ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə15/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

181. İstər-istəməz belə bir sual yaranır ki, AR-in Dünya Ticarət Təşkilatında üzvlüyü onun iqtisadiyyatına hansı üstünlük vermiş olacaq? Bəlkə də kifayət qədər təbii (enerji) resusları olan ölkənin əsasən inkişaf etmiş sənaye ölkələrinin institusional mexanizmi kimi fəaliyyət göstərən və açıq rəqabəti təşviq edən təşkilata üzvlüyünə zərurət yoxdur. Şübhəsiz ki, hal-hazırda AR-in ixrac etdiyi əsas məhsullar üçün hər hansı bir Dünya Ticarət Təşkilatına üzvlük zərurəti duyulmur. Lakin milli təhlükəsizlik baxımından AR-in həmişəlik, əsasən təbii resuslar ixrac edəcəyinə ümid bəsləmək yolverilməzdir. Bunun üçün milli sənaye, kənd təsərrüfatının inkişafı sitimullaşdırılmalıdır. Müvafiq olaraq qanunvericilik təminatı həll edilməlidir.

Üzvlük ilə əlaqədar mürəkkəb siyasi-hüquqi faktorlar sırasında AR-in Dünya Ticarət Təşkilatında iştirakında şübhə doğurmayan və mübahisə edilməyən müəyyən üstünlükləri vardır. Daxil olduqdan sonra AR beynəlxalq-iqtisadi birliyin tam hüquqlu üzvü olacaq, AR-in siyasi-iqtisadi mövqeyi möhkəmlənəcəkdir. Xarici iqtisadi mübahisələrin iqtisadi-hüquqi sistemi, inzibati tənzimetmə beynəlxalq səviyyəyə qaldırılacaq. Dünya Ticarət Təşkilatı üzvünün beynəlxalq ticarətə, xüsusilə də, xarici investisiyanın və xüsusi mülkiyyətin qorunması sferasında beynəlxalq hüquq normalarını tam şəkildə tanınması və tətbiq edilməsi AR-in də qeyri-neft sektorunun zərurət duyduğu investisiya qoyuluşunu sirtimullaşdıracaq.

AR-in Dünya Ticarət Təşkilatında üzvlüyü onun veynəlxalq hüquq subyektliyinin möhkəmləndirilməsinə, beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə etməsinə yönəlməklə onun məhsullarının siyasi motivlərlə bu və ya digər dövlətdə standartlara uyğun olub-olmaması və bu yönümlü digər qeyri-tarif maneələrinin, ayrı-seçkiliyin istisna edilməsini təmin etməlidir. Üzvlük iqtisadi zəmində yaranan mübahisələrin həllinə dair Dünya Ticarət Təşkilatının qayda və mexanizmindən istifadə etməklə yanaşı, həm də Təşkilat çərçivəsində çoxtərəfli ticarət sisteminin təkminləşdirilməsi prosesində və aparılan müzakirələrdə iştirak etmək imkanı verəcək. Ölkədə tətbiq olunan standartlar, o cümlədən, istehlakçıların hüquqlarının qorunması üzrə normalar beynəlxalq tələblərə uyğunlaşdırılacaqdır. Əmtəə nişanlarının, müəllif hüquqlarının qorunması bütün ölkələr tərəfindən qəbul olunmuş qaydalar əsasında həyata keçiriləcəkdir.

182. Dünya Ticarət Təşkilatının şəffaflıq prinsipinə uyğun olaraq bütün növ qanunsuz inhisarçılığin, korrupsiyanın, çirkli pulların reallaşdırılması mexanizmlərinin, kölgə iqtisadiyyatının ləğv edilməsilə gələcəkdə cəmiyyətin tam demoktakitləşməsinə, eləcə də, istehlakçıların seçim hüququnun təmin edilməsinə gətirib çıxaracaq. Şübhəsiz ki, bu zaman milli bazarın, işçi qüvvəsinin qorunması istiqamətində tədbirlər həlledici əhəmiyyət kəsb etməlidir. Dünya Ticarət Təşkilatında yeni üzvlər üçün nəzərdə tutulan əksər öhdəliklər də kifayət qədər istisna və qeyd-şərtlərlə tətbiq edilir. Keçid iqtisadiyyatında olan bir qrup ölkələr üçün bu qeyd-şərtlər gömrük rüsumlarını qaldırmağa, bir sıra qeyri-tarif məhdudiyyətlərinin tətbiqinə imkan verməklə, eyni zamanda proteksionizm, kvotalaşdırma və lisenziyalaşdırmadan istifadəni qadağan etmir, iqtisadiyyatın ayrı-ayrı sahələrinin isə subsidiyalaşdırılmasına icazə verilir ki, nəticə etibarı ilə bu da milli bazarın müdafiəsi üçün mexanizmlər kimi istifadə edilə bilər.

Mübahisələrin tənzimlənməsi sistemindən istifadə etmək imkanı beyməlxalq ticarətdə iştirak edən bütün ölkələr üçün potensial üstünlüklərdən biridir. Qeyd olunanlarla yanaşı Dünya Ticarət Təşkilatında meydana çıxa biləcək problemlərin həlli istiqamətində Təşkilatın hüququnda mübahisələrin həlli, gömrük tarif və qeyri-tarif tənzimlənməsi, dempinq, subsidiya və d. bu yönümlü məsələlərin həlli üzrə peşakar kadr hazırlığı təmin edilməlidir.


ƏDƏBİYYAT SİYAHISI
1. Зенкин И.В. «Право всемирной торговой организации» М. «Между­народные отношения» 2003 г.

2. Куполов И.В. Многостороннее регулирование торговли и инвестиций в сфере услуг в рамках

ГАТТ . Московский журнал междуна­родного права. 1994. № 1 с. 85-100.

3. Предварительная классификация основных продуктов. Статические документы. Серия М.

№77. ООН. Нью-Йорк 1991.

4. Chiristy P.B. Negatioting Investment in the GATT: A Call for Function-alizm / Michigan Journal

of International Law Summer 1991. #12. p. 130-136 .

5. Fonthein R. Gadbaw J. Trade Related Performance Requirements Under the GATT MTN System and

Under U. S. Law // Law and Policy In­ternational Businness. vol . 14. 1982 P. 130-136.

6. Information and Media Relations Decision of GATT Focus: GATT Newsletter. 1989. #5-6, p. 18-23.



7. Kwaw E.M. Trade Related Investment Measures in the Uruguay Round Towards a GATT for

Investment (Norts Caroline Journal of International Law and Commercial Regulation),

#16,1990-191, p. 329-341



8. Leebron D.W. An Overview of the Uruguay Round Results / 34 Columbia Journal of

Transnational Law 1, 1996, p. 22-28

9. Protocol on Trade in Services. January 1. 1989. Closer Economic Relations Trade

Agreement / International legal Material # 22. P. 945-953.

10. The Results of the Uruguay Round of Multilateral trade negations: The legal Texts,

(Geneva (1994)" The GATT Uruguay Round. Vol. III December 1993, p. 156-157.




VII FƏSİL. BEYNƏLXALQ İNVESTİSİYA

HÜQUQU

7.1. Xarici investisiyaların beynəlxalq hüquqi tənzimlənməsinin inkişaf mərhələləri

7.2. Xarici investisiyaların milliləşdirilməsi və əldə olunmuş gəlirlərin sərbəst

köçürülməsi problemi

7.3. İnvestisiyanın anlayışı və konseptual fərqin beynəlxalq hüquqi əsası

7.4. Beynəlxalq investisiya hüququnun prinsip və mənbələri

7.5. İkitərəfli investisiya müqavilələri

7.6. Beynəlxalq investisiya münasibətlərinin regional beynəlxalq hüquqi

tənzimlənmsi

7.7. Enerji Xartiyasına Müqavilənin investisiya münasibətlərinin tənzimlənməsində

əhəmiyyəti

7.8. İnvestisiya münasibətlərinin Dünya Ticarət Təşkilatı çərçivəsində beynəlxalq

hüquqi tənzimlənməsi

7.9. İnvestisiya fəaliyyətinin qeyri-kommersiya risklərindən beynəlxalq hüquqi

təminat mexanizmi


7.1. Xarici investisiyaların beynəlxalq hüquqi tənzimlən-

məsinin inkişaf mərhələləri
183. Hər bir kapital müəyyən bir ərazidə öz inkişafının ən yüksək həddinə çatdıqda o, yeni, daha geniş dövriyyə və iqtisadi effektivlik vəd edən xarici ərazilərə meyl edir. Xarici ərazidə isə kapitalın və yaxud da investisiyanın bir sıra problemləri meydana gəlir. Xarici investisiya münasibətləri üçün xaraqterik xüsusiyyət kimi kapitalın transsərhəd hərəkəti prosesində onun ərazisindən kənara çıxması xarici yurisdiksiyada təminatlandırmanı tələb edirdi.

İnvestisiya münasibətlərinin tarixinin tətbiqi, onun inkişafının öyrənilməsi investisiyanın beynəlxalq hüquqi tənzimlənməsi baxımından üxsusi əhəmiyyətə malikdir. Xüsusən də, xarici investisiyaya daha çox zərurat duyan, inkişafda olan dövlətlər bu sahədə öz siyasətlərini qurarkən investisiya münasibətlərinin tarixi inkişafının ciddi araşdırılmasına xüsusi diqqət verirlər.



184. Xarici investisiya münasibətlərinin təzahürü XII əsr Avropa ölkələrinin (Florensiya, Genuya, Venesiya və s.) şəhər dövlətlərinə təsadüf edir. Bank kapitalının hərəkəti və ticarət münasibətlərinin inkişafı kifayət qədər riskli bir fəaliyyətolsa dagəlirli sahə idi. Xarici investisiya münasibətlərinin növbəti inkişaf mərhələsi dəniz ticarətinin, yeni maliyyə mühasibat sisteminin, yeni səhimdarlar cəmiyyətinin, portfel investisiya fəaliyyətinin çiçəklənməsi dövrünə (xüsusən də, XV-XVII əsrlərə) təsadüf edir. Müəssisələrin səhimdar cəmiyyətinə çevrilməsi də bu zaman baş verir. Metropoliyanın iri ticarət kompaniyaları tədricən mənsub olduğu dövlətin siyasi rejimini müstəmləkələrə “gətirməyə” başlayırlar. Qəbul edən asılı ölkələrin qanunverici orqanlarına təsir etməklə daha əlverişli, imtiyazlı investisiya rejimləri əldə edirlər. Müstəmləkələr xarici investorlər üçün kifayət qədər təminat verdikləri üçün bu zaman xarici investisiyaların müdafiəsini nəzərdə tutacaq müstəqil təminat sisteminə də zərurət yox idi. Əksinə, müstəmləkə asılılığında olmayan və müstəqil investisiya siyasəti yürüdən dövlətlərə kapital qoyuluşu zamanı investorun mənsub olduğu dövlət investoru qeyri-kommersiya riskləri ilə bağlı daha geniş investisiya fəaliyyətindən çəkindirirdi. Məhz problemin bu aspekti investisiya fəaliyyətinin beynəlxalq hüquqi tənzimlənməsi zərurəti ideyasını formalaşdırır.

185. İlk növbədə, dövlətlərarsı ikirətəfli beynəlxalq müqavilələrlə xarici investisiya fəaliyyətinin prinsipləri, normaları müəyyən edilirdisə, daha sonra investorla qəbul edən dövlət arasında “konsessiya” sazişləri institutu formalaşdırılır. Daha erkən beynəlxalq müqavilələrlə (məsələn, Çin-Böyük Britaniya (1842), Çin-Fransa (1844), Çin-ABŞ (1844) və s.) dağ-mədən, təbii resusların hasilatı sferasında konsessiya fəaliyyətinin prinsipləri müəyyən edilirdi. Xarici investisiyanın prinsipləri hələ 1815-ci il Vyana konqresi zamanı Avropa ölkələri və ABŞ tərəfindən hazırlanmağa başlanmışdır. Xarici təbəələrə və onların mülkiyyətinə münasibətdə beynəlxalq minimal standartların müəyyən edilməsi və qəbul edən dövlətlər tərəfindən həmin standartların formalaşdırdığı konsessiya kontraktlarının qeyd-şərtsiz gözlənilməsi tələb edilirdi. Bu zaman qəbul edən dövlətin məsuliyyəti konsepsiyası xarici investisiyalar üçün təminatlı rejimi nəzərdə tutur və tədricən “Sivilizasiyalığın beynəlxalq minimal standartı” prinsipi formalaşır (46, 47). Prinsipin formalaşmasını sürətləndirən həlledici amillərdən biri kimi xarici kapitalın milliləşdirilməsi olur. İlk belə tədbir 1838-ci ildə Siciliya kralı tərəfindən ingilis konsessiyalarının milliləşdirilməsi olmuşdur. Müvafiq prinsip üçün qəbul edən dövlətin qanunlarına hörmət, beynəlxalq hüquqa uyğun milliləşdirmə, qanunçuluq, yerli hüquqi müdafiə vasitələrinin tətbiqi və s. kimi standartlar fərqləndirilir. XIX əsrin sonlarından müvafiq konsepsiyaya əks olan, yeni bir konsepsiya meydana gəlir. Argentinalı hüquqşünas Kalvonun (1822-1906) adı ilə bağlı meydana gələn doktirinaya görə qəbul edən dövlət xarici şəxslərə özünün vətəndaşlarının malik olduğu rejimdən artıq hüquqlar verməyə borclu deyil. Qeyd olunur ki, qəbul edən dövlətin kommersiya dövriyyəsində iştirak edən qeyri-rezidentlər rezidentlərin malik olduğu analoji hüquları almaq hüququna malikdirlər, amma bundan artıq hüquqi müdafiə tələb etmək hüququna malik deyillər. Kalvo doktirinası beynəlxalq minimal standartların əvəzinə milli standartın anlayışını qəbul edir və investisiya fəaliyyətindən yaranan mübahisələrin də dövlətdaxili qanunvericilik əsasında milli məhkəmələr tərəfindən həll edilməli olduğunu, eyni zamanda vətəndaş müharibələri və hərbi çaxnaşmalarla əlaqədar xarici əmlaka dəyən zərərə görə dövlətin məhsuliyyət daşımasını bəyan edilirdi.

186. Beynəlxalq minimal standart formulası XX əsrin 30-cu illərinin sonunda Meksika hökuməti tərəfindən amerika kompaniyalarının da daxil olduğu konsessiyaları milliləşdirilməkdən sonra yeni məzmun kəsb edir. ABŞ dövlət katibi Kordell Hall Meksika hökumətindən “çevik, tam və ədalətli” kompensasiyanın verilməsini tələb edir. Sonradan müvafiq qayda “Hall formulası” kimi beynəlxalq investisiya hüququnda prinsipin formasında ifadə edilir. Əgər kalvo doktirinası inkişafda olan dövlətlərin maraqlarının təminatına yönəlidrisə, Hall formulası isə inkişaf etmiş dövlətlərin xaricdəki kapital maraqlarının qorunmasını nəzərdə tuturdu.

Xarici investisiya münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsi istiqamətində növbəti mərhələ XX əsrin 30-cu illərində Millətlər Liqasına təsadüf edir. İstər Millətlər Liqası, istərsə də 1930-cu ildə beynəlxalq xüsusi hüququn məcəllələşdirilməsi üzrə Haaqa konfranslarında da xaricilərin əmlakına vurulan zərərə görə dövlətlərin məhsuliyyəti haqqında məsələyə baxılsa da, həmin konfranslarda da nəticə lədə edilməmişdi. Bu istiqamətdə konsepsiyaların hazırlanması ayrı-ayrı inkişaf etmiş dövlətlər üçün də xaraqterik olmuşdur. Xüsusən də, 1030-cu ildə Harvard univerisetində (ABŞ) hazırlanan xaricilərin əmlakına vurulan zərərə görə dövlətlərin məhsuliyyəti haqqında konvensiya layihəsini qeyd etmək olar. ABŞ-ın bu sahədəki fəaliyyəti II Dünya müharibəsindən sonrakı dövrdə daha da genişlənir və Avropanın bərpası istiqamətində “Marşal planının” tərkib hissəsi kimi siyasi risklərin sığortalanması ideyası irəli sürülür.



187. Siyasi risklərin beynəlxalq müqavilə əsaslı təminat sisteminin yaradılmasına kimi dövlətlərin fərqli mövqeyini əsas götürən BMT Beynəlxalq Məhkəməsi 1970-ci ildə özünün “Barcelona Traction Light and Power Company Limited Belgium Spaik” işində bir tərəfdən, diplomatik müdafiənin həyata keçirilməsi zərurətini ifadə etməklə xaricilərin əmlak hüquqlarının müdafiəsini əsaslandırırsa, digər tərəfdən, qəbul edən, inkişafda olan dövlətin suverenliyini təsdiqləmişdir.
7.2. Xarici investisiyaların milliləşdirilməsi

və əldə olunmuş gəlirlərin sərbəst köçürülməsi problemi
188. Dövlətin xarici investisiyanı milliləşdirmək hüququ beynəlxalq hüququn ən mübahisəli məsələlərindən bir olaraq qalmaqdadır. Milliləşdirmə müxtəlif ad və formada qəbul edilməkdədir. Beynəlxalq hüquq ədəbiyyatında milliləşdirməni bəzən ekspropriasiya ilə eyniləşdirirlər. İnvestisiya təminatları üzrə çoxtərəfli agentliyin təsis edilməsi haqqında 1985-ci il Seul konvensiyasında qeyd olunur ki, səğorta ediləni qəbul edən dövlətdə xüsusi mülkiyyət hüququndan və investisiya fəaliyyətinin nəticəsi olan gəlirlərdən məhrum edəcək hər hansı bir qanunvericilik hərəkəti və ya hərəkətsizliyi ekspropriasiya kimi qiymətləndirilir. UNCTAD-ın sənədlərində milliləşdirmənin formaları kimi

- birbaşa milliləşdirmə;

- sənayenin müəyyən sahələrinin milliləşdirilməsi;

- xüsusi məqsədlər üçün yığımlar;

- sürünən (gizli) milliləşdirmə fərqləndirilir.

Hüquqi baxımından birbaşa milliləşdirmə məcburiyyət qarşısında ictimai təlabatdan irəli gələrək xarici investorun mülkiyyətinin bütünlüklə müsadirəsini nəzərdə tutur və dövlətin öz iqtisadiyyatı üzərində nəzarəti tam ələ alınması zamanı baş verir. Konkret sahələrin birbaşa milliləşdirməsi iqtisadiyyatının müəyyən sahələrində dövlət inhisarının bəyan edildiyi zaman baş verir. Xüsusi məqsədlər üçün yığımlar isə, sənayenin müəyyən sahəsində tam inhisar fəaliyyəti həyata keçirən hüquqi şəxsə qarşı tətbiq olunan tədbirlər başa düşülür.

Bəzən sinonim kimi istifadə edilən milliləşdirmənin ekpropriasiyadan fərqi ondan ibarətdir ki, milliləşdirmə sənayenin konkret sahələrində aparılan və kütləvi milliləşdirmə zamanı isə kompensasiyanın ödənilməsi nəzərdə tutulmur.

189. Beynəlxalq hüquq ədəbiyyatında xarici mülkiyyət hüququnun məhdudlaşdırılması formaları üzrə konkret mövqe olmasa da, onları növbəti qaydada fərqləndirmək olar:

- milliləşdirmə xarici hüquqi və ya fiziki şəxsə məxsus olan əmlakın ictimai mənafe naminə götürülməsidir. Milliləşdirmə haqqında qərarı xüsusi dövlət orqanı qəbul edir. Ilk milliləşdirmə faktı qeyd etdiyimiz kimi 1938-ci ildə Siciliya kralının kükürd istehsalı sahəsində dövlət inhisarının yaradılmasına təsadüf edir. Daha sonra Çində (1911), Sovet Rusiyasında (1918), Meksikada (1938) və digər ölkələrdə tətbiq edilib.

- rekvizisiya məcburiyyət qarşısında əvəzi ödənilməklə xarici mülkiyyətin müvəqqəti müsadirəsidir. Müsadirə səbəbi kimi fors-major halları çıxış edir.

- konfiskasiya cinayət bə ya hüquqpozma hallarında sanksiya kimi tətbiq olunan müsadirə formasıdır. O əsasən yerli və ya beynəlxalq arbitrajlar tərəfindən tətbiq olunur. İnzibati və ya mülki hüquqi məhsuliyyət kimi də çıxış edə bilər.

- ekspropriasiya ictimai, sosial, iqtisadi, mədəni və digər zərurətdən irəli gələrək əvəzi tam, ədalətli və çevik qaydada ödənilməklə zarici mülkiyyətin müsadirəsini nəzərdə tutur. İlk ekspropriasiya hadisəsi 1928-ci ildə Polşa hökuməti tərəfindən Çorzof sahəsindəki alman fabrikinin müsadirəsi olmuşdur. Ekspropriasiya qanuni və ya qeyri-qanuni ola bilər. Qeyri-qanuni ekspropriasiya zamanı götürülən əmlakın əvəzində tam, ədalətli və adekvat kompensasiya verilmir.

190. Xarici əmlakın hüququnun məhdudlaşdırılması üzrə fəaliyyətin fərqləndirilməsi dövlətdaxili qanunvericilik üçün də xarakterikdir. Xarici investisiyaların müdafiəsi haqqında Azərbaycan Respublikasının 1992-ci il Qanununda da milliləşdirmə təsbit edilib. Qanunun XI maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında xarici investisiya Azərbaycan Respublikasının xalqına və dövlət mənafelərinə zərər vuran müstəsna hallar istisna olmaqla milliləşdirilmir. Milliləşdirmə haqqında qərarı Azərbaycan Respublikasının Milli Məclisi qəbul edir. Təbii fəlakət, qəza, epidemiya, epizootiya və fövqəladə xaraqter daşıyan bütün başqa hallar istisna olmaqla xarici investisiya rekvizisiya edilmir. Rekvizisiya haqqında qərarı Nazirlər Kabineti qəbul edir. Milliləşdirmə və rekvizisiya tədbirləri tətbiq edildikdə milliləşdirilmiş və ya rekvizisiya olunmuş əmlakın bu tədbirlər görüldüyü vaxtakı real dəyərinə uyğun tam, ədalətli, adekvat və gecikdirilmədən xarici valyuta ilə kompensasiyası ödənilir.

191. Beynəlxalq iqtisadi hüquqda milliləşdirmənin sürünən və gizli formaları fərqləndirilir. Milliləşdirmənin gizli formaları dedikdə dolayı yola xarici investoru mülkiyyət hüququndan məhrum etmək başa düşülür. Vergilərin artırılması, qanunvericilik qaydalarının ağırlaşdırılması, idxal-ixrac məhdudiyyətlərinin qoyulması, inzibati əsaslarla qiymət siyasətinin tənzimlənməsi, bank hesablarına həbs qoyulmasi, əmək haqqının həddən artıq qaldırılması tələbi, kompaniyanın idarə heyətinin yerli menecerlərlə əvəz olunması və s. kimi tədbirlər milliləşdirmənin sürünən formasının elementləri kimi qiymətləndirilir.

192. Xarici investisiyanın qorunmasında gəlirin və sərmayənin sərbəst formada repatriasiyası xarici investor üçün prinsipial məsələlərdən biridir. Buna görə kapital ixrac edən dövlətlər investisiya fəaliyyətinin nəticəsi olan gəlirlərin sərbəst formada köçürülməsinə ciddi zəmanət tələb edirlər. Sərmayələrin təşviqi və qarşılıqlı forması haqqında müqavilələrdə bu məsələni tənzim edən xüsusi müddəalar təsbit edilir.

Azərbaycan Respublikasının Macarıstan respublikası ilə 2006-cı il Sərmayələrin təşviqi və qorunması haqqında Müqaviləsinin 6-cı maddəsində qeyd edilir:

1) Razılığa gələn Tərəflər sərmayələrə və gəlirlərə dair ödəmələrin sərbəst köçürülməsinə icazə verəcəklər. Köçürmələrin sərbəst dönərli valyutada və heç bir məhdudiyyət və ləngitmə olmadan sərmayə qoymuş tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək. Belə köçürmələr xüsusi halda, lakin istisna olmamaqla aşağıdakıları nəzərdə tutacaqdır:

a) sərmayələri saxlamaq və artırmaq üçün kapital və əlavə məbləğlər;

b) sərmayədən əldə edilən pul vəsaitləri və xüsusi hada, lakin istisna olmaqla mənfəət, faiz, kapital artımı, dividentlər, royaltilər və qonorarları daxil edən gəlirlər;

c) kreditlərin qaytarılması üşün vəsaitlər;

d) tam və ya qismən satışdan və ya sərmayələrin ləğv edilməsindən gələn gəlirlər;

e) sərmayələri qoyulmuş tərəfin qanunvericiliyinə müvafiq olaraq sərmayələrlə bağlı xaricdə çalışan fiziki şəxslərin əmək və digər oxşar hüquqlarının gözlənilməsi;

f) zərərə və ekspropriasiyaya görə kompensasiyalar və s.

2) Köçürmələr hər Tərəfin qanunvericiliyinə müvafiq olaraq, sərmayəçinin bütün əlaqədar maliyyə öhdəliklərinin icrasından sonra həyata keçiriləcəkdir.

3) Sazişin məqsədləri üçün digər razılaçmanın olmadığı təqdirdə valyuta kursu köçürməni həyata keçirən maliyyə institutu tərəfindən (sərmayəni qəbul edən dövlətin qanunvericiliyinə müvafiq olaraq) ümumilikdə istifadə edilən və dərc edilən kurs kimi müəyyən edilir.

193. İnvestisiya sahəsində bağlanan müqavilələrdə pul köçürmələrini nizama salan müxtəlif mexanizmlərdən istifadə edilir:

- investisiya fəaliyyətin nəticəsində əldə olunmuş gəlirlərin beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada maneəsiz, gecikdirilmədən və dönərli valyutada köçürülməsini təmin edən müqavilələr;

- pul köçürmələrinin milli qanunvericiliklə nizama salanmasını nəzərdə tutan müqavilələr;

- bu münasibətlərin nizama salınmasında istinad ediləcək hüququ göstərməyən müqavilələr;

Beynəlxalq müqavilələrdə fərqli nizamasalma metodunun tətbiqi dövlətin maddi, maliyyə vəsaitinə nəzarəti əldə saxlamaq istəyi ilə bağlıdır.
7.3. İnvestisiyanın anlayışı

və konseptual fərqin bynəlxalq hüquqi əsası
194. Xarici investisiya, kapital qoyuluşu kateqoriyalarının aşıqlanması, ilk növbədə, investisiya termininin mahiyyət və məzmununu nədən ibarət olduğunun araşdırılması zərurətini yaradır. İnvestisiya – “invstment” – ingilis dilində kapital qoyuluşu mənasını ifadə edir.

Beynəlxalq hüquq ədəbiyyatında xarici investisiya fəaliyyəti C.Şvarsenberqer, E. Nouququ, V. Belikjan və d. müəlliflər tərəfindən “investisiya”, “kapital qoyuluşu”, “birbaşa investisiya”, “portfel investisiya” və d. terminlərin məzmun və mahiyyəti istiqamətində geniş təhlil edilmişdir. C.Şvamberqer xarici investisiyalara orta və uzun müddətli kredit və borclar, idxal üçün nəzərdə tutulan avadanlıq və xidmət, həmçinin istənilən əmlak, o cümlədən xaricdə şəxsin birbaşa və dolayısı ilə malik olduğu istənilən hüquq və maraqlarını aid edilir. C. Şvarsenberq investisiya üçün ümumi xaraqterik xüsusiyyət kimi onun əmlak kateqoriyasına aid olmasını və əmlak ilə sinonim təşkil etməsini qeyd edir.



195. Xarici investisiyanın əmlak kateqoriyası kimi ifadə edilməsi investorun əmlak hüquqlarının mütləq hüquqi müdafiəsi konsepsiyasını şərtləndirir. Bu halda xarici investisiyaların hər hansı bir ekspropriasiayaya məruz qalması və yaxud da belə tədbir olarsa, “Hall formulasına” uyğun olaraq kompensasiya ilə müşayət olunması nəzərdə tutulur (186). Əmlak hüquqlarının məhdudlaşdırılması beynəlxalq hüquqi əsasa malik olmalıdır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Avropa konvensiyasının 1 saylı 1952-ci il Protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs özünün mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulan şərtlər istisna olmaqla özünün əmlakından məhrum edilə bilməz.

196. Əmlak hüquqları beynəlxalq hüquqla və qanunla yalnız “ictimai maraq” naminə məhdudlaşdırıla bilər. Qeyd edilən qayda milliləşdirmənin əsas şərti olmaqla investisiyanı əşya-hüquq məzmunundan, fundamental insan hüquqları məzmununa transformasiya edir.

197. Beynəlxalq hüquq ədəbiyyatında xarici investisiyaların əmlak kateqoriyalarına daxil edilməsilə yanaşı onların formaları da fərqləndirilir. Beynəlxalq təcrübəni tədqiq edərək E. Nouququ qeyd edir ki, xarici investisiya qoyuluşu əsasın birbaşa investisiya formasında həyata keçirilir. Birbaşa və portfel investisiyalar müəssisələr üzərində həyata keçirilən nəzarət mexanizmi ilə fərqləndirilir. Protfel investisiyalardan fərqli olaraq birbaşa investisiyalar xarici kompaniyaların filiallarına ümumi və hərtərəfli kommersiya nəzarətini nəzərdə tutur.

198. A. Q. Boqatıryev investisiyaların əmlak xaraqterinin prinsipial əhəmiyyətini vurğulayaraq qeyd edir ki, xarici investisiya bir dövlətin ərazisindən çıxarılaraq digər dövlətin ərazisində müəssisələrə (işə) qoyulan müxtəlif forma və növlərdə olan mülkiyyətdir.

199. Xarici investisiyalar üçün nəzərdə tutulan imtiyazlı rejim, qanunvericiliyin dəyişilməzliyindən təminat uzunmüddətli inkişafı təşviq etməlidir. Xarici investorlar üçün kommersiya marağı uzunmüddətli inkişaf layihələrinin realizəsinə yönəlməklə sosial fayda məzmununa malik olmalıdır.

Müasir beynəlxalq təcrübədə xarici investisiyaların anlayışı geniş məzmunda (217, 221) müəyyən edilməklə, onların kommersiya, sahibkarıq xaraqteri ifadə edilir. Eyni zamanda xaricdən gələn əmlak dəyərlərinin hamısı xarici investisiya kimi qəbul edilmir. Xüsusən də, qısamüddətli kommersiay kreditləri, məqsədli olmayan dövlət borcları, sponsor daxilolmaları və d. oxşar xarici mənşəli vasitələr xarici investisiya kimi qəbul edilmir və müvafiq olaraq həmin resuslar xarici investisiya fəaliyyətini tənzim edən qanunvericiliyin güzəşt və imtiyazlarına malik ola bilməz.



Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə