ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə25/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

345. Beynəlxalq hüquqda olduğu kimi ayrı-ayrı dövlətlərin daxili qanunvericiliyində, həmçinin enerji resurslarının kəşfiyyatını, hasilatını və nəqlini tənzim edən beynəlxalq kontraktlarda ətraf mühitin mühafizəsilə bağlı normalara xüsusi diqqət verilir. Azərbaycan Respublikasının Konstitusiyasında (hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ ilə yanaşı (m.39, I)) ekoloji hüquqpozma ilə əlaqədar sağlamlığa və əmlaka dəymiş ziyanın əvəzini almaq hüququ qeyd olunur (m.39,11).

Azərbaycan Respublikasının Ekoloji təhlükəsizlik haqqında (1995), Ətraf mühitin mühafizəsi haqqında (1999) Qanunlarında ətraf mühitin mühafizəsi prinsipi öz əksini tapıb. AR-ın Yerin təkindən istifadə haqqında 1998-ci il Qanununda da enerji daşıyıcılarından istifadə zamanı ətraf mühitin mühafizəsində səmərəli, kompleks və təhlükəsiz istifadə prinsipi nəzərdə tutulur.



346. AR-in neft kontraktlarından «Əsrin Müqaviləsində» qeyd olunur ki, podratçı beynəlxalq neft sənayesinin hamılıqla qəbul olunmuş standartlarına səylə əməl edərək ətraf mühitin, o cümlədən məhdudiyyət qoymadan yerin üstü və təkinin, dənizin, havanın, göllərin, çayların, flora və faunanın, kənd təsərrüfatı bitkilərinin, digər təbii ehtiyatların və əmlakın vəziyyətinin hər hansı potensial pozuntularını minimuma endirmək üçün göstərilən standartlara müvafiq surətdə həyatın, ətraf mühitin əmlakın mühafizəsi növbəliliyilə bütün zəruri tədbirləri görərək, neft əməliyyatlarını lazımı səmərəliliyə və təhlükəsizliyə uyğun olaraq aparır (m.2,1). Podratçı AR-in səhiyyə, təhlükəsizlik texnikasına, ətraf mühitin mühafizəsinə və bərpasına hamılıqla tətbiq edilə bilən mövcud və gələcək qanunlarına, yaxud qərarlarına tabe olur, bu şərtlə ki, həmin qanun, qərarların tələbləri saziş bağlanarkən qüvvədə olan normaların və podratçının tabe olduğu beynəlxalq neft sənayesi praktikasının tələblərindən sərt olmasın (m.26.3). Sazişin XI əlavəsində avadanlığın təhlükəsiz istismarı üçün tanınmış beynəlxalq təşkilat və assosiasiyaların Amerikanın Neft İnstitutunun (API), Britaniya Standartlar İnstitutunun (BSI), Avropa Normalaşdırma Komissiyasının (SEN) tövsiyələri əsas götürülür.

347. Enerji resurslarının hasilatı və istifadəsi zamanı sosial-ekoloji balansı təmin etmək üçün EXM ətraf mühitə mənfi təsiri azaltmaq məqsədilə tullantılara görə (CO2 vergisini) xərcləri istisna etmir. Məlum olduğu kimi, beynəlxalq ticarət hüquqi, o cümlədən GATT-1994 beynəlxalq ticarətdə qeyri-tarif maneələrinin tarif maneələri ilə əvəzlənməsini, sonuncunun isə ləğv edilməsini nəzərdə tutur. Vergiqoyma məsələlərinin qeyri-tarif maneələri kateqoriyasına aid olduğunu nəzərə alsaq, belə görünə bilər ki, GATT belə vergilərin nəzərdə tutulmasına yol vermir (135). BMT-nin I992-ci il İqlim dəyişikliyi haqqında çərçivə Konvensiyasına qəbul edilmiş 1997-ci il Kioto Protokolu da azad rəqabətə müvafiq olmayan, Konvensiya məqsədinə ziddiyyət təşkil edən vergi, yığım və subsidiyaların ləğvini nəzərdə tutur (m.2(v)). Lakin, bu o demək deyil ki, Konvensiyanın təyinatına uyğun olan tədbirlər, o cümlədən, maliyyə, vergi və yığımlar tətbiq edilə bilməz.

Ozon təbəqəsini dağıdan maddələr üzrə 1987-ci il Monreal Protokolu «kim çirkləndirir, o da ödəyir» prinsipinə uyğun olaraq daha təmiz enerji mənbələrindən istifadəni təşviq edir. Davamlı inkişafın stimulu olan enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipinə uyğun olaraq:

- enerji dövriyyəsindən ətraf mühitə və dünya iqliminə mənfi təsiri azaltmaq məqsədilə müvafiq hüquqi bazarın yaradılması ilə bağlı siyasətin müəyyən edilməsi;

- tamamilə ekoloji xərclər də daxil olmaqla rəqabət əsasında enerji resurslarının qiymətinin müəyyən edilməsini nəzərdə tutur.



348. Digər tərəfdən istər beynəlxalq ticarət hüququ, istərsə də beynəlxalq ekologiya hüququ ətraf mühitin mühafizəsi ilə bağlı «publik qaydanın» qorunmasında ümumqəbuledilmiş mövqedən çıxış edir. Beynəlxalq ticarətdə subsidiya və yardımları qadağan edən GATT-1994 ekoloji sferada «yaşıl subsidiyanı» təşviq edir (153). Müvafiq olaraq beynəlxalq ticarət hüququ bu məsələdə bəzən ziddiyyətli olsa da, beynəlxalq ekologiya hüququnun imperativinə (ətraf mühitin beynəlxalq hüquqi mühafizəsinə, ekoloji təhlükəsizliyin təmin olunmasına) əsaslanır. EXM-in 19-cu maddəsində qeyd edilir ki, enerji dövriyyəsindən ətraf mühitə mənfi təsir ekoloji baxımdan əsaslandırılmış iqtisadi effektiv enerji siyasətinə və beynəlxalq ekologiya normalarına uyğun həll edilməlidir. Öncə istinad etdiyimiz 1997-ci il Kioto Protokolu da birmənalı olaraq Konvensiya məqsədinə uyğun olmayan vergi, yığım və subsidiyaları istisna edir. Müvafiq Konvensiyanın məqsədini ətraf mühitə mənfi təsiri azaltmaq təşkil etdiyini nəzərə alsaq, o halda ozon təbəqəsini dağıda biləcək «ixtisaredici və ya məhdudlaşdırıcı tullantı vahidlərinin» tətbiqi üçün karbon vergisi və ya bu yönümlü xərclər istisna edilmir. İqlim dəyişikliyi haqqında çərçivə Konvensiyası karbon tullantıları ilə bağlı 2008-ci ildən qüvvəyə minən Kioto Protokolunun məhdudlaşdırıcı qaydalarının tətbiqini təşviq etməsi də müvafiq fikri təsdiqləyir.

EXM-in (istisnalar adlanan) 24-cü maddəsi də müvafiq problemin həllinə yönəlib. Qeyd edilir ki, bu Müqavilənin qaydaları razılığa gələn tərəflərə insan, heyvan və ya bitki həyalının və sağlamlığının müdafiəsi üçün zəruri tədbirlərin qəbul edilmə-sinə maneə olmamalıdır.

Burada meydana gələn problem iki aspektlə, əvvəla, qeyd etdiyimiz beynəlxalq sazişlərin müddəaları, bir tərəfdən, birbaşa Öhdəlik yaratmayan (məsələn, Enerji Xartiyasına Müqavilənin 19-cu maddəsindəki «...Səy göstərirlər». kimi) yumşaq ifadə tərzinə malikdirsə, digər tərəfdən isə, dövlətdaxili qanunvericilikdəki boşluqla bağlıdır. Bu mənada iqtisadi-ticarət, enerji əməkdaşlığı sferasında qəbul edilmiş beynəlxalq sazişlərin, ya ekoloji aspektlə əlaqədar konkret öhdəlik yaradan müddəalar formalaşdırılmalı, ya da müvafiq beynəlxalq sazişlərə (məsələn. Kioto Protokoluna) istinad edilməlidir.

AR-in qanunvericiliyi ətraf mühitin qorunmasında səlahiyyətli olan şəxslərə müvafiq qanunvericilik inzibati tədbirlərin həyata keçirilməsinə mane olmur. Belə ki. AR Vergi Məcəlləsinin (2000) 2.5-ci maddəsində qeyd edilir ki. AR tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulan müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

Lakin vergitutma mürəkkəb prosedur olduğundan və AR VM ilə nəzərdə tutulmayan vergilərin müəyyən edilməsinə yol verilmədiyi üçün (m.4.6) ətraf mühitə mənli təsirləri kompensasiya edəcək CO2 vergisi qanunvericilikdə təsbit edilməlidir. Problemin həlli zamanı Avropa İttifaqının təcrübəsinə diqqət yetirmək zərurəti yaranır. Belə ki, ekoloji vergi problemi ilk dəfə Avropa ölkələrinin təcrübəsində meydana gəlib. Avropa İttifaqında ekoloji təhlükəsizliyin iqtisadi təminat vasitəsi kimi ekoloji vergi və publik subsidiyalar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, hələlik ekoloji vergi qoyma məsələsi bu qurum çərçivəsində də özünün konkret həllini tapmayıb. Belə ki, 1991-ci ildə enerjidən istifadəyə görə CO2 vergisi təklifi qəbul edilməmiş və bu gün ilkin formada irəli sürülən təklif hələ bir qədər də köhnəlmiş sayılır. Məsələ ondadır ki. Avropa Birliyi haqqında Müqavilənin 93 və 175(2) maddələrinə görə Birlik çərçivəsində vergi məsələləri yekdilliklə qəbul edilməlidir. Müvafiq olaraq bir sıra ölkələr belə bir fikir irəli sürürlər ki, vergi məsələsini üzv-dövlətlər həll et­məlidirlər. Digər tərəfdən isə, hesab edilir ki, hər hansı bir üzv dövlətdə müəyyən bir məhsulun istehsalı zamanı CO2 vergisinin tətbiqi həmin məhsulun digər dövlətdə rəqabət qabiliyyətini aşağı salacaq ki, bu da ümumi bazar ideyasına uyğun olmayacaq. Buna görə də, Birlik tərəfindən ətraf mühitin mühafizəsi üçün ictimai xarakterli subsidiyaların ayrılması üzrə müxtəlif təşkilati, hüquqi mexanizmlər formalaşdırılıb. Məsələn, 1999-cu ildə Avropa regional inkişaf fondları haqqında Avropa Birliyinin 1783 №li qərarı ilə ətraf mühitin mühafizəsi sferasında regenerativ enerji mənbələrindən enerjinin rasional istifadəsi ilə əlaqədar subsidiyaların ayrılması fondları nəzərdə tutulur. Nəzərdə tutulan subsidiyalar da öncə ifadə etdiyimiz kimi GATT-İ994-Ə uyğun həyata keçirilir. Başqa sözlə desək, verilən subsidiya rəqabət prosesini pozmamalıdır. Müdafiə tədbirləri sırf ekoloji aspekt kəsb etməklə tullantısız texnologiyanın tətbiqinə, bərpa olunan enerji mənbələrinin istifadəsinə yönəlməlidir. Bu məqsədlə 2003-cü ildə Şura və Parlament tərəfindən qəbul edilmiş CO2 tullantılarının sertifikatları ilə ticarət haqqında Direktivə görə müvafiq ticarət 2008-ci ildən, daha doğrusu, Kioto protokolunun məcburiyyət mexanizmləri bütün dünyada tətbiq edilməyə başlayandan sonra dövriyyəyə daxil ediləcək.

Beləliklə, enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipinə görə müəssisələr üçün karbon vergisi deyil, parnik effekti yaradan tullantı kvotaları ilə ticarətin beynəlxalq bazarı formalaşdırılmalıdır. Kvotalarla ticarət qaydalarının yaradılması bu məsələni həll etməli, həm də dövlətlərarası və hüquqi şəxslərarası səviyyədə Kioto Protokolunun inkişafını təmin etmiş olacaq. Kvotaların satışına icazə sistemi tullantıların səviyyəsini azaldan istehsalın və əmtəələrinə, xidmətlərinə, o cümlədən enerji avadanlığı resursları və xidmətləri ilə ticarətin bərqərar olmasına gətirib çıxaracaq.



349. Beynəlxalq hüquqda enerji resurslarının nəqli və istifadəsindən dəymiş zərərə görə mülki məsuliyyətlə bağlı bir sıra konvensiyaların qəbul olunması da enerji effektivliyinin və ətraf mühitin mühafizəsinin təminatına yönəlib. Xüsusən də, Dənizin neftlə çirkləndirilməsindən dəymiş zərərə görə mülki məsuliyyət haqqında (1992) Brüssel Konvensiyası. Təhlükəli fəaliyyətdən dəymiş zərərə görə mülki məsuliyyət haqqında (1993) Konvensiya və s. sazişlər qeyd edilə bilər.

Enerji şirkətləri ətraf mühitə zərər vuran və ya bədbəxt hadisələr, o cümlədən zərərlə bağlı başqa hadisələr zamanı dərhal müvafiq orqanları xəbərdar etməyi öhdələrinə götürürlər. «Əsrin Müqaviləsi»-ndə qeyd olunur ki, müvafiq hadisələr zamanı podratçı ARDNŞ və hökumət orqanlarmı dərhal xəbərdar edir və vəziyyətin düzəldilməsi üçün gördüyü təcili tədbirlər və əldə edilmiş nəticələr haqqında məlumat verir. Podratçı qəza vəziyyətini nəzarət altına almaq və insan tələfatının, itkilərin və əmlaka zərər dəyməsinin qarşısını almaq üçün hər cür lazımi səyləri göstərir (m.26.2). Müqavilənin digər müddəasında qeyd olunur ki, Podratçı, onun AR-in müvafiq məhkəməsi tərəfindən müəyyən edilmiş təqsiri üzündən ətraf mühitin hər hansı şəkildə çirklənməsi nəticəsində (Hökumət istisna olmaqla) üçüncü tərəfin məruz qaldığı birbaşa itkilər və ya ziyan üçün məsuliyyət daşıyır (m.26.5 (a)).



350. Təəssüf ki, beynəlxalq sazişlərdən EXM-də bu məsələ kifayət qədər özünün həllini tapmayıb. Protokolun əsas müddəaları ilə tənzim edilən münasibətləri iki kateqoriyaya - enerji effektivliyi sferasında daxili siyasət və bu sahədə beynəlxalq əməkdaşlığa ayırdıqda belə, hər iki kateqoriya münasibətlər üçün enerji effektivliyinin ekoloji prioriteti deyil, kommersiya, iqtisadi aspekt üstünlük təşkil edir. Digər tərəfdən, Protokolun ekoloji təhlükəsizliyə həsr edilən 13-cü maddəsində qeyd edilir ki, Protokol müddəaları ilə (bilavasitə enerji təminatı aspektinin hüquqi tənzimlənməsini nəzərdə tutan - müəllif.) Enerji Xartiyasına Müqavilə arasında ziddiyyət yarandığı halda prioritet Enerji Xartiyasına Müqaviləyə verilir. EXM-də ekoloji təhlükəsizliyin təmin olunması üzrə məsuliyyət, ətraf mühitə dəyə biləcək zərərin sığortalanması məsələləri də zəruri səviyyədə öz ifadəsini tapmayıb.

Eynilə təhlükəsizlik problemləri üçün zərərli, qeyri-effektiv enerji sistemlərinin dövriyyədən çıxarılması üzrə öhdəlik də (Preambulada ifadə edilməklə) yumşaq formada təsbit edilib. EXM-dən fərqli olaraq bir sıra beynəlxalq sazişlər, məsələn. BMT-nin İqlim dəyişikliyi üzrə 1992-ci il Çərçivə Konvensiyası. Böyük məsafədə havanın transsərhəd çirkləndirilməsi haqqında 1979-cu il Konvensiyası, həmçinin ona qəbul edilmiş dörd Protokol ekoloji təhlükələrin həllini müəyyən tullantı növlərinin azaldılması üzrə öhdəlik sisteminin müəyyən edilməsi ilə əlaqələndirirsə, digər beynəlxalq hüquq normaları, məsələn, Nüvə gəmiləri operatorlarının məsuliyyəti haqqında 1962-ci il Brüssel Konvensiyası.

Neftlə çirklənmədən dəymiş zərərə görə mülki məsuliyyət haqqında 1992-ci il Konvensiyası və d. sazişlər dəymiş zərərin ödənilməsində dövlətin rolunu, sığorta və b. məsələləri tənzim edir. Müvafiq problemlərin dövlətdaxili qanunvericiliklə həlli ayrı-aryı ölkələr üçün də xarakterikdir. Atom enerjisindən dəymiş zərərin ödənilməsi haqqında 1970-ci il ABŞ Qanunu; 1959-cu il AFR-in Atom haqqında Qanunu: Nüvə gəmiləri operatorlarının mülki məsuliyyəti haqqında 1965-ci il Fransa Qanunu və s. misal göstərilə bilər.

AR-in Ekoloji təhlükəsizlik haqqında Qanunda qanunvericiliyi pozan müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görməklə bağlı dövlətin hüququ ifadə edilib (m.5.1.6). Hərgah bu tədbirlərin görülməsi dövlətin hüququ kimi deyil, vəzifəsi və yaxud da öhdəliyi kimi təsbit edilməlidir. AR-in digər qanunvericilik aktlarında da energetika sahəsində iqtisadi fəaliyyətə ekoloji tələblər irəli sürülür. Müvafiq olaraq Ətraf mühitin mühafizəsi haqqında (1999) Qanunda qeyd edilir ki, əhali sıx olan ərazilərdə, seysmik təhlükəli zonalarda, tarixi və təbiət abidələri yerləşən ərazilərdə, əhalinin ənənəvi istirahət və müalicə yerlərində atom elektrik stansiyaların tikintisi qadağan edilir (m.42.2). İqtisadi fəaliyyətlə sosial ekoloji hüquqların uzlaşdırılması zərurəti Ekoloji təhlükəsizlik haqqında Qanununda da nəzərdə tutulur. Ekoloji təhlükəsizliyin tələblərinə riayət edilməsi təbii ehtiyatlara mülkiyyət, sahiblik və onlardan istifadə hüquqlarının həyata keçirilməsinin məcburi şərtidir (m.4.3). Əks halda həmin tələblərin gözlənilməməsi insan hüquqlarının pozulması kimi qiymətləndirilir (m.4.2).



351. Qeyd etmək lazımdır ki, müvafiq qanunvericilik aktları da enerji təhlükəsizliyi, həmçinin ekoloji təhlükəsizliklə bağlı problemlərin həllini tam əhatə etmir. Xüsusən də, neft, qaz sənayesində, nüvə enerjisinin istifadəsi zamanı meydana çıxan mənfi təsirlər, onların davamlı inkişaf üçün təhlükəsi də müxtəlif vaxtlarda təzahür edir. Bəzi ekoloji təhlükələr yalnız, müasir dövrdə meydana çıxmaqla aktuallıq kəsb etməyə başlayıb. Enerji resurslarının istifadəsindən yaranan transmilli zərər zamanı maddi məsuliyyətlə bağlı məsələnin, həmçinin sərhədə yaxın ərazidə AES-in tikintisinə qonşu dövlətin razılığı olmadığı halın həll edilməməsi ekoloji təhlükəsizliyi yeni təhdidlərlə üz-üzə qoymaq­dadır.

Enerji dövriyyəsindən ətraf mühitə mənfi təsiri minimuma endirmək üçün daha ciddi müdafiə prosedurlarına malik imperativ öhdəliklər müəyyən etməklə problemin həllinə nail olmaq mümkündür. Hamin tədbirlər beynəlxalq ekologiya hüququnun, beynəlxalq təhlükəsizlik hüququnun, insan haqlarının beynəlxalq hüququ və nəhayət, beynəlxalq enerji hüququnun (enerji resurslarının idarə edilməsində ictimai monitorinq; enerji effektivliyi və ətraf mühitin mühafizəsi və s.) prinsipləri əsasında həyata keçirilməli, o cümlədən, müvafiq tələblərə uyğun gəlməyən enerji sənayesi müəssisələri bağlanmalı, dəymiş zərərin ödənilməsində maliyyə yardım fondları, mütləq məsuliyyət institutu daha geniş qanunvericilik mexanizmlə təsis edilməlidir. Enerji və ekoloji təhlükəsizliyin təminat institutu kimi müvafiq risklərin sığortalanması və yenidən sığortası ilə yanaşı dəymiş zərərin tam aradan qaldırılması üçün obyektiv məsuliyyət institutu (AR-in Ekoloji təhlükəsizlik haqqında Qanununda qeyd edilir ki, təhlükəli ekoloji vəziyyətin yaranmasında təqsirkar olan ekoloji təhlükənin subyektinin aşkar edilməsi mümkün olmadıqda və ya onun vəsaiti çatmadıqda yaranmış vəziyyətin nəticələri dövlət büdcəsi və digər mənbələr hesabına aradan qaldırılmalı (m. 11.4.)) davamlı sosial-iqtisadi yönümlü prevventiv tədbirlərlə əhatə edilməlidir.

Müvafiq qanunvericilik aktında məsuliyyətin həlledici məqamı pudlik-hüquqi marağın əsas götürülməsi qabaqcıl Avropa təcrübəsinə söykənir. Məsələn, 2001-ci ildə Avropa Birliyi çərçivəsində Komissiya tərəfindən qəbul edilən Ətraf mühitin cinayət qanunu vasitəsilə mühafizəsi haqqında Direktiv Birlik tərəfindən qadağan edilən, məsələn, neft məhsullarının sututarlara atılması, ozon təbəqəsini dağıdan əşyalarla ticarət, tullantıların icazəsiz basdırılması və s. fəaliyyətə görə üzv-dövlətlərin qanunvericiliyinə uyğun cinayət-hüquqi məsuliyyəti təsbit etməsi öhdəliyini ifadə edir.

Yenə də Avropa İttifaqının Ətraf mühitin sanasiyası və ekoloji zərərin qarşısının alınmasına dair iqtisadi məsuliyyət haqqında 2004-cü il Direktivi təbii resurslardan istifadə zamanı dəymiş zərərin aradan qaldırılmasında ilk növbədə zərər vuranı öhdəlikləndirir. Bununla yanaşı üzv-dövlət zərərin aradan qaldırılması üçün məsuliyyət daşıyan şəxsi problemin həllinə cəlb edə bilər. Əgər bu mümkün olmazsa, o halda dövlət özü ətraf mühitin bərpası istiqamətində tədbirləri həyata keçirir. Başqa sözlə desək, Direktiv zərərin ödənilməsində olduğu kimi ətraf mühitə mənfi təsirə görə zərərin qurbanına və ya dövlətə bilavasitə zərər vuran tərəfdən ödəmənin həyata keçirilməsini nəzərdə tutmur. Bu öhdəlik, pozulmuş ətraf mühitin bərpasında publik-hüquqi marağın təmin olunmasına yönəlib.


9.10. Enerji dövriyyəsində əməkdaşlıq və monitorinq

prinsipi
352. Enerji sektorunda xarici investisiyaların cəlb olunması, ekoloji təhlükəsizliyin təminatı beynəlxalq əməkdaşlıq olmadan mümkün deyil. Əməkdaşlıq prinsipinin normativ əsasını BMT Nizamnaməsi, BMT Baş Məclisinin və UNCTAD-ın qətnamələri, ATƏM-in Yekun Aktı və digər beynəlxalq sənədlər təşkil edir (61). Qeyd olunan prinsip dövlətləri qlobal problemlərin həlli naminə əməkdaşlıq etməyə məcbur edir. Beynəlxalq sülhün və təhlükəsizliyin təmini, insan hüquqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi, təbii ehtiyatların, o cümlədən, enerji resurslarının təhlükəsiz istismarı və s. problemlərin dövlətlərarası əməkdaşlıq olmadan səmərəli formada tənzimlənməsi mümkün deyil. Enerji resurslarının istismarında beynəlxalq əməkdaşlıq prinsipi Enerji Xartiyasına Müqavilədə, Enerji effektivliyi məsələləri və müvafiq ekoloji aspektlər üzrə Protokolda və s. Sənədlərdə davamlı olaraq təsbit edilir. Enerji resurslarının istismarında beynəlxalq əməkdaşlıq

- enerji effektivliyi və ətraf mühitin mühafizəsi;

- ekoloji təhlükəsizliyin təmin olunması ilə bağlı dəymiş zərərə görə məsuliyyətin müəyyən edilməsi;

- müvafiq qanunvericilik bazasının yaradılması:

- enerji effektivliyini təmin etmək məqsədilə maliyyələşdirmə;

- enerji resurslarının, ekoloji xərclər də nəzərə alınmaqla, bazar qiymətlərinin müəyyən olunmasında istehsalçıların və istehlakçıların enerjidən maksimum qənaətlə və əsaslandırılmış istifadəsinin çərçivə şərtlərinin yaradılması;

- yeni, tullantısız texnologiyanın mübadiləsi;

- əqli mülkiyyət hüquqlarının mühafizəsi;

- hüquqi və normativ aktların şəffaflığı;

- enerji effektivliyinə və müvafiq investisiyalara maneələrin aradan qaldırılması üzrə tədbirlərə yönəlir.

Protokolun 9-cu maddəsinə Əlavədə beynəlxalq əməkdaşlıq daha geniş formada verilir.

353. Enerji resurslarının istismarının ümummilli maraqlara uyğun həyata keçirilməsini təmin etmək vasitələrindən biri də müvafiq sahəyə nəzarətin təşkil olunmasıdır. EXM-də olduğu kimi Beynəlxalq Atom Enerjisi Agentliyinin Nizamnaməsində və d. sazişlərdə müvafiq prinsip təsbit edilib. Nəzarət özü də həm beynəlxalq, həm də milli institutların, təşkilatların, müxtəlif sosial qurumların, qeyri-hökümət təşkilatlarının, ətraf mühitin mühafizəsi ilə məşğul olan qurumların fəaliyyətini nəzərdə tutmalıdır. Belə bir fəaliyyətin həyata keçirilməsində məqsəd müvafiq sahədə iqtisadi fəaliyyətin ətraf mühitlə bağlı standartlara uyğunluğunu təmin etmək təşkil edir.

Enerji resurslarının istismarında ətraf mühitin mühafizəsi ilə bağlı nəzarəti nəzərdə tutan beynəlxalq, sahəvi sazişlərdən EXM-də razılığa gələn Tərəflər:

- ekoloji baxımdan əsaslandırılmış, iqtisadi cəhətdən effektiv enerji siyasəti,

- rentabelli metod və texnologiya ilə bağlı məlumat mübadiləsini;

- enerji sistemlərinin ətraf mühitə təsiri, həmçinin ətraf mühitə mənfi təsirin zəiflədilməsi və qarşısının alınması mümkünlüyü, bu tədbirlərlə bağlı məsrəflər haqqında əhaliyə məlumatın çatdırılması səviyyəsinin yüksəldilməsini;

- enerji-investisiya layihələrinin ekoloji baxımdan ətraf mühitə təsiri ilə bağlı ilkin mərhələdə, qərar qəbul edilənədək və sonrakı monitorinqini;

- razılığa gələn tərəflər müvafiq ekoloji proqramlar və standartlar haqqında, həmçinin onların realizə mexanizmlər barəsində məlumat mübadiləsinin yüksəldilməsi və s. sahədə əməkdaşlığı təşviq etməyi Öhdələrinə götürürlər.
ƏDƏBİYYAT SİYAHISI
1. Конопляник А.А. Российско-украинский газовый спор: размышления по итогам Соглашения от

4 января 2006 г. (в свете формирования цен и тарифов, экономической теории и ДЭХ) / Нефть,

газ и Право, 2006. №3, с. 43-49.

2. Мачлинский П. Договор к Энергетической Хартии: к новому международному порядку в

торговле и инвестициях или повторение истории? / ДЭХ: путь к инвестициям и торговле для

Востока и Запада. М. 2002

3. Миронов Н.В. Международная энергетическая безопасность: Учебное пособие. М. 2003, 165 с.

4. Садыгов А.И. Международные нефтяные контракты АР в системе международного

энергетического права. Диссертация кан. юрид. Наук. Баку. 2003. 224 с.

5. Телегина Е.А., Студеникина Л.А. Энергетическая безопасность и энерге­ти­­ческая интеграция в

Евроазии ХХI веке: азиатский профиль. М. 2006. 224 с.

6. International Energy Law: Concepts, Context and Players. Prof. Thomas W. Walde, Jean Monnet Chair

for EU Economic & Energy Law Center for Energy. Petroleum & Mineral Law & Policy University of

Dandee. Scotland UK. 2001. 108 p.

7. Jonston D. The Production Sharing Concept. PetroMin Magazine, Singapore, 1992, August, p. 26-34

8. Moss G.C. Contra and or License? Regulation of Petroleum Investment in Russia Foreign Legal advice

Journal of Energy & Natural Resources Law, 1998, v.16, #2, p.186-199

9. Oil and Gas Pipeline Fundamentals. John L. Kennedy, second edition, 1993 by Penn Well Publishing

Company, Tulsa, Oklahoma, 366 p.

10. Smith E. Dtienkovski J., Anderson O., Conine G., Lowe J. Intenational Petroleum Transactions.

Rocky Mountain Mineral Law Foundation, Denver, Colorado, 1993, 886 p.

11. Touzcoz J. The Role of the European Union in the Framework of the Energy Charter Treaty.

Beynəlxalq hüquq, 1998, 1, s. 58-65.

X FƏSİL. BEYNƏLXALQ VERGİ HÜQUQU
10.1. Beynəlxalq vergi münasibətlərinin (ikiqat vergi qoymanın aradan

qaldırılmasının) beynəlxalq hüquqi tənzimlənməsinin bərqərar olması

10.2. Beynəlxalq vergi hüququnun anlayışı və təyinatı

10.3.Beynəlxalq vergi hüququnun prinsip və metodları

10.4.Beynəlxalq vergi hüququnun mənbələri
10.1. Beynəlxalq vergi münasibətlərinin

(ikiqat vergi qoymanın aradan qaldırılmasının) beynəlxalq

hüquqi tənzimlənməsinin bərqərar olması
354. Beynəlxalq vergi münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsi müəyyən bir tarixi dövr keçmişdir. Beynəlxalq vergi münasibətlərinin universal səviyyədə beynəlxalq hüquqi tənzimlənməsi səyləri XX əsrin 20-ci illərinin əvvəllərinə təsadüf edir. Bu səylər Millətlər Liqası dövründən başlamış, BMT çərçivəsində, eləcə də regional qurumlarda, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında davam etmişdir.

Lakin ayrı-ayn dövlətlər arasında vergi münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsi isə daha erkən dövrlərə təsadüf edir. Beynəlxalq ticarət münasibətlərinin inkişafında maraqlı dövlətlər müvafiq dövr üçün xarakterik olan beynəlxalq sülh müqavilələrində vergi münasibətlərinin tənzimlənməsini də nəzərdə tuturdular. Buna misal olaraq Türkiyə və Rusiya arasında bağlanmış Kiçik-Qaynarca sülh Müqaviləsində (1774), vergi məsələləri üzrə inzibati yardımı nəzərdə tutan Belçika-Fransa (1843), Belçika-Hollandiya (1845), birbaşa vergilər haqqında Prussiya-Saksoniya (1869), ikiqat verginin aradan qaldırılması haqqında Prussiya-Avstriya (1899) və s. müqavilələr qeyd edilə bilər.

Vergi qoymanın xüsusi əhəmiyyətini nəzərə alaraq vergi normaları hətta Müharibə qanunları və quru ərazidə müharibənin aparılması adətləri haqqında 1907-ci il IV Haaqa Konvensiyasında da təsbit edilib. Qeyd edilir ki, əgər ərazini tutan tərəf həmin ərazidə öz nəfinə vergi, rüsum və yığımlar nəzərdə tutarsa, bu tədbirlər vergi qoyma sferasında mövcud qaydalara uyğun olmalıdır (m.48).

Vergi normaları Versal sülh Müqaviləsində (1919), Şpisbergen haqqında 1920-ci il Paris Müqaviləsində. RSFSR ilə Persiya arasında 1921-ci il Müqaviləsində və s. təsbit olunmaqla müxtəlif vergi münasibətlərini tənzimləmişdir.

1920-ci ildə Beynəlxalq maliyyə (Brüsel) konfransında müzakirə obyekti olan ikiqat vergiqoyma problemi 1921-ci ildən Millətlər Liqasının diqqət mərkəzinə gətirilir. 1921-1945-ci illərdə Millətlər Liqasının Maliyyə məsələləri üzrə Komitəsi bu sahədə təsis edilmiş Ekspertlər Qrupunun hesabatlarını qəbul edir. Komitənin 1923-1927-ci illər ərzində davam edən sessiyaları nəticəsində Qrup tərəfindən

- birbaşa vergilərə münasibətdə ikiqat vergiqoymanın qarşısının alınmasına dair ikitərəli razılaşma;

- vərəsəlik öhdəliklərinə münasibətdə ikiqat vergiqoymanın qarşısının alınmasına dair ikitərəli razılaşma;

- vergiqoyma ilə əlaqədar inzibati yardım haqqında ikitərəfli razılaşma;

- vergiqoyma məqsədləri üçün dövlətlər arasında sahibkarlıq gəlirlərinin bölüşdürülməsinə dair Nümunəvi konvensiya (1933) layihələri hazırlanır.

Konvensiyalar müzakirə üçün üzv və qeyri-üzv dövlətlərə təqdim edilir.



Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə