ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə24/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

340. Beynəlxalq enerji təhlükəsizliyi ayrı-ayrı dövlətlərin
enerji təhlükəsizliyinm məcmuu kimi çıxış etdiyindən beynəlxalq
əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət kəsb edir.

T.Valde qeyd edir ki, enerji təhlükəsizliyi, təkcə neft təchizatı demək deyil, həmçinin qaz, kömür, uran və elektrik enerjisi təchizatı deməkdir. IAEA və xüsusən də, Avropa Birliyi üzvü olan ölkələr üçün enerji təhlükəsizliyi - sənaye ölkələrində əlverişli investisiya şəraitinin olması, depozit imkanları, daxili əlaqələndiricilərin, boru kəməri kimi fiziki infrastrukturun, elektrik enerjisi resurslarının nəqli və tranziti üzrə institusional şəraitin yaradılması deməkdir.

J. Tuskoz enerji təhlükəsizliyinin həlli üçün daha qlobai problemlərin həllinin zəruri olduğunu bildirir. O qeyd edir ki, uzun müddət dünya iqtisadiyyatını sarsıtmış enerji probleminin həlli üçün enerji bazannm tənzimetmə metodlarını müəyyən etmək lazımdır. İlk növbədə, neft idxal edən ölkələrin borclarının, həmçinin beynəlxalq sferada prioritet məsələlərdən birinə çevrilən inflyasiya dövründə enerji daşıyıcılarının qiymətlərinin azaldılmasına çalışmaq lazımdır. Bu tədbirlər kompleks şəkildə, başqa sözlə, bu tədbirlər enerji resursları ixrac edən ölkələrin iqtisadiyyatına investisiya qoyuluşunu artırmaq yolu ilə həyata keçirilməlidir. Nəhayət, problemin həlli zamanı sənayecə inkişaf etmiş ölkələr əldə edilmiş gəlirləri inkişafda olan ölkələrlə bölərək onları zərərlə buraxmamalıdırlar.

341. Beynəlxalq enerji təhlükəsizliyi ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliyindən meydana gəldiyi üçün, ilk növbədə, milli enerji təhlükəsizliyinə yararlı biləcək təhlükələr müəyyən edilməlidir. Ümumiyyətlə, milli təhlükəsizliyin pozulması iki formada - daxili və xarici təsir nəticəsində ola bilər. Enerji təhlükəsizliyi ilə bağlı daxili təhlükələri də iki kateqoriyada:

- yanacaq-enerji kompleksinin böhranlı vəziyyətə düşməsi:

- iqtisadiyyatda kifayət qədər yüksək, daha çox enerji tutumlu «inkişaf» tendensiyasının mövcudluğu ilə fərqləndirmək olar.

Müvafiq problemlərin həlli istiqamətində enerji təhlükəsizliyi iqtisadi-hüquqi kateqoriya olaraq həm ayrı-ayrı ölkələrin qanunvericilıyində, həm də beynəlxalq sənədlərdə özünün ifadəsinə malikdir. Ölkələrin milli enerji strategiyasında enerji təhlükəsizliyi - ölkənin, onun vətəndaşlarının, dövlətin, bütövlükdə, cəmiyyətin onlara xidmət edən iqtisadiyyatınm təhlükələrdən davamlı yanacaq və enerji təminatı ilə müdafləyə malik olması kimi qəbul edilir.

Dövlətin enerji təhlükəsizliyinə xarici təhlükə bir qayda olaraq transmilli xarakterli problemlərlə bağlı olur. Enerji resursları olmayan dövlətlərin xarici resurslardan asılılığı, təbii ehtiyatları olan dövlətlərin isə dünya bazarına sərbəst çıxışının maneələndirilməsi qeyd edilə bilər. Bu mənada EXM xüsusi əhəmiyyət kəsb edir. Müqavilədə qeyd edilir ki, bu müqavilənin məqsədini energetika sferasında qarşılıqlı təminatlandırma və mənfəət əsasında uzunmüddətli əməkdaşlığa kömək etmək üçün hüquqi çərçivənin yaradılması təşkil edir (m.2). Razılığa gələn tərəflər davamlı enerji təchizatı ilə bağlı infrastrukturun formalaşdırılmasını təmin etməlidirlər (m.7(2)).

Enerji təhlükəsizliyi ilə bağlı dövlətdaxili və beynəlxalq hüquqi aktların analizi enerji təhlükəsizliyi prinsipi (konsepsiyası) üçün

- enerji mənbələrinin differensiasiyasını;

- bərpa olunmayan enerji mənbələrinin istifadəsındən yeni və bərpa olunan enerji resurslarına keçidi:

- iqtisadi təhlükəsizliklə ekoloji təhlükəsizliyin və sosial-humanitar inkişaf konsepsiyasmın uzlaşdırılmasını zəruri edir.
9.8. Enerji bazarının tənzimlənməsində liberallaşdırma

prinsipi
342. Liberallaşdırma prinsipi beynəixalq ticarət hüququnda, o cümlədən Tariflər və Ticarət üzrə Baş Sazişdən – GATT, həmçinin Dünya Ticarət Təşkilatmın digər sazişlər sistemindən meydana gəlir. Həmin pıinsipə görə: üzv-dövlətlər beynəlxalq ticarətdə gömrük rüsum və vergilərindən başqa idxal və ixrac əməliyyatlarını digər formada məhdudlaşdırmamaq; GATT-a uyğun gəlməyən qaydaları tətbiq etməmək: GATT-a ziddiyyət təşikl edən qaydaları aradan qaldırmaq: idxal edilən əmətəələrə gömrük rüsumlarmın azaldılması: proteksionist, diskriminasion xarakterli daxili vergiqoymanı xarici əmtəələrə münasibətdə tətbiq etməmək öhdəliyi ilə yanaşı qarşılıqlı olaraq üzv-dövlətlərin gömrük rüsum dərəcələrinin aşağı salınması, qeyri-qanuni məhdudlaşdırmaların ləğvini tələb etmək; qeyri-qanuni tədbirlərə qarşı əks-tədbirlər görmək; beynəlxalq ticarətdə neydana çıxan maneələrin aradan qaldınlmasında iştirak etmək və s. hüquqları nəzərdə tutulur.

Beynəlxalq ticarət hüququnda nəzərdə tutulan liberallaşdırma prinsipi proteksionizm (latıncadan protestio-qapadılma, bağlanılma) və ya milli bazanın müdafiəsi prinsipinin əksi kimi bərqərar edilib. Beynəlxalq ticarətdə təzahür edən proteksionizm tendensiyaları enerji resurslarının beynəlxalq ticarətində daha qabarıq formada təzahür edir. Dünya ticarətində baş verən liberallaşma tədricən energetika sferasını da əhatə etməyə başlasa da bu sferada məzmun baxımından ciddi dəyişikliyə məruz qalır. Energetika sferasında liberallaşmanı ilk dəfə nəzərdə tutan beynəlxalq sazişlərdən biri kimi Avropa Enerji Xartiyası (AEX) çıxış edir. Xartiyanın məqsədləri bölməsində qeyd edilir ki, energetikanın liberallaşdınlması özündə: enerji resurslarının, maddələrinin, avadanlıq və xidmətin açıq və rəqabət tipli bazarını; enerji resurslarına, onların kəşfiyyatı və hasilatına kommersiya əsasında çıxışı; yerli və beynəlxalq bazarlara çıxışı; enerji xidmətləri, müvafiq avadanlıq və texnologiya ilə bağlı ticarətin qarşısında olan texniki, inzibati və d. maneələrin aradan qaldırılmasını nəzərdə tutur.

AEX-in ardınca enerji resurslarının beynəlxalq ticarətində liberallaşdırma prinsipinə yerli məzmun verən Enerji Xartiyasına Müqavilənin (EXM) 3-cü maddəsində qeyd edilir ki, Tərəflər kommersiya qaydaları əsasında beynəlxalq bazarlara çıxışı təşviq etmək və bütövlükdə energetik material və məhsullarm rəqabət və açıq bazarının inkişafı məqsədilə əməkdaşlıq edirlər. Müqavilənin 6-cı maddəsi rəqabətə həsr edilməklə bu sahədə energetika təsərrüfat fəaliyyətində rəqabət üçün maneələrin azaldılmasını (1), antirəqabət davranışı təmin edəcək qanunların qəbulu və icrasını (2), bu sahədə kifayət qədər təcrübəsi olan ölkələrin digərlərinə yardım etmələrini və s. nəzərdə tutur.

AEX-dən fərqli olaraq EXM-in hüquqi məcburi xüsusiyyəti onu qəbul etmiş ölkələrin energetika hüququna da əhəmiyyətli təsir etmişdir. AR-in Energctika haqqında 1998-ci il Qanunun 3.2 maddəsi bütün istehlakçıları enerji ilə səmərəli və etibarlı təchiz edəcək infrastrukturun və yeni iş yerlərinin yaradılması, energetika sahəsində fəaliyyət növləri üzrə rəqabət və minimal inhisar şəraitinin yaradılmasına istinad edir. EXM-də ticarət; kapital qoyuluşunun təşviqi və müdafıəsi və d. bölmələrdə energetika sferasında liberallaşdırma prinsipi daha da dəqiqləşdirilir.

EXM-də təsbit edilən energetikanın beynəlxalq ticarətinin liberallaşdırılması qarşılıqlı mənfəətə, ayrıseçkiliyin istisnasına, rəqabət prinsiplərinə əsaslanan vahid dünya energetika bazarınm yaradılmasına gətirib çıxarmalıdır. EXM-in GATT-dan əsas fərqi ondan ibarətdir ki, yalnız beynəlxalq ticarətdəki maneələrin aradan qaldırılmasını deyil, həm də daxili energetika bazarlarına sərbəst çıxış hüququnu ifadə edir.

Dünya energetika bazarının formalaşdırılmasında liberallaşdırma prinsipinə münasibət də özünün fərqliliyi ilə diqqəti cəlb edir. Bir qrup mütəxəssislər liberallaşdırmanın iqtisadi inkişafa və təhlükəsizliyə gətirib çıxaracağını bildirirsə, digərləri liberallaşdırmanın əsasən regional xarakterinin idxalçı ölkələrlə ixracçı dövlətlər arasında əks inteqrasiya meyillərinin genişlənməsinə səbəb olacağını bildirirlər.

Şübhəsiz ki, hər hansı bazarda liberallaşma prinsipinin tətbiqi daha yüksək təchizat və təhlükəsizlik məsələsinin həllinə yönəlir. Bu zaman həyata keçirilən tədbirlərə kompleks aspektdə baxılmalıdır.

Ümumi analiz belə bir fakta yönəlir ki, liberallaşdırma prinsipi istehsalçılarla (hasilatçılarla) istehlakçılar arasında əks inteqrasiya meyillərini sürətləndirə bilər. Belə bir tendensiyanın qarşısını almaq üçün vahid energetika bazarının təminatı baxımından ayrı-ayrı dövlətlərin energetika bazaıiarında ayrı-seçkiliyin ləğvi təmin edilməlidir.

Energetika bazarının liberallaşdırılması bir tərəfdən, vahid bazarın formalaşdırılmasına xidmət edirsə, digər tərəfdən, enerji resurslarının qiymətindəki inhisarı ləğv etməklə qiymətlərin sərbəstləşməsinə gətirib çıxaracaq. Həmçinin meydana çıxan əlavə resurslar investisiya formasında tələb və təklifın təhlükəsizliyini təmin etməlidir. Liberallaşdırma nəticəsində energetika infrastrukturuna EXM-də də nəzərdə tutulduğu kimi üçüncü şəxslərin çıxış hüququ təmin edilməlidir. Bu zaman tariflərin müəyyən edilməsi müstəqil milli tənzimləyici orqanlar vasitəsilə həyata keçirilməli; şaquli-inteqrasiya olunmuş xidmət göstərən kompaniyaların hüquqi və funksional baxımdan ayrılması reallaşdırılmalıdır.

Energetika bazarının liberallaşdırılması ilə məşğul olan Aİ Komissiyası bu sahədə daha geniş formada tədbirlər nəzərdə tutub. Hesab edilir ki, hüquqi və funksional baxımdan ayrılma üçüncü şəxslərin həmin bazarda ayrı-seçkiliyə məruz qalmaması üçün kifayət deyil. Bir müəssisədə həm satışın, həm də nəqliyyatın cəmlənməsi investisiya çatışmazlığı riski yaradır. Müvafiq monopolist şirkətlər yeni infrastrukturun yaradılmasında maraqlı olmadığından təchizatın təhlükəsizliyində də maraqlı olmurlar. Bu qənaət Aİ Məhkəməsinin SİOT işi üzrə məlum qərarında da ifadə edilib.

Nəqliyyatın və satışın ayrılması yeni infrastrukturların tikintisinə, investisiya qoyuluşuna marağı artırmalıdır. Bu halda nəqliyyat-şəbəkə infrastrukturunu idarə edən operatorun bu və ya digər əmtəə sahibini şəbəkədən istifadə zamanı ayrı-seçkiliyə məruz qoyması üçün stimul da istisna edilir.

Şaquli inteqrasiya olunmuş müəssisələrin mülkiyyətinin ayrılması və müstəqil operatorun idarəçilik sisteminə qarşı belə bir arqument də irəli sürülür ki, bu zaman təklif və tələbin düzgün planlaşdırılması riski yaranacaq. Müstəqil operator heç də həmişə düzgün qiymətləndirilməyən bazar siqnallarından çıxış etməklə təklifın inkişafı haqqında tam təsəvvürə malik olmayan idarəçiliyi həyata keçirməli olacaq. Digər tərəfdən, idarəetmə şəbəkələrində qaydaların formalaşdınlması üçün milli müstəqil tənzimləyici şəbəkə təsis edilməlidir. Hərgah daha geniş struktur dəyişikliyi də təklif edilir. Rəqabət işləri üzrə komissar N. Kroes mülkiyyətin ayrılması üçün yalnız tənzimləyici üzrə tədbirləri deyil, struktur dəyişikliyinə zərurət olduğunu bildirir. Rəqabətə əsaslanan vahid energetika şəbəkəsi energetika böhranlarının qarşılıqlı üstələnmə əsasını, enerji resurslarmın qiyməti yüksəldikcə daha az təminatlı istehlakçılann müdafıəsini təmin etməlidir.

Dünya energetika bazarında liberallaşdırma prinsipinin davamlı tərəfdan kimi çıxış edən Aİ enerji resurslarınm ticarətində rəqabət və sərbəstliyi özünün milli bazarı ilə məhdudlaşdırmayıb daha geniş formada bu istiqamətdə diplomatik fəaliyyətdədir. Belə ki, 2005-ci ilin oktyabrında Cənub-Şərqi Avropa ölkələri ilə (Afinada) imzalanmış Energetika Birliyi haqqında Sazişə görə Baikan yarımadasınm 8 ölkəsi də Aİ-nin energetıka siyasətinə daxil olmuşlar. Hazırda Aİ-nin vahid energetika sıyasəti 30-dan çox dövlətə şamil olunmaqdadır.

Qeyd edilən Birliyə üzvlüklə bağlı Türkiyənin danışıqlar aparması, Moldova, Ukrayna və Norveçin qoşulma istəyi və onların müşahidəçi statusu, həmçinin Aİ ilə Aralıq dənizi energetika ölkələrinin əməkdaşlıq forumu Avrasiya və Afrika energetika bazarında Aİ-nin hüquq normalannın (acquis communautaire) libe­rallaşdırma ilə təsiri genişlənməkdə olan bir prosesdir.

Mərkəzdə Aİ dayanmaqla enerji resurslarının beynəlxalq ticarətində liberallaşdırma prinsipi Azərbaycan Respublikası, Orta Asiya (Qazaxıstan, Türkmənistan, Özbəkistan), RF, Latın Amerikası, Karib hövzəsi ölkələri ilə əməkdaşlığın da əsasını təşkil etməkdədir.

Aİ tərəfindən daha fəal təşviq edilməsinə baxmayaraq müvafiq prinsip bəzi üzv ölkələr tərəfindən tam realizə edilmir. Belə ki, Almaniya, Fransa, İspaniya kimi, iri enerji istehlakçıları energetika bazarını tam açmamışlar. Energetika sferasında dövlət suverenliyi bu sahədə xidmətin əsasən milli şəxslərə həvalə edilməsinə səbəb olur. Lakin qloballaşan iqtisadi sistem və enerji resurslarına artan tələbat, ümumi ekoloji problemlər effektivliyi yüksəldən və ayrı-seçkiliyi istisna edən vahid energetika bazarının təsis edilməsini zəruri edib. Aİ çərivəsində qəbul edilən son Direktivlər (2003, 2005) də qeyd etdiymiz fikri təsdiqləməkdədir.

Liberallaşdırma prinsipinin məzmunu bir sıra terminlərdə təzahür edir. Xüsusən də, «Şəffaflıq», «açıqlıq», «effektivlik», «rəqabət» kimi anlayışlar məcburi hüquqi qüvvə kəsb etməsələr də mütəmadi olaraq dövlət başçılarmm siyasi görüşlərinin də müzakirə obyektinə çevrilməkdədir. «G 8»-in 2006-cı il Qlobal enerji təhlükəsizliyinin Sankt-Peterburq sammitində də qlobal enerji təhlükəsiziıyinin təminatı üçün xüsusi əhəmiyyət kəsb edən enerji resurslarının istehsalı, tranziti, nəqli, satışı, xidmətlər, istifadəsində bazarların rəqabət, açıqlıq, şəffaflıq, effektivlik prinsipləri bəyan edilib.

«G 8»-in qəbul etdiyi sənəd yumşaq hüquq məzmunu kəsb etsə də bəyan edilən bütün bəndlərdə qlobal energetika təhlükəsizliyinin təminatında liberallaşdırma prinsipi bu və ya digər formada təsbit edilib. Xüsusən də:

- enerji resursları siklinin bütün mərhələlərində adekvat və stabil beynəlxalq investisiyalar cəlb etmək məqsədilə kontraktların gözlənilməsi üzrə öhdəlikləri nəzərdə tutmaqla şəffaf, ədalətli, stabil və effektli: hüquqi çərçivənin və tənzimləmə sisteminin yaradılması;

- tələb və təklifin təhlükəsizliyi və energetika sferasında qarşılıqlı asılılığın gücləndirilməsi məsələləri üzrə bütün maraqlı tərəflər arasında fıkir mübadiləsi və dialoqun inkişafı;

- enerji resurslarının nəqli vasitələrinə, nəqliyyat xətlərinə sahəvi və coğrafı bazarlara, enerji mənbələrinə, enerji daşıyıcılarına çıxışda tələb və təklifin alternativləndirilməsi;

- strateji ehtiyatların planlaşdırılmasının kordinasiyası, o cümlədən fövqəladə vəziyyətin nəticələrinin ləğvi zamanı birgə fəaliyyət;

- inkişafda olan dövlətlərin kasıb əhali qruplarının enerji probleminin həlli və s. ifadə edilmşidir.

Əksər hallarda bu və ya digər beynəlxalq forumlarda qəbul edilmiş fəaliyyət proqramları, o cumlədən beynəlxalq təşkilatların yumşaq hüquq normaları sonradan həmin sferada müvafıq subyektlər üçün daha bərk normalara transformasiya edilir. Beynəlxalq maliyyə bazarlarında olduğu kimi energetika bazarlarında da fəaliyyətin yönəldilməsində G-8-in qaydaiarı. siyasi razılaşmaları mühüm əhəmiyyət kəsb edir. Həmin çərçivədə qəbul edilən qayda və razılaşmalar beynəlxalq praktikaya çevrilir. Bu mənada həmin sammitdə qəbul edilmiş Qlobal energetika təhlükəsizliyinin fəaliyyət Planında təsbit edilmiş priortetlər xüsusi əhəmiyət kəsb edir. Qeyd edilir ki, qlobal energetika sisteminin effektli fəaliyyəti üçün azad, rəqabət xarakterli və acıq bazariarm mövcudluğu həyati əhəmiyyətli məsələdir. Tələb və təklifə münasibətdə məsuliyyətli siyasətin təmin edilməsi. öncədən müəyyən edilən effektli vergiqoyma rejimlərinin və tənzimetmənin yaradılması və möhkəmləndirilməsi, şəffaflığın yüksəldilməsinə cəhdlər - bütün bunlar qlobal energetika təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayırlar.

Energetika sferasında liberallaşdırma prinsipindən çıxış edən fəaliyyət Planı ayrı-ayrı milli tənzimetmə sistemiərinin təkmilləşdirilməsi üçün müvafiq beynəlxalq sazişlərə, o cümlədən Enerji Xartiyasmın prinsiplərinə istinad edir. Bu da öz növbəsində EXM-in energetika sferasında rəqabot prinsipinin daha geniş miqyasda tətbiqini, onun hüquqi qüvvəsiniu tanınmasını şərtləndirir.

RF istisna olmaqla əksəriyyəti enerji resursiarı idxal edən «G-8»-in üzvləri və RF liberallaşdırmanın müəyyən mənada ixracı, inkişafda olan dövlətlər üçün problemlər də yaradacağını nəzərə alaraq hasilat sferasına ciddi investisiya qoyuluşu zərurətini də ifadə etmişlər. Energetika sektorunda təhlükəsizliyin təmin edilməsi üçün dünya miqyasında 2030-cu ilə kimi bir neçə trill. ABŞ dollan məbləğində investisiya qoyuluşunun tələb edildiyi və bunun da əhənıiyyətli hissəsinin inkişaf etməkdə olan Ölkələrin təlabatına yönəldilməsi zərurəti qeyd edilib.

Beləliklə, dünya energetika bazannda liberallaşdırma prinsipinin genişləndirilməsi yalnız hasilatçı dövlətlərdə infrastrukturun paralel müdafiəsi tədbirləri ilə həyata keçirilməlidir. Digər tərəfdən, liberallaşdırmanın gətirəcəyi sərbəst bazarda həmin Ölkələrin xidmət şirkətlərinin də çıxış etməsinə imkan verilməlidir. Bunun üçün idxalçı ölkələrdə də mövcud olan məhdudiyyətlər, o cümlədən Avropa İttifaqının üzv Ölkələrində karbohidrogenlərin hasilatı, idarəçiliyi sferasında xarici investorlar üçün nəzərdə tutulan məhdudiyyətlər tam ləğv edİiməlidir. Dünya energetika bazarında liberallaşdırma prinsipinin tətbiqində ilk tədbirlər istehlakçı (idxalçı) dövlətlər tərəfindən təmin edilməlidir. Belə olan halda ixracçı dövlətlərin müəssisələri (investoıiarı) həmin ölkələrdə müəyyən mövqeyə sahib olduqdan sonra enerji resurslarına malik olan ölkələrin daxili bazarında liberallaşdırma həyata keçirilə bilər. Başqa sözlə, liberallaşdırma prinsipinə əsaslanan müqavilə tərəfləri üçün qarşılıqlıq prinsipinin formal məzmunu deyil, maddi hüquqi məzmununa çalışılmalıdır. Bu zaman ayrı-ayrı dövlətlərin təsərrüfat subyektləri üçün nəzərdə tutduğu formal bərabərlik faktiki iqtisadi məzmunda təzahür etməlidir.

İnvestisiya münasibətlərində olduğu kimi, energetika münasibətlərində də qarşılıqlıq prinsipinin formal növündə təqdim olunan üstünlüklərindən bazarda daha yüksək təcrübəsi, peşəkar heyəti, infrastrukturu olan şirkətlər faydalanır. Həmin xüsusiyyətdə isə bir qayda olaraq inkişaf etmiş idxalçı dövlətlərin müəssisələri çıxış edir. Hətta eyni inteqrasiya qurumlarında olan dövlətlər arasında bu yönümdə problemlər istisna edilmir. Buna nümunə kimi NAFTA çərçivəsində ABŞ və Kanada arasında elektroenergetika bazarının liberallaşdırılmasından əsasən ABŞ şirkətlərinin faydalanması qeyd edilə bilər. Belə ki, həmin prinsipə əsaslanan ABŞ Energetika Komissiyası amerikalı elektroenergetika istehsalçılarının Kanada bazarında enerji satışının məcburi şərti kimi müsbət mənada əks-qarşılıqlıq nəzərdə tutmuşdur. Başqa sözlə, xidmət, satış qiymətləri və şərtləri ekvivalent olmalıdır. Əslində eyni iqtisadi inkişaf səviyyəli və eyni inteqrasiya üzvləri arasında qarşılıqlıq prinsipi liberallaşdırmanı ləngidən faktor kimi qiymətləndirilməlidir. Energetika bazarında liberallaşdırma məqsədilə qarşılıqlıq prinsipinin tətbiqinə birtərəfii qaydada baxılmalıdır. Dövlətlər özünün daxili qanunvericüiyinə uyğun olaraq inkişaf səviyyəsindən asılı olaraq energetika bazarının liberallaşdırmalıdır. Başqa sözlə, bu halda qarşılıqlıq birtərəfli olmaiıdır. Beynəlxalq müqavilə qaydasında dövlətlər energetika bazarmı liberallaşdırmaq istəyərkən qarşılıqlıq prinsipini və ya onun elementi kimi qarşılıqlı mənfəət prinsipini istisna etməlidir. Belə mexanizm əksər halda beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstərməkdədir. Liberallaşdırma prinsipi vahid bazar ideologiyasma xidmət etdiyindən bu zaman ayrı-ayrı subyektlərin hüququnun ilk öncə harmonizasiyası, daha sonra isə unifıkasiya problemi qoyula bilər.

Müasir dövrdə enerji resurslan ixrac edən öikələrin beynəlxalq energetika bazarlarında investisiya maraqlarını təmin edəcək daha ciddi, real mexanizmlərə zərurət duyulur. Bu mənada EXM üzrə hazırlanan yeni Əlavə Müqavilə bu problemi həll edə bilər. EXM-in bu gün mövcud olan liberallaşdırma mexanizmi də təklif və tələbin təhlükəsizliyini tam əhatə etmir və yaxud da «energetika həlqəsinin» müxtəlif səviyyələrində olan ölkələrin maraqlarını tam əks etdirmir. 2006-cı il Enerji Xartiyasının Konfransında da RF nümayəndəliyi tərəfindən EXM-də boşluq kimi uzunmüddətli kontrakt institutunun gücləndirilməsi ilə bazarların liberallaşdırılması arasında qızıl orta xəttin tanınması, istehsalçı, istehlakçı və tranzit ölkələrin maraqlarınm balanslaşdırılması, təklifin və tələbin təhlükəsızliyinin təşviqi bir daha qeyd edilmişdir.

İstər universal səviyyəli (GATT-ın enerji resurslarının ticarətinə tətbiq edilməsi mümkün olduğu qədər), istərsə də regional beynəlxalq sazişlər (Avropa Energetıka Xartiyası. MDB iştirakçı-dövlətlərinin elektroenergetika sistemlərinin paralel işinin təmini haqqında 1998-ci il (Moskva) Müqaviləsi; MDB iştirakçı-dövlətlərinin elektrik enerjisi və gücünün tranziti haqqında 2000-ci il (Moskva) Sazişi və s. energetika sferasında liberallaşdırma prinsipinin mənbəsi kimi çıxış edirlər. Müvafiq beynəlxalq hüquq normaları liberallaşdırma prinsipini energetika sferasında dövlətlərarası əməkdaşlığın xüsusi (spesifik) prinsipinə çevirməkdədir. Eyni zamanda bir sıra digər prinsiplər, o cümlədən enerji resurslarının ticarət və ya təchizat kontraktlarında ayrı-seçkiliyə yol verməmək: enerji şəbəkələrinə üçüncü tərəfə sərbəst çıxış hüququnun verilməsi; daxili istehlak bazarında şəffaflığın təmin edilməsi üçün transparentliyin təmini; enerji daşıyıcılarının tarifləri haqqında istehlakçıların məlumat almaq hüququ qeyd edilməlidir. Lakin daha önəmli prinsip kimi istehsalçı, inkişafda olan bazarlara preferensiya prinsipi bazarın gələcək liberallaşdırılmasının əsas şərti kimi qəbul edilməlidir.


9.9. Enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipi
343. Beynəlxalq enerji münasibətlərinin tənzimlənməsi zamanı meydana çıxan problemlərdən biri də ətraf mühitin mühafizəsidir. Müasir dövrdə enerji sektorunda bağlanan kontraktlarda, beynəlxalq sazişlərdə ətraf mühitə xüsusi əhəmiyyət verilir. Enerji sektoruna xarici investisiyaları cəlb etmək istəyən dövlətin qəbul
etdiyi ilk normativ-hüquqi aktlardan biri də ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericilik aktları olur. Hətta bağlanmış kontraktlarda müvafiq öhdəliyi əks etdirən norma ifadə olunmadığı halda da, tərəflər ətraf mühitin mühafizəsini təmin etməyin vacibliyini qəbul edirlər. Başqa sözlə, bu məsələnin həlli adət hüququ
kimi formalaşmaqdadır. EXM-də ətraf mühitin mühafizəsində
meyar enerji effektivliyi ilə şərtləndirilir. Şərti olaraq prinsipi də
enerji effektivliyi və ətraf mühitin mühafizəsi kimi qəbul etmək
olar.

Müqavilədə qeyd olunur ki, ətraf mühitə mənfi təsiri enerji effektivliyini yüksəltməklə aradan qaldırmaq olar. Enerji effektivliyi müəyyən əmtəə və xidmətin keyfiyyətini və ya işə yararlılıq xüsusiyyətini azaltmadan daha az enerji sərf etməklə eyni say tərkibini saxlamağa yönələn tədbir kimi dəyərləndirilir.



344. Enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipi

- enerji effektivliyi sferasında normativ aktların işlənib hazırlanmasında əməkdaşlığı;

- ətraf mühitə və dünya iqliminə enerji dövriyyəsinin mənfi təsirini azaltmaq məqsədilə enerji effektivliyi sferasında müvafiq hüququn yaradılması ilə bağlı siyasətin müəyyən edilməsi:

- enerji resurslarının hasilatı, nəqli zamanı texniki standartların gözlənilməsini;

- enerji resurslarının qiymətini rəqabətə əsaslandıraraq ekoloji xərclər tam daxil olmaqla enerji effektivliyi və müvafiq ətraf mühitin mühafizəsi aspekti ilə dəyərləndirməni;

- enerji effektivliyinin yüksəldilməsi üçün maliyyə ilə bağlı hökumətlərarası əməkdaşlığı və s. nəzərdə tutur.

Beynəlxalq sazişlərdə ekoloji baxımdan əsaslandırılmış, texniki təhlükəsizliyə cavab verə biləcək yeni texniki avadanlıqların tətbiqi sahəsində dövlətlərarası əməkdaşlığa xüsusi fikir verilir. EXM-ə qəbul edilmiş Protokolda qeyd olunur ki, Enerji Xartiyasına Müqaviləyə uyğun olaraq razılığa gələn tərəflər enerji effektivliyi və ekoloji baxımdan əsaslandırılmış texnologiyanın ticarəti sferasında əməkdaşlığı və enerjiyə aid xidmət və idarəçilik metodlarını təşviq edirlər.

Ətraf mühitin mühafizəsini enerji effektivliyinin meyarlarına, normativlərinə riayət etməklə təmin etmək olar. Beynəlxalq Atom Enerjisi Agentliyi dinc məqsədlərlə atom enerjisindən istifadə sahəsində mütəmadi olaraq özünün standartlarının müəyyən edir. Avropada müvafiq məsələlərlə Atom Enerjisi üzrə Avropa Agentliyi məşğul olur. Qeyd olunan sferada standartlar Atom Enerjisi üzrə Avropa Birliyinin təsis olunması haqqında Müqavilədə, 1957-ci il Avropa Birliyinin təsis olunması haqqında Roma Müqaviləsində də əks olunub. Sonuncu müqavilədə qeyd olunur ki, təbii ehtiyatların istifadəsində rasionallığın gözlənilməsi zəruri məsələlərdən biridir (m.174).

Tamamilə tullantısız texnologiya olmasa da, minimum tullantılı texnologiyanın tətbiqinə nail olmaq lazımdır. Bu məsələ bu və ya digər formada Ətraf mühit üzrə BMT Proqramında: Ozon təbəqəsini dağıdan maddələr üzrə 1987-ci il Monreal Protokolunda, İqlim dəyişikliyi haqqında BMT-nin 1992-ci il Konvensiyasında, həmin Konvensiyaya 1997-ci il Kioto Protokolunda və s-də öz əksini tapıb. Kioto Protokolunda bərpa olunan enerji növlərindən geniş istifadə ilə yanaşı zərərli maddələrin udulmasını təmin edən ekoloji baxımdan təhlükəsiz texnikanın tətbiqi təşviq edilir.


Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə