ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə14/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

172. Təşkilatda üzvlük məsələsi özünəməxsusluğa malikdir. Dünya Ticarət Təşkilatının üzvləri təkcə dövlətlər detil, həm də özlərinin xarici ticarət münasibətlərini idarə edən tam muxtariyyətə malik olan gömrük əraziləri, o cümlədən, Honkonq, Tayvan, Fələstin, Avropa İttifaqı və s. çıxış edir.

173. Dövlət qismində tanınmasına nail ola bilməyən qurumların beynəlxalq dövlətlərarası təşkilatlarda iştirakı xüsusi problemlərdən biridir. Dünya Ticarət Təşkilatının təsis aktı bu məsələdə xüsusi mövqeyə malikdir. Dünya Ticarət Təşkilatına qoşulma prosesi nə qədər siyasi arqumentə söykənsə də Təşkilatda iqtisadi məzmun üstünlük təşkil edir. Bu və ya digər dövlətin qarşılıqlı tanınmasından, diplomatik əlaqələrdən asılı olamyaraq üzvlüyün reallaşdırılması mümkündür. Əgər bir dövlət digərinitanımırsa onlar Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişin XIII maddəsindən istifadə edirlər. Hazırki mexanizm Təşkilatın bir üzvünün digər üzvünə qarşı onun bütün qaydalarının tətbiq edilməsinə imkan verir. Dolayısı ilə GATT-ın XXXV maddəsi də həmin mövqedən çıxış edir (119). Bu məsələ də Ermənistan tərəfindən de fakto təcavüzə məruz qalmış AR üçün də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, AR-dən öncə Təşkilata üzv olmasına baxmayaraq qeyd etdiyimiz qaydaya əsasən Ermənistan Azərbaycan Respublikasının üzvlüyünü maneələndirmək imkanına malik deyil (176).

174. Beynəlxalq müqavilələrdən çıxmaq haqqında ümumi qaydaya əsasən üzvlüklə yanaşı Dünya Ticarət Təşkilatından çıxmaq məsələsi də təsis aktında təsbit edilib. Dünya Ticarət Təşkilatının Baş dirüktoru üzvlükdən çıxmaq haqqında yalnçz müraciəti aldıqdan sonra 6 ay müddətində müvafiq qərar qüvvəyə minir. Qoşulma haqqında Saziş ölkələrin qanunvericiliklərinin bir hissəsi olduğu üçün həmin sazişdə çoxtərəfli, universal ticarət klubu kimi Dünya Ticarət Təşkilatından çıxmaq şərtləri barədə qeydlər edilə bilər.

175. Dünya Ticarət Təşkilatına üzvlük iqtisadi təhlükəsizliyin təminatı baxımından əhəmiyyət daşıyır. Hər bir dövlət üzvlüyə qəbul prosesində milli maraqlarını qlobal iqtisadi təhlükəsizliklə uzlaşdırmağa çalışır. Müvafiq vəzifənin həlli AR üçün də istisna təşkil etmir.

Dövlətçiliyin bərpasından sonra AR-də həm bazar iqtisadiyyatı yönümlü islahatların aparılması üzrə, həm də Dünya Ticarət Təşkilatına üzvlük istiqamətində qanunvericilik aktlarının qəbuluna başlanılmışdır. Xüsusilə 1993-cı ilin əvvəlində qəbul edilmiş, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılmasının təşkilati əsaslarını müəyyən edən “Antiinhisar fəaliyyət haqqında” qanunu qeyd etmək lazımdır. Antiinhisar siyasəti üzrə dövlət komitəsi yaradılmış, antiinhisar siyasətin realizəsi üçün qanunverici və normativ bazanın formalaşdırılması üzrə tədbirlər genişləndirilmişdir.

Dövlətsizləşdirmə prosesinə 1996-1997-ci illərdə özəlləşdirmə prosesində dövlət müəssisələrinin səhimləşdirilməsi qaydasını müəyyən edən normativ hüquqi aktların işlənib hazırlanması və qəbul edilməsindən başlanılır. Bundan öncə isə xarici ticarətdə dövlət monopoliyasını ləğv edən və xarici iqtisadi fəaliyyətdə sərbəstlik prinsipini nəzərdə tutuan Xarici ticarətin liberallaşdırılması haqqında AR Prezidientinin 1994-cü il fərmanı, 1996-cı ildə AR-də Xarici ticarətin tənzimlənməsi qaydası, rəqabətin inkişafı məqsədilə 1997-ci ildə AR-in Xarici ticarətin sonrakı liberallaşdırılması haqqında fərmanı qeyd edilməlidir. Mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə və şirkətlərə xarici ticarət əməliyyatlarını həyata keçirmək hüququ verir. Dövlətin rolu müəssisələrin iqtisadi fəaliyyətinə birbaşa müdaxiləni istisna edən, tənzimetmə və nəzarət funksiyalarının icrası ilə məhdudlaşdırılır. Lakin kölgə iqtisadiyyatının, inhisarçılığın aradan qaldırılmasına tam nail olmaq mümkün olmamışdır. Antiinhisar fəaliyyət sahəsində AR qanunvericiliyi hələ ki, Dünya Ticarət Təşkilatı standartlarına uyğun deyil. Xüsusilə, etiraf etmək lazımdırki, sahibkarlığa antiinhisar dəstək üzrə fəaliyyət üçün alternativ inkişaf layihələri, rəqabət mexanizmləri müxtəlif səbəblərdən səmərəli işləyə bilmir. Bu sahədə Antiinhisar siyasət üzrə dövlət Komitəsinin Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti köklü dəyişiklikləri, o cümlədən inhisarı ləğv edə biləcək alternativ inkişaf modelini təşviq etməlidir.

Ölkə iqtisadiyyatının qlobal ticarət məkanına inteqrasiya olunması, üzv olan dövlətlərin bir-birinə verdikləri güzəştlərdən faydalanmaq, dünyanın əksər dövlətləri ilə Təşkilat tərəfindən qəbul edilmiş ümumi qaydalar əsasında ticarət əməliyyatlarını həyata keçirmək, ölkədə aparılan iqtisadi islahatlara beynəlxalq təşkilatlar və eləcə də, dövlətlər tərəfindən yardımın artırılmasına nail olmaq, daha çox həcmdə birbaşa xarici investisiyaları cəlb etmək, Təşkilatın mübahisələrin həlli mexanizmdən istifadə etmək imkanı və xarici ticarətə təsir edən milli qanunvericilik sistemi beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Dünya Ticarət Təşkilatına üzvolma istiqamətində tədbirlər həyata keçirilmişdir.

Bu məqsədlə 1997-ci ildən AR Dünya Ticarət Təşkilatı Katibliyinə üzvolma istəyini əks etdirən ərizəni təqdim etmiş və həmin ilin dekabr ayında Dünya Ticarət Təşkilatı Katibliyində Azərbaycan üzrə İşçi Qrupu yaradılmışdır. Azərbaycanın Təşkilata üzv olması prosesində ölkəmizin qarşısında duran məsələlərin həlli və Təşkilatın üzvlərinin sorğularını nəzərdən keçirmək məqsədilə 1999-cu ildə AR-də Milli Əlaqələndirmə Qrupu təsis edilmişdir.

1999-cu ildə Azərbaycan Respublikası hökuməti adından Xarici ticarət rejimi haqqında memorandum Dünya Ticarət Təşkilatı Katibliyinə təqdim edilmişdir. Bundan sonra Təşkilatın üzvolma proseduruna müvafiq olaraq birinci sual-cavab mərhələsi başlamışdır.

Nümayəndə heyəti və Dünya Ticarət Təşkilatının 9-cu ölkəsi – Avstraliya, ABŞ, Litva, Moldova, Gürcüstan, Avropa Birliyi, İsveçrə, Kanada və Azərbaycana üzvolma prosesində dəstək göstərən Türkiyə nümayəndələri arasında ikitərəfli görüşlər keçirilmişdir.

2005-ci il tarixində Dünya Ticarət Təşkilatının Azərbaycan üzrə İşçi Qrupunun üçüncü iclasında ixracın subsidiyalaşdırılması məsələləri, onun hüquqi nazama salınması müzakirə predmeti olmuşdur. Sənaye mallarında olduğu kimi, tədricən kənd təsərrüfatları məhsullarına da vahid rejimin tətbiq edilməsi iclasın müzakirə predmetini təşkil etmişdir. Bir qayda olaraq Dünya Ticarət Təşkilatına daxil olamğa hazırlaşan ölkələr kənd təsərrüfatına əvvəlcdən bütün mümkün dəstəyi göstərir. Təşkilatın müvafiq sazişlərinin imtiyaz mexanizmlərindən istifadə etməklə AR də özünün kənd təsərrüfatına dövlət dəstəyini təmin etmək istiqamətində fəaliyyətini genişləndirməlidir. Bunun üçün kənd təsərrüfatının inkişafını təmin edən dövlətdaxili normativ-hüquqi aktların qəbulu mütləqdir. Kənd təsərrüfatının inkişafı ilə bağlı milli-hüquqi konsepsiya (investisiya və vergi qanunvericiliyi) çərçivəsində əlverişsiz rayonların inkişafına xüsusi diqqət yetirilməlidir (157).



176. Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olması prosesində

- AR-in müharibə vəziyyətində olması;

- beynəlxalq təşkilatlarla əməkdaşlıq; və

- ikitərəfli əlaqələr nəzərə alınmalıdır.

Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20%-nin işğal edilməsinə və çoxsaylı qaçqın və köçkünün daimi yaşayış yerlərindən qovulmasına baxmayaraq Dünya Ticarət Təşkilatının üzvləri Ermənistanın Təşkilata üzv olmasına razılıq vermişdir. Lakin öncə qeyd etdiyimiz kimi, üzvolma prosesində AR-in təkidi ilə bu ölkə öz üzərinə bir sıra öhdəlik götürmüşdür. Xüsusən də, “Azərbaycan Respublikasının üzvlüyünə maneə törətməmək və eləcə də, işğal edilmiş ərazilərə Təşkilatın qaydalarının tətbiq olunmasına çalışmamaq” öhdəliyi qeyd olunmalıdır. Digər tərəfdən, istər üzvolma ərəfəsində, istərsə də sonra artıq bərqərar olmuş praktikaya uyğun olaraq AR Dünya Ticarət Təşkilatında Ermənistanla heç bir danışıqlara getməyəcək və Dünya Ticarət Təşkilatı sazişlərini tətbiq etməmək hüququnu təmin edən Mərakeş təsis Sazişinin XIII maddəsindən istifadə ediləcəkdir.

177. Dünya Ticarət Təşkilatına yeni üzv ölkələrin qoşulmasının əsas şərtlərindən biri onların milli qannvericiliyinin və təcrübələrinin Dünya Ticarət Təşkilatı hüququna uyğunlaşdırılması təşkil edir. Milli qanunvericiliyin unifikasiyası məsələsi Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişin XVI maddəsinin 4-cü bəndindən irəli gəlir. Həmin maddəyə görə, hər bir iştirakçı dövlət öz qanunlarını, normativ aktlarını və öhdəlikləri ilə bağlı inzibati qərarlarını müvafiq müqavilələrə uyğunlaşdırmaq vəzifəsi daşıyırlar.

GATT-ın XXIV maddəsinin 12-ci bəndinə uyğun olaraq dövlətdaxili qanunvericilik aktlarının Dünya Ticarət Təşkilatının norma və prinsiplərinə uyğunlaşdırılması ilə yanaşı, həm də AR-in digər beynəlxalq təşkilatlarla da əməkdaşlığının hüquqi-qanunvericilik aspekti Dünya Ticarət Təşkilatının ümumqəbul edilmiş standartlarına müvafiq olmalıdır. Qanunvericiliyin Dünya Ticarət Təşkilatı prinsip və qaydalarına uyğunlaşdırılmasında əsas məsələlər sırasında gömrük işi, tarif tənzimlənməsi və müdafiə tədbirləri qeyd edilməlidir. AR-də tarif tənzimlənməsinin qanunvericilik bazası kimi Gömrük tarifi haqqında AR-in (1995) Qanunu, Gömrük Məcəlləsi (2001) və d. aktlar bir tərəfdən beynəlxalq ticarətin liberallaşdırılmasını nəzərdə tutmalıdırsa, digər tərəfdən, milli bazarın gömrük-tarif üsulu ilə müdafiəsini təmin etməlidir.

Sözsüz ki, Dünya Ticarət Təşkilatına daxilolma şərtlərinin hazırlanması prosesində AR-in qarşısında duran əsas problemlər mövcud qanunvericiliklə əsaslı dəyişikliklərin aparılması və ölkənin inkişafı, eləcə də, iqtisadi təhlkəsizliyin təmin edilməsi məqsədilə Dünya Ticarət Təşkilatının əsas qayda və tələblərinə nəzarət etməyə imkan verən yeni normativ-hüquqi aktların qəbulu xüsusi əhəmiyyət kəsb edir.

Dövlətdaxili qanunvericiliyin ümumqəbuledilmiş beynəlxalq ticarət hüquq normalarına müvafiq olaraq dəyişdirilməsi xüsusi bir problem olaraq diqqəti cəlb edir. Bu zaman üzv olmaq istəyən dövlətlər üçün:



  • Dünya Ticarət Təşkilatı qaydalarının tətbiqi zamanı maksimum uzunmüddətli

keçid dövrünün verilməsinə;

- milli sənaye üçün mühüm əhəmiyyət kəsb edən mallar üzrə yüksək idxal gömrük rüsumlarının tətbiqinə;

- xidmətlər sahəsində danışıqlar zamanı inkişafda olan ölkələr üçün xüsusi və diferensial güzəştli rejimin verilməsinə;

- yerli mütəxəssislər olduğu halda xaricilərin işə düzəlmə qaydalarının qeyri-liberal tənzimlənməsinə, kvotalaşdırılmasına;

- kənd təsərrüfatı sahəsində istehsala subsidiya verliməsinə nail olmaq xüsusi əhəmiyyət daşıyır.

178. Dünya Ticarət Təşkilatı hüququ maddi plana beynəlxalq ticarət dövriyyəsi üzrə üzv dövlətlərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən beynəlxalq sazişlər sisteminin məcmusudursa, inzibati idarəçilik aspektində isə xüsusi işçi heyəti, aparatı olan universal beynəlxalq təşkilatdır. Bu təşkilatın özünəməxsus üzvlük və üzvlüyə qəbul mexanizmi movsuddur. Faktiki olaraq özünün mürəkkəb üzvolma proseduru ilə qapalı beynəlxalq təşkilat mənzərəsi yaratsa da, formal olaraq üzvlük üçün açıq təpli beynəlxalq təşkilatdır. Dövlətlərin iqtisadi inkişaf səviyyəsindən, təbii, işçi resuslarına malik olmasından asılı olaraq onların üzvlüyə qəbul müddəti də müxtəlif ola bilər. Dünya Ticarət Təşkilatına üzvlüyün mürəkkəb xarqteri əksər hallarda üzvlərin siyasi motivlərə əsaslanan qeyri-formal, həmçinin bazar iqtisadiyyatını, rəqabəti əsaslandıran qanunvericiliyin qəbulu üzrə formal tələbləri ilə bağlıdır. Bir qayda olaraq ilk baxışdan elə də əhəmiyyətli iqtisadi, təbii resus potensialı olmayan, lakin bazar iqtisadiyyatına meyilli dövlətlərin daha qısa müddətə (məsələn, Qırğızıstan (1998), Litviya (1999), Estoniya (1999), Gürcüstan (2000) və s.) Dünya Ticarət Təşkilatına daxil olması diqqəti cəlb edir. Daha sadə prosedur inkişaf etmiş ölkələr (ABŞ, Kanada, Avropa İttifaqı, Yaponiya) tərəfindən az inkişaf etmiş ölkələr üçün nəzərdə tutulub. 2001-ci ildə Zənzibarda təşkil olunmuş Dünya Ticarət Təşkilatının Nazirlər Konfransında az inkişaf etmiş ölkələrin maliyyə və ticarət ehtiyatlarını nəzərə alaraq qoşulma prosesində onlar üçün yeni güzəştlər müəyyən edilib. 2001-ci il Qətərin Doha şəhərində keçirilən IV Nazirlər Konfransında qəbul edilmiş Bəyannamə ilə həmin güzəştlər yenidən təsdiqlənmişdir. Kifayət qədər təbii, əhali resusları olan dövlətlər isə üzvlüklə bağlı daha uzunmüddətli danışıqlar aparmalı olurlar. Buna misal olaraq Çinin Dünya Ticarət Təşkilatına üzv olması 15 il davam etmiş, RF-nin ilk danışıqları isə 1993-cü ilə təsədüf edir. Bu müddət AR üçün də az vaxt sayılmamışdır. Şübhəsiz ki, problemin həllində xarici siyasi motivlərlə yanaşı ölkədaxili subyektiv və obyektiv faktorlar da mövcuddur.

AR də daxil olmaqla Dünya Ticarət Təşkilatına üzvlük neft-ixrac edən ölkələr üçün fərqli xaraqterik cəhətlərə malikdir. Bu ölkələrin iqtisadiyyatında əsasən bir xammalın ixracı və iqtisadiyyatın digər önəmli sahələri, o cümlədən, kənd təsərrüfatına zəif diqqət verilməsi müəyyən problemlər yaradır. Bu ölkələr də ixracda Dünya Ticarət Təşkilatı qaydalarının qoyduğu tələbləri qəbul etmək məcburiyyətindədirlər. Hazırda üzvlüyə daxil olmaq istəyən ölkələr dünya neft ixracının 45 faizinə sahibdirlər və bu ona gətirib çıxaracaq ki, Təşkilatda ümumi maraqlara malik neft ixrac edən dövlətlərin yeni qrupu formalaşacaq.



179. Üzvlük və Təşkilata daxilolma ilə bağlı məsələ Dünya Ticarət Təşkilatının təsis olunması haqqında Mərakeş sazişi ilə tənzimlənir. Sazişin prembula, 16 maddə və 4 əlavədən ibarət olmaqla Mərakeş sazişlər paketinin implementasiyasını təmin edir.

Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Mərakeş Sazişində üzvlüyün 2 növü – ilkin üzvlük və qoşulma yolu ilə üzvlük qeyd olunmuşdur. İlkin üzvlər GATT- 1947-nin və Avropa İttifaqının ilk razılığa gələn tərəfləridir. Təsis aktının üzvü olmayan istənilən dövlət və ya gömrük ərazisi təşkilatla müəyyən şərtləri razılaşdırdıqdan sonra Dünya Ticarət Təşkilatına üzvlüyə qəbul edilə bilər.

Dünya Ticarət Təşkilatının büdcəsi üzv dövlətlərin dünya ticarətindəki payına mütənasib verilən üzvlük haqqı ilə formalaşır.
6.7. Dünya Ticarət Təşkilatına

üzvlüyə qəbulun mərhələləri
180. Dünya Ticarət Təşkilatına yeni üzvlərin qəbulu növbəti mərhələlərdən keçir:

- qəbul ilə əlarədar baş direktora ərizə və xarici ticarət rejimi haqqında memorandum tətbiq edilməsi;

- ərizə və memorandumun Dünya Ticarət Təşkilatının xüsusi qrupu tərəfindən öyrənildiyi zaman üzv-dövlətlərlə müvafiq məsələlər üzrə danışıqların aparılması;

- Dünya Ticarət Təşkilatının xüsusi işçi qrupu üzv olmaq istəyən dövlətin öhdəliklərinin məcmuunu nəzərdə tutan hesabat və protokol layihəsini hazırlaması;

- Nazirlər Konfransının 2/3 səs çoxluğu ilə hesabatı qəbul edib və Dünya Ticarət Təşkilatına daxil olmaq haqqında protokolu iddiaçı hökumətə göndərməsi;

- üzv olmaq istəyən ölkələrin Dünya Ticarət Təşkilatına daxil olmaq haqqında protokolu imzalaması, ratifikasiya etməsi mərhələsi qeyd edilməlidir.

Faktiki olaraq üzv olmaq istəyən dövlət üçün konkret şərtlər ikinci mərhələdə hazırlanır. Bu zaman müvafiq dövlətin statusu üzvlərin statusuna yaxınlaşır. Qoşunlma prosesi birtərəfli proses sayılmalıdır. Belə ki, Dünya Ticarət Təşkilatının üzvü olan dövlətlər qoşulma prosesində olan dövlətin qarşısına müəyyən tələblər qoyduqları halda, qoşulma prosesində olan dövlət üzvlər qarşısında tələblər qoya bilməz. Bir qayda olaraq bu mərhələdə qoşulma prosesində olan dövlət tərəfindən iqtisadi potensialı güclü olan dövlətləri “islah” etmək tendensiyası diqqət cəlb edir. Üzvülük zamanı qeyri-məqbul vəziyyətə düşməmək üçün üzv dövlətlərlə ikinci mərhələdə aparılan ikitərəfli danışıqlarda müvəffəqiyət qazanılmalıdır. Üzv-dövlətlərlə ikitərəfli danışıqlar oferta əsasında həyata keçirilir. Ofreta gömrük tariflərinin sturukturu, tarif kolonları (sütünlar) və onlara uyğun ümumi və daha əlverişli rüsum dərəcələri, tarif dərəcələrinin ilkin və son “bağlanılma”, “ortalanma” səviyyəsi ifadə edilir. Gömrük tarif məsələləri üzv-dövlətlər tərəfindən öyrənildikdən sonra iddiaçı dövlətə təqdim edilir. Qarşılıqlı güzəşt və öhdəliklərdən sonra əldə edilmiş konsensus nəticəsində işçi qrup xidmətlər üzrə spesifik öhdəliklərin siyahısını, həmçinin əmtəələr sferasında tarif güzəştləri və kənd təsərrüfatına, sənayeyə (156) yardım sahəsində öhdəliklərin siyahısını, vergi sistemi, tədiyyə balansı, xarici investisiyaların, əqli mülkiyyətin və s. müdafiə sistemi, daha əlverişlilik prinsipindən istisna və s. ilə əlaqədar sənədləri hazırlayıb Dünya Ticarət Təşkilatının müvafiq qurumlarına təqdim edir.

Tarif danışıqları Dünya Ticarət Təşkilatına qəbul prosesinin bir hissəsini təşkil edir. Ilk baxışdan elə görünə bilər ki, Dünya Ticarət Təşkilatı üzvləri məhsulların geniş hissəsinə yüksək tarif endirimləri tətbiq etməyi xahiş edəcəklər. Qəbul olunma mərhələsində olan ölkə öz maraqları çərçivəsində həmin xahişləri qiymətləndirilməli və üzvlərlə fərdi məsləhətləşmələr, formal və qeyri-formal danışıqlar keçirərək qarşılıqlı razılığa gəlməlidir.

Son danışıqlarda üzvlər qəbul olunma mərhələsində olan ölkələri “sektorial tarifə”, “sıfıra sıfır” təşəbbüslərə, həmçinin İnformasiya texnologiyası Sazişinə üzv olmağa sövq edirlər. Təşəbbüsün heç bir hüquqi məcburetmə vasitəsi yoxdur, lakin Dünya Ticarət Təşkilatı üzvləri bu şərti iddiaçı ölkələrin kommersiay dözümlülüyünü sığortalamaq üçün irəli sürürlər. Qəbul olunan possovet ölkələrindən Estoniya, Gürcüstan, Latviya və Qırğızıstan bu təşəbbüslərə tam qoşulmuşlar.

Tarif təklifinin əsas elementlərini tarif siyasəti, məcburi tarif norması, tarif normasının differensiyası və s. təşkil edir.

Tarif danışıqlarına daxil olmazdan əvvəl mill maraqlar aydın müəyyənləşdirilməli və təklifdə bir sıra məsələlərin həlli göstərilməlidir:

- iddiaçı ölkələrin bəzi sektorları müdafiə müdafiə etmək, zəif sənaye sektorlarını gücləndirmək ehtiyacı sınaqdan keçirilməlidir. Nəzərdə tutulmalıdır ki, tariflər Dünya Ticarət Təşkilatı çərçivəsində yerli istehsalçıları müdafiə etmək üçün yeganə qanuni vasitədir;

- yerli iqtisadiyyat üzərində təsirin saxlanılması diqqət mərkəzində olmalıdır. Ölkələrin makroiqtisadi mexanizmlərinə, tədiyyə balansına, əmək bazarına tarif endirimlərin təsiri hesabaalınmalıdır. Tərif endirimlərinə məruz qalan sektorlar idxal edilmiş məhsulların sərt rəqabəti nəticəsində işsizliyin artırılmasına səbəb ola bilər;

- bəzən dövlət gəlirlərinin aşağı düşməsi tendensiyası diqqəti cəlb edir. Əsasəndə inkişafda olan ölkələrdə gömrükdən gələn gəlirlər büdcənin əsas mənbəyi olduğundan və digər alternativ vergi sistemləri çatışmadığı üçün dövlət gəlirinin azalması əhəmiyyətli dərəcədə hiss oluna bilər.

Bu halı nəzərə alaraq XXVII maddənin 3-cü bəndində inkişafda olan ölkələrin büdcə gəlirini qorumaq məqsədilə tariflərin saxlanılması tanınır. Digər tərəfdən, iqtisadi islahatlar mərhələsində bir çox ölkələr tarif və gömrük vergilərini gəlir vergisi, əlavə dəyər vergisi və s. kimi vergilərlə əvəzləyirlər.

Məcburi tarif formasının dərəcəsi iddiaçı ölkə ilə üzv olan ölkə arasındakı danışıq prosesində müəyyən edilir. Əgər qəbul edilən ölkə məcburi tarif norması təklif etmişsə, o GATT-ın XXVIII maddəsində göstərildiyi modifikasiya prosesindən keçmədən tarif normasını ləğv edə və ya artıra bilməz. Əgər həmin hal baş verərsə, ölkədən tələb olunur ki, bundan zərər görən Dünya Ticarət Təşkilatı üzvlərinə kompensasiya ödənsin. Kompensasiya müxtəlif formada ola bilər. Məsələn, eyni ixrac həcmində olan digər əmtəə üzrə daha aşağı tarif dərəcəsinin müəyyən edilməsi qeyd edilə bilər.

Faktiki olaraq Dünya Ticarət Təşkilatı sazişlərində orta tarif normalarını müəyyənləşdirən qayda olmasa da, Təşkilatın üzvlərindən iddiaçı ölkələrə eyni iqtisadi vəziyyətdən, sosial şəraitdə olan ölkələrin təcrübəsindən presedent kimi istifadə edilir.

Orta tarif normaları ilə yanaşı fərdi tarif normaları da müəyyən edilə bilər.

Fərdi tarif normalarını əks etdirən təkliflər üçün 3 hal keçərlidir:

- müəyyən edilən məcburi tarif norması ilə mövcud tarif normasının eyni səviyyədə olması;

- məcburi tarif normasının mövcud tarif normasından aşağı səviyyədə olması;

- məcburi tarif normasının mövcud tarif normasından yüksək səviyyədə olması.

Təşkilat üzvlri qəbul edilən ölkədən birinci halla razılaşmasını istəyirlər. Yeni razılaşma olmadan üzvlər məcburi tarif normasını artıra bilməzlər. Faktiki olaraq, məcburi tarif normaları ilə mövcud tarif normaları arasında fərq inkişafda olan ölkələrlə yanaşı inkişaf etmiş ölkələr üçün də xaraqterikdir.

Hər bir halda Dünya Ticarət Təşkilatı çırçivəsində yerli istehsalçıların qorunması üçün tariflər yeganə, qanuni vasitədir. Tarif tənzimlənməsi zamanı mərhələli endirim prosesi də mühüm əhəmiyyət kəsb edir. Bu elə bir modeldir ki, qəbul olunma mərhələsində olan ölkəyə icazə verir ki, bir neçə il ərzində tədricən tarifləri endirsin. Bunun da nəticəsində yerli istehsalçılar tarif endirilmələrinə uyğunlaşaraq inkişaf edirlər. Bu qaydadan bəzi rəqabətə az davamlı məhsullar üçün istisnalar müəyyən edilə bilər. Məhsulların idxal xüsusiyyətindən asılı olaraq spesifik (müəyyən say vahidinə uyğun məbləğdə), advalor (əmtəənin qiymətindən faizlə müəyyən edilən) və kombinə edilmiş, həmçinin mövsümü rüsumlar tətbiq edilə bilər.

Xüsusi (spesifik) rüsumların ucu idxal məhsulları üzərində daha güclü müdafiə təsiri var. Məhsulun qiyməti azaldıqca advalorın ekvivalenti artır. Rüsumun proteksion təsiri idxal qiymətlərində infilasiya müşahidə olunduqda zəifləyir.

Bəzi ölkələr meyvələrin və digər kənd təsərrüfatı məhsullarının yerli istehsalını qorumaq üçün fəsil tariflərinə müraciət edirlər.

Tariflər tənzimlənməsinin digər forması tarif formasının kvotalaşmasıdır. Tarif norması kvotası iki tarif norması səviyyəsini istifadə edən tarif ölçüsüdür. Tarif norması kvotasından istifadəyə ancaq kənd təsərrüfatı məhsullarına münasibətdə icazə verilir.

Bir şox inkişafda olan ölkələr, Dünya Ticarət Təşkilatı üzvləri güzəştlər cədvəlində məcburi tarifləri mühafizə etmək üçün əlavə rüsum dərəcələrinə də malikdirlər. Ümumi halda üzv ölkələrin cədvəlində əlavə rüsumlar sıfır səviyyəsində nəzərdə tutulur.

Qoşulma prosesində Dünya Ticarət Təşkilatı üzvlərinin diqqət mərkəzində olan məsələlərdən biri də qoşulan dövlətlərin sənayeyə maliyyə yardımı proqramları təşkil edir.

Üzvlərin subsidiyalaşdırma üzrə suallarını aşağıdakı kateqoriyalara bölmək olar:

I kateqoriyaya ümumi suallar aid edilir. Bu suallar subsidiyalar sferasında dövlət siyasətinin rolu və məqsədləri haqqında məlumat toplamaq üçün nəzərdə tutulur. I kateqoriya sualların digər bir məqsədi hansısa bir xüsusi subsidiyaların mövcud olub-olmadığını müəyyənləşdirməkdir. Bu suallara müvafiq subsidiya qanunvericiliyi, dövlət büdcəsi və sənayeni dəstəkləyən hökumət proqramları haqqında məlumatların tam mətninin (Dünya Ticarət Təşkilatının rəsmi dillərindən birinə) təmin edilməsilə bağlı tədbirlər də daxildir.

II kateqoriya suallar daha konkret və növbəti məsələlərin həllinə yönəlmişdir:



  • subsidiyaları təmin etmək üçün tətbiq edilə bilən mexanizmlər;

  • dövlətlər müəssisələr arasında spesifik iqtisadi və institusional əlaqələrin

mövcudluğu;

  • subsidiyaların idxal və ixracla əlaqəsi;

  • qiymətqoyma siyasəti və investisiya rejimi üzərində subsidiyaların təsiri

dəqiqləşdirilir.

Bu mərhələdə, qoşulan dövlətdən sazişdə müəyyən edilmiş tələbə riayət etmək öhdəliyi müəyyən edilə bilər. Həmin öhdəliklər subsidiyaları fərqləndirməyi nəzərdə tutur. Burada məqsəd:



  1. subsidiyaların üzvolma prosesinindigər aspektlərilə əlaqəsinin olub-olmamasını;

  2. sazişin özünün və onda nəzərdə tutulan öhdəliklərin iddiaçı dövlət tərəfindən hansı

səviyyədə başa düşülməsini müəyyənləşdirmək təşkil edir.

Eyni zamanda iddiaçı dövlət sazişlə bir araya sığmayan ziddiyyətləri ləğv etmək öhdəliyi götürməli və buna Dünya Ticarət Təşkilatına üzvlükdən əvvəl etməlidir.


6.8. Üzvlüyün milli iqtisadiyyatın inkişafına təsiri
Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə