ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə23/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

321. BMT çərçivəsində enerji məsələsi ilə məşğul olan digər struktur Ticarət və İnkişaf üzrə BMT Konfransıdır (UNCTAD). UNCTAD ayrı-ayrı təbii resursların istifadəsi üzrə model hüquqi tənzimetmə qaydalarını hazırlamaqla yanaşı inkişafda olan ölkələrin iqtisadi mövqeyini möhkəmləndirmək üçün tədbirlər də həyata keçirir. Transmilli korporasiyaların davranış qaydaları, kontrakt modelləri, eləcə də enerji resurslarının ticarətinə Dünya Ticarət Təşkilatının «hüquq» qaydasının tətbiqi, enerji ekspertizası və d. məsələlərin həlli UNCTAD-ın fəaliyyət istiqamətlərindəndir. 1986-cı ildə UNCTAD çərçivəsində yaradılan Dəniz Dibinin İstifadəsi üzrə Beynəlxalq İdarə sahil sularında, həmçinin dəniz dibində faydalı qazıntıların hasilatı sferasında siyasətin formalaşdırılması və hüquqi rejimin müəyyən edilməsi istiqamətində fəaliyyət göstərir. UNCTAD-ın qlobal enerji tənzimlənməsi üzrə fəaliyyəti, o cümlədən enerji resurslarına malik olan ölkələrin Dünya Ticarət Təşkilatına üzvlüklə əlaqəli texniki dəstəyi də mühüm əhəmiyyət kəsb edir.

322. Enerji resursların idarə edilməsinin beynəlxalq hüquqi tənzimlənməsində iştirak edən digər BMT qurumu Beynəlxalq Dəniz Təşkilatıdır (IMO). IMO-nun gəmiçilik qaydaları, neft tankerlərindən ətraf mühitə mənfi təsiri azaltmaq tədbirləri 1989-cu ildə hazırladığı prinsiplərlə neftin və qazın nəqlində imtiyazların ləğvi ilə bağlı dərgiləri və b. standartları qeyd edilməlidir. IMO-nun prinsip və standartları məcburi hüquqi qüvvə kəsb etməsə də, həmin qaydalar bu və ya digər beynəlxalq sazişdə, protokolda, həmçinin dövlətdaxili hüquqi tənzimetmədə istifadə edildikcə onlar məcburi qüvvə kəsb edir.

323. BMT sisteminin digər qurumu kimi Ərzaq və Kənd
təsərrüfatı Təşkilatının (FAO) məqsədlərindən biri də yeni və
bərpa olunan enerji mənbələrinin mənimsənilməsini təşviq etməkdir. Dünya ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd yerlərində BMT-nin maliyyə qurumları ilə birlikdə yeni və bərpa olunan enerji mənbələrinin inkişafı, infrastrukturun yenidən qurulması, daha ucuz enerji mənbələrinə nail olmaq prioritet istiqamətlərdən biri kimi müəyyən edilir.

324. Enerji layihələrinin reallaşdırılması üçün BMT sistemində fəaliyyət göstərən təşkilatlardan Dünya Bankı əhəmiyyətli rol oynayır. Dünya Bankı özü də müxtəlif təyinatlı dörd maliyyə institutunu (275) birləşdirir. Bank özünün strukturunun formalaşdırılması və peşəkarlığı baxımından BMT-nin bütün digər
strukturundan daha səmərəli fəaliyyət göstərir. Dünya Bankının
energetika resurslarının sferasında kreditləri əsasən elektrik xətlərinin çəkilişinə, yeni mənbələrin müəyyən edilməsinə, qabaqcıl texnologiyanın tətbiqinə yönəlib. Kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə kənd yerlərində energetika qurğularının yaradılması üzrə 10 ildən az olmayan müddətə verilən kreditlər qeyd edilməlidir. Bank enerji resurslarından ilkin olaraq daş kömür layihələrini, bu sahədə infrastrukturun yaradılmasını maliyyələşdirmişdir. 1980-ci illərdən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə neft hasil edən inkişaf etmiş ölkələrə texniki yardımlar
qeyd edilə bilər. Dünya Bankının neft sənayesi üzrə qəbul etdiyi
aktları investisiya və ətraf mühit problemlərinin qarşılıqlı əlaqələndirilməsinə yönəlib. Müasir dövrdə Bankın energetika sferasında maliyyə-texniki fəaliyyəti əsasən enerji resurslarının yeni, boru kəmərlərilə tranzitinə, tikintisinə yönəlir. Bank neft-qaz qa-
nunvericiliyinin hazırlanmasında əhəmiyyətli rol oynamaqdadır.
Həmçinin onun fəaliyyəti şəhər elektrik şəbəkələrinin, dövlət neft-
qaz kompaniyalarının özəlləşdirilməsi layihələri üzrə tövsiyələrin
hazırlanması və dünya energetika bazarında rəqabət qaydalarının
bərqərar edilməsinə yönəlib. Ayrı-ayrı ölkələrdə yaranan «Energetika və sənaye nazirliyi» mərkəzi idarəçilik strukturu da 1980-ci ildə bankda yaradılmış və energetika layihələrinin ekspertizasını həyata keçirmiş eyni adlı strukturun analoqu kimi meydana gəlib. Hazırda enerji ekspertizası müxtəlif strukturlar tərəfindən həyata keçirilməkdədir. Bankın üzv-dövlətlərə layihələrlə əlaqədar təsiri əsasən tövsiyə xarakterli aktlarla təmin edilir. Bu zaman ssuda verilməsi ilə əlaqədar müqavilənin formal xarakterinin hökumətin energetika siyasətinə təsiri əhəmiyyət kəsb edir.

Dünya Bankının energetika sektoruna maliyyə ayırmaları onun investisiya institutları vasitəsilə təmin edilir. Əmək hüquqlarına qanunvericilik qaydasında kifayət qədər pozitiv münasibət ifadə etməyən zəif iradəli dövlətlərdə xarici investisiyaların müdafiəsi üçün beynəlxalq hüquqi mexanizmlərin, sığorta sisteminin yaradılması nəticəsində beynəlxalq hüquqi təminat formalaşdırıhb (236).

Transmilli korporasiyaların davranış qaydaları, xarici investisiyaların idarəçiliyi üzrə rəhbər prinsiplər (1992) və d. qaydalar qəbul edən dövlətin idarəçilik strukturlarını təkmilləşdirməyə, investorla münasibətlərin şəffaşlığına yönəlib. Buna baxmayaraq Bankın energetika sferasında fəaliyyəti qeyri-müəyyən olaraq qalmaqdadır. Qeyri-hökumət təşkilatları tərəfindən ənənəvi enerji resurslarının, daş kömür, neft məhsullarının davamlı istifadəsi üzrə layihələr, ətraf mühitin mühafizəsi sahəsində qeyri-qənaətbəxş idarəçilik ciddi tənqid edilməkdədir. Bank neft-qaz, daş kömür resurslarının maliyyə yardımlarını dayandırmaq qərarına gəlsə də sosial-ekoloji problemlərin, insan sağlamlığının qorunması kimi məsələlərin həllinə də biganə qalmaqda davam edir.

325. Energetika sferasında Bank ilə yanaşı Beynəlxalq Valyuta Fondu müəyyən təsirə malikdir. Xüsusən də, onun 1970-ci illərdə baş verən enerji böhranından sonrakı fəaliyyəti inkişaf etmiş ölkələrin neft pullarını tam dövriyyəyə cəlb etməyə yönəlmi-şdir. IMF-nin enerji bazarında rolu üzv-ölkələrin istehsalçıları; istehlakçılar arasında neft qiymətlərinin dinamikasının öyrənilməsi, neft gəlirlərinin stabil sxeminin tədqiqi, milli enerji siyasətinin şəffaflığının təmin edilməsi, dövlət kompaniyalarına məsləhət vermək və onların fəaliyyətinə nəzarət etməkdən ibarət olmuşdur. IMF-nin energetika sferasında fəaliyyəti, həm də enerji resurslarının ticarət qaydaları, vergi daxilolmaları, subsidiyaların verilməməsi kimi məsələlərə də yönəlir. Fond neft və qazın vergi tu­tumundan daxil olan gəlirlərin dövlət büdcəsinə keçirilməsi barədə məsləhətlər verir. Ağır maliyyə vəziyyətində olan dövlətlərə uzun müddətli kreditlərin verilməsi zamanı Fondun əsas tələbi öncə qeyd etdiyimiz məsələlərin gözlənilməsi ilə bağlı olur.

Dünya Bankı və d. institutlar kimi IMF-nin də iqtisadi avtoritetinə mənfi təsir edən hal onun verdiyi məsləhətlərə görə məsuliyyət daşımaması ilə bağlıdır.



326. BMT sistemində energetika sferası ilə məşğul olan qurumlardan biri də 1986-cı ildən ixtisaslaşdırılmış müəssisə kimi fəaliyyət göstərən BMT-nin Sənaye inkişafı üzrə Təşkilatıdır (UNIDO). UNIDO keçid iqtisadiyyatlı və inkişafda olan ölkələrə sənayenin yenidən qurulması, az tullantılı texnologiyanın tətbiqi istiqamətində kömək edir. Təbii ehtiyatların, o cümlədən, enerji resurslarının rasional istifadəsi istiqamətində tədbirlər və əsasən, ətraf mühitin mühafizəsi aspekti belə deməyə imkan verir ki, UNIDO bərpa olunan enerji mənbələrinin istifadəsini təşviq edir. Bu mənada BMT-nin İqtisadi və Sosial Şurasının funksiyası xüsusi maraq doğurur. BMT-nin əsas orqanlarından biri olmaqla tərkibindəki çoxsaylı komitə və komissiyalarla dünyanın iqtisadi inkişafı ilə bağlı tədbirləri işləyib hazırlayır.

327. ECOSOC-un tərkibində yeni və bərpa olunan enerji mənbələrinin mənimsənilməsi və istifadəsi Komitəsinin (1982) sələfi kimi 1992-ci ildə təsis edilən İnkişaf məqsədilə enerjidən istifadə, yeni və bərpa olunan enerji mənbələri üzrə Komitə (Committee on New and Renewable Sources of Energy and Energy For Development) fəaliyyət göstərir. Yeni və bərpa olunan enerji mənbələrinin mənimsənilməsi və istifadəsi üzrə Komitənin yaradılması bu sahədə BMT (Nayrobi) konfransının (1981) keçirilməsinə təsadüf edir. Yeni enerji mənbələrinə BMT çərçivəsində maraq daha erkən vaxtlara təsadüf edir. Belə ki, BMT çərçivəsində yeni enerji mənbələri üzrə konfrans hələ 1961-ci ildə Romada keçirilmişdir. 20 ildən sonra bu məsələyə yenidən qayıdış enerji böhranı ilə bağlı olmuşdur. 1977-ci ildə ECOSOC özünün (2119) Qətnaməsilə Baş Məclisdən müvafiq konfransın çağırılmasını xahiş edir. Baş Məclis bilavasitə energetika ilə bağlı «BMT III onillikdə Beynəlxalq inkişaf strategiyası» adlı (1980-ci il (35/56)) Qətnamə qəbul edir. BMT-nin 1981-ci ildə keçirilən konfransında (Nayrobi) yeni və bərpa olunan enerji mənbələrinin mənimsənilməsi və istifadəsi üzrə Nayrobi fəaliyyət Proqramı qəbul edilir.

328. Nayrobi konfransında qəbul edilmiş qərarlar dünya enerji bazarında bir sıra kompleks tədbirlərin görülməsini tələb edir. Dünya enerji bazarının tənzimlənməsi Yeni Beynəixalq İqtisadi Qaydaya uyğun sosial inkişaf proqramlarını təsbit edərək, tədricən bərpa olunan yeni resurslara keçidi təmin etməlidir. Belə bir zərurət enerji resurslarına artan tələbatla və həmin resursların bütün xalqlara, millətlərə eyni səviyyədə mənsub olmaması ilə bağlıdır. Yalnız qlobal enerji əməkdaşlığı qlobal təhlükəsizliyin təminat vasitəsi ola bilər. Bunun üçün beynəlxalq enerji münasibətlərinin bütün iştirakçılarından ibarət beynəlxalq qurumun yaradılması vacibdir. Bu qurum öz növbəsində dəyişən, islahatı keçirilməsi vacib olan BMT sistemi ilə sıx əlaqədə fəaliyyət göstərməlidir.

329. Növbəti energetika təşkilatı mənzil-qərargahı Brüsseldə yerləşən Enerji Xartiyası üzrə Konfransdır (EXM. m.34). Konfransın funksiyasına Xartiyanın və EXM-in prinsiplərindən yaranan öhdəliklərin yerinə yetirilməsinə, keçid iqtisadiyyatında olan ölkələrin enerji sektorunun, bazar iqtisadiyyatı yönümlü islahatına və müasirləşməsinə kömək etmək təşkil edir. Üzərinə düşən vəzifələri yerinə yetirmək məqsədi ilə Xartiya üzrə Konfrans Baş katibin rəhbərlik etdiyi Katibliyi təsis edir. Baş katib beş ildən artıq olmayan müddətə Konfrans tərəfindən təyin edilir. Katiblik özünün fəaliyyəti barədə konfrans qarşısında hesabatlıdır. Hər beş ildən bir Konfrans Katibliyin funksiyalarma yenidən baxa bilməklə onu buraxmaq hüququna malikdir (m.35).

330. Beynəlxalq enerji münasibətlərinin institusional tənzimlənməsini yalnız ənənəvi beynəlxalq hüquq subyektləri olan beynəlxalq müqavilə əsaslı təşkilatlaıia məhdudlaşdırmaq diizgün olmazdı. Belə ki, müvafıq sferada dövlətlərlə, hökumətiərarası təşkilatlaıia yanaşı qeyri-hökumət təşkilatları, transmilli şirkətlər. beynəlxalq assosiasiyalar, birliklər, institutlar və s. də çıxış ediriər.

Konvension baxımdan yalnız dövlətlər hüquqyaratma prosesinin subyekti oiduğu üçün qeyri-hökumət təşkilatları norma yaradıcılıq prosesinə beynəlxalq təşkiiatların işçi komitələrində (misal üçün, Beynəlxalq Əmək Təşkilatı nəzdində işçilərin və işə götürənlərin Assosasiyasında, BMT-nin ixtisaslaşdırılmış qurumlarma müşahidəçi statusunda) iştirakla daxil olurlar. Hasilat və istehsalla məşğul olan neft və qaz kompaniyalarının dünya Assosasiyası özündə xüsusi, dövlət müəssisələrini, milli assosiasiyaları, institutları birləşdirməklə onları beynəlxalq təşkilatlardan - BMT-də, Beynəlxalq Dəniz Təşkilatında, Beynəlxalq Əmək Təşkilatında, Helsinki komissiyasında və s. qurumlarda müşahidəçi qismində təmsil edir.



331. Qeyri-hökumət təşkilatlarından biznes dairələrinin avtoritetli klubu kimi tanınan və 1920-ci ildə əsası qoyulmuş, mənzil qərargahı Parisdə yerləşən Beynəlxalq Ticarət Palatasını qeyd etmək olar. Palata beynəlxalq ticarət dövriyyəsinin hüquqı tənzimlənməsində lex mercatoriumun formalaşdınlmasmda, eynilə beynəlxalq ticarət terminlərinin təfsir qaydaları (INCOTERMS) haqqında külliyyatın, kommersiya dövriyyəsinin prinsipləiinin hazuianmasmda həlledici rola malikdir. Enerji şirkətlərinin qəbul edən dövlətlərlə mübahisələri üzrə arbitraj prosesi əsasən Palatanın arbitraj məhkəməsi tərəfindən həyata keçirilir. Beynəlxalq enerji-neft sektorunda çalışan qurumlardan Texasda yaradılmış Beynəlxalq Neft Vasitəçiləri Assosiasiyasmı (AIPN). Beynəlxalq Vəkillər Assosiasiyasını (IBA) qeyd etmək olar. Beynəlxalq Vəkillər Assosiasiyası bütün dünyada enerji hüququ sahəsində fəaliyyət göstərən hüquqşünasları özündə birləşdirir. Beynəlxalq Neft Vasitəçiləri Assosiasiyası dövlətlərin investisiyaları cəlb etməsi və daha əlverişli birgə kontrakt modellərinin hazırlanması üçün əhəmiyyətli təşkilat olaraq beynəlxalq lex petroleumun formalaşmasında xüsusi rol oynayır.

332. Beynəlxalq iqtisadı münasibətlərdə beynəlxalq bank hüququ istisna olmaqla (263-265) energetika sferası qədər «üçüncü hüquq qaydası»nın təsirinə məruz qalan digər sfera yoxdur. «Üçüncü hüquq qaydası»nın mənbəsi kimi lex petrolea / lex mercatoria standartları, nümunəvi (model) qaydalar, arbitraj praktikası, model kontraktlar və s. çıxış edir (52-53).
9.5. Beynəlxalq enerji hüququnun prinsipləri
333. Beynəlxalq hüququn norma və prinsiplərinin sistemləşdirilməsi yeni normaların yaradılması baxımından əhəmiyyətlidir. Belə bir nəticə beynəlxalq enerji hüququ üçün də qiymətlidir. Burada yardımçı prinsip və normaların təşəkkül prosesi getməkdədir və bu zaman EXM, onunla bağlı Protokol, nüvə enerjisi sahəsində müqavilələr və digər beynəlxalq hüquqi aktlar müvafıq prinsiplərin əsası kimi çıxış edir.

Beynəlxalq enerji hüquq münasibətlərinin subyektləri, iştirakçıları üçün prinsipləri növbəti ardıcıllıqla müəyyən etmək olar:

- enerji resursları üzərində dövlət suverenliyi prinsipi;

- enerji təhlükəsizliyinin təmin edilməsi prinsipi;

- enerji bazanın tənzimlənməsində liberallaşdırma prinsipi;

- enerji effektivliyi və ətraf mühitin mühafızəsi prinsipi:

- enerji dövriyyəsində əməkdaşlıq və monitorinq prinsipi.
9.6. Enerji resursları üzərində dövlət suverenliyi prinsipi
334. Enerji resursları üzərində döviət suvereniiyi prinsipi «dövlətlərin suveren bərabərlik» və yaxud «dövlətlərin təbii ehtiyatları və bütün iqtisadi fəaliyyət üzərində suverenliyi» prinsipindən doğur. Təbii ehtiyatlar, enerji resursları üzərində dövlət suve-renliyi prinsipi BMT Baş Məclisinin məlum 1962-ci ıl Qətnaməsində, 1974-cü il «sənədlər üçlüyündə» və d. aktlarda ifadə edilıb.

1974-cü il Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyasında «Dövlətlərin hüquqları» bölməsində qeyd olunur ki, hər bir dövlət özünün bütün ehtiyatları üzərində tam və daimi suverenliyə malik olmaqla iqtisadi fəaliyyəti, o cümlədən, sahiblik, istifadə və istismarı azad həyata keçirməlidir (m.2 .b.l). 1978-ci il Dövlətlərin müqavilələrə münasibətdə hüquqi varisliyi haqqında və 1983-cü il Dövlət mülkiyyətinə, arxivlərinə və dövlət borclarına münasibətdə hüquqi varislik haqqında Vyana Konvensiyalarında (m. 13 və m. 16) qeyd edilir ki, konvensiya qaydaları dövlətin təbii ehtiyatları üzərində bolünməz suverenlik prinsipinə toxunmur. 1982-ci il Dəniz hüququ üzrə BMT Konvensiyasında da müstəsna iqtisadi zonanın və kontinental şelfin canlı və minerai ehtiyatları üzərində sahil dövlətinin suveren hüquqları əks olunub.

Enerji resursları üzərində dövlət suverenliyi prinsipi EXM-də enerji resursları üzərində milli suverenlik, milli hökumətlərin neft-qaz və vergiqoyma sferasındakı siyasəti, həmçinin enerji resurslarının kəşfiyyatı, hasilatında iştirakı həyata keçirmək üçün müvafiq ərazini ayırmaq hüququ vurğulanır. Avropa Enerji Xartiyası üzrə Konfransın Yekun Aktına I Əlavədə qeyd olunur ki, razılığa gələn tərəflər dövlət suverenliyini və enerji resurslarına münasibətdə suveren hüquqları tanıyır və bir daha süverenliyin və suveren hüquqlann beynəlxalq hüquq normalarına uyğun həyata keçirilməsini təsdiqləyirlər (m. 18(1)). Hər bir dövlət özünün «ərazisi» daxilində enerji resurslarının kəşfiyyatı, işlədilməsi və həmçinin işlədilmənin üsul və sürətini, istənilən vergi, royaltı və digər maliyyə ödəmələrini müəyyən etmək, kəşfiyyatın təhlükəsizliyini və ətraf mühitin mühafizə aspektlərini, belə kəşfıyyatda və işlədilmədə, birbaşa və ya dövlət müəssisələri vasitəsiiə iştirak etməklə istənilən coğrafi rayonu müəyyən etmək hüququnu özündə saxlayır (m. 18 (3)).

335. Beynəlxalq enerji hüququnun dövlətlərin enerji resursları üzərində suverenlik prinsipi

- dövlətin özünün iqtisadi fəaliyyətində müstəqilliyini, təbii ehtiyatlanna, o cümlədən enerji resurslarına sərbəst sahibliyi, sərəncam və istifadə hüququnu;

- enerji resurslarına, o cümlədən xarici investisiyalara. TMK-nın fəaliyyətinə effektli nəzarət hüququnu;

- enerji resurslarından istifadənin hüquqi rejimini (konsessiyaları), bir sözlə,

- iqtisadiyyatda dövlət idarəçiliyinin iştirak dərəcəsini müəyyən etmək hüququnu;

- milli iqtisadı inkişafa naıl olmaq hüququnu;

- enerji resurslarının istifadəsi zamanı dəymiş zərərə görə kompensasiya almaq hüququnu;

- təbii ehtiyatların istismarında xarici mülkiyyətin beynəlxalq hüququn yol verdiyi əsasda milliləşdirilməsi hüququnu;

- enerji resurslarının istismarı zamanı dövlətə qarşı hər hansı məcburiyyət tədbirlərinə yol verilməməsi hüququnu;

- xammal istehsalçılarının təşkilatında birləşmək hüququnu:

- suverenliyin müvəqqəti itirilməsi ilə bağlı işğal olunmuş ərazilərdə dövlətin özünün təbii ehtiyatları üzərində nəzarətıni bərpa etmək və təbii ehtiyatların istismarına görə dəymiş zərəri almaq hüququnu əks etdirir.

Enerji resursları üzərində suverenlik prinsipi dövlətdaxili hüquqi aktlarda - konstitusiyada, digər normativ hüquqi aktlarda ifadə edildiyi kimi, müvafiq münasibətləri bilavasitə tənzimləyən konsessiya kontraktlar da bağlanarkən həmin prinsipə əsaslanır («Əsrin Müqaviləsi». m. II). Kontrakt sahəsinə hüquqların verilməsindən başlayaraq ekoloji-texniki ekspertiza, maliyyə mənbələrinin təftişi, sərf olunan məsrəflərin hesablanması və s. məsələlər enerji resursları üzərində dövlət suverenliyi prinsipinə uyğun həll edilir.


9.7. Beynəlxalq enerji təhlükəsizliyi prinsipi
336. Milli təhlükəsizliyin elementlərindən biri kimi çıxış edən enerji təhlükəsizliyi iqtisadiyyatın, əhalinin enerji resursları ilə səmərəli və davamlı təminatını nəzərdə tutur. Enerji təhlükəsizliyi yalnız, cari dövr üçün deyil, həm də perspektiv inkişafı şərtləndirməlidir.

Enerji təminatı, həm də tarixi bir kateqoriyadır. İnsanın mövcud olduğu tarix boyu bəşəriyyətin təşəkkül tapması və inkişafı enerjinin əldə edilməsi və istifadəsi və sıx bağlıdır. İnsanın tələbatı yalnız enerjinin əldə olunması şəraitində ödənilə bilər: enerji nə qədər əlverişli və asan əldə edilərsə, insanın həyat keyfiyyəti yüksək və ömrü uzun olar. Enerjinin insan həyatı üçün əhəmiyyəti o qədər yüksək olmuşdur ki, qədim xalqlarda enerjinin (odun) əldə edilməsinə mifık abidələr də həsr edilmişdir. Eyni zamanda mənbələrdə insan tərəfindən onun əldə edilməsi bəşəriyyətin ən qədim və uğurlu nailiyyəti hesab edilir.

Müasir dövrdə enerji təhlükəsizliyinin daha qabarıq formada meydana çıxması əhalinin artımı ilə, resursların tükənmə tendensiyası ilə bağlıdır. Qlobal səviyyədə enerji təhlükəsizliynin humanitar aspekti həyat keyfıyyətinin tərəqqisi əsası kimi adambaşına istifadə olunan enerjinin miqdarı ilə sıx bağlıdır. Məsələn, hazırda Yer kürəsinin əhalisinin hər bir sakinininə gün ərzində 2 kVt-a yaxın enerji düşür. Halbuki, insanın həyat keyfiyyət norması 10 kVt saat gücü ilə səciyyələnir. Buna isə yalnız bəzi inkişaf etmiş ölkələrdə (məsələn, ildə Norveçdə adambaşına 25 min kVt saat, İsveçdə 16 min kvt. Fransada 6 min kVt, İtaliyada 3 min kVt saat elektrik enerjisi hasil etməklə) nail olunub.

XX əsrin 70-ci illərində baş vermiş enerji təchizatının (təhlükəsizliyinin) pozulması bütün dövlətlərin təhlükəsizliyi üçün enerji resurslarının əhəmiyyətini qiymətləndirməyin zərurətini gündəmə gətirdi. Enerji böhranından həmin bazarla əlaqəsi olan bütün dövlətlərin sosial-humanitar, iqtisadi sistemi ciddi sarsıntıya məruz qalmışdı.



337. Enerji təminatı bir qayda olaraq beynəlxalq sülh və
təhlükəsizlik problemlərinə birbaşa təsir edir. Franstz müəlliflərindən Jan Tuskoz beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsini beynəlxalq sülhün və inkişafın, beynəlxalq iqtisadi inkişafın əhəmiyyətli elementi kimi» qiymətləndirir.

Hazırda istənilən iri siyasi (hərbi) münaqişə siyasiləşdirilmiş əmtəələrdən neft məhsulları, zənginləşdirilmiş uran ilə bağlı olur. Hələ XX əsrin 20-ci illərində Fransa Xarici İşlər Naziri A.Beranje Baş Nazir Jorj Klemansoya yazırdı ki, hakimiyyətə malik olmaq üçün neftə sahib olmaq lazımdır. Neft üzərində hakimiyyətə malik olan dövlət dənizlər, hava, kontinentlər və nəhayət, bu məhsuldan istifadə etməklə maliyyə gücü nəticəsində bütün dünya üzərində hakimiyyətə malik olacaq.

Dünya bazarında neft məhsullarının və digər enerji resurslarının qiymətlərinin qaldırılması əmtəələrin bahalaşmasına səbəb olaraq tələbin azalmasına gətirib çıxarır. Nəticədə, maliyyə və investisiya bazarları sarsıntıya məruz qalır. Kredit və kredit sistemi ilə bağlı ümidsizlik, qeyri-sabitlik güclənməklə təhlükəli ərazilərdən kapitalın axınını sürətləndirir. Nəticədə ayrı-ayrı milli iqtisadiyyatlar və bütövlükdə, dünya iqtisadiyyatı problemlərlə üz-üzə qalır.

338. Yalnız, neft bazarında deyil, həmçinin digər enerji resurslarının, o cümlədən, nüvə enerjisindən dinc istifadə bazarında da yeni investisiya qoyuluşu, tullantısız texnologiya ilə bağlı problemlərin həlli zərurəti meydana gəlir. Xüsusən də, siyasi, sosial-iqtisadi, etnik xarakterli problemlərin dərinləşdiyi keçmiş Sovetlər İttifaqında, onun süqutuna kimi Çernobıl AES-də qəzanın baş verməsi qeyd edilə bilər. Təsadüfi deyil ki. Avropa Enerji Xartiyasmın (1991) ilkin konsepsiyası da atom elektrik stansiyalarının qeyri-qənaətbəxş vəziyyətinə və müvafiq olaraq enerji
təhlükəsizliyinə həsr edilmişdi. Zəif iqtisadiyyatın və siyasi iradəli
dövlətlərdə müvafiq problemin həllinə nail olmağm qeyri-mümkünlüyunü nəzərə alaraq Ayropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) 1990-cı il dekabr (Paris) sessiyasmda Avropa Komissiyasının Prezidenti təklif edir ki, Mərkəzi-Şərqi Avropa dövlətlərində, o cümlədən, Müstəqil Dövlətlər Birliyi ölkələrində
enerji bazarının, həmçinin atom enerjisindən istifadənin modernləşdirilməsi ideyası Avropa Enerji Xartiyasına daxil edilsin.

339. Qeyri-ənənəvi təhlükəsizlik konsepsiyası kimi meydana gələn beynəlxalq enerji təhlükəsizliyini qlobal iqtisadi problemlər şərtiəndirib. OPEC üə neft idxal edən ölkələr arasında razılaşdırılmış vahid enerji siyasətinin qalmaması nəticəsində dünya
iqtisadi böhranının yaranması, enerji böhranı ilə bağlı hadisələr,
həmçinin neft məhsullarınm qiymətlərinin kəskin artması enerji
resurslarına strateji əhəmiyyət vermişdir.

Enerji resurslarının əldə edilməsi uğrunda müxtəlif dövlətlər arasında müharibə və hərbi konfliktlər (1973-cü il Ərəb-İsrail, daha sonra İran-İraq, eləcə də, I və II körfəz müharibələrinin), həmçinin dünya enerji bazarına çıxışı təmin edən beynəlxalq nəqliyyat marşrutlarını əldə saxlamaq, yeni nəqliyyat vasitələrinin inşasına yol verməmək (məsələn, RF-nin təşəbbüsü və dolayısı iştirakı ilə Ermənistan tərəfındən AR-in ehtimal edilən, potensial beynəlxalq enerji-tranzit dəhlizinin ələ keçirilməsi üçün AR-in 20% ərazisinin işğalı, həmçinin Avropa-Qafqaz-Asiya enerji dəhlizinin yaradılmasına maneə olmaq üçün Gürcüstan və AR ərazisində etnik konfliktlərin formalaşdırılması və s.) ilə bağlı fövqəldövlətlər arasında mübarizənin güclənməsi enerji təhlükəsizliyinə yeni məzmun verməkdədir.

Enerji Xartiyası Konfransının Baş katibi olmuş P.Şyutteıie enerji resurslarının istifadəsi sahəsində beynəlxalq əməkdaşlığı, xüsusən də, «tranzit dəhlizlərinin» yaradılmasını müvafiq regionun stabilliyinin və təhlükəsizliyinin təminat meyarı kimi qiymətləndirir. NATO-nun 2006-cı il (Riqa) sammitində amerikalı konqresmenlərdən biri belə fikir ifadə etmişdir ki, Təşkilatın üzvlərindən hər hansı birinin enerji təhlükəsizliyi pozularsa, biz qüvvə tətbiq etməklə onu bərpa etməyə hazırıq. Müvafiq mövqe ABŞ-ın energetıka qanunvericiliyinə əsaslanır. ABŞ-ın Milli energetika siyasəti üzrə Proqramında qeyd edilir ki, ABŞ-ın enerji və iqtisadi təhlükəsizliyi yalnız daxili və xarici enerji resursları ilə təchizatdan asılı deyil, bunun üçün ABŞ-ın ticarət müttəfiqlərinin təminatı da vacibdir.


Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə