ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə17/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

216. OECD xarici investisiya fəaliyyətinin tənzimlənməsində bir qayda olaraq özünün üzvlərinin yüksək iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq daha liberal tənzimetmə mexanizmindən, investisiyanın daha geniş anlayışından çıxış etməkdədir. Bu siyasətə əsaslanaraq 1995-ci ildə İnvestisiyalar üzrə çoxtərəfli Sazişin hazırlanmasına başlanmışdır. Sazişin hazırlanmasında qeyri-hökumət təşkilatları, transmilli korporasiyalar, ictimai xadimlər, hüquqşünaslar da fəal iştirak etmişlər.İctimaiyyətin atmaqda olan maraqını nəzərə alaraq müvafiq layihə 1997-ci ildə Dünya Ticarət Təşkilatına verilmişdir. Problemin Dünya Ticarət Təşkilatı çərçivəsində həlli isə mümkün olmamışdır.

217. İnvestisiyalar üzrə çox tərəfli saziş layihəsi üçün mütərəqqi məsələlərdən biri investisiya anlayışını geniş aspektdə müəyyən edilməsidir. İnvestisiya anlayışı özündə müəssisələrdə iştirakı daşınmaz əmlak, portfel investisiyaları, qeyri-maddi əmlak və digər maliyyə vəsaitlərini də birləşdirir. Qeyd olunur ki, Sazişin məqsədinə görə investisiya dedikdə, investorun mülkiyyətində və ya nəzarətində olan istənilən aktivlər, o cümlədən müəssisələr (hüquqi şəxs qismində qeydiyyata alınmış və ya digər qurumlar, fəaliyyətinin məqsədindən, mülkiyyət formasından asılı olmayaraq, Saziş iştirakçısı olan dövlətin hüquq normaları əsasında təsis edilən, fəaliyyət göstərən, həmçinni kommersiya və qeyri-kommersiya, dövlət və xüsusi, səhmdar cəmiyyəti, məhdud məsuliyətli cəmiyyət, ortaqlıq, birgə müəssisə, fərdi sahibkarlıq, filial və assosasiyalar, təşkilatlar); səhmlər, istənilən digər iştirak forması və onunla bağlı istənilən hüquqlar: öhdəlik üzrə sənədlər, borc öhdəlikləri və borcun digər kreditlənmə forması və onunla bağlı bütün hüquqlar, həmçinin obyektlərin tikintisi üzrə müqavilələr, idarəçilik və istehsal, hasilatın pay bölgüsü müqavilələri; istənilən pul tələbi və müqavilə öhdəliklərinin naturada icrası ilə bağlı tələblər; əqli mülkiyyət hüququ; qanundan və ya müqavilədən, eyni zamanda konsessiya, lisenziya və icazədən yaranan hüquqlar və bütün digər maddi və qeyri-maddi, daşınar və daşınmaz əmlak, eləcə də onunla əlaqəli əmlak hüquqları, icarə, ipoteka, girov və saxlamaq hüququ nəzərdə tutulur.

İnvestisiyalara üzrə çoxtərəfli Sazişin müddəaları hər hansı bir istisna olmadan bütün investorlara və investisiyalara eləcə də daimi nümayəndəliyin əməliyyat, idarəçilik fəaliyyətinə şamil edilir.



218. Sazişdə investorun anlayışı da özünəməxsusluğu ilə diqqəti cəlb edir. Sazişə görə, investor kimi Saziş iştirakçısı olan dövlətdə daimi yaşayan və ya onun vətəndaşı olan fiziki şəxslər, eləcə də mülkiyyət formasından və fəaliyyətinin məqsədindən asılı olmayaraq iştirakçı dövlətdə onun hüquq normaları əsasında yaradılan və fəaliyyət göstərən hüquqi şəxslər və istənilən digər təşkilati-hüquqi qurumlar tanınır. Təşkilati-hüquqi qurumlar dedikdə, həm kommeresiya, həm də qeyri-komersiya, xüsusi və dövlət, həmçinin səhmdar cəmiyyətləri, məhdud məsuliyətli cəmiyyət, ortaqlıq, birgə müəssisə, fərdi sahibkarlıq, assosiasiya və təşkilatlar nəzərdə tutulur.

219. Beynəlxalq investisiya münasibətləri üçün spesifik regional sazişlərdən biri də Amerika ölkələri-ABŞ, Kanada və Meksika arasında Şimali Amerika Azad Ticarət Zonası (NAFTA) haqqında 1994-cü il Saziş qeyd edilməlidir.

NAFTA haqqında sazişin əsas məqsədini

- azad ticarət zonasının formalaşdırılması əsasında qarşılıqlı ticarət dövriyyəsinin və kapital qoyluşunun yüksəldilməsi;


  • ivestisiya, xidmət, əqli-mülkiyyət hüquqlarının müdafiəsi. rəqabət siyasəti və

sahibkarlığın sərbəst fəaliyyəti qaydalarının tənzimlənməsi əsasında müttəfiq firmalar üçün sahibkarlıq fəaliyyətinin razılaşdırılmış şərtlərinin müəyyən edilməsi və s. məsələlərin həlli təşkil edir.

Sazişin “İnvestisiya” adlanan XI bölməsi qarşılıqlı kapital qoyluşunda: milli rejim, daha əlverişlilik və ayrı-seçkiliyə yol verməmək prinsiplərini bəyan edir. Yenə də həmin bölmədə xarici fəaliyyətdən əldə edilən gəlirin sərbəst köçürülməsi; xarici mülkiyyətin milliləşdirilməsi mexanizmi və müvafiq konpensasiyanın verilməsi qaydası; investisiya mübahisələrinin həlli qaydaları təsbit edilib (422).

Sazişdə GATT-1994 qaydalarına uyğun olaraq inteqrasiya qrumuna daxil olan ölkələrdə keçid dövründə bütün rüsumları, qeyri-tarif maneələrini, investisiyalara münasibətdə məhdudiyyətləri ləğv etmək, əqli-mülkiyyət hüququ və ətraf mühitin mühafizəsi sahəsində hüquq normalarını harmonizasiya etmək nəzərdə tutulur. NAFTA çərçivəsində investorlara yeni müəssisələrin yaradılmasında milli rejimin təqdim olunması, investisiyalarla bağlı bütün ödəmələr üçün dönərli valyutadan istifadə və gəlirin repatriasiyası, ekspropriasiyadan müdafiə mexanizminin yaradılması, hər hansı bir ticarət məhdudiyyəti qoymadan müəssisələrin təsis edilməsi və fəaliyyət göstərməsi üçün şəraitin yaradılması, maliyyə itkiləri zamanı mübahisələrin həlli üçün beynəlxalq arbitraj və digər prosedurlara müraciət hüququnun formalaşdırılması üzv dövlətlərin qarşılıqlı ticarət, investisiya dövriyyəsini kifayət dərəcədə yüksəltmişdir.

220. NAFTA –nın təsis sazişi üçün xarakterik xüsusiyyət ondan ibarətdir ki, ümumi hüquq sisteminə uyğun olaraq investisiya anlayışı daha da geniş məzmun kəsb edir. İnvestisiya anlayışına kompaniyaların fəaliyyətinə aid olan müxtəlif aktivlər, o cümlədən səhmlər, firma öhdəliyi üzrə zərüri olan maddi və qeyri-maddi aktivlər, həmcinin daşınmaz əmlak, kapital öhdəliyi ilə əlaqəli faizlər, eləcə də tikinti üzrə kontraktlar və s. daxildir.

Müəssisələrin milli mənsubiyyət məsələsində inkorparasiya prinsipi qəbul edilsə də nəzarət paketi nəzəriyyəsi də istifadə edilir.Sazişdə qeyd olunur ki, müvafiq dövlətin investoru olmaq üçün həmin razılığa gələn dövlətin qanunvericiliyinə uyğun olan müəssisənin və ya onun filialının yaradılması vacibdir. Bu zaman belə bir tələb də irəli sürülür ki, müəssisə NAFTA üzvü olan ölkələrin vətəndaşlarının nəzarətində olmalıdır. Müəssisəyə inteqrasiya qrupuna daxil olmayan ölkənin investorları tərəfindən nəzarət həyata keçirildikdə inkorporasiya prinsipi bir şərtlə nəzərə alınmaya bilər ki, müəssisə investorun ölkəsində elə bir ciddi sahibkarlıq fəaliyyət ilə məşğul olmasın.

Xarici investorların fəaliyyətinə, xüsusən də, daxilolma şərtlərinə münasibətdə biri-digərini tamamlayan milli rejim hə daha əlverişlilik prinsipi təqdim edilir. Müvafiq prinsiplər müəyyən standartlara (rejimlərə):

- ədalətli və bərabərhüquqlu rejimə;

- investorların hüquq və maraqlarının müdafiəsinə əsaslanır.

İnvestisiya fəaliyyəti müəyyən hallarda məhdudlaşdırıla bilər. Belə ki, ümumi istisnaya görə milli təhlükəsizlik, bütün dünyada sülhün təmini, ictimai qaydanın qorunması naminə məhdudiyyətlər tətbiq edilə bilər. Eyni zamanda Dünya Ticarət Təşkilatı hüquqna uyğun olaraq NAFTA çərçivəsində müəssisələrə yerli komponentlərin istifadəsi üzrə tələblərə, o cümlədən idxal və satış həcmini məhdudlaşdırmaq və s. kimi tələblərə yol verilmir (421,422).

Bəzi regional investisiya sazişləro özünün qeyri-liberal xarakteri diqqəti cəlb edir. Buna misal olaraq 1973-cü il And sazişi qeyd edilə bilər. Məhz bu faktı nəzərə alaraq İnvestisiyalar üzrə Cənub-şərqi Asiya dövlətinin Assosiasiyası 1987-ci il Sazişində birbaşa xarici investisiyalar üçün liberal rejim haqqında müddəa təsbit edir. Bu məsələdə dövlətdaxili qanunvericiliyin təkmilləşdirilməsi zərurətini, həmçinin birbaşa xarici investisiyaların cəlb edilməsini stimullaşdırmaq məqsədilə 1995-ci ildə Banqkoqda ASEAN ölkələrinin dövlət başçılarının görüşündə birbaşa xarici investisiyaların təşviqi və əməkdaşlıq üzrə fəaliyyət proqramı qəbul edilib (423).
7.7. Enerji Xartiyasına Müqavilənin

investisiya münasibətlərinin tənzimlənməsində

əhəmiyyəti
221. Enerji Xartiyasına Müqavilədə həm investor, həm də investisiya məfhumuna geniş açıqlama verilir. Razılığa gələn tərəfin qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müvafiq dövlətin ərazisində yaşayan və ya vətandaşlığa malik olan fiziki şəxslər (m. 1 (7)); müvafiq dövlətin qanunvericiliyinə uyğun olaraq təsis olunmuş müəssisə və ya təşkilat (m. 1 (7)) investisiya münasibətlərin subyekti kimi xarakterizə olunur.

İnvestisiya anlayışına isə investor tərəfindən birbaşa və ya dolayısı ilə idarə edilən və ya ona məxsus aktivlərin bütün növləri kimi-maddi və qeyri-maddi, həmçinin daşınar və daşınmaz əmlak və digər əmlak hüququları kimi, icarə, ipoteka, girov və əmlakın saxlanılması hüquqları; kompaniya və ya müəssisədə pay (iştirak) formaları və ya səhm, həmçınin öhdəlik, paylı müəssisənin və ya kompaniyanın borc öhdəliyi, tələb hüququ; enerji sektorunda hər hansı təsərüfat fəaliyyətini həyata keçirmək üçün qanuna əsasən verilən istənilən lisenziya və icazə (m. 1 (6)) və ya kontrakt üzrə qanuna uyğun təqdim edilən istənilən hüquq, gəlirlər, əqli mülkiyyət aid edilir.



222. Müqavilənin 10-cu maddəsində nəzərdə tutulur ki, razılığa gələn hər bir dövlət öz ərazisində digər razılığa gəlmiş dövlətin investorlarına idarəetmə, istifadə, sahiblik və sərəncam vermədə hər hansı ayrı-seçkiliyə yol verməməli və stabil, bərabər, əlverişli və şəffaf şərait yaratmaqla investisiyaları təşviq etməlidirlər. Müqavilənin investisiya fəaliyyətinin həyata keçirilməsi rejimi ilə bağlı qeyd olunur ki, heç bir halda belə investisiyalara beynəlxalq hüquqla, həmçinin müqavilə öhdəlikləri ilə təqdim olunan rejimdən az əlverişli olan rejim təqdim olunmamalıdır (m. 10 (1)). Beynəlxalq təcrübəyə görə, investisiya sazişləri bir qayda olaraq ya milli, ya da əlverişli rejimə əsaslanır. Bu müddəanın təfsirindən də belə bir nəticə əldə etmək olardı, lakin həmin maddənin 3-cü bəndində nəzərdə tutulan müvafiq dövlətin öz investorlarına və yaxud da istənilən razılığa gələn üçüncü dövlətin investoruna təqdim olunan rejimdən az əlverişli olmayan rejimin təqdim olunmasına çalışacaqlarını qeyd etmələri (m. 10 (2)) həmin normanın “yumşaq hüquq” ( soft law) xüsusiyyəti ilə bağlıdır.

223. Avropa Enerji Xartiyası qeyri-ayrı-seçkilik prinsipini minimal standartı kimi daha əlverişlilik prinsipini yalnız bəyan etmiş, milli rejim prinsipinə gəldikdə isə bu haqda Əsas sazişin və ya Protokolun qəbul olunacağını nəzərdə tutur (IV bölmə: Yekun qaydalar). Müqavilənin 10-cu maddəsinin 4-cü bəndində qeyd olunur ki, 3-cü bənddə nəzərdə tutulan (yəni milli və yaxud da daha əlverişli) rejimin təqdim olunması ilə bağlı öhdəliyi əks etdirən Əlavə Müqavilə imzalanmalıdır. Müqavilədə investisiya qoyuluşunun ilkin mərhələsində həmin prinsiplərin nəzərdə tutulmaması keçid iqtisadiyyatlı dövlətin çoxtərəfli sazişlə özlərini xarici investorun, transmilli korporasiyaların qarşısında enerji resurslarının hasilatı və idarəçiliyi kimi strateji bir sahədə öhdəlikləndirmək istəməməsi ilə bağlı olmuş müvafiq münasibətlərin rejimilə bağlı ikitərəfli sazişlərə üstünlük verilmişdir. Enerji Xartiyasına Müqavilədə daha əlverişlilik prinsipi yalnız investisiyaların təminat və təhlükəsizliyi sahəsində nəzərdə tutulduğu halda ilkin invsetisiya mərhələsi üçün differensiasiya olunmuş rejim ifadə edilib.

Enerji Xartiyasına Müqavilənin 10-cu maddəsinin 6 (b) bəndində qeyd edilir ki, razılığa gələn tərəf istənilən vaxt, digər razılığa gələn tərəflərin investorlarının enerji sektorunda təsərrüfat fəaliyyətinin bir hissəsinə və yaxud bütün növlərinə üçüncü bənddə göstərilən rejimi könüllü olaraq təqdim etmək öhdəliyi götürə biliər. Belə öhdəlik Katibliyə bildirilir və “VC Əlavəsinə” daxili edilərək Müaqviləyə uyğun olaraq məcburi qüvvə kəsb edir.

Enerji Xartiyasına Müqavilə keçid iqtisadiyyatlı dövlətlərin iqtisadi maraqlarını təmin etməklə yanaşı, həm də qlobal iqtisadi mexanizmilərin təşviqini nəzərdə tutan GATT-1994 qaydalarına istinad edir. Buna misal olaraq üzv dövlətlər

- millin qanunvericiliyə görə xarici kapitallı müəssisələrin müəyyən sayda milli əmtəələrdən məcburi istifadəsini;

- hüququları məhdudlaşdıran xüsusi ixrac qaydasını;

- istehsal olunan əmtəələrin ixracına kvotanın qoyulmasını və s. təşviq edə bilməzlər.

Xarici kapitalın milliləşdirilməsi zamanı Müqavilə ədalətli, çevik və effektli konpensasiya formulasından çıxış edir.

224. Beynəlxalq investisiya hüququnda “konpensasiyasız ekspropripasiyaya yol verməmək” prinsipi Müqavilə üçün də xarakterikdir. Müqavilənin 13-cü maddəsində milliləşdirməyə (ekspropripasiya) müəyyən hallarda

- dövlət maraqlarını təmin etmək məqsədi ilə;

- ayrı-seçkilik olmadan;

- zəruri hüquqi prosedurları gözləməklə;

- çevik, ədalətli və effektli konpensasiya verməklə yol verilir.

İnvestor milliləşdirmə həyata keçirən dövlətin qanunvericiliyinə uyğun olaraq həmin dövlətin müvafiq məhkəməsinə və ya digər səlahiyyətli müstəqil orqana qiymətləndirmə və ödəmə ilə bağlı müraciət etmək hüququna malikdir (m. 13(2)). Müqavilədə müharibə, hərbi konflikt, vətəndaş itaətsizliyi və başqa analoji hadisələr zamanı dəymiş zərərə görə restitusiya (ödəmə) nəzərdə tutulur (m.12). Əmlakın məhv olmasına görə çevik, kifayət qədər də effektli restitusiya və ya ödəmə rejimi və istənilən tənzimetmə növü üçün ərazisində müvafiq hadisələr baş vermiş dövlətin öz investorlarına, istənilən razılığa gələn digər tərəfin investorlarına və ya üçüncü dövlətin investorlarına təqdim olunan rejimdə daha əlverişli rejim təqdim edilir.



225. Beynəlxalq sazişlərdə İnvestisiya tədbirlərinin ticarət aspektləri üzrə Sazişdə olduğu kimi tərəflərin investorlarının sərmayələrinə ədalətli və bərabər rejim təqdim etmək öhdəliyi nəzərdə tutulur (m.10(1)). Beynəlxalq hüquqda “ədalətli rejim” “hüquq, qanunvericiliyin əsasında”, “beynəlxalq hüququn mənbələrində nəzərdə tutulan tələblərə müvafiq”, “investisiya idxal edən dövlətin öhdəliklərinə müvafiq” qaydad təfsir olunur. “Bərabər” rejim isə bütün tərəflərin, o cümlədən, investorun, onun mənsub olunduğu investisiya ixracçısı və investisiya idxal edən dövlətin maraqlarını təmin etməyi nəzərdə tutur.

226. İnvestisiyaların müdafiəsi və yaxud da dəymiş zərərə görə ədalətli konpensasiya prinsipi beynəlxalq hüquqi ifadəyə malik olduğu kimi, dövlətdaxili hüquqla da təsbit edilib. Xüsusi mülkiyyətin qanunla qorunması Prinsipi, ilk növbədə konstitusiya əsasına malikdir. AR Konstitusiyasının 13-cü maddəsində qeyd olunur ki, AR-də mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Konstitusiyanın 29-cu maddəsində isə dövlət və ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan olan dəyərini ədalətli qaydada ödəmək şərti ilə yol verilir, əmlakın tam müsadirəsinə isə icazə verilmir. Elə həmin maddədə mülkiyyətin məhkəmə qaydasında müdafiəsi prinsipi əks olunub (m.29.IV). Bu konsititusion norma yalnız milli investorlar üçün deyil, həmçinin xarici sərmayəçilərə də şamil edilir. Belə ki, Konstitusiyanın 69.I maddəsi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün milli rejim prinsipi nəzərdə tutur (92). Milli rejim prinsipi Xrici investisiyaların müdafiəsi haqında 1992-ci il Qanunda və digər aktlarda da təsbit olunub.

Azərbaycan Respublikası Konstitusiyasında (1995) xarici investorlar üçün qanunvericilik təminatı ilə bağlı müəyyən sistem fəaliyyət göstərir. 29-cu maddədə qeyd edilir ki, heç ki mülkiyyətçinin iradəsinin əksinə olaraq onu mülkiyyətindən məhrum edə bilməz. Yalnız məhkəmənin qərarı mülkiyyət hüququnun məcburi kəsilməsi üçün əsas ola bilər.

Xarivi investisiyaların müdafiəsi ilə bağlı digər təminat milliləşdirmə və ya ekspropriasiya (188) baş verdikdən sonrakı prosesi əhatə edir. Beynəlxalq hüquq “təbii ehtiyatlar üzərində dövlət suverenliyi” (AR Konstitusiya,m.14) hüququndan doğan dövlətin xüsusi mülkiyyəti milliləşdirmək hüququnu tanıyır və qəbul edir, lakin beynəlxalq hüquqda formalaşmış “ədalətli konpensasiya verilmədən milliləşdirilməyə yol verməmək” prinsipi milli qanunvericilikdə də əks olunub (AR Konstitusiyası, m.29.IV) və həmin prinsipə müvafiq olaraq investora, o cümlədən xarici investora dəymiş zərərinin əvəzinin ödənilməsi mexanizmi təminat üçün hüquqi əsas yaradır.



227. Müvafiq prinsip AR-in neft kontraktlarında tərəflərin hüquq və vəzifələrinin, ilk növbədə, hökumət təminatlarının əsasını təşkil edir. Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Şevron şirkətilə ARDNŞ arasında 1997-ci ildə bağlanmış Sazişdə qeyd edilir ki, Podratçı tərəflərin heç bir hüquqların mənafeyə və əmlakı AR-in hər hansı hakimiyət orqanlarının hər hansı hərəkətləri nəticəsində ekspropriasiyaya, milliləşdirməyə və ya başqa şəkildə özgəninkiləşdirilməyəcəyinə təminat verilir. Lakin “Təminat” müddəalarına baxmayaraq, Podratçı tərəfin hər hansı hüquqları, mənafeləri və əmlakı ekspropriasiya edilərsə, milliləşdirilərsə və ya başqa şəkildə özgəninkiləşdirilərsə, hökumətin, əlverişli konyuktura şəraitində əqdlə maraqlı olan alıcının və satıcının mövcudluğu şəraitində nəqd pulun diskontlaşdırılmış axınları metodunu tətbiq edərək Podratçıya müəyyən edilmiş tam bazar dəyərilə, dollarla, tam həcmdə, dərhal kompensasiya verilməsini təmin edəcəyinə Podratçı tərəfin göstərilən hüquqlarının, mənafelərinin və əmlakının tam bazar dəyərini qiymətləndirmək üçün mötəbər beynəlxalq nüfuza malik investisiya bankını, arbitraj məhkəməsini təyin edəcəyinə və s. təminat verir (Əlavə 5, m.1(e)).

Xarici investisiyalarının müdafiəsi yalnız ekspropriasiya, milliləşdirmə ilə bağlı məhdudlaşmır. Həmçinin qanunvericiliyin dəyişilməzliyindən (Kontraktın 23.2-ci maddəsi), valyutanın xaricə çıxarılmasından (192), hasilata sərəncam hüququ (m.19) və s. təminatlar da kontraktlarda əks etdirilib.


7.8. İnvestisiya münasibətlərinin

Dünya Ticarət Təşkilatı çərçivəsində

beynəlxalq hüquqi tənzimlənməsi
228. Xarici investisiyaların universal qaydad tənzimlənməsi GATT-ın Uruqvay (1986

1994) raunduna təsadüf edir. Hərgah xarici kapital qoyuluşunun müxtəlif aspektlərinə, o cümlədən xarici investisiyaların maliyyə aspektlərinə Beynəlxalq Valyuta Fondunun təsis Sazişində (m.IV.b.3), ticarət aspektinə Tariflər və Ticarət üzrə Baş Sazişdə (GATT) münasibət ifadə edilib. Mübahisələrin həlli qaydaları, investisiya təhlükəsizliyi və qeyri-kommersiya risklərinin sığorta mexanizmiləri də müxtəlif vaxtlarda universal qaydada beynəlxalq hüquqi tənzimetmənin predmetinə daxil edilmişdir. Belə ki, 1965-ci ildə Dövlətlə digər dövlətin şəxsləri arasında investisiya mübahisələrinin həlli qaydaları haqqında Vaşinqton Konvensiyası İnvestisiya Mübahisələrinin həlli üzre Mərkəzi təsis etmişdirsə (455) , bir qədər sonra 1985-ci ildə İnvestisiya təminatları üzrə çoxtərəfli Agentliyin təsis edilməsi haqqında Suel Konvensiyasının qəbulu problemin həllində yeni bir mərhələnin başlanğıcını qoymuşdur (236). Bilavasitə investisiya fəaliyyəti, investisiyaların daxilolma mexanizmi və diger bu kimi məsələlər müxtəlif səbəblərdən universal beynəlxalq hüquqi tənzimetmənin obyektinə daxil edilməmişdir. Yalniz, Uruqvay raundu ilk dəfə bu məsələyə müəyyən bir münasibət bildirir. Belə ki, digər sazişlərlə yanaşı Xidmətlərlə ticarət üzrə Baş Saziş (GATS), Investisiya tədbirlərinin ticarət aspektləri üzrə Saziş (TRIMS) və Əqli mülkiyyətin ticarət aspektləri üzrə Saziş (TRIPS) qəbul edilir. Özünün məhdud xarakterinə baxmayaraq TRIMS bilavasitə xarici investisiya qoyuluşunu tənzim edən sənəd kimi qəbul edilməkdədir.



229. BMT-nin Havana Ticarət və məşğulluq üzrə konfıransında hazırlanan, lakin hüquqi qüvvəyə minməyən Beynəlxalq Ticarət Təşkilatının Nizamnaməsinin III fəslində qeyd edilir ki, iştirakçı dövlətlər istər dövlət, istərsə də xüsusi beynəlxalq investisiyaların iqdisadi inkişafın yüksəldilməsində əhəmiyyətini qəbul edərək beynəlxalq kapitalın fəaliyyətini iqdisadi baxımdan stimullaşdırmaq marağındadırlar. İştirakçı dövlətlər mövcud beynəlxalq sazişlərə riayət etməklə:

- xarici investisiyaların dövlətlərin daxili işinə qarışmaq vasitəsi olmaması üçün müvafiq tədbirlər görmək;

- investisiyaların mümkün şərtlərini və həcmini müəyyən etmək;

- mövcud və gələcək investisiyalara münasibətdə konkret hüquqi tələb və qaydaları müəyyən etmək və s. səlahiyyətində olduqlarını bəyan edirlər.



230. Beynəlxalq Ticarət Təşkilatının yaradılmasında məqsəd Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının ardınca beynəlxalq ticarət və investisiya münasibətlərinin davamlı tənzimlənməsini təmin etmək təşkil edirdi. Bu məqsəd Beynəlxalq Ticarət Təşkilatının Nizamnaməsində də təsbit edilmişdi. Bir qisim dövlətlərin maraqlarına cavab verməyən müvafiq layihə qəbul edilməsə də, problemin həllinə qismən də olsa, nail olmaq məqsədi ilə GATT qəbul edilir (117).

231. Xarici investisiyaların, o cümlədən, transmilli korporsiyaların fəaliyyətinin tənzimlənməsi, həmçinin onlara nəzarət, bir qayda olaraq dövlətdaxili qanunuvericiliklə təmin edilirdi. GATT-ın qəbul edilməsi yalnız ticarət münasibətlərinə deyil, beynəlxalq investisiya münasibətlərinin də hüquqi tənzimlənməsinə təsir etmiş olur. GATT-ın qəbul edilməsi problemin universal qaydada beynəlxalq hüquqi tənzimlənməsinin başlanğıcını qoyur. Məlum olduğu kimi, GATT iştirakçı dövlətlərə ticarət münasibətlərində yalnız tarif tənzimlənməsindən istifadə etməyə icazə verir. Şübhəsiz ki, investisitya münasibətlərinin kompleks tənzimlənməsi GATT çərçivəsində mümkün deyildi. GATT müddəaları müasir beybəlxalq ticarət münasibətlərində yalnız qarşılıqlı tarif məhdudlaşdırılmasına əsaslandığından, bilavasitə xarici investisiyaları tənzim edə bilməzdi. Bunu nəzərə alaraq, ancaq çoxtərəfli ticarət danışıqlarının Uruqvay raundunda bu məsələ yeni məzmunda gündəliyə gətirilir. TRIMS-in bir sıra məsələləri qeyri-müəyyən olaraq qalmaqdadır.

232. Qəbul edilmiş Sazişin ticarət aspektli “investisiya tədbirlərinin” anlayışı da qeyri-müəyyənlik yaradır. Professor A.Fatouros yazırdı ki, çətin təsəvvür etmək olur ki, investisiyaya aid hansısa tədbirlər hər hansı bir formada ticarətə aid olmasın. Onlar, bir qayda olaraq, dövlətin ərazisində həmin dövlətin milli maraqlarını gözləmək şərti ilə transmilli korporasiyaların fəaliyyətini stimullaşdırmalıdır. İnvestisiya münasibətlərini tənzim edən və Uruqvay raundunda qəbul edilmiş İnvestisiya tədbirlərinin ticarət aspektləri haqqında Saziş istər məzmun baxımından, istərsə də ad baxımından tənqid edilmiş və qeyd edilir ki, TRIMS beynəlxalq ticarətin azadlığı prinsipinə zidd olmaqla ticarətdə qeyri-tarif məhdudiyyətləri effektini yaradır.

233. TRIMS təbii ehtiyatlar üzərində “ayrılmaz” dövlət suverenliyi prinsipinə uyğun olaraq transmilli korporasiyaların ayrı-seçkilik siyasətinə qarşı əsasən inkişafda olan ölkələrin maraqlarına yönəldiyinə onun bəzi müddəaları xarici investor üçün müxtəlif məhdudlaşdırıcı tələblərə əsaslanır və müvafiq dövlətlərin milli təhlükəsizliyin təmin olunmasına yönəlib. Daha çox diqqət cəlb edən tələblərdən xarici investor istehsal etdiyi məhsulun və ya xidmətin müəyyən hissəsini yerli bazarda realizə etməli və yaxud da müvafiq dövlətdə müəyyən istehsal sahələrini inkişaf etdirmək öhdəliyidir. İxracla bağlı tələbə görə investor növbəti sadalanan şərtlər daxilində istehsal etdiyi məhsulu ixrac edə bilər:

a) istehsal olunmuş məhsulun müəyyən edilən minimal sayından; və ya

b) son məhsulun müəyyən mütləq sayından; və ya

c) xarici investorun idxal satın almalarını kompensasiya edən sayından; və ya

d) elə bir ölçüdə ki, xarici investorun bütün valyuta xərcləri bağlanmış olsun.

Xarici investorlar üçün qeyri-məqbul digər tələblər özünün xarakterinə həm də qeyri-ticarət xarakterli ola bilər:



  • investisiyanın qəbul edən dövlətin təsərüfat subyektlərinə yeni texnoloqiyadan

istifadə etmək imkanının verilməsi ilə bağlı tələbin nəzərdə tutulması;

  • müvafiq investisiya layihələrində bərabər iştirak prinsipinin təmin olunması

öhdəliyinə görə xarici investorla bərabər qəbul edən dövlətin təsərrüfat subyektlərinin qanunvericilik qaydasında minumum iştirakının həyata keçirilməsi;

  • nominal ölçüdə yerli işçi qüvvəsindən və idarəçilikdən istifadə, layihənin, bir

qayda olaraq, investisiya qəbul edən dövlətin iqtisadiyyatının zəif inkişaf etmiş sahələrində yerləşdirilməsi, yerli maliyyə resurslarının cəlb edilməsi üzrə tələblər və s. qeyd edilə bilər.

Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə