ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə21/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

ƏDƏBİYYAT SİYAHISI



  1. Ернылева И.Ю. Международное банковское право: механизм правового регулирования

банковской деятельностью / Гос. и право, 1996, №12

  1. Международные расчеты по коммерческим операциям. Ч. I. Аккредитов». Изд. 2-ое. М. 1994: Ч. 2. Инкассо: Пер. с анг. М. 1994.

  2. Трапезников В.А. Валютные регулирования в международном инвестиционном праве. М. Наука. 2004, с. 191.

  3. Шумилов И.М. Международное финансовое право. М. 2003.

  4. Эбке В.Ф. Международное валютное право. Пер. с нем. М. Междуна­родные отношения, 1997-336 с.

  5. Mann F.A. The legal Aspect of Money. 5ed.. Clarendon Press. Oxford 1992.

  6. Trade Finance Payments and Services. L. BPP Publishing ltd. 1993

8. Gold. J. The stand-by arrangement of international monetary Fund. - Washington .DC LMF, 1970.

  1. Ainley M. The general arrangements to borrow LMR Pamphlet series # 41. Washington DC 1984.

  2. Gold J. Borrowing by the international monetary Fund from nоn official Lenders. The International Lawyer. 1986.


IX FƏSİL. BEYNƏLXALQ ENERJİ HÜQUQU
9.1. Beynəlxalq enerji münaibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin inkişaf mərhələləri

9.2. Beynəlxalq enerji hüququnun anlayışı və sistemi

9.3. Beynəlxalq enerji münaibətlərinin tənzimlənməsi sferasında hüquq qaydası

9.4. Beynəlxalq enerji münaibətlərinin institusional tənzimetmə mexanizmi

9.5. Beynəlxalq enerji hüququnun prinsipləri

9.6. Enerji resursları üzərində dövlət suverenliyi prinsipi

9.7. Beynəlxalq enerji təhlükəsizliyi Prinsipi

9.8. Enerji bazarının tənzimlənməsində liberallaşdırma prinsipi

9.9. Enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipi

9.10. Enerji dövriyyəsində əməkdaşlıq və monitorinq prinsipi



9.1. Beynəlxalq enerji münasibətlərinin beynəlxalq

hüquqi tənzimlənməsinin inkişaf mərhələləri
286. Beynəlxalq münasibətlərin müxtəlif sferalarını əhatə edən beynəlxalq hüquqi tənzimetmənin formalaşdırılması ölkələrin qeyri-bərabər inkişafının, inkişafda olan dövlətlərin borc, ərzaq probleminin, valyuta, maliyyə, enerji böhranının aradan qaldırılmasında stimul kimi çıxış edir.

Sadalanan problemlərdən enerji təchizatı iqtisadi inkişafla və beynəlxalq iqtisadi təhlükəsizliklə bağlı olduğundan onun beynəlxalq hüquqi tənzimlənməsi daha çox əhəmiyyət kəsb edir. Beynəlxalq münasibətlər sferasında ümumi enerji hüquq normalarının qəbulu XX əsrin əvvələrinə təsadüf edir. Belə ki, Elektroenergetika sferasında İsveçlə Danimarka arasında 1915-ci il beynəlxalq Sazişi; Bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı məsələləri tənzim etmək məqsədilə bir neçə dövlətin maraqlarına uyğun su hövzəsi enerjisindən istifadə haqqında 1923-cü il Cenevrə Konvensiyası; Elektrik enerjisinin tranzit ötürülməsi üzrə 1923-cü il Barselona Konvensiyası qeyd edilə bilər. Beynəlxalq enerji münasibətlərinin çoxtərəfli qaydada və daha təkmil səviyyədə hüquqi tənzimlənməsi Avropaya məxsusdur. Məlum olduğu kimi, 1951-ci il Paris və 1957-ci il Roma müqavilələrinə uyğun olaraq Avropa Kömür və Polad Birliyi və Atom enerjisi üzrə Avropa Birliyinin əsası qoyulmuşdur (401,414).



Problemin yalnız Avropa birlikləri çərçivəsində həllinin qeyri-mümkünlüyünü nəzrə alaraq, yenə də həmin illərdə daha geniş tərkibdə və ayrı-ayrı enerji resursları üzrə beynəlxalq hüquqi tənzimetmə mexanizmləri formalaşdırılmağa başlanır. Belə ki, atom enerjisindən dinc məqsədlər üçün istifadə ilə bağlı 1957-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (İnternational Atomiç Energy Agency - IAEA) təsis edilir. Bundan sonra nüvə enerjisindən dinc məqsədlər üçün istifadə sahəsində də, beynəlxalq sazişlər sistemi formalaşdırılır.

287. Dünya enerji bazarında təşkilatlanma əsasən XX əsrin 70-ci illərinə, enerji böhranından sonrakı dövrə təsadüf edir. Bu dövrə kimi, 1961-ci ildə ənənəvi enerji resurslarından neftin ixracını tənzimləmək üçün Neft İxrac Edən Ölkələrin Təşkilatı (Organisation of the Pedroleum Exporting Coontries-OPEC) təsis edilir. OPEC-in təsis edilməsində məqsəd dünya nef bazarında (Total, ELF, BP, TEKSAKOvə s kimi) enerji şirkətlərinin beynəlxalq ticarətdəki inhisarlarının ləğvinə yönəldiyindən 1973-cü ildə baş verən böhranı qarşılaya da bilməzdi.

288. Dünya enerji bazarında 70-ci illər üçün xarakterik məsələ inkişafda olan və əsasən eneji resurslarına malik dövlətlərdə milli iqtisadi təhlükəsizlik motivi ilə xarici neft konsessesiyalarının milliləşdirilməsi olur. Konsessiya kontraktlarının pozaulmasından yaranan mübahisələrin həlli üçün təsis edilən teansmilli hüququ təbiətli beynəlxalq kommersiya arbitraj mexanizmləri öz qərarlarında, bir tərəfdən, dövlətlərin enerji resursları üzərində suverenliyindən irəli gələn milliləşdirmə hüququnu tanıyırlarsa, digər tərəfdən, konpensasiya verilmədən milliləşdirməyə yol verməmək prinsipini ifadə edirlər. Beləliklə, bu dövrdə beynəlxalq arbitraj praktikasında beynəlxalq enerji hüququnun prinsiplərinin formalaşdırılması tendensiyası diqqəti cəlb edir.

289. 50-ci illərin sonu 60-cı illərin əvvəli dünya neft bazarında, daha doğrusu, onun hasilatında qəbul edən dövlətlə enerji şirkətləri arasında mülkiyyət münasibətlərinin həllində daha sadə hüquqi tənzimetmə forması – hasilatın pay bölgüsü sazişi təsis edili. Əvvəlki konsessiya kontraktlarından fərqli olaraq müvafiq hüquqi tənzimetmə forması, bir tərəfdən, enerji şirkətləri üçün qəbul edən dövlətin qeyri-müəyyən, dəyişkən xarakterli vergi, inzibati qanunvericiliyindən təminat yaradırsa (belə ki, bu halda enerji şirkətləri bir qayda olaraq bir adla-mənfəət vergisi vermiş olurlar), digər tərəfdən, bu tənzimetmə forması qəbul edən dövlətlərə kontraktdan aldıqları payla (məhsulla) dünya neft bazarına girməyə imkan vermiş olur. Nəticədə neft bazarında enerji resurslarının ticarətində şirkətlərin mövcud inhisarına (hökmranlığına) son qoyulmuş olur.OPEC hökumətlərarası neft karteli olaraq dünya neft bazarında qiymətin kəskin dəyişməsinin qarşısını almaq üçün hasilatı kvotalama funksiyasına malikdir.

290. Ənənəvi enerji resurslarından geniş miqyaslı istifadə və dünya iqliminə parnik effektinin artması beynəlxalq enerji hüququnun yarımsahəsini – bərpa olunan enerji mənbələrindən istifadə hüququnu formalaşdırmış oldu. Öncə qeyd etdik ki, hələ 1923-cü ildə bir neçə dövlətin marağına uyğun su hövzəsi enerjisindən istifadə haqqında Cenevrə Sazişi qəbul edilmişdi. Lakin problemin daha geniş həlli istiqamətində addımların atılması 80-ci illərin əvvəlləri üçün xarakterikdir. Belə ki, 1981-ci ildə Yeni və bərpa olunan enerji mənbələrinin mənimsənilməsi və istifsdəsi üzrə BMT konfıransında (Nayrobi) fəaliyyəti proqramı qəbul edilir.

Bundan sonra istər energetika, istərsə də ekologiya sferasında qəbul edilən beynəlxalq sazişlərdə enerji və ekoloji təhlükəsizlik vəhdət təşkil edir. Xüsusən də, Ozon təbəqəsini dağıdan maddələr üzrə 1987-ci ildə qəbul edilən Monreal Protokolunda və 1992-ci il İqlim dəyişikliyi haqqında BMT-nin çərçivə Konvensiyasıda, həmin konvensiyaya 1997-ci ildə qəbul edilən Kioto Protokolunda və s. bərpa olunan enerji mənbələrinin mənimsənilməsi və istifadəsi bəşəriyyətin perspektiv inkişafının əsası kimi irəli sürülüb.



291. Beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində bərpa olunan enerji mənbələrinin istifadəsi ideyasının beynəlxalq hüquqi pozitivləşdirilməsilə demək olar ki, eyni vaxtda Avropa özünün enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində daha ciddi tədbirlər görməyə başlayır.

90-cı illərin əvvələrində üzv-dövlətlərinin Yaxın Şərq, İran körfəzi regionundan asılılığını azaltmaq üçün enerji resurslarına malik olan postsovet dövlətlərilə, xüsusən də, Xəzər hövzəsi dövlətlərilə beynəlxalq enerji əməkdaşlığını təmin etməli olan Avropa Enerji Xartiyası çərçivəsində enerji təhlükəsizliyi konsüpsiyası irəli sürülür. Mərkəzi və Şərqi Avropa ölkələri, həmçinin keçmiş Sovet İttifaqı ilə Qərbi Avropa ölkələri arasında enerji əməkdaşlığının təşkili haqqında layihə 1990-cı il Avropa Birliyinin Dublindəki sessiyasında irəli sürülür.



292. Avropa Enerji Xartiyasının Şərq-Qərb enerji əməkdaşlığının ümumi konsepsiyası alternativ enerji dəhlizlərinin yaradılmasına yönəlmişdir. Bu mənada TRASEKA, INOQEYT lahiyələrinin reallaşdırılması istiqamətində beynəlxalq hüquqi tədbirlər görülür. Avropa-Qafqaz –Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli (1998) Bakı Sazişi; Dövlətlərarası neft-qaz nəqli sistemlərinin yaradılması üçün təşkilati prinsiplərə dair 1999-cu il Kiyev çərçivə Sazişi enerji resurslarının tranziti, boru kəmərlərilə təhlükəsiz və iqtisadi mənfəətə əsaslanan nəqli sahəsində yeni mexanizmlər formalaşdırmışdır. Neft-qaz boru kəməri hüququnun formalaşması XX əsrin II yarısında ABŞ-Kanada, SSRİ-Aİ, Yaxın Şərq-Aİ və s. əməkdaşlığına təsadüf edir. Neft-qaz boru kəmərinin beynəlxalq hüquqi tənzimlənməsinin bərqərar olması bu sahədə dövlətlərarası əməkdaşlığın yeni səviyyəsinə dəlalət edir. Enerji dəhlizləri enerji təhlükəsizliyinə yeni mərhələnin başlanğıcını qoymuşdur. Başqa sözlə, beynəlxalq enerji hüququnun yeni bir institutu (yarımsahəsi) beynəlxalq enerji təhlükəsizliyi hüququ formalaşma mərhələsinə daxil olmuşdur.

293. Avropa Enerji Xartiyası üzrə danışıqlar 1991-ci ildə Haaqada Yekun sənədinin imzalanması ilə başa çatır və Xartiya qəbul edilir. Avropa Enerji Xartiyası müvafiq sahədə beynəlxalq əməkdaşlığın prinsip və məqsədlərini ümumi formada bəyan edirdi. Məhz buna görə də, əməkdaşlığın hüquqi bazasının yaradılması meydana gelir. Avropa Enerji Xartiyası imzalamış dövlətlər enerji sektorunda investisiyaların, ticarətin, nəqliyyat probleminin beynəlxalq hüquqi təminatlarını hazırlamaq üçün Əsas sazişin hazırlanması öhtəliyini qəbul edirlər. 1994-cü ilin dekabırında Lissabonda Enerji Xartiyasına Müqavilənin qəbul edilməsilə Avropa Enerji Xartiyasına məcburi hüquqi qüvvə verilmiş olur. Müqavilədən heç də az əhəmiyyət kəsb etməyən Enerji effektivliyi və müvafiq ekoloji aspeklər üzrə Protokol müxtəlif Əlavələr də qəbul edilir.

294. Hal-hazırda Enerji Xartiyasına Müqavilə Avrasiyanın 51 dövlətini və Avropa İttifaqını özündə birləşdirir. Asiya dövlətlərindən Yaponiya, Monqolustan müqavilənin üzvüdürlər. Çin dövləti də əməkdaşlıqda iştirak edir.

Enerji Xartiyasına Müqavilə Avropa İttifaqının üzvlərini, keçmiş SSRİ-yə daxil olan dövlətləri, Şərqi və Mərkəzi Avropa ölkələrini 1961-ci ildə təsis edilmiş (ABŞ, Kanada, Meksika, Yeni Zellandiya istisna olmaqla) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OESD) üzvlərini birləşdirən sahəvi məcəlləşdirmə aktıdır. Avropa İttifaqının diplomatik texniki və maliyyə himayəsi ilə hazırlanan Xartiya müqavilə formasına qeyri-Avropa ölkələrini də əhatə etməyə başlayıb. Enerji Xartiyasına Müqavilənin qəbulu müxtəlif səbəblərdən, xüsusilə, dövlətlərin iqdisadi-inkişaf səviyyəsinin, qanunvericilik bazasının fərqli olmasından, tranzit və sənayecə inkişaf etmiş dövlətlərin siyasi maraqlarından asılıolduğundan mürəkkəb danışıqlar dövrü ilə müşayiət olunub. Enerji Xartiyasına Müqavilə iştirakçı dövlətlərin qanunverici orqanında ratifikasiya edilməli və 30 ratifikasiya sənədi Depozitariyə (Portuqaliya hökumətinə) verildikdən 90 gün sonra qüvvəyə minirdi: Saziş 1998-ci ildə qüvvəyə minmişdir. Bir iyul 2000-ci ilə kimi isə 45 dövlətin Enerji Xartiyasına Müqaviləni ratifikasiya etməsi Sazişin müstəsna əhəmiyyətindən xəbər verirdi. Sazişin əhəmiyyətini subut edən fakrlardan biri də odur ki, Müqavilənin 10-cu (investisiyaların rejimi) və 7-ci (enerji resurslarının “tranzit”) maddələri ilə bağlı yeni Sazişlərin bağlanması nəzərdə tutulmuş və tranzit məsələləri ilə bağlı sazişin hazırlanması prosesi davam etməkdədir. Eləcə də nüvə təhlükəsizliyi, rlektrik enerjisinin, verilməsi və d. sazişlər də gündəlikdədir.

Enerji təhlükəsizliyi əməkdaşlığının əhəmiyyətini nəzərə alaraq qeyd etdiyimiz dövlətlərlə yanaşı Avropa İttifaqının və Avropa Enerji Xartiyasını Konfransının təşkil etdiyi seminarda Asiya və Afrika Ölkələrindən Əlcəzair, Bəhreyn, Küveyt, Mərakeş, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Tunis və Afrika Birliyi Təşkilatının iştirakı prosesin tədricən daha geniş xarakterik kəsb edəcəyini subut edir.

295. Azərbaycan Respublikası Enerji Xartiyası və onunla bağlı sənədləri 1997-ci ildə ratifkasiya etmiş və Çoxrərəfli Tranzit Qaydalarını hazırlanmasında iştirak edir. Azərbaycan Respublikasının Enerji Xartiyasına Müqaviləni ratifikasiya etməsi onun tranzit ölkəsinə çevrilməsinə, enerji sferasına yeni investisiya qoyuluşu ilə az enerji tutumlu texnalaogiyanın tətbiqinə, həmçinin ətraf mühitin mühafizəsi sferasında yüksək standartların yaradılmasına maddi təminat formalaşdırır.

296. Müqavilənin əsas məqsədini Avropa Enerji Xartiyasının bəyan etdiyi enerji sahəsində əməkdaşlıq üçün prinsipləri formalaşdırmaq və təkmilləşdirmək təşkil edir. Müqavilə həmçinin:

- investisiyaların müdafiəsini;

- ticarətini;

- enerji sistemlərinə tranzit qaydalarının tədbiqini;

- beynəlxalq mübahisələrin məcburi hüquqi qaydada həllinin nəzərdə tutur.

Enerji Xartiyasına Müqavilə Avropa Enerji Xartiyasında nəzrdə tutulan ilkin öhdəliklərə uyğun olaraq keçmiş SSRİ məkanında olan dövlətlərin qanunvericiliyinin, o cümlədən, konstitusiya normalarının, kontrakt hüququnun yaradılmasına kömək etməli idi.



297. Enerji Xartiyasına Müqavilənin qəbul edildiyi bir dövrdə müstəsna iqtisadi zonada, qitə şelfində enerji resurslarının hasilatı və nəqlini tənzim edən Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası qüvvəyə minir. Şübhəsiz, bu da öncə qeyd etdiyimiz boru kəməri hüququnun beynəlxalq hüquqi tənzimlənməsinin universal səviyyəyə qaldırılmasını təmin edir.

298. 90-cı illərin sonu üçün beynəlxalq enerji bazarında başqa bir yenilik – nəhəng korporasiyaların EXXON-MOBİL; BP-AMOCO; TOTAL-PETROFİNA-ELF və s. birləşməsi tendensiyası baş verir. Belə bir tendensiya beynəlxalq enerji bazarına inkişaf etmiş dövlətlərin, xüsusən də, ABŞ-ın və ona yaxın dövlətlərin nəzarətini təmin etməlidir. Təsadüfi deyil ki, müvafiq dövrdə IAEA vasitəsilə, nüvə enerjisindən istifadəyə ABŞ-ın və müttəfiqlərinin ciddi nəzarəti və təzyiqi nəticəsində bir sıra dövlətlər (Liviya, Şimali Koreya və s.) nüvə enerjisindən istifadə üzrə proqramlarını bağlamış olurlar.
9.2. Beynəlxalq enerji hüququnun anlayışı və sistemi
299. Beynəlxalq enerji hüququnun müstəqil xarakteri onun xüsusi tənzimetmə obyektinə, özünəməxsus mənbələrə, prinsiplərə, subyektlərə malik olmasında ifadə olunur. Hüquqi tənzimetmənin obyektini hər hansı bir predmetlə bağlı yaranan ictimai münasibətlər təşkil edir. Müəyyən bir hüquq sahəsində hüquqi tənzimetmə obyekti kimi isə müvafiq hüquq münasibətləri çıxış edir. Bu mənada beynəlxalq enerji hüququnun tənzimetmə obyektini beynəlxalq enerji (hüquq) münasibətləri təşkil edir. Beynəlxalq enerji (hüquq) münasibətləri enerji resurslarının istifadəsi nəticəsində yaranır.

300. Enerji resurslarının anlayışını, statusunu, onların əldə olunması, hasilatı, bölüşdürülməsi və daşınma qaydasını, bir sözlə, enerji dövriyyəsini (siklini) müəyyən etmədən enerji təhlükəsizliyinin ədalətli və effektli təminatı mümkün deyil. Enerji resurslarının anlayışına gəldikdə, onu həm geniş, həm də dar mənada şərh etmək olar. Geniş mənada enerji resursları dedikdə, məişətdə insanın istifadə etdiyi geyim və qida da başa düşülə bilər. Lakin bizi enerji mənbələrinin dar mənada anlamı maraqlandırır. Enerji resursları dar mənada o mənbələri nəzərdə tutur ki, onların istifadəsi nəticəsində sosial-iqtisadi inkişaf təmin edilməklə yanaşı, həm də ekoloji xarakterli neqativ transmilli beynəlxalq nəticələr də yarana bilir.

Enerji resursları dedikdə, iqtisadiyyatda geniş miqyasda istifadəyə yararlı olan müxtəlif növ təbii ehtiyatlar nəzərdə tutulur.

Enerji kimi enerji resursları da ilkin və törəmə ola bilər. İlkin resurslar təbiətdə başlanğıc, ilkin formada əldə olunur. Onlar bərpa olunan və bərpa olunmayan resurslara bölünürlər. Bərpa olunanlara - günəş, külək, dalğa, qabarma, dəniz cərəyanları və biokütlələrdən alınan enerji, hidroenerji, geotermal və qravitasiya enerjisi və s. aid edilir.

Tükənməkdə olan resurslara - daş və boz kömür, torf, yanar şistlər, neft, təbii qaz, nüvə yanacağı və s. aid edilir.

Enerji resurslarının ilkin forması emal və ya çevrilmə nəticəsində törəmə resurslara və müvafiq olaraq törəmə enerjiyə çevrilir. Bir və ya bir neçə çevrilmədən sonra ilkin enerji resursları artıq törəmə resurslara çevrilir. İlkin resurslara enerji resursla­rının yanacaq forması aiddir. Yanacaq formalarına bərk (briket şəklində torf, zənginləşdirilmiş boz kömür, koks), maye (mazut, dizel yanacağı, yağ yanacağı), qaz şəkilli (süni qaz, maye qaz, hidrogen) resurslar aiddir. Törəmə enerji resurslarına elektrik enerjisi, istilik enerjisi (buxar, qaynar su, istilik tullantıları) və s. misal göstərilə bilər.

301. Enerji dövriyyəsi, xüsusən də, enerjinin bərpa olunmayan mənbələrindən istifadə sferasında ətraf mühitə antropogen təsir bir sıra problemlərin həlli zərurətini yaradır. Bu gün beynəlxalq birlik nisbətən az enerji tutumlu texnologiyanın tətbiqi və istifadəsində maraqlıdır. Müasir enerji təhlükəsizliyi konsepsiyası məhz belə texnologiyaya əsaslanmalıdır. Enerjinin müvafiq mənbələrindən istifadə tədricən bərpa olunmayan enerji resurslarının istifadəsini azalda bilər. Bu halda əsas və ikinci dərəcəli maraqların əlaqələndirilməsi daha düzgün olardı. Uyğunlaşdırma mexanizmi ədalətli olmalı və ümumbəşəri dəyərlərə əsaslanmalıdır.

302. Enerji resursların iqtisadi təsnifatı ilə yanaşı həmçinin enerji mənbələrinin beynəlxalq hüquqi təsnifatı da mövcuddur. Avropa Enerji Xartiyasında (1991) «Enerji resursları» termini energetikada istifadə olunan istənilən təbii komponentlər mənasında işlədilir. Bu kontekstdə «Enerji resursları» termini «təbii resurslar» termini ilə eynilik təşkil edir. Lakin enerji resursları, öz növbəsində, mineral resurslardan fərqləndirmək lazımdır. Mineral resurslar litosfer və hidrosferin təbii. cansız resurslarıdır. Təbii və cansızlıq anlayışı mineral resurslarla yanaşı. eyni zamanda digər resursları, məsələn. atmosferin resurslarım (günəş və külək enerji resursları) da əhatə edir. Enerji resurslarının təsnifatı Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası üçün də xarakterikdir.

Dövlətdaxİli hüquqda da bir qayda olaraq ənənəvi, bərpa olunmayan enerji resursları fərqləndirilir. Milli energetikanın mühafizə sahəsində siyasət haqqında 1978-ci il ABŞ qanununun tədqiqatçıları əsas enerji resurslarına neft və qazı aid edirlər. Digər hüquqşünaslar isə bu siyahıya geotermal resursları, hidroresursları, günəş və külək enerjisi resurslarını da əlavə edirlər. Enerji resurslarının istifadəsi haqqında AR Qanunu (1996) enerji resurslarını daha geniş məzmunda ehtiva etmişdir. Enerji resurslarının daha dəqiq və sistemli təsnifatı EXM-in EM Əlavəsində

təsbit olunmuşdur.

EXM-in 1-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq Energetika Material və Məhsulları üzrə EM Əlavəsi qəbul edilmişdir. Enerji Material və Məhsullarının təsnifatı Avropa Birliyinin Kombinə edilmiş Nomenklaturasına və Gömrük Əməkdaşlığı Şurasının (hazırda Dünya Gömrük Təşkilatının) harmonizasiya edilmiş Sisteminə əsaslanır. Digər (NI) Əlavə ilə «Energetika sferası təsərrüfat fəaliyyətində» Energetika Material və Məhsulları anlayışı altına düşməyən məhsulların siyahısı təsbit edilib. EM Əlavəsi demək olar ki, əksər iştirakçı dövlətlər tərəfindən dövlətdaxili qanunvericiliyə implementasiya edilib. Buna nümunə kimi Energetika haqqında Azərbaycan Respublikasının 1998-ci il Qanunu qeyd edilə bilər.

Enerji mənbələrinin müvafiq təsnifatı alqı-satqı, investisiya qoyuluşu gömrük-tarif tənzimlənməsi ilə yanaşı enerji yenidənqurması, ekoloji təhlükəsizliyin minimal standartı kimi çıxış edəcək enerji effektivliyinə əsaslanan yeni iqtisadi inkişaf (modeli) konsepsiyasının formalaşdırılması baxımından qiymətlidir.

1973-74-ci illərdə neftin qiymətinin artması və enerji təhlükəsizliyinin pozulması ilə bütün ölkələrin, xüsusilə, kasıb ölkələrin iqtisadiyyatına göstərdiyi təsirlə əlaqədar olaraq belə fikir meydana gəldi ki, neft perspektivdə qlobal ehtiyacları ödəyə bilməyəcək. Buna görə də, enerjinin yeni, bərpa olunan mənbələrinin günəş, geotermal. külək, qabarma və çəkilmələrin enerjisi, hidroenerji, dalğa və okeanın temperaturu qradienti, biokütlənin yenidən yaranması - ağac yanacağı, ağac kömürü, torf, yanar şist və bituminoz qumdaşından alınan enerji və d. resurslardan istifadə təşviq edilməlidir.



303. Nayrobi proqramı (1981), Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası, Enerji Xartiyasına Müqavilə (1994), «Səkkizlər qrupunun» 2006-cı il Sankt-Peturburq sammitində qəbul etdiyi «Qlobal enerji təhlükəsizliyi» üzrə Fəaliyyət Planı və digər beynəlxalq sənədlər çərçivəsində enerji təhlükəsizliyinin məqsədləri üçün enerjinin yeni mənbələrinin istifadəsi müəyyən olunub. Beynəlxalq birliyin qarşısında duran əsas məqsədlərdən biri karbohidrogenlərin istifadəsinə əsaslanan beynəlxalq iqtisadiyyatdan yeni və bərpa olunan enerji mənbələrinə daha geniş istifadəyə əsaslanan iqtisadi sistemə keçid təşkil etməlidir. Bu halda, karbohidrogenlərdən yalnız qeyri-enerji məqsədilə istifadə olunacaq.

Karbohidrogenləri digər resurslarla əvəz etmək mümkün olmadıqda onlara müraciət olunmalıdır.



304. Effektli enerji yenidənqurması hər bir dövlətin tam və
daimi suverenliyi prinsipi ilə uzləşməli, milli plan və prioritetlərə
uyğun olaraq həyata keçirilməlidir (EXM, m.18). Müvafiq olaraq, bütün ölkələr effektli enerji yenidənqurmasının təmin olunma­sında ümumi maraqları paylaşmalıdırlar. Bu zaman enerji planlaşdırılması və enerji yenidənqurması beynəlxalq iqtisadiyyatın sabit inkişafına yönələrək, ayrı-ayrı ölkələrin maraqlarına uyğun texniki və iqtisadi cəhətdən mümkün, sosial cəhətdən ədalətli, iqtisadi cəhətdən stabil olmalı və sülhün və stabilliyin qorunması şərtlərinə cavab verməlidir. BMT Baş Məclisinin 33/148
saylı qətnaməsində təsbit olunmuş enerjinin yeni və bərpa olunan
mənbələri konsepsiyasını Nayrobi proqramı ilə müqayisə etdikdə
məlum olur ki, Baş Məclisin qətnaməsində yeni və bərpa olunan
enerji mənbələrinin mənimsənilməsi ilə real tərk-sılah arasında
qarşılıqlı asılılığa xüsusi yer verilir. Bu mənada effektli beynəlxalq
nəzarət altında tərk-silaha nail olmaqla əlavə resurslar aşkara
çıxarıla bilər. Bu resursları da sosial iqtisadi inkişaf, yeni və bərpa
olunan enerji mənbələrinin istifadəsi istiqamətində sərf etməklə
ekoloji problemin həlli üzrə tullantısız texnologiya üçün maliyyə
imkanları yarana bilər.

Tullantısız enerji təchizatı, bir tərəfdən, enerji təhlükəsizliyinə xidmət edirsə, digər tərəfdən isə, ekoloji təhlükəsizliyin təminatına yönəlib. Bu mənada fotoelektrik günəş enerjisi, biokütlə və nüvə enerjisinin yeni imkanları nəzərə alınmalıdır.



305. Qlobal enerji təhlükəsizliyi üçün nüvə enerjisi sahəsində beynəlxalq müqavilələr böyük rol oynayır. EXM-in preambulası nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin hüquqi tənzimlənməsini nəzərdə tutan beynəlxalq müqavilələrə istinad
edir. Xüsusən də, EXM-də Nüvə silahının yayılmaması haqqında
Müqavilə və Nüvə materiallarının ixracının rəhbər prinsipləri
qeyd olunmuşdur. Hər iki sənəd beynəlxalq aləmdə tam tanınmasa da, nüvə dünyasının fəaliyyətinin hüquqi əsasını təşkil edir. Birinci adı çəkilən müqavilə hüquqi məcburi qüvvə kəsb etsə də bütün nüvə dövlətləri onun üzvü deyildir. İkinci sənəd isə tövsiyyə
xarakteri daşıyır və nüvə materiallarının təchizatı şərtləri və qeyri
nüvə dövlətləri üçün fəaliyyət istiqamətlərinin əsas prinsipləri
müəyyənləşdirilir. Buna baxmayaraq hər iki sənədin əsasında duran ümumi ideya ona əsaslanır ki, nüvə enerjisindən gələn fayda bütün dövlətlər üçün açıq olmalıdır. Lakin problem olaraq sağlamlığın, ətraf mühitin qorunması standartları və nüvə qurğuları üçün təhlükəsizliyin beynəlxalq minimal standartları müəyyən olunmamışdır. Müvafiq olaraq ətraf mühitin mühafizəsini və nüvə qurğularının beynəlxalq təhlükəsizlik standartlarının daha geniş aspektdə tanınması təmin edilməlidir. Bu məsələ Çernobıl (Ukrayna) qəzasından sonra daha da aktual olmuşdur. Nüvə energetika obyektlərinin istismarının tənzimlənməsi məsələsində spesifik yanaşma tələb edilir. Bilavasitə nüvə qurğularının təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahəsində normalar olmasa da, nüvə enerjisindən istifadə nəticəsində dəymiş zərərə görə maddi məsuliyyət, sığorta, həmçinin dəymiş zərərin ödənilməsində dövlətin iştirakının qayda və şərtləri haqqında məsələləri tənzimləyən normalar sistemi fəaliyyət göstərir.

Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə