıxması (Q.K. Dimitriyeva) fikri ilə razılaşmaq olmaz.



101. İmmunitet (latınca-immunitas) xarici icraatdan, fəaliyyətdən müdafiə mənasına ifadə edir. Hələ Roma hüququna məlum olan dövlət immunitetinin hüquqi məzmunu – “par in parem non habet imperium” (bərabərlərin birinin digəri üzərində hakimiyyəti yoxdur) “par in parem non habet jurisdictium” (bərabərlərin birinin digəri üzərində yurisdiksiyası yoxdur) və s. maksimaları ilə ifadə olunurdu.

Dövlət immuniteti bir qayda olaraq iqtisadi xaraqterli münasibətdə meydana çıxdığı üçün ona beynəlxalq (iqtisadi) hüquq institutu kimi baxılmalıdır. Dövlət immuniteti beynəlxalq iqtisadi hüquq institutu kimi beynəlxalq hüquq münasibətlərində dövlətin hüquqi vəziyyətini müəyyən edir. Ədəbiyyatda qeyd edilir ki, dövlət immuniteti xüsusi hüquq prinsipi kimi iki publik-hüquqi konsepsiyaya: dövlətlərin bərabərliyinə və suverenliyinə əsaslanır (M.M. Boquslovski). Ondan imtina edildiyi halda müvafiq münasibətlər ayrı-ayrı dövlətlərin daxili hüquq və ya beynəlxalq xüsusi hüquq müstəvisinə keçir (Q.M. Velyaminov).

İmmunitetin istisnası onu özü-özlüyündə xüsusi hüquq prinsipinə çevirmir. Əksinə, o beynəlxalq ümimi iqtisadi hüquq sferasında qalır. Əgər beynəlxalq xüsusi hüquq prinsipinə çevrilsəydi, o halda həmin münasibətlərin hüquqi tənzimlənməsində sona kimi iştirak etməli olardı. Bu isə xüsusi, əmlak münasibətlərinin təbiətinə ziddiyyət təşkil edir. Beləliklə, dövlət immuniteti dövlətlərin bərabərliyinə və suverenliyinə əsaslandığı üçün həmin sferanı tənzim edən institut (prinsipi) kimi qalır. Beynəlxalq xüsusi münasibətlər üçün dövlət suverenlik səlahiyyətilə həmin münasibət iştirakçılarının hüquq və vəzifələrini stimullaşdıracaq beynəlxalq müqavilə bağlamaqla kifayətlənir. Dövlət bilavasitə xüsusi, təsərrüfat münasibətlərinə daxil olarkən özünün suverenliyinə əsaslanıb (xarici əmlakı kompensasiya vermədən milliləşdirmək, bağladığı beynəlxalq kontrakta riayət etməmək və s. üçün) immunitetdən istifadə edə bilməz.

102. İmmunitet problemi xarici yurisdiksiyaya mənsub olan şəxslərə münasibətdə yarandığı halda dövlətin özünün şəxslərinə münasibətdə bu məsələ meydana çıxmır. Daxili mülkiyyət dövriyyəsində mülki qanunvericiliyə uyğun olaraq dövlət digər subyektlərlə bərabər statusda fəaliyyət göstərir (AR MM, m. 43.3) və dövlət malik olduğu vəsaitlə mülki-hüquqi məsuliyyət daşıyır. Məhz bu baxımdan, dövlət immuniteti dövlət suverenliyinin ifadə forması olaraq digər dövlətin daxili işlərinə qarışmamaq, insan hüquqlarına hörmət etmək prinsipilə birbaşa bağlı olaraq və beynəlxalq iqtisadi xaraqterli münasibətlər üçün xaraqterik olduğundan beynəlxalq hüququn / beynəlxalq iqtisadi hüququn institutu kimi qəbul edilir.

Dövlət immunitetinin anlayışı, tətbiqi, beynəlxalq hüquq və dövlətdaxili qanunvericilik qaydasında tənzimlənməsi dövlətin publik qaydası və xüsusi şəxslərin insan hüquqlarına hörmət edilməsi prinsipindən asılı olaraq formalaşdırılmalıdır.

Tarixi hüquqi kateqoriya kimi dövlət immuniteti – müəyyən olunmuş formada dövlətin razılığı olmadan onun, eləcə də inzibati-ərazi vahidlərinin digər dövlətin qanunlarına, normativ hüquqi göstərişlərinə, həmçinin məhkəmə hakimiyyətinə, inzibati-ərazi vahidlərinə, dövlət orqanlarına tabe olmamaq hüququdur.

103. Adət hüquq norması kimi immunitetin ilkin forması klassik suverenlik kontekstində formalaşmış və mütləq immunitet nəzəriyyəsi qəbul edilmişdir. Mütləq immunitet nəzəriyyəsinə görə dövlətin hər hansı bir razılığı olmadan özü və orqanları digər dövlətin hakimiyyət xaraqterli tədbirlərinə məruz qala bilməz. Dövlətin razılığı beynəlxalq müqavilədə, beynəlxalq kontraktda, dövlətdaxili qanunvericilikdə ifadə oluna bilər. Dövlətin digər dövlət hakimiyyət xaraqterli tədbirlərindən immuniteti o demək deyil ki, o özünün məhkəməsində də immunitetə malikdir. Xarici şəxslər pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı müvafiq dövlətlərin özünün məhkəməsinə müraciət etmək hüququna malikdirlər. Lakin ümumi mövqeyə görə belə bir hüquqi müdafiə vasitəsi elə də əlverişli sayılmır.

104. Dövlətin təsərrüfat münasibbətlərinə daxil olması immunitet probleminə də yeni yanaşma tərzini tələb etmiş və XX əsrin 20-ci illərindən başlayaraq xarici şəxslərin əmlak hüquqlarının müdafiəsilə bağlı və dövlətin də məhsuliyyətini nəzərdə tutan “funksional” immunitet nəzəriyyəsi bərqərar olmuşdur. Xarici şəxslərin əmlak hüquqlarının müdafiəsini nəzərdə tutan həmin nəzəriyyə immuniteti dövlətin fəaliyyətinin (kommersiya – ticarət) xaraqterindən asılı olaraq müəyyən edir. Qeyd olunan dövrdə iri layihələrin xüsusən də, enerji resuslarının hasilatı sferasında xarici konsessionerlərin əmlak hüquqlarının müdafiəsi üçün qeyri-kommersiya risklərindən biri kimi dövlətin xarici kapitalı əvəzsiz milliləşdirmək hüququnu istisna edəcək mexanizmlər yaradılmalı idi. Elə bu zaman dövlətin siyasi hakimiyyət funksiyasını onun “ticarət edən funksiyasından” ayırmaq “funksional” nəzəriyyə tərəfindən təmin edilir. “Funksional” nəzəriyyəyə görə dövlət digər dövlətin hakimiyyət xaraqterli fəaliyyətindən yalnız o halda immunitetə malik olur ki, müvafiq dövlət siyasi hakimiyyət (jure imperii) funksiyasını (məsələn, diplomatik nümayəndəliyin tikintisi üçün avadanlığın əldə edilməsini) həyata keçirmiş olsun. Qəbul olunmuş mövqeyə görə, müasir beynəlxalq iqtisadi münasibətlərdə dövlətin “ticarət edən şəxs” qismində çıxış etməsi onun siyasi hakimiyyəti həyata keçirən zaman malik olduğu immunitetləri hər hansı bir formada razılıqdan asılı olmayaraq itirmiş sayılır.

Müasir dövürdə dövlətlər beynəlxalq ticarət (kommersiya) münasibətlərində iştirak zamanı immunitetin qanunvericilik qaydasında istisnasına daha çox üstünlük verirlər. Mövcud beynəlxalq praktikanı nəzərə alaraq ABŞ-da, Avstraliyada, Böyük Britaniyada, Belçikada, Kanadada, Pakistanda, Sinqapurda, Fransada və d. dövlətlərdə dövlət immuniteti ilə qəbul edilmiş qanunvericilik aktları “funksional immunitet” nəzəriyyəsinə əsaslanır.

Müvafiq qanunvericilik aktları olmayan dövlətlərdə (məsələn, Avstriya, Danimarka, Almaniya, Norveç, İsveçrə, İtaliya və s.) isə funksional dövlət immuniteti məhkəmə praktikasında bərqərar edilib.

AR-də konkret qanunvericilik aktı olmasa da, Beynəlxalq xüsusi hüquq haqqında Qanun (m.16) məhdud formada olsa da, müvafiq problemin həllinə yönəlib. Qanunvericilik aktları bir qayda olaraq dövlət immunitetinin anlayışını, növlərini, təqdim olunması şərtlərini və səviyyəsini və d. məsələləri əks etdirir.



105. Beynəlxalq hüquq ədəbiyyatında dövlət immunitetinin növləri aşağıdakılardan ibarətdir:

1) xarici dövlətlərin qanunvericilik yurisdiksiyasından immunitet;

2) yurisdiksiya immunitetləri, o cümlədən:

- məhkəmə immuniteti (xarici məhkəmədə iddianın təqdim olunmasından immunitet);

- iddianın təminatından immunitet;

- qəbul edilmiş məhkəmə qərarının məcburi qaydada icrasından immunitet;

3) dövlət mülkiyyətinin immuniteti;

4) diplomatik immunitet.


5.3. Dövlət immunitetinin növləri və immunitetin istisna

edildiyi hallar
106. Xarici dövlətin qanunvericiliyindən immunitet dedikdə dövlətin fəaliyyətinin digər dövlətin qanunları ilə deyil, özünün daxili hüquq qaydası və tərəfdar çıxdığı beynəlxalq hüquq normaları ilə tənzimlənməsi nəzərdə tutulur. Beynəlxalq təsərrüfat hüquq münasibətlərində tərəflərin razılığı ilə başqa hal nəzərdə tutulmayıbsa, dövlət fəaliyyətində yalnız özünün qanunvericiliyinə tabe olur. Lakin beynəlxalq iqtisadi münasibətlərdə transmilli korporasiyalar qəbul edən dövlətin immunitetini istisna etmək məqsədilə, müvafiq münasibətlərin hüquqi tənzimlənməsini yalnız qəbul edən dövlətin hüququna deyil, həmçinin beynəlxalq hüquq normalarına, xarici hüquqa, eləcə də üçüncü hüquq qaydasına tabe etdirməklə qəbul edən dövlətin qanunvericiliyinə alternativ hüquqi təminat sistemini yaratmaq istiqamətində fəaliyyət göstərirlər. Qeyd olunan münasibətlərin hüquqi tənzimlənməsi üçün bağlanan kontraktlarda digər hüquq qaydasının tətbiqinə dövlətin razılığı aydın ifadə olunmalıdır.

İnvestisiya idxal etmək istəyində olan dövlət transmilli korporasiyanın iştirakı ilə formalaşan hüquq qaydasının tətbiqi ilə razılaşmaya bilməz. Transmilli korporasiya üçün “ögey” və eyni zamanda dəyişkən, mürəkkəb xaraqterli beynəlxalq təyinatlı dövlətdaxili hüquq qaydası əksər halda özünün birtərəfliliyilə xarici kapital qoyluşunu ləngitdiyindən və ya qeyri-əlverişli investisiya mühiti yaratdığından dövlət yurisdiksiya immunitetlərinin istisna edildiyi transmilli hüquq mexanizmlərini qəbul etmək məcburiyyətində qalır. Müasir kontraktların “tətbiq edilən hüquq” müddəasında milli qanunvericilik qaydasını neytirallaşdırmaq üçün bir qayda olaraq qəbul edən dövlətin hüquq qaydası transmilli korporasiyanın mənsub olduğu dövlətin hüququ ilə və yaxud da beynəlxalq hüquq, “sivilizasiyalı xalqların” prinsipləri, lex mercatoriya və s. ilə birlikdə tətbiq edilir. AR-in bağlıdığı neft kontraktlarının “tətbiq olunan hüquq” müddəasında bir qayda olaraq dörd hüquqi sistem nəzərdə tutulur. Qeyd edilir ki, kontrakt AR-in və İngiltərənin hüququnun ümumi prinsipləri ilə, əgər beləsi olmazsa, o halda Kanadanın (Alberta vilayətinin) hüququnun ümumi prinsipləri ilə, həmçinin beynəlxalq hüququn “pacta sunt servanda” prinsipi ilə tənzimlənir (ARNŞ və Lukoyl neft şirkəti arasında bağlanan saziş, m.26.1).

Qəbul edən dövlətin hüquq qaydasının digər hüquq sistemləri ilə birlikdə (kumulyativ) tətbiqi müvafiq dövlətin qanunvericilik immunitetini istisna etməklə birtərəli qaydada kontrakta təshihlər aparılmasının qarşısını alır. Bu zaman xarici investisiyaların təhlükəsizliyinin çoxpilləli hüquqi təminat sistemi formalaşır. Transmilli hüquq qaydasının üstünlük təşkil etdiyi kontraktlar əsasın təbii resuslara malik olan inkişafda olan ölkələrlə bağlanır. İran dövlət neft kompaniyası ilə “Sapphire International Petroleum Ltd.” Arasında bağlanan neft kontraktı “iradə azadlığı” prinsipi əsasında İran dövləti ilə müəssisənin qeydiyyata alındığı ölkələrin hüququnun ümumi prinsiplərinə, belə prinsiplər olmadıqda isə “sivilizasiyalı xalqların” hüquq prinsiplərinə tabe etdirilmiş və ekspropriasiya ilə bağlı mübahisə yaranarkən beynəlxalq arbitraj da həmin prinsipləri tətbiq etmişdir. Beynəlxalq arbitraj öz qərarında göstərir ki, müxtəlif hüquq sistemləri üçün ümumi olan prinsiplərin seçilməsi şərkətin kontrakt üzrə öhdəlik statutunu İran hüququna tabe etməmək istəyi ilə bağlı olmuçdur. “Tam aydındır ki, tərəflər İran hüququnun tətbiqini istisna etməyi nəzərdə tutaraq, təfsir və tətbiq məsələsində kontraktı “sivilizasiyalı xalqların” ümumtanınmış hüquq prinsiplərinə tabe etdirmək istəyində olmuşlar”.

Qəbul edən dövlətin hüququnun digər hüquq sistemləri ilə birlikdə tətbiqi bir tərəfdən, müvafiq münasibətləri tənzim edən dövlətdaxili hüququn beynəlmiləlləşməsinə, həmçinin mövcud boşluqların aradan qaldırılmasına, digər tərəfdən transmilli korparasiya üçün əlavə hüquqi təminat sisteminin yaranmasına səbəb olur. Əlavə hüquqi təminat onda ifadə olunur ki, transmilli korparasiyanın razılığı olmadan, birtərəfli qaydada dövlət müvafiq kontraktı tənzim edən sferada özünün vergi, gömrük, valyuta, inzibati və s. qanunvericiliyini dəyişə bilməz. Buna baxmayaraq hər hansı bir dəyişiklik olarsa və o halda dəymiş zərər, itirilmiş mənfəət beynəlxalq hüquqa, o cümlədən, “pacta sunt servanda”, sivilizasiyalı xalqların

prinsiplərinə müvafiq olaraq ödənilməli, bağlanan müqavilələr onların şərtlərinə uyğun icra olunmalıdır.

107. Dövlət immunitetinin digər növü kimi xarici yurisdiksiyadan immunitet (par in paren non habet jurisdictium) qeyd olunmalıdır. Dövlətin xarici yurisdiksiyadan malik olduğu immunitetdən imtina etməsi xarici kapital qoyuluşu üçün xüsusi təminat vasitələrindən biri və həm də həlledici olaraq müvafiq qəbul edən dövlətin xarici məhkəmə, beynəlxalq arbitraj baxışına razılığı başa düşülür. Dövlətin xarici yurisdiksiyasından immunitetinin ilkini iddianın öncədən (məhkəmə baxışına qədər) təmin olunmasından immunitetdir. Mütləq immunitet nəzəriyyəsinə əsasən, iddianın öncədən təmin olunmasından immunitet digər dövlətin hər hansı bir hakimiyyət xaraqterli tədbirini (əmlakın həbsi, hesablaşmaların dayandırılması və s.) müvafiq dövlətin icazəsi olmadan istisna edilir. Lakin funksional immunitet nəzəriyyəsindən çıxış etdikdə dövlətin əmlakına münasibətdə onun razılığı olmadan da məcburiyyət tədbirləri yönəldilə bilər, bir şərtlə ki, müvafiq əmlak dövlətin kommersiya fəaliyyəti ilə əlaqəli olsun. İddianın öncədən təmin olunması mahiyyət etibarilə məhkəmə fəaliyyəti ilə bağlıdır və onun ilkin mərhələsidir. Lakin məcburiyyət tədbiri olduğu üçün həmin tədbirdən immunitet yurisdiksiya imunitetinin ayrıca növü kimi məhkəmə immunitetindən fərqləndirilir.

Mütləq imunitet konsepsiyasından çıxış etdikdə isə dövlət heç bir halda digər dövlətin məhkəmə baxışına cəlb oluna bilməz. Lakin bu aspektə də dövlət dəymiş zərərlə bağlı və ya kontrakt üzrə öhdəliyini yerinə yetirməkdə məhsuliyyətlidir. Bu halda dövlət özünün məhkəmə aidiyyətində olduğundan özünün məhkəməsində cavabdeh qismində cəlb edilə bilər. Qeyd etmək lazımdır ki, bəzi ölkələrin qanunvericiliyində məhkəmə imuniteti daha geniş məzmunda təfsir edilməklə eyni zamanda arbitraj, üçlər məhkəməsi imunitetini də nəzərdə tutur. Belə bir qayda dövlət məhkəmə orqanları ilə beynəlxalq kommersiya arbitrajlarının hüquqi tələbini düzgün qiymətləndirməməkdən irəli gələrək ümumilikdə beynəlxalq ticarət münasibətlərinin inkişafını ləngidir. Beynəlxalq kommersiya arbitrajlarının lex loci arbitrinin, dövlət mənsubiyyətinin olmaması baxımından məhkəmə immuniteti arbitraj immunitetini nəzərdə tutmamalıdır.

Ədəbiyyatda qeyd olunduğu kimi, müxtəlif ölkələrin qanunvericiliyində xarici dövlətin yurisdiksiya immunitetinə münasibətdə ilkin icraat tədbirləri üzrə immunitet məsələsinə xüsusi diqqət verir. Xarici dövlətlə münasibətdə həm təminedici tədbirlərə, həm də ticarət tədbirlərinə ehtiyatla yanaşılır. ABŞ-in 1976-cı il Dövlət immuniteti haqqında Qanununda qed olunur ki, iddia üçün əsas olan əmlak ticarət məqsədilə istifadə olunubsa və ya istifadə olunursa, o halda həmin əmlaka iccraat tədbirləri yönəldilə bilər.

Ümumiyyətlə, əgər dövlət kommersiya xidmətilə bağlı fuksiyasını həyata keçirirsə, bu halda immunitet istisna ediləcək. Buna misal olaraq Fici hökuməti ilə ABŞ şirkəti Ekert İnterneşnl (Eckert International) korporasiyası arasında (1988) bağlanmış müqavilədən yaranan mübahisə qeyd edilə bilər.

Müqaviləyə görə şirkət Fici hökumətiə Vaşinqtondaa mətbuat əlaqələri üzrə xidmətlər göstərməli idi. Lakin 1992-ci ildə yeni hökumət birtərəfli qaydada müvafiq kontraktı ləğv edir. Şirkət öz növbəsində 1993-cü ildə Virciniya Dairə məhkəməsinə pozulmuş hüquqlarının bərpası üçün müraciət edir. Fici hökuməti (ABŞ ilə siyasi və diplomatik münasibətlərdə olduğuna istinad edərək) ABŞ məhkəmələrinin yurisdiksiyasından immunitetə malik olduğunu bəyan etsə də məhkəmə həmin arqumenti rədd edir. Məhkəmə qeyd edir ki, Fici hökuməti ilə şirkət arasında bağlanan müqavilə xidmət göstərməklə bağlı olduğundan və kommersiya xaraqteri kəsb etdiyindən xidmətin müqabilində ödəmə həyata keçirilməlidir. ABŞ qanunvericiliyi üçün xaraqterik olan müvafiq konsepsiya digər ölkələrdə də təsbit edilməkdədir.

Böyük Britaniyanın, Pakistanın da qanunlarında nəzərdə tutur ki, ölkənin ərazisində olan istənilən ticarət əmlakına icraat tədbirləri tətbiq edilə bilər.



108. Məhkəmə (arbitraj) qərarının məcburi icrasından immunitet qanuni qüvvəyə minmiş qərardan immuniteti nəzərdə tutur. Məhkəmə (arbitraj) qərarının məcburi icrası ilk baxışdan iddianın öncədən təmin olunması istiqamətində məhkəmə qərarı ilə oxşarlıq təşkil etsə də, yurisdiksiya tədbirlərinin sonuncusu kimi məcburilik və dönməzliklə xaraqterizə olunur. Ayrı-ayrı dövlətlərin qanunvericiliyində funksional immunitet nəzəriyyəsinin daha geniş formada ifadə olunması və eyni zamanda dövlətlər arasında hüquqi yardım haqqında müqavilələrin çoxalması həm iddianın öncədən təmin olunması tədbirləri, həm də məhkəmə qərarlarının məcburi icrası işə baxan məhkəmənin yurisdiksiyasından kənar ərazidə realizə oluna bilər. Bu qayda dövlət məhkəmələrindən fərqli olaraq fəaliyyəti və qərarları universal beyəlxalq sazişlərlə tənzimlənən beynəlxalq kommersiya arbitrajları üçün xaraqterikdir.

109. Dövlət immunitetindən imtina üçün razılıq verildiyi halda dövlət immunitetinin hər bir növü üçün, istər qanunvericilik istərsə də yurisdiksiya immunitetlərinin hər bir növü üçün (eləcə də kommersiya fəaliyyəti üçün istifadə edilən dövlət mülkiyyətinin immunitetindən) imtinaya razılıq alınmalıdır. ARDNŞ və Şevron, Total neft kompaniyaları arasında (1999) bağlanmış kontraktın (Mübahisələrin həlli) maddəsində qeyd olunur ki, arbitraj üzrə müvafiq müddəa istənilən immunitet (o cümlədən, məhdudiyyət qoyulmadan proses üzrə xidmətlərin göstərilməsindən immunitet, suveren immunitet, tərəfin istənilən əmlakından immunitet və hər hansı bir məhkəmənin yurisdiksiyasına qarşı immunitet) tələbindən şərtsiz və dəyişməz imtinanı nəzərdə tutur və arbitraj məhkəməsinin qərarı lazım gələrsə tətbiq olunacaq qanunvericiliyə uygun olaraq digər tərəfin aktivlərinə münasibətdə icra olunur (m. 19.3).

110. Dövlət immunitetinin hər bir növünə münasibətdə imtinanın edilməsi beynəlxalq hüquqda, BMT Konvensiyasında da nəzərdə tutulur.

Xarici investisiya idxalında maraqlı olan dövlət xarici şəxslərin təminat məsələlərindən biri kimi dövlət immunitetinin hər növü üçün rejimlərin differensiyasını qanunvericilikdə nəzərə almalıdır.



111. Problemin mürəkkəbliyi dövlət immunitetini istisna edəcək fəaliyyətin xaraqterini, məqsədini müəyyən etməkdədir. Dövlətin bağladığı kontraktın və ya onun əmlakının kommersiya və yaxud da qeyri-kommersiya xaraqteri ilə bağlı meyarların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, dövlət hətta siyasi hakimiyyəti həyata keçirərkən onun son məqsədini sosial-iqtisadi hüquqların gözlənilməsi təşkil edir. Onun üçün də dövlətin fəaliyyətində fuksionallıq axtarılmamalı və mütləq immunitetin müasir beynəlxalq hüquqda qəbul edilməməsini nəzərə alaraq xüsusi şərtlərin əmlak hüquqlarının müdafiəsi üçün dövlət immuniteti istisna olunmalıdır. Bu mənada 2004-cü il Konvensiyasının 10-17-ci maddələri xüsusi əhəmiyyətə malikdir. Həmin maddələr bilavasitə dövlət immunitetinin istisna edildiyi hallara həsr edilib. Başqa sözlə desək, həmin maddələrdə nəzərdə tutulan hallarda dövlətin immunitetinin istisnası onun razılığından asılı deyil.

Konvensiya xarici dövlətin maraqlarının müdafiəsi istiqamətində nümunəvi qaydaya malikdir. “İctimai maraq” üçüncü dövlət immunitetinin istisna edilmədiyi hallar da beynəlxalq hüquqi qaydada ifadə edilməlidir. Bu qayda müəyyən mənada Konvensiyada öz əksini tapıb. Əsasını Avropa Konvensiyasından götürən bir sıra məsələlər, o cümlədən, immunitetin həmişə dövləti müdafiə etməsi, eləcə də, Razılığa gələn Tərəflərin məhkəmələrində xarici dövlətə münasibətdə baxılacaq mülki işlərin baxılması əsasları sadalanır, daha sonra isə immunitetin tətbiq dairəsi qeyd olunur. Müvafiq olaraq Konvensiyada



  • hərbi xaraqterli əmlaka;

  • xarici dövlətin mərkəzi bankının əmlakına;

  • diplomatik nümayəndəliyin fəaliyyəti üçün nəzərdə tutulan bank hesablarına və d.

əmlaka;

  • satış üçün nəzərdə tutulmayan mədəni irsi ilə bağlı olan dövlət əmlakına;

  • satış üçün nəzərdə tutulmayan tarixi abidələrə münasibətdə təminat və icraat

tədbirlərinin görülməsi qadağan edilir (m.20).

yaxın vaxtlara kimi səfirliyin bank hesablarına münasibətdə immunitetin mövcudluğu mübahisəli olmuşdur. Müxtəlif ölkələrdə diplomatik nümayəndəliyin bank hesabları dəfələrlə həbsə məruz qalmışdır. Məsələn, 1984-cü ildə “Alkom v. Republic of Columbia” işi Böyük Britaniyada kolumbiya səfirliyinin bank hesabının həbsi ilə olmuşdur. 2000-ci ildə Fransada İsveçrə korporasiyasının (Companic Noga d'Exportation) vəsatəti ilə Rusiya Federasiyası səfirliyinin bank hesabi həbs edilmişdi. Konvensiyanın qəbulu ilə immunitet təsbit edilmiş Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana konvensiyasındakı boşluq aradan qaldırılmışdır.


ƏDƏBİYYAT SİYAHISI
1. Ануфриева Л.И. Международное частое право: В 3 - x томах T.1 Общая часть:

Учебник - M. 2000 К)., Т. 2 Особенная часть: Учебник -М, 2000, с. 90.

2. Вельяминов Г.М. Международные (дипломатические) привилегии и иммунитеты

для межгосударственной акционерной компании Меж­дународное частное право.

Советская практика: Сб. Статей / Под ред. М.М. Богуславский, А. Г. Светланова.

М. 2000


3. Зенина Ж.А. Соглашение о разделе продукции: вопрос об иммунитет

государства. Журнал МЧИ, 1999, №1, с. 24-39

4. Мосс Д.К. Автономия воли в практике международного коммерческого

арбитража. М. 1996. с 59.

5. Ушаков Н. А. Юрисдикционные иммунитеты государств и их собственности М.

Наука. 1993. 240 с.

6. Хлестова И.О. Проблема юрисдикционного иммунитета иностранно­го

государства в работе Комиссии международного права. СЕМП -1988, М. Наука

1989. с. 183 - 144.

7. Hook F. Sovereign Risk and the Resource Industries. PetroMin Magazine. 1992,

April, p. 39 - 45.

8. Jenks W. Multinational Entities in the Law of Nations / Transnational Lawin a

Changing Society. N.Y. 1972.

9. Jessup F. Transnational Law New Haven. 1956

10. Mc Dougal M. Perspectives for on International Law of Human Rights. -Proceedings

of the American Society of International Law. 1959.



Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə