ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə33/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

452. Müvafiq mövqe Beynəlxalq Daimi Ədalət Məhkəməsinin Çorzov fabrikinin işi üzrə “beynəlxalq hüququn istənilən öhdəliyin pozilması lazımi formada zərərin ödənilməsi vasitəsilə müşayiət edilir” prinsipinə əsaslanan qərarına söykənirdi.

Beynəlxalq ümumi hüquq üzrə zərərin ödənilməsi hüquq pozuntusunun bütün nəticələrinin mümkün olduğu qədər aradan qaldırılmasını nəzərdə tutur. Lakin beynəlxalq ticarət münasibətlərində ödəniləcək məbləğin, əldən çixmış ticarət imkanlarının həcmini müəyyən etmək əksər hallarda mümkün olmur. Buna misal olaraq, dövlət satınalmaları haqqında sazişi pozması ilə bağlı ABŞ-ın Norveçə qarşı iddiası qeyd edilə bilər. Hüquq pozuntusu Norveç hökumətinin konkurs qaydasını pozaraq işi özünün müəssisəsinə təqdim etməsilə bağlı olmuşdur. Mübahisələrin həlli üzrə Orqan Norveç hökumətini GATT normalarını pozmaqda təqsirli bilsə də, müəyyən problemlərin həlli aşıq qalır. Əvvəla, belə kateqoriya işlərdə zərərçəkmiş tərəflər qeyri-müəyyən qalır. Belə ki, nəzəri baxımdan Dövlət standartları haqqında Sazişdə iştirak edən istənilən dövlətin müəssisəsi konkurs düzdün keçirildiyi halda konkursun qalibi ola bilərdi; ikinci ABŞ müəssisələrinə verilən kompensasiya real zərəri bağlasa da, əldən çıxan mənfəət diqqətdən kənarda qalır; nəhayət və başlıcası, müvafiq halları təkrar etməmək öhdəliyi qəbul etməsinə baxmayaraq, ödənilən məbləğ minumu olduğu üçün Norveç hökuməti qeyri-hüquqi fəaliyyət üçün stimul əldə edir.



453. Pozulmuş ticarət dövriyyəsindən dəymiş zərərin hesablanmasındakı mürəkkəb vəziyyət Dünya Ticarət Təşkilatı çərçivəsində kompensasiyaya, digər sahələrdəki, məsələn, beynəlxalq investisiya hüququndakı retrospektiv xaraqterdə deyil (239), prespektiv xaraqterdə baxmağı tələb edir. Dünya Ticarət Təşkilatı hüququnda zərərin ödənilməsi beynəlxalq ticarəti məhdudlaşdırmamalı, əksinə, onu genişləndirməlidir. Müvafiq olaraq Dünya Ticarət Təşkilatı hüququnda ilkin yerdə restorasiya – qeyri – maddi vəziyyətin bərpası, məsələn, ticarət dövriyyəsinin məhdudlaşdıran qanunun, praktikanın ləğvi dayanır. Restitusiya isə natura formasında xüsusi hallarda (antidempinq və kompensasion rüsumlarla əlaqədar mübahisə zamanı) tətbiq olunur. Kompensasiya əks tədbir kimi tətbiq edilsə də, könüllülük prinsipinə əsaslanır. Belə ki, kompensasiya təqdim edilmədikdə müvafiq saziş üzrə güzəştlər dayandırılır. Güzəştlərin dayandırılması isə beynəlxalq iqtisadi – ticarət əlaqələrinin normal inkişafını təminatına yönəlir.

454. Mübahisələrin tənzimi məcburi xaraqterlidir. Belə ki, Dünya Ticarət Təşkilatının bütün üzvləri Dünya Ticarət Təşkilatının təsis haqqında Sazişi imzalayıb, ratifikasiya etdiklərinə görə onun tələbələrinə əməl etməyə borcludurlar. Mübahisələrin tənzim edilməsi sistemi də Dünya Ticarət Təşkilatı sazişlərindən irəli gələn bütün mübahisələri əhatə edir. Buna görə də, beynəlxalq mübahisələrin tənzim üzrə digər sistemlərdən fərqli olaraq, Dünya Ticarət Təşkilatı çərçivəsində Mübahisələrin həlli üzrə Orqanın yurisdiksiyasını xüsusi qaydada tanımağa zərurət yoxdur. Dünya Ticarət Təşkilatı üzvlüyünə daxil olmaq haqqında Sazişdə məcburi yursdiksiyanın da qəbul edilməsi əks olunduğu üçün Dünya Ticarət Təşkilatına üzv olan dövlət avtomatik olaraq bu orqanın məcburi yurisdiksiyasını da tanınmış olur.

Beynəlxalq iqtisadi münasibətlərin əsas iştirakçıları fiziki şəxslər və transmilli korporasiyalar olsa da və bu münasibətlərin pozulmasından daha çox onlar zərər çəksələr də, Dünya Ticarət Təşkilatı hüququ çərçivəsində birbaşa olaraq Mübahisələrin həlli üzrə Orqana müraciət etmək hüququ onlara verilməmişdir. Müvafiq olaraq üzv-dövlətlər dövlətdaxili qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərə onların hüquqlarının pozulduğu təqdirdə öz hökumətlərinə mübahisənin Dünya Ticarət Təşkilatı çərçivəsində həlli üçün müraciət etmə hüququ nəzərdə tuturlar. Dünya Ticarət Təşkilatı çərçivəsində mübahisələrin həlli mexanizmi



  • universal məcburi hüquqi xaraqterli olmaqla;

  • üzv-dövlətləri mübahisəli məsələlərlə bağlı bir tərəfli tədbirlərə əl atmamağa

öhdəlikli edir;

  • mübahisələrin həlli mərhələləri və qərarların icra edilməsi dəqiq prosessual

müddətlərlə məhdudlaşır;

- işə müvafiq üzv-dövlətin hüquqlarını pozulması barədə ərizə və həmin dövlətin müvafiq milli təsərrüfat sturukturu tərəfindən daxil olmuş məlumat əsasında başlanılmasını təmin edir;

- inkişafda olan ölkələrin spesifik maraqlarının qorunması mexanizmini yaradır;

- mübahisənin tam tənzimlənməsi üçün Mübahisələrin həlli üzrə Orqan tərəfindən fasiləsiz monitorinqi təşkil edir;

- tətbiq olunan repressali tədbirlərinin cərimə xaraqterli deyil, müvəqqəti kompensasiya xaraqterli olmasını nəzərdə tutur.

Müvafiq prosedur məhkəmə ədliyyəsi ilə inzibati ədliyyənin sintezi kimi xaraqterizə olunmalıdır. Mexanizminin avtoritetilə bağlı onu demək olar ki, yalnız birinci iki ildə 100-dən çox mübahisə həll edilmək üçün icraata qəbul edilmişdir. Iqtisadi potensialından asılı olmayaraq bütün dövlətlər Mübahisələrin həlli üzrə Orqanın qəbul etdiyi qərarları təmin edirlər. Xüsusən də, ABŞ-ın 2003-cü ildə Yaponiya, Avropa İttifaqının və Dünya Ticarət Təşkilatının digər üzv-dövlətlərindən ixrac edilən polada qoyduğu 30%-lik yüksək proteksionist (idxal) rüsumlarının ləğvi üzrə Orqanın qərarının təmin edilməsi qeyd edilə bilər.


12.1.9. İnvestisiya mübahisələrinin həlli Mərkəzi
455. beynəlxalq investisiya münasibətlərində də stabilliyin və təhlükəsizliyin təmin edilməsində həlledici məsələlərdən biri də meydana çıxa biləcək mübahisələrin davamlı həlli vasitələrinin təmin edilməsidir.

Xarici investisiyaların müdafiəsi və mübahisələrin həlli prosedurunun təsis edilməsi problem olaraq XX əsrdə inkişaf etmiş dövlətlərlə inkişafda olan dövlətlər arasında qözğın diskussiyaların mövzusu olmuşdur. Nəticə etibarilə hər hansı beynəlxalq və ya xarici arbitraj prosedurunu qəbul etməyə inkişafda olan dövlətlərin “Kalvo doktirinası” və “Hall formulasına” əsaslanan qərb təminat modeli meydana gəlmişdir (185,186). Birinci konsepsiyanın təsiri ilə XX əsrin 70-ci illərində xarici investisiya mübahisələrinin arbitraj həllinin müstəsna olaraq milli yuridiksiyaya tabe etdirən BMT-nin məlum (YBİQ-nin müəyyən edilməsi üzrə Proqram və Bəyannaməsi, həmçinin Dövlətlərin iqtisadi və hüquq vəzifələri Xartiyası) sazişləri qəbul edilir. Bu sazişlərin qəbulunu sürətləndirən amillərdən biri Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının təşəbbüsü ilə hazırlanmış və 1965-ci ildə qəbul edilmiş Dövlətlər digər dövlətin şəxsləri arasında investisiya mübahisələrinin həlli haqqında Vaşinqton Konvensiyasına uyğun olaraq İnvestisiyaların həlli üzrə beynəlxalq Mərkəzin (İnternational Center For Settlement of İnvesment Disputes-ICSID) təsis edilməsi olmuşdur.



456. XX əsrin 60-cı illərində transmilli arbitraj praktikası xarici investisiya mübahisələrinin həllinin qeyri-milli sistemlərinin formalaşdırmağa başladığı zaman belə bir fikir, mövqe qəbul edilməkdə idi ki, xarici kapital qoyuluşunun səmərəli müdafiəsi üçün dövlətdənkənar arbitraj proseduru yaradılmalıdır. Bunu həmin dövrdə bağlanan arbitraj qeyd-şərtləri də təsdiqləyir. Transmilli arbitraj mexanizmlərinin təsis edilməsi istəyi xarici investorun qəbul edən dövlətin ərazisində özünün əmlakının milliləşdirmədən və həmçinin analoji tədbirlərdən qorumaqla bağlı olub. Xarici investorun qəbul edən dövlətdə qeyri-bərabər hüquqi vəziyyəti bir tərəfdən, müxtəlif hüquqi siyasi rejimli dövlətlərdə mülkiyyət hüquqlarına olan münasibətlə bağlı olurdusa, digər tərəfdən isə, ənənəvi olaraq xarici kapitallar qeyri-normal münasibətdə yaranırdı. Xarici investisiyaların hüquqi rejimi üçün ümumi xaraqterik hal ondan ibarətdir ki, qəbul edən dövlətin ərazisində sahibkarlıq fəaliyyəti təminatlandırılmalıdır. Qəbul edən dövlətin qanunvericilik yurisdiksiyasında olan xarici investor inzibati tədbirlərdən sığortalanmalı, həmçinin meydana çıxa biləcək mübahisələrin ədalətli həllinə nail olmalıdır. Mübahisələrin dövlətdaxili həlli vasitələri isə buna imkan vermir. Buna görə də, bağlanan beynəlxalq kontraktlarda əksər halda istər məhkəmə, istərsə də qanunvericilik yurisdiksiyası beynəlxalq mexanizmlərə və beynəlxalq hüquq qaydasına tabe edilir (106).

Qeyd etdiyimiz kimi xarici kapital qoyuluşu sferasında yaranan mübahisələrin həlli vasitəsi kimi 19650-ci il Vaşiqton Konvensiyası əsasında İnvestisiya mübahisələrinin həlli üzrə beynəlxalq Mərkəz təsis edilmişdir. Beynəlxalq hüququn mübahisələrin dinc yolla həlli prinsipinə əsasən meydana gələn Vaşiqton Konvensiyası beynəlxalq iqtisadi əməkdaşlığı daha da genişləndirmişdir. Konvensiya 46 dövlətin iştirakı ilə hazırlansa da, bağlandıqdan sonra qısa müddətdə onun hüquqi qüvv əkəsb etməsi bir daha onun xüsusi əhəmiyyətindən xəbər verir.

Konvensiyanı hazırlayanlar belə bir məqsəd güdmüşlər ki, investisiya mübahisələrinin əhəmiyyətli hissəsinə obyektivliyi, qərəzsizliyi və tərəfsizliyi təmin etmək üçü milli məhkəmələrdə deyil, beynəlxalq Mərkəzdə baxılmalıdır. Müvafiq mübahisələrin ICSID-ə verilməsi üçün, Konvensiyaya görə, investisiya kontraktları, sazişləri əsasında mümkün olmalıdır. Buradan belə bir nəticə hasil olunur ki, mübahisələrin həlli məqsədilə Mərkəzə müraciət etmək könüllü xaraqter daşıyır və müvafiq prosedur mövcud mübahisələrin həlli üzrə qrumlardan biri kimi çıxış edir. Lakin Konvensiyanın analizi belə deməyə əsas verir ki, Konvensiyada nəzərdə tutulan arbitraj proseduru heç də könüllülük prinsipinə əsaslanmır. Belə ki, dövlətlərin Konvensiyada iştirakının mütləq şərtlərindən biri odur ki, dövlət xüsusi investorla bağladığı kontrakta özünün təşəbbüsü ilə arbitraj qeyd-şərti edə bilməz. Başqa sözlə desək, Konvensiyaya görə, investisiya kontraktında arbitraj qeyd-şərtini formalaşdırmaq hüququ dövlətə deyil, xüsusi investora məxsusdur. Məhz bu məsələni nəzərə alaraq bir çox inkişafda olan dövlətlər Konvensiyanı imzalamağa meyilli olmamışlar.

457. Konvensiyada ifadə edilən əhəmiyyətli məsələlərdən biri investisiya mübahisələrinin anlayışının təsbit edilməsidir. İnvestisiya mübahisələri razılığa gələn dövlətlərlə digər razılığa gələn dölətlərin şəxsləri arasında

- xarici investisiya münasibətlərindən yaranan;

- razılığa gələn dövlətlə xarici investor arasında;

- investisiya kontraktı üzrə öhtəliyin pozulmasına görə konpensasiyanın həcmi və şərtləri, tərəflərin hüquq və vəzifələrinin mahiyyətinə aid hüquqi mübahisələr kimi qeyd edilir (m.25).

VaşinqtonKonvensiyası investisiya mübahisələrinin anlayışını ümumi məzmunda təsbit edir. Hesab edilir ki, konvensiya layihəsini hazırlayanlar daha konkret investisiya mübahisəsi anlayışının milli qanunvericiliyin öhtəsinə buraxıblar. Bu fikir konvensiyanın 25-ci maddəsinin 4-cü bəndində təsdiqlənib. Qeyd olunur ki, dövlətlər Konvensiyaya uyğun olaraq investisiya mübahisələrini Mərkəzi proseduruna uyğun olaraq həllinə razılıq verərkən Mərkəzin baxacağı və ya baxmayacağı mübahisələrin kateqoriyaları barədə həmin qurumu məlumatlandıracaqlar.

İlk baxışdan belə bir fikir yarana bilər ki, dövlətlər daxili qanunvericiliyində xarici kapital qoyuluşu ilə bağlı müəyyən kateqoriya mübahisələri Mərkəzin yurisdiksiyasından çıxara bilər, Lakin xarici investor bu halda qeyri-əlverişli investisiya mühitinə görə, umumiyyətlə, kapital qoyuluşunda maraqlı olmayacaq, Konvensiya mübahisələrin həlli ilə bağlı dövlət məhkəmələrinə müraciəti və dölət məhkəmələrinə müraciəti və dövlət immunitetini istisna etsə də, müyyən kateqoriya mübahisələrin arbitraj baxışına verilməsindən dövlətlər üçün istisna hüququ nəzərdə tutur. Dövlətlər öncədən Mərkəzə, onun arbitrajında baxılması mümkün olan və yaxud müəyyən kateqoriya mübahisələrin Mərkəzin arbitraj yurisdiksiyasında olmaması ilə bağlı məlumat göndərə bilər. Bir çox ölkələr müvafiq hüquqlardan istifadə etmişlər. Məsələn, Çin qanunvericiliyi ICSID-ın arbitraj yurisdiksiyasını yalnız milliləşdirmə və ya ekspropriasiyadan dəymiş zərərlə bağlı tanıyır. Səudiyyə Ərəbistanı (dünyanın ən varlı neft ölkələrindən olaraq) bütün neft mübahisələrini ICSID-in yurisdiksiyasından çıxarıb. Ayrı-ayrı ölkələrdə dövlətdaxili qanunvericiliyin ICSID-ə istinad etməsi mübahisənin həlli üzrə yurisdiksiyanın tanınması üçün kifayət etməməsi ilə bağlı mübahisələr də olmuşdur. Hesab edilir ki, qanunvericiliyin Konvensiyaya istinadı daha dəqiq ifadə edilməlidir “Oazis Piramid” işi üzrə iddiaçı Misirin “İnvestisiyalar haqqında” 1988-ci il Qanununa istinad etsə də, (Qanunda qeyd edilir ki, investisiya mübahisələrinə bu qanuna uyğun olaraq Vaşinqton Konvensiyası kontekstində baxılacaq), hökumət bildirmişdir ki, Konvensiyanın tətbiqi yalnız arbitraj prosedurunu deyil, həmçinin barışıq proseduru da nəzərdə tutduğundan arbitraj yurisdiksiyası üçün xüsusi razılıq olmalıdır. Lakin həm bu işdə, həm də digər işlərdə Mərkəzin Arbitraj Tribunalı qanunvericiliyin konvensiyaya istinadını kifayətedici arqument kimi qəbul etmiş və işi icraatına qəbul etmişdir.

Bir qayda olaraq dövlətdaxili qanunvericilik aktları da investisiya mübahisələrinə anlayış verməkdə maraqlı olmurlar. Dölətlər əksər hallarda investisiya mübahisələrinin dairəsini qarşılıqlı olaraq ikitərəfli sazişlərlə müəyyən edilir.

458. Konvensiya bir terefdən Mərkəzin fəaliyyətini, onun təşkilatı strukturunu müəyyən edirsə, digər tərəfdən isə, investisiya mübahisələrinin həlli prosedurunu əhatə edir.

Beynəlxalq hüquq subyektliyinə malik olan Mərkəz özünəməxsus struktura malikdir. Mərkəz İnzibati Şuradan, Katiblik və müvafiq arbitrlar və vasitəçilər heyətindən ibarətdir. İnzibati Şuraya razılığa gələn hər bir dövlətdən bir nümayəndə daxildir. IBRD-nin prezidenti “exofficio” İnzibati Şuranın sədridir.

Mərkəzi yurisdiksiyası razılığa gələn dövlətlə xüsusi xarici investor arasında yaranan istənilən hüquqi mübahisəyə şamil edilir. Bu zaman dövlət adından onun orqanları çıxış edir. Meydana çıxan mübahisələr tərəflərin qarşılıqlı razılığı əsasında həll edilir və bir tərəfli qaydada hər hansı bir tərəfin həmin mexanizmdən imtina etməyə səlahiyyəti yoxdur. Bu və ya digər dövlət orqanının prosesdə iştirakı üçün müvafiq dövlətin razılığı olmalıdır. Tərəflər Mərkəzin prosedur və yurisdiksiyasını seçdikləri halda müvafiq mübahisə qarşılıqlı razılaşma olmadan digər beynəlxalq və milli araşdırmanın predmeti ola bilməz.

Vaşiqton Konvensiyası çərçivəsində fəaliyyət göstərən arbitraj prosesinin spesifik xüsusiyyətləri mövcuddur. Əvvəla müvafiq arbitraj yalnız investisiya mübahisələrinin həlli üçün tətbiq edilir. Digər tərəfdən isə, tərəflərdən biri mütləq dövlət və ya dövlət qurumu olmalıdırsa, əks tərəf xüsusi şəxs olmalıdır. Xüsusi şəxslərin iddiaçı qismində çıxış etməsi üçün onların digər dövlətə mənsub olması vacibdir.

Vaşinqton Konvensiyası kapital ixrac edən dövlətlərin ənənəvi diplomatik müdafiəsini də istisna edir. Belə bir qayda həmin prosedurun üstün tənzimetmə mexanizminə malik olaması ilə bağlıdır.

Vaşinqton Konvensiyası ilə investisiya anlayışı müəyyən edilməsə də, o, həm birbaşa kapital qoyluşunun, həm də xidmət və texnologiyalarının verilməsini əhatə edir. Konvensiyaya qəbul edilimiş 1979-ci il Əlavə Protokol Arbitraj Tribunalının fəaliyyət sferasını daha da genişləndirilmiş və investisiya aspektli kommersiya əqdləri üzrə mübahisələr də onun yurisdiksiyasına daxil edilmişdir. Əlavə Protokola uyğun olaraq Tribunalın yurisdiksiyasından kənar, daha doğrusu onun üzvü olmayan dövlətlərlə və ya investorun mənsub olduğu dövlətin üzv olmadığı dövlətlə münasibətlərə də şamil edilir. Bir şərtlə ki, tərəflər arbitraj sazişində müvafiq qruma istinad etmiş olsunlar.



459. Beynəlxalq kommersiya arbitraj qərarlarının tanınması və icraata yönəldilməsi üçün dövlətdaxili mexanizim müəyyən edilir. Bir sıra ölkələrdə föodeneziya Yamayka, o cümlədən AR) Ali Məhkəmə digər ölkələrdə (Ruminiya, İsrail, Yaponiya və s.) cavabdehin yerləşdiyi yerin məhkəməsi başqa qrup ölkələrdə (Latviya, Çex Respublikası, Misir və s. ədliyyə nazirliyi, həmçinin İsveç Belçika və s.) xarici işlər nazirliyi arbitraj qərarlarının icrasını təmin edən qurum kimi müəyyən edilib. Qərarın icrası müvafiq dövlətin qanunvericiliyinə uyğun həyata keçirilməlidir. Beynəlxalq kommersiya arbitraj qərarları prosessual baxımından müvafiq dövlətdaxili strukturları vasitəsilə təşkil edildiyi halda, Mərkəzin Arbitraj Tribunalının qərarlarını təftişə məruz qalmış Yalnız Mərkəzi İnzibati Şurası Arbitraj Tribunalının qərarından prosessual qaydalarla şikayət verilə bilər.

460. ICSID-in arbitraj Tribunanın digər beynəlxalq kommersiya arbitraj institular ondan fərqləndirən ölkəsində qeyd-şərhsiz tanınmaya və icraata yönəldilməsi ilə bağlıdır. Vaşinqton Konvensiyası (m 54 bal) iştirakçılarından əjldə edilir ki, ICSID-in qəbul edilmiş arbitraj qərar icra olunmuş dövlətdə həmin dövlətin özünün sən məhkəmə qərarı kimi icra olunmalıdır. Buna görə də 1958-ci il Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında Nyu York Konvensiyası ilə nəzərdə tutulan arbitraj qərarlarının icrası qaydası və icradan imtina üçün əsaslar ICSID-in Arbitraj tribunalından qərarları üçün tətbiq edilmir. Belə bir hal onunla bağlıdır ki, xüsusi investisiya mübahisələrinin həlli nəzərdə tutan arbitraj mexanizmini təsis edən Vaşinqton Konvensiyası 1958-ci il Nyu-York Konvensiyasına nisbətdə xüsusi saziş(lex spesialis) kimi çıxış edir və üzv-dövlətin məhkəmələrinə milli publik qayda ilə bağlı Mərkəzin Tribunalının qərarının ləğvinə və onun icrasından imtinaya səlahiyyət vermir.
12.1.10. Enerji Xartiyasına Müqavilə çərçivəsində

mübahisələrin həlli qaydası
461. Enerji Xartiyasına Müqavilənin hüquqi tənzimetmədə əhəmiyyətli xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, enerji sektorunda meydana çıxacaq mübahisələrin hüquqi vasitələrlə həllini nəzərdə tutur. Müqavilədə həm razılığa gələn tərəflərin Müqavilə müddəalarının təfsiri və tətbiqi ilə bağlı (m.27), həmçinin investorla qəbul edən dövlət arasındakı mübahisələrin həlli (m.26) proseduru əks olunub. Enerji Xartiyasına Müqavildə xüsusi investorla dövlət arasındakı mübahisənin (bir qayda olaraq ticarət-sənaye palataları nəzdində fəaliyyət göstərən instriksional beynəlxalq arbitraj qaydası ilə yanaşı) beynəlxalq məhkəmə qaydasında həllinin nəzərdə tutulması (Müqavilənin 26-cı maddəsində qeyd olunur ki, 4-cü bəndə uyğun olaraq təsis olunan arbitraj məhkəməsi mübahisəli məsələləri bu müqaviləyə və beynəlxalq hüququn tətbiq olunmalı norma və prinsiplərinə uyğun həll edir. m.26.6) müddəası müasir beynəlxalq hüququda dövlətlə investor arasında bağlanan “konsenssiya” müqavilələrin beynənilləşməsi ilə bağlıdır (“Əsrin Müqaviləsi”m.23.1) Müssid beynəlxalq hüququ yalnız dövlətlərarası müqavilələrə deyil, həmçinin onun fəaliyyət sferası yeni yaratmaq olduğu və əsasını dövlət kontraktları təşkil etdiyi beynəlxalq kontrakt hüququna da şamil edilir.

462. Enerji Xartiyasına Müqavilədə mübahisələrin həlli mexanizmi enerji resurslarının ticarəti, investisiya qoyuluşu, ekologiya, tranzit və d. məsələlərlə bağlı mübahisələrin həllini nəzərdə tutmaqla müəyyən spesifkliyə də malikdir. Mübahisələrin həllinin daha effektli həlli vasitəsi kimi beynəlxalq arbitraj presuduru nəzərdə tutulur. Enerji Xartiyasına Müqavilənin 26-cı maddəsinə görə beynəlxalq regional kontraktlardan yaranan mübahisələrin həllində tərəflərdən biri mübahisənin danışıqlar vasitəsilə həlli üçün digər tərəfə müraciət etdiyi andan 3 ay müddətində mübahisə həll edilmədikdə investor mübahisənin həlli üçün

- mübahisə tərəfinin, razılığa gələn tərəfin məhkəmələrinə və inzibati tribunalarına 2(a);

- mübahisələrin həlli üzrə öncədən razılaşdırılmış istənilən tətbiq edilə biləcək prosedura 2(b);

- investisiya mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəzin Arbitraj Məhkəməsinə 4 (a); və ya UNCITRAL-ın Arbitrajın Reqlamentinə uyğun olaraq ad hoc arbitrajlara 4(b);

- Stokholm Beynəlxalq Ticarət Palatasının Arbitraj institutunun arbitraj məhkəməsinə 4 (c) müraciət edə bilər.

Arbitraj prosedurunun seçilməsi üçün razılığa gələn tərəfin həmin mexanizmləri təsis edən beynəlxalq sazişlərdə iştirakı zəruridir.



463. Enerji Xartiyasına Müqavilədə dövlətlərarası mübahisələrin həlli də

özünəməxsusluğa malikdir. Belə ki, enerji təhlükəsizliyi ekoloji təhlükəsizlikdən üstün tutulduğu üçün ekoloji mübahisələrin həllində arbitraj proseduru deyil, diplomatik vasitələr nəzərdə tutulur. Diplomatik vasitələrlə həll edilən digər məsələ energetika sferasında rəqabət problemidir (m.27.2), Müqavilənin tətbiqi və təfsiri üzrə diplomatik kanallar özünün nəticəsini verməzsə, ad hoc beynəlxalq arbitraj təsis edilməlidir (m.27.2,3), Mübahisədə iştirak edən, razılığa gələn tərəflər başqa hal nəzərdə tutmazlarsa, Arbitraj Məhkəməsi Haaqada keçirilir və Münsiflər Məhkəməsinin Daimi Palatasının xidməti vasitələrindən istifadə edilir (m.27(k)). Əsasən UNCITRAL-ın arbitraj Reqlamenti tətbiq edilir (m.27(f)).


12.1.11. Enerji resurslarının boru kəmərləri ilə tranzit

nəqlində mübahisələrin həlli qaydasının proseduru

464. Müasir dövrdə enerji təhlükəsizliyinin təmin edilməsi baxımından enerji resurslarının stabil və davamlı nəqli mühüm əhəmiyyət kəsb edir. Enerji Xartiyasına Müqavilənin tranzitlə bağlı 7-ci maddəsi mübahisənin həlli zamanı barışıq və vasitəçilik proseduruna əsaslanır. Enerji resurslsrının tranziti ilə əlaqədar meydana çıxan mübahisələr razılığa gələn tərəflər arasında razılaşdırılmış qaydalar tükəndikdən sonra Xartiya üzrə Konfıransın Baş katibinin iştirakçısı tərəflərlə məşvərətindən sonra təyin etdiyi vasitəçi tərəfindən həll edilir. Mübahisə tərəfi mübahisənin mahiyyəti ilə əlaqədar Baş katibə bildiriş verir, sonuncu isə öz növbəsində bütün iştirakçı-dövlətləri bu barədə məlumatlandırır.

Baş katib mübahisə tərəfi olan üzv-dövlətdən bildiriş aldıqdan sonra 30 gün müddətində mübahisə predimeti üzrə səriştəli və iştirakçı dövlətlərə, münasibətdə neytral olan şəxsi vasitəçi təyin edir. 90 gün müddətində vasitəçi mübahisənin həlli üzrə prosedur qayda ilə bağlı tövsiyə, mübahisənin son həllinə kimi tətbiq edilməli və tərəflərin gözləməli olduğu tranzit tarifləri və şərtləri üzrə qərar qəbul edir. Razılığa gələn tərəflər onların nəzarətində və ya yurisdiksiyasında olan subyektlərin – vasitəçilərin mübahisənin həllinə qədər və ya 12 ay müddəti üçün tranzit tarifləri və şərtləri üzrə qəbul etdiyi aralıq qərarına riayət etmək öhdəliyi daşıyırlar.

Xartiya üzrə Konfırans barışıq prosedurunun keçirilməsi və vasitəçinin mükafatlandırılması üzrə nümunəvi qaydalar qəbul etmişdir.

Tranzitlə bağlı dövlətlərarası mübahisələrin də həllində ilk öncə diplomatik vasitələr nəzərdə tutulur. RF ilə Ukrayna, Belorusiya ilə RF arasında tranzit mübahisələrinin diplomatik vasitələrlə həlli misal kimi qeyd edilə bilər. Şübhəsiz ki, arbitraj qaydasında mübahisələrin həlli mexanizmi beynəlxalq enerji təhlükəsizliyinin təminatı üçün daha səmərəli ola bilər. Təsadüfi deyil ki, Enerji Xartiyasına Müqaviləyə qəbul ediləcək çoxtərəfli Tranzit Protokolunun layihəsində mübahisənin son həlli kimi Enerji Xartiyasına Müqavilənin arbitraj qaydasına istinad edilməsi nəzərdə tutulur.

Enerji Xartiyasına Müqavilə qeyri-kommersiya risklərinin beynəlxalq sığorta, təminat sistemini də nəzərdə tutur (m.15). Lakin bu məsələ daha səmərəli formada MIGA çərşivəsində tənzimlənir (236).
12.2. Beynəlxalq iqdisadi mübahisələrin həllində iqdisadi

gücün tətbiqi
465. Beynəlxalq iqdisadi mübahisələrin həlli beynəlxalq hüquqa uyğun qeyri-dinc vasitələrin də fərqləndirilməsini zəruri edir. Dövlətdaxili hüquqda olduğu kimi, beynəlxalq hüquq da hüquq güclə təmin olunduğu halda özünün funksiyasını səmərəli formada həyata keçirmiş olur. Təəsüf ki, (bəzən dövlətdaxili) beynəlxalq hüquqda gücün tətbiqi əksər halda ikili standartlardan sənayecə inkişaf dövlətlərin maraqlarından asılı olaraq tətbiq edilir. Müasir beynəlxalq iqdisadi mübahisələr üçün hüquq qaydası nöqteyi-nəzərindən əsas problem aparıcı inkişaf etmiş dövlətlərin iqdisadi məcburetməsi altında qəbul etdirilən və saxlanılan ədalətsiz beynəlxalq əmlak bölgüsü və beynəlxalq iqdisadi münasibətlər sistemidir.

Gücün istər hüquq pozuntusu halında əks tədbir kimi istərsə də hüquq pozuntusu kimi tətbiqi hallarını bir-birindən fərqləndirmək mövcud hüquqi faktlar düzgün qiymətləndirmək üçün inkişaf səviyyəsindən iqtisadi potensialından asılı olmayaraq bütün adətlərin maraqlarının nəzərə alındığı beynəlxalq hüquq qaydası formalaşdırılmalıdır.

Hazırda siyasi sferada güc tətbiq halını müəyyən etmək və əks tədbirlər haqqında qərarlar qəbul etmək səlahiyyəti BMT Təhlükəsizlik Şurasına məxsusdur. BMT Təhlükəsizlik Şurasının iqtisadi sanksiyalarına misal kimi Cənubi Rodeziya, CAR, İraq, Yuqaslaviya, Liviya, Nikaraqua, Dominkan Respublikasına və s. qarşı tədbirləri qeyd edilə bilər.

Bir çox hallarda dövlətlərin tətbiq etdikləri iqtisadi əks tədbirlər iqtisadi gücün qeyri-qanuni tətbiqidir. İqtisadi gücün belə tətbiqi genişlənib iqtisadi təcavüzə çevrilə biləcək silahlı münaqişə ilə nəticələnmə təhlükəsi yaradır. Bir qayda olaraq müvafiq tədbirlərin məqsədini siyasi təzyiq daxili işlərə qarışmaq, dövlətin suveren hüquqlarının həyata keçirməsini, resusları üzərində hüquqlarını, gəlir və üstünlüklər əldə etməsini məhdudlaşdırmaq xarakteri daşıyır.

Beynəlxalq iqtisadi münasibətlərdə dövlətlərin sərbəst şəkildə meydana çıxan təhlükələrin səviyyəsini dəyərləndirmək hər hansı bir hüquqi faktları qiymətləndirmək və nəticə etibari ilə hüquqa uyğun iqtisadi gücün tətbiq edilməsi üçün beynəlxalq iqtisadi təhlükəsizlik sisteminin yaradılması ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Xüsusən də BMT Təhlükəsizlik Şurası ilə yanaşı beynəlxalq birliyin maraqlarına uyğun iqtisadi təhlükəni dəyərləndirən və iqtisadi gücü tətbiq edə biləcək iqtisadi Təhlükəsizlik Şurasının da yaradılması ilə bağlı təkliflər irəli sürülməkdədir. Hətta hal-hazırda “G 7”-nın belə bir qrup kimi çıxış edə bilməsi ehtimalı qeyd edilməkdədir.

Sonuncu variant yalnız sənayecə inkişaf etmiş dövlətlərin maraqlarına uyğun ola bilər. Belə ki, “G 7”həmin dövlətlərin siyasi formudur. İqdisadi Təhlükəsizlik Şurasının yaradılmasına gəldikdə isə onu qeyd etmək lazımdır ki, əvvəla, müvafiq mexanizmin fəaliyyəti üçün BMT Təhlükəsizlik Şurasının indiki statusu ləğv edilməlidir. Digər tərəfdən, beynəlxalq sülhün və təhlükəsizliyin əsasında iqdisadi maraqlar dayandığından müstəqil Təhlükəsizlik Şurasına zərurət yoxdur.



Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə