ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə10/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

İKİNCİ HİSSƏ

VI FƏSİL. BEYNƏLXALQ TİCARƏT HÜQUQU

6.1. Beynəlxalq ticarət hüququnun bərqərar olunması

6.2. Tariflər və Ticarət üzrə Baş Saziş (GATT) beynəlxalq ticarət

sisteminin ilk universalbeynəlxalq hüquqi əsası kimi

6.3. GATT-ın raundları və beynəlxalq ticarətin hüquqi tənzimlənməsinin inkişaf

mərhələləri

6.4. Dünya Ticarət Təşkilatının təsis edilməsi

6.5. Dünya Ticarət Təşkilatının funksiyaları və məqsədi

6.6. Dünya Ticarət Təşkilatının sturukturu və üzvlük

6.7. Dünya Ticarət Təşkilatının üzvlüyünə qəbulun mərhələləri

6.8. Üzvülüyün milli iqtisadiyyatın inkişafına təsiri



    1. Beynəlxalq ticarət hüququnun bərqərar olması


112. Beynəlxalq ticarət münasibətlərinin meydana gəlməsi qeyd etdiyimiz kimi daha erkən dövrə təsədüf edir (1). Lakin müasir ticarət sazişlərini xatırladan ilk müqavilələr XI əsrə təsadüf edir. Həmin müqavilələr də ikitərəfli formada monarxlar arasında bağlanaraq ticarətlə bağlı məskunlaşma, kömrük rüsumlarında daha əlverişli qaydaya əsaslanan xüsusi rejim təqdim edilməlidir. Müvafiq dövrdə beynəlxalq ticarət əlaqələrinin hüquqi tənzimlənməsində tətbiq edilən feodal, dini qanunlar, həmçinin jus gentium, tacir birliklərin (merchat society) hüququna – lex mercatorianın təsirinə məruz qalır. XVI əsrin sonlarından mərkəzi dövlət hakimiyyətinin yenidən güclənməsi ikitərəfli beynəlxalq ticarət müqavilələrinin praktikasını genişləndirmiş olur. Belə bir tənzimetmə isə beynəlxlaq ticarətdə ayrı-seçkiliyi şərtləndirdiyi üçün (müvafiq sazişlərə malik olan dövlətlər belə sazişə malik olmayanlardan üstün vəziyyətə düşdüyündən) beynəlxlaq iqtisadi təhlükəsizliyin təminatını zəiflətmiş olurdu. Məhz beynəlxlaq ticarətin çoxtərəfli və universal əsasda tənzimlənməsi zərurəti də beynəlxlaq iqtisadi təhlükəsizliyin təminatından irəli gəlir. Sonradan Dünya Ticarət Təşkilatına transformasiya edilən GATT-ın qəbul edilməsində də əsas məqsəd qeyd etdiyimiz problemlə bağlı olmuşdur.

XIX əsrin sonlarından XX əsrin əvvəllərindən başlayaraq beynəlxalq ticarət münasibətlərinin beynəlxalq hüquqi tənzimetmə metodunda keyfiyyət dəyişikliyi baş verir.



113. Beynəlxalq ticarət münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsini Dünya Ticarət Təşkilatının sisteminə daxil olunan sazişlərlə məhdudlaşdırmaq mümkün olmadığı kimi beynəlxalq ticarət hüququ da Dünya Ticarət Təşkilatı hüququndan daha geniş normativ tərkibə malikdir. Müxtəlif beynəlxalq əmtəə bazarlarını tənzimləmək üçün bağlanmış müəyyən sayda beynəlxalq müqavilələr Dünya Ticarət Təşkilatının sazişlər sistemindən kənar fəaliyyət göstərir. Müvafiq beynəlxalq sazişlərə kauçuk, zeytun yağı, pambıq, sink, neft və s. əmtəə bazarlarını tənzim edən müqavilələr misal göstərilə bilər. Bir qayda olaraq həmin müqavilələrin icra mexanizmləri kimi beynəlxalq təşkilatlar da təsis edilmişdir. Məsələn, dünya neft bazarında qiymət və ticarət siyasətini koordinasiya etmək üçün OPEC-in təsis edilməsi (1961) (287), Afrika neft hasilatçı ölkələrinin Təşkilatı (1987), Volfram üzrə Assosiyasiya (1975) və s. qeyd edilə bilər.

114. GATT (1947) çərçivəsindən kənar beynəlxalq ticarət normalarının institusional tənzimlənməsi mexanizmlərindən biri də UNCTAD-a (1964) mənsub olub (36). UNCTAD çərçivəsində beynəlxalq ticarətin tənzimlənməsi isə 1961-ci ildən sosialist ölkələrinin inkişafında olan ölkələrlə birlikdə ABŞ-ın GATT konsepsiyasına qarşı BMT Baş Məclisinin 1961-ci il Beynəlxalq ticarət iqtisadi inkişafın əhəmiyyətli vasitəsi adlı Qətnaməsindən baçlanır. UNCTAD-ın ilk tısis konfransında 119 ölkə iştirak etmiş və əsas inkişafda olan ölkələrin maraqlarına uyğun olaraq, ixrac potensialı kimi xammalla ticarət üzrə 60-a yaxın tövsiyə, o cümlədən, inkişafı təşviq edən ticarət siyasəti üzrə prinsiplər qəbul edilmişdir. BMT-nın ixtisaslaşdırılmış müəssisəsi olaraq beynəlxalq ticarət hüququnun norma yaradıcılığı prosesində UNCTAD-ın rolu BMT Baş Məclisinin, İqtisadi və Sosial Şuranın fəaliyyətinin davamı kimi qiymətləndirilsə də, müasir beynəlxalq ticarət münasibətlərinin beynəlxalq hüquqi tənzimetmə mərkəzi Dünya Ticarət Təşkilatına məxsusdur. Hazırda UNCTAD-ın da fəaliyyəti həmin istiqamətdə yönəlməkdədir (178).

115. Dünya Ticarət Təşkilatının sazişlər sisteminə keçməzdən öncə belə bir məsələyə diqqət yetirmək lazımdır ki, Dünya Ticarət Təşkilatının beynəlxalq ticarət münasibətlərinin əsas çoxtərəfli danışıqlar mərkəzinə çevrilməsindəki başlıca üstünlüyü onun beynəlxalq ticarətin liberallaşması (azadlıq prinsipinə) ideologiyasına daha yaxın olması hesab edilməlidir. Ticarətin azadlığı isə özünün yüksək inkişafına intibah dövründə çatmış və bu proses I Dünya müharibəsinə kimi davam etmişdir. Müasir beynəlxalq ticarət qaydası zərurət olduqda dövlətlərin milli bazarı müdafiə etmək üçün proteksionit siyasət yürütmək hüququnu təsbit etsə də, əsasən ticarətin azadlığı prinsipinə əsaslanır. Həmin prinsipin ən fəal təmsilçiləri isə XIX əsrdən başlayaraq dünya ticarət münasibətlərində daha aparıcı mövqeyə malik olan Böyük Britaniya və ABŞ olmuşdur. II dünya müharibəsindən sonra təsis edilən beynəlxalq iqtisadi qaydanın əsası da qeyd etdiyimiz dövlətlərin öz aralarında bağladığı (Qarşılıqlı yardım haqqında Müqavilə (1942), Maliyyə məsələləri üzrə Müqavilə (1945) və s.) sazişləri təşkil etmiş və onların ticarət qaydası beynəlxalq ticarət-maliyyə sisteminin əsasını transformasiya etmişdir. Bunun nəticəsində ticarət və (maliyyə) ödəmə sistemində sətbəstlik; bərabərhüquqlu rejim; qarşılıqlı mənfəət prinsipləri beynəlxalq ticarət-maliyyə hüququnun əsasını təşkil etmişdir. Lakin həmin prinsiplərin sistemi beynəlxalq ticarət münasibətlərində bütün dövlətlərin maraqlarını təmin edə bilməmişdir.

116. Qarşılıqlı mənfəət, bərabərhüquqlu rejim iqtisadi baxımdan qeyri-bərabər dövlətlərin mövcudluğu şəraitində fəaliyyət göstərə bilməzdi. Müvafiq olaraq, ticarətin azadlığından doğan mənfi nəticələri istisna etmək üçün milli bazarın müdafiəsi və prefensiya prinsipi təsis edilir. Yalnız bundan sonra beynəlxalq ticarət münasibətlərində dövlətlərin hüquqi bərabərliyi üçün zəmin hazırlanır.

Beynəlxalq ticarət hüququ beynəlxalq iqtisadi hüququn əsası kimi meydana gəldiyi üçün sonuncunun prinsipləri də beynəlxalq ticarət hüququ üçün çıxış etməkdədir. Xüsusən də



  • təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyiprinsipi;

  • daha əlverişlilik prinsipi;

  • milli rejim prinsipi;

  • qarşılıqlı mənfəət;

  • beynəlxalq iqtisadi təhlükəsizliyin təmin edilməsi;

  • prefensiya və s. prinsiplərlə yanaşı (56);

  • milli bazarın müdafiəsi;

  • ticarətin azadlığı;

  • transparentlik;

  • qeyri-tarif mənafelərinin tarif maneələrilə əvəzlənməsi;

  • tarif maneələrinin məhdudlaşdırılması və s. qeyd edilə bilər.


6.2. Tariflər və Ticarət üzrə Baş Saziş (GATT)

beynəlxalq ticarət sisteminin ilk universal beynəlxalq

hüququ əsası kimi
117. XX əsrin 30-cu illərinin əvvəllərində baş verən iqtisadi böhran beynəlxalq iqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində makroiqtisadi siyasətin çoxtərəfli, beynəlxalq səviyyədə koordinasiyasını zəruri edir. Hesab olunur ki, bu illərdə beynəlxalq ticarət, valyuta-maliyyə sferasında beynəlxalq hüquqi tənzimetmə qaydalarını müəyyən edən beynəlxalq təşkilati sturukturlar olsaydı, dünya iqtisadiyyatında belə bir böhran yaşanmazdı və yaxud da yaşanılsa da elə də ciddi fəsadlar törədə bilməzdi. Ayrı-ayrı dövlətlərin beynəlxalq iqtisadi sistemində fərdi fəaliyyəti, o cümlədən, ticarətdə yüksək gömrük tariflərinin müəyyən edilməsi dünya ticarət dövrüyyəsinin 60 % ixtisar edilməsi ilə nəticələnir.

II Dünya müharibəsinə qədər inkişaf etmiş dövlətlər iqtisadi məsələlərin həlli istiqamətində müəyyən tədbirlər həyata keçirsələr də, əhəmiyyətli nəticə əldə olunmamışdır. Yalnız 1920-ci ildən 1933-cü ilə kimi gömrük islahatı, proteksionizmin zəiflədilməsi, maliyyə məsələləri ilə xarici ticarət üzrə beş dünya iqtisadi konfransı keçirilmişdi. Lakin Millətlər kiqasının zəruri sturukturu, həmçinin dövlətlərin zəruri iradəsinin olmaması dünya iqtisadi böhranının qarşısını ala bilməmişdi. Bunu nəzərə alan dövlətlər müharibədən sonrakı dövrdə Beynəlxlaq Valyuta Fondu və Dünya Bankı ilə bir yerdə dünya iqtisadi sisteminin üçüncü sütunu olan universal Beynəlxalq Ticarət Təşkilatının yaradılması qərarına gəlir. Beynəlxalq Ticarət Təşkilatının funksiyalarına çoxtərəfli səviyyədə sosial iqtisadi problemlərin, ticarət siyasətinin, iqtisadi inkişaf, məşğulluq, investisiya, beynəlxalq əmtəə sazişlərinin tənzimlənməsi daxil idi. Öncə bu problemlər London və Cenevrədə 1946-47-ci illərdə keçirilən konfranslarda müzakirə olunur. ECOSOC-un rəhbərliyi altında keçirilən Cenevrə konfransında (1947) Beynəlxalq Ticarət Təşkilatının Nizamnaməsi hazırlanır və Havana konfransında (1948) yekunlaşdırılır. Beynəlxalq Ticarət Təşkilatının Nizamnaməsi (Havana Xartiyası) 50-dən çox dövlət tərəfindən imzalansa da ABŞ-ın qeyri-konstruktiv mövqeyinə görə çoxluq tərəfindən ratifikasiya edilmir. Hələ Havana konfransından öncə, daha sonra isə xartiya üzərində işləyən və konfransda təmsil olunan 23 dövlət, o cümlədən ABŞ, Kanada Böyük Britaniya, Fransa ilə yanaşı, Hindistan, Braziliya və digər inkişafda olan dövlətlər beynəlxalq iqtisadi əlaqələrin qarşısında ciddi maneə olan müharibəyə qədərki dövrün tarif dərəcələrinin qarşılıqlı olaraq aşağı salınması haqqında razılığa gəlirlər. Dünya ticarətinin 20%-ni təşkil edən 45 min tarif güzəşti təmin olunur.



118. Bütün razılaşdırılmış tarif dərəcələri ilə birlikdə ticarətin liberallaşdırılması üzrə qaydalar Tarif və Ticarət üzrə Baş Saziş adı ilə (General Agreement on Tarifs and Trade-GATT) müvəqqəti əsasda 1948-ci il yanvarından qüvvəyə minir.

GATT ilkin variantında Beynəlxalq Ticarət Təşkilatının yaradılmasına qədər müvəqqəti razılaşma kimi nəzərdə tutulsa da, Beynəlxalq Ticarət Təşkilatını yaratmaq mümkün olmadığı üçün Dünya Ticarət Təşkilatı təsis edilənə kimi beynəlxalq ticarət münasibətlərini tənzimləyən əsas normativ-institusional sistem olaraq qalır və 1948-ci ildən 1994-cü ilə kimi beynəlxalq ticarətin əsas beynəlxalq hüquqi tənzimetmə vasitəsi kimi çıxış etmişdir.

GATT çoxtərəfli ticarət sazişi funksiyasına malik olaraq yeni əlavələri ilə birlikdə beynəlxalq ticarət məcəlləsi funksiyasını yerinə yetirmişdir. GATT-ın iştirakçısı olan dövlətlərlə yanaşı qeyri-üzv dövlətlər də əksər halda daxili qanunvericilik normalarını beynəlxalq ticarət hüququnun (GATT) normalarına uygunlaşdırmaq məcburiyyətində qalmışlar ki, bu da GATT-ın tənzimetmə sistemindəki əhəmiyyətindən xəbər verir.

119. GATT-1947-nın əsas mətni 1964-cü il dəyişikliyi ilə 4 hissədə təsbit edilən 38 maddədən ibarət olaraq (GATT-ın tətbiq edilməsi haqqında Protokol istisna) olmaqla GATT 1994-cü formalaşdırılmışdır.

I hissə I və II maddələri əhatə edir: I maddədə daha əlverişlilik prinsipi təsbirt olunmuş, daha əlverişlilik prinsipinin kömrük rüsum və yığmalarına; onların yığılmasının metod və üsullarına; idxal-ixrac əməliyyatları üçün ödəmələrin köçürülməsinə; qarşılıqlı gömrük güzəştlərinə tətbiqi ifadə edilib. II maddədə isə tarif güzəştlərinə daha əlverişlilik prinsipinin şamil edilmə qaydaları ifadə edilib.

II hissə III hissə və XXIII maddələri əhatə etməklə iştirakçı dövlətlərin qarşılıqlı münasibətlərində ticarət rejimi üzrə norma və prinsipləri haqqında qaydaları təsbit edir. II maddədə idxal olunan əmtəələrə tətbiq olunan daxili vergi və yığımlara milli rejimin tətbiqindən, V maddədə tranzitin azadlığından bəhs edilir. VI maddə - “Antidempinq Məcəlləsi” antidempinq və kompensasiya rüsumlarının tətbiqi haqqında qaydaları təsbit edir. VII maddə gömrük tənzimlənməsi üçün əmtəələrin qiymətləndirilməsinin ümumi prinsiplərini; VIII maddə idxal-ixrac zamanı qeyri tarif maneələrinin ixtisarı üzrə öhdəliyi; IX maddə əmtələrin qablaşdırılması (nişanlanması) üçün nəzərdə tutulan tələblərə daha əlverişlilik prinsipinin tətbiqini; X maddə ticarət qaydalarının dərcini; XI maddə gömrük rüsumlarından, vergi və yığımlardan başqa istənilən sayda, o cümlədən lisenziya, kvota və s. formalı məhdudiyyətlərin qadağan edilməsi, həmçinin bu qadağadan istisnalar; XII maddə valyuta-maliyyə ehtiyatlarına təhlükə yarandığı halda müvəqqəti məhdudlaşdırıcı tədbirlərin görülməsini; XIII maddə idxal-ixracın qadağan olunmasına münasıbətdə ayrı-seçkiliyə yol verməmək prinsipini; XIV maddə qeyd edilən prinsipdən müvəqqəti istisnanı; XV maddə valyuta tədbirlətini; XVI maddə ixrac subsidyasının istisnasını; XVII maddə dövlət müəssisələrinin fəaliyyətini; XVIII maddə dövlətin iqtisadi inkişafa yardımını təsbit edir. XIX maddə bəzi əmtəələrin idxalı zamanı fövqəladə tədbirlərə; XX maddə publik qaydanın mühafizəsi məqsədilə GATT qaydalarından ümumi istisnaya həsr edilib. Xüsusən də, həyat və sağlamlığın, heyvan və bitkilərin, ictimai mənəviyyatın, istehlakçıların hüquqlarının müdafiəsi, məcburi əməklə istehsal edilən əmtəələrin idxalından müdafiə, həmçinin GATT-ın ümumi qaydalarından istisnaya yönəlib. Həmin maddənin “d” və “h” bəndlərinə görə xammal ehtiyatları, o cümlədən, enerji resusları da GATT sistemindən kənarlaşdırılıb. XXI maddə milli təhlükəsizliklə bağlı GATT-dan istisnaya həsr edilib.

III hissə XXIV-XXXV maddələr prosedur, təşkilati və digər bu yönümlü qaydalara həsr edilib. XXVI maddədə azad ticarət zonasının statusu və gömrük ittifaqları; XXXV maddədə xüsusi hallar, əsasən yeni qoşulan dövlətlər üçün sazişin qaydalarından istisnalar ifadə edilib. XXXV maddəyə görə iki iştirakçı dövlət arasında, əgər onların tarif güzəştləri üzrə razılaşması yoxdursa və ya onlardan biri digərinin qoşulduğu zaman GATT qaydalarının tətbiqinə razılıq vermədikdə GATT qaydaları tətbiq edilməyə bilər.

Nəhayət GATT-a əlavə olaraq daxil edilmiş və 1966-cı ildən qüvvəyə minən IV hissədə inkişafda olan dövlətlərin GATT-da iştirakının xüsusi şərtlərinə aid qaydalar nəzərdə tutulub və XXXVI-XXXVIII maddələri əhatə edir.

120. Qeyd etdiyimiz kimi, GATT-1994 GATT-1947-dən fərqli sənəddir. GATT1994 GATT-1947-nin təkminləşdirilmiş, dəqiqləşdirilmiş variantıdır. Uruqvay raundunda GATT-1994-ün meydana gəlməsi GATT-1947-nin zəif tərəflərini aradan qaldırmaq zərurəti ilə bağlı olmuşdur:

- GATT-1947-nin yalnız müəyyən bir hissəsi məcburi xaraqter daşıyırdı. 1947-ci il 30 oktyebrda Cenevrədə imzalanmış GATT-ın müvəqqəti tətbiqi haqqında Protokolda dövlətlər nəzərdə tutmuşdular ki, GATT-ın (əsas) hissəsi onun iştirakçılarının cari qanunvericiliyinə maksimum uyğunlaşdırılmış qaydada tətbiq edilir. Başqa sözlə desək, GATT-1994-cü il qüvvəyə minənə kimi mövcud olan dövlətlərin qanunvericiliyi GATT-1947-ci il normaları qarşısında üstünlüyə malik idi;

- GATT-1947-nin müxtəlif maddələri mətnin başa düşülməsi baxımından müxtəlif qaydad təfsir oluna bilərdi və buna görə də, nümunəvi təfsirə zərurət yaranardı;

- GATT-1947 ətrafında mürəkkəb, kompleks xaraqterli sazişlər formalaşmışdı. Dövlətlər həmin sazişlərdə iştirak edib-etməyəcəklərini cari maraqlarına uyğun olaraq müəyyən edirdilər. Məsələn, 1979-cu il Antidempinq Məcəlləsinin ümumi əsasında yalnız 26 dövlət qəbul etmişdi. GATT-1947 elə bir təsisata çevrilmişdir ki, dövlətlər öz üzərlərində ümumi öhdəliyi 1/3-dən də azını götürməklə mənfəət əldə etməyə çalışırdılar. Bir sözlə GATT-1947 vahid hüquqi rejim formalaşdıra bilməmişdi;

- GATT-1947-yə nəzarət edən beynəlxalq təşkilati sturuktur kvazibeynəlxalq xaraqter kəsb edirdi. Həmin təsisat beynəlxalq müqavilə əsasında yaradılmamış və kifayət qədər sturuktura malik olmadığı üçün beynəlxalq ticarətin “tənzimləyici” funksiyalarını da təmin edə bilməmişdi;

GATT-1947 çərçivəsində mübahisənin həlli mexanizmi kifayət qədər mükəmməl deyildi. Qərar təsdiq olunan zaman, məğlub olan tərəf konsensusdan istifadə etməklə onun əleyhinə çıxarılmış qərardan imtina edə bilərdi.



GATT-1947-nın nöqsanlarına baxmayaraq, onun uğurlarını da qeyd etmək lazımdır. GATT-ın praktik fəaliyyəti Dünya Ticarət Təşkilatının institusional planından ayrılmazdır.

121. GATT təsisatı 1994-cü ildə varislik qaydasında yeni keyfiyyətdə meydana gəlir. GATT-ın yeni təşkilata transformasiyasından sonra sistemin özündə evolyusiya diqqəti cəlb etməkdədir. Belə ki, əgər əvvəllər danışıqların əsas predmeti gömrük tariflərinin aşağı salınması təşkil edirdisə, hazırda gömrük rüsumlarının tədricən aşağı düşməsi səbəbindən bu gün onlar ikinci dərəcəli məsələyə çevrilmişdir. Əsas məsələ dünya ticarət bazarında qeyri-tarif maneələrinin tarif maneələri ilə əvəzlənməsidir. GATT çərçivəsində XX əsrin 70-ci illərindən başlayaraq keçirilən raundlarda bu maneələrin aradan qaldırılması yolları axtarılmış Dünya Ticarət Təşkilatı çərçivəsində tənzimlənən münasibətlər bütün aspektlər üzrə xidmət, investisiya, əqli mülkiyyət sferası GATT-dan geniş olduğu üçün qeyri-tarif maneələri üzrə problemin həlli daha da aktuallaşmışdır.


    1. GATT-ın raundları və beynəlxalq ticarətin hüquqi

tənzimlənməsinin inkişaf mərhələləri
122. GATT-ın hüquqi inkişaf prosesi ticarət danışıqları (raundlar) vasitəsilə həyata keçirilmişdir. Ilkin dövrün əsas problemi tarif danışıqları üzrə olmuş və Cenevrədə (İsveçrə) (1947) keçirilən danışıqların əsas nəticəsi yalnız gömrük rüsumlarının məhdudlaşdırılmasına deyil, həm də gələcəkdə keçiriləcək tarif danışıqlarının prosedur qaydalarının işlənib hazırlanmasına yönəlmişdi. Danışıqların Annesi (Fransa) (1949) və Torkidə (İngiltərə) 1950-1951) küçirilən raundları, eləcə də 1955-1956-cı illər Cenevrədə (İsveçrədə) keçirilən raundun da yekunu əsasən tarif məsələlərinə, gömrük rüsumlarının aşağı salınmasına həsr olunmuşdu. Bu danışıqların gedişində 50 min əmtəəyə toxunulmuş, bütövlükdə, ticarət dövriyyəsinin yarısını təşkil edən 55 min tarif güzəşti edilmiş və gömrük rüsumlarının dərəcəsi 25% azldılmışdı.

123. Dillon raundu (1960-1961) gömrük rüsumlarının yenidən (orta hesabla 6,5%) aşağı salınmasına gətirib çıxarır. Danışıqların əsas predmeti isə Avropa İqtisadi Birliyinin təsisi ilə əlaqədar olmuşdur. Avropa İqtisadi Birliyinin yaradılması, vahid gömrük tarifinin müəyyən edilməsi, kənd təsərrüfatı siyasəti, Avropa İqtisadi Birliyi çərçivəsində üçüncü dövlətlərə preferensiyaların verilməsi müzakirə obyekti olur.

124. Kennedi raundunu (1963-1976) müasir GATT-ın tarif siyasəti sferasında əhəmiyyətli mərhələ kimi qiymətləndirmək olar. Lakin bu mərhələdə də ümumi öhdəlik olaraq gömrük rüsumlarının 50% məhdudlaşdırılmasına nail olunmadı. Sənaye əmtəələrinə qoyulan gömrük rüsumları orta hesabla 5 il müddətinə 35% aşağı salınır. Gömrük rüsumlarının aşağı salınması nızırdı tutulan əmtəələr dünya ticarətinin ¾-nü təşkil edirdi. Qalan bir hissə isə kənd təsərrüfatı məhsulları, digər “həssas” sənaye malları, tekstil, polad və s. aid idi.

İlk dəfə olaraq inkişafda olan ölkələr üçün tarif məhdudlaşdırılması planı həyata keçirilirdi. Müvafiq raundun əhəmiyyətli tədbirlərindən biri kimi qetri-tarif maneəsinə aid olan Antidempinq Məcəlləsinin qəbulunu qəbul etmək olar.



125. Tokio raundu (1973-1979) çoxtərəfli ticarət danışıqları prosesinin qeyri-qənaətbəxş dünya iqtisadi vəziyyəti dövrünə təsadüf edir. 1973-1974 illərdə baş verən enerji böhranı beynəlxalq iqtisadi təhlükəsizliyin pozulmasına gətirib çıxarır.

Buna baxmayaraq, Tokio raundunda da müsbət məqamlar diqqəti cəlb edir. Gömrük rüsumlarının aşağı salınması, qeyri-tarif maneələrinin ləğvi, yeni hüquq qaydasının (Standartlar üzrə Məcəllə; Subsidiya və kompensasiya üzrə rüsumlar Məcəlləsi; Gömrük qiymətləndirilməsi Məcəlləsi; Antidempinq Məcəlləsinin qəbulu və s.) formalaşması dünya ticarətinin yüni kontekstində tənzimlənməsinə gətirib çıxarır.

Bu mərhələdə əvvəlcə gömrük rüsumlarının 40% aşağı salınması nəzərdə tutulurdusa, əslində isə sonda danışıqların nəticəsi olaraq 33% məhdudlaşdırma mümkün olur. Bu dəfə də məhdudlaşdırma ancaq sənaye mallarına aid olur. Gömrük rüsumlarının aşağı salınmasında əsasən daha çox yüksək gömrük rüsum dərəcələri olan ABŞ və Yaponiya kimi dövlətlər istifadə edirlər. Müzakirə obyektindən birini də qeyri-tqrif tənzimlənməsi təşkil edir.

Qeyri-tarif tənzimlənməsinin kəmiyyətcə artması bu problemin həllinə xüsusi önəm vermiş və bunu nəzərə alaraq Tokio raundunun iştirakçıları beynəlxalq ticarət üçün xüsusi əhəmiyyət kəsb edən ayrı-ayrı növ qeyri-tarif maneələri üzrə xüsusi sazişlər bağlayırlar. Bu sazişlər qeyd etdiyimiz kimi, məcəllə formasında qəbul edilir və onlar subsidya və kompensasiya rüsumlarını, gömrük qiymətləndirilməsini, ticarətdə texniki maneələri, idxal lisenziyalaşdırma prosedurunu əhatə edir.

Bu məcəllələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar GATT sistemindən kənarda da tətbiq edilirdi. Beynəlxalq ticarəti tənzimləyən yeni mexanizmlərin yeranması ilə inkişafda olan dövlətlərin statusu müəyyən edilir. YBİQ institutuna uyğun olaraq, inkişafda olan dövlətlər tarif və qeyri-tarif güzəştlərindən istifadə etmək hüququ əldə edirlər.

126. GATT-ın tarixində köklü dəyişiklik, şübhəsiz ki, Uruqvay raunduna (1986-1994) təsadüf edir. Uruqvay raundu GATT çərçivəsində həyata keçirilən çoxtərəfli ticarət danışıqlarının 8-ci raundu olaraq Dünya Ticarət Təşkilatının 1995-ci il yanvarın 1-dən fəaliyyətinin başlanğıcını qoyur. Uruqvay raundunun sazişlər paketi təqribən 50 çoxtərəfli sazişi və Dünya Ticarət Təşkilatının təsisi haqqında sazişləri əhatə edir. Bu sazişlər:

- Tariflər və Ticarət üzrə Baş Saziş (GATT-1994);

- Kənd təsərrefatı üzrə saziş;

- Sanitar və fitosanitar tədbirlərin tətbiqi haqqında saziş;

- Paltar və tekstil və geym məmulatları haqqında saziş;

- Ticarətdə texniki maneələr haqqında saziş;

- İnvestisiya tədbirlərinin ticarət aspektləri haqqında saziş (TRİMS);

- GATT- 1994-ün 7-ci maddəsinin tətbiqi (əmtəənin gömrük qiyməyləndirilməsi) haqqında saziş;

- Əmtəə qaydaları haqqında saziş;

- İdxal lisenziyalaşdırması prosedurası haqqında saziş;

- Subsidiyarlar və kompensasiya tədbirləri haqqında saziş;

- Xidmətlərlə ticarət haqqında Baş Saziş (GATS);

- Əqli mülkiyyətin ticarət aspektləri haqqında saziş (TRİPS);

Mübahisələrin həlli proseduru və qaydaları haqqında müqavilə və s. qeyd edilə bilər.

Mülki aviatexnika ilə ticarət üzrə Saziş və Sövlət satınalmaları haqqında Saziş istisna olmaqla başqa bütün sənədlər və onunla əlaqədar sazişlər Dünya Ticarət Təşkilatının bütün üzvləri üçün məcburidir. Məcburi olmayan digər iki saziş – Süd məhsulları haqqında və Ət məhsulları üzrə Sazişlər iştirakçı dövlətlər tərəfindən (1997) denonasiya edilmişdir. 1996-cı ildə İnformasiya texnologiyaları məhsullarının ticarəti haqqında Bəyannamə və 1998-ci ildə qəbul edilmiş Əsas telekommunikasiya xidmətləri üzrə Saziş isə həmin sənədləri qəbul etmiş Dünya Ticarət Təşkilatının üzvləri üçün məcburi hüquqi əhəmiyyət kəsb edir.

127. 1986-cı ildə çoxtərəfli ticarət danışıqlarının Uruqvay raundu üzrə qəbul edilmiş nazirlərin Bəyannaməsinə uyğun olaraq GATT iştirakçısı olan dövlətlər GATT qaydaları ilə uyğunlaşmayan məhdudlaşdırıcı tədbirləri (Standstill), GATT-a uyğun olmayan bütün məhdudlaşdırıcı tədbirlərin (Roll back) tədricən ləğv edilməsi öhdəliyi qəbul etmişlər. Müvafiq öhdəliklərin icrasına nəzarət etmək məqsədilə nəzarət Orqanı da təsis edilmişdir.

128. Hüquqi aspektdə Dünya Ticarət Təşkilatının fəaliyyətində Təşkilat üçün spesifik olan adət və müqavilə-hüquqi (diskiriminasiyaya yol verməmək, daha əlverişlilik, milli rejim, preferensiya) prinsiplər çıxış edir. Bu prinsiplər öncə GATT-da ifadə edilmiş, sonradan yekun Mərakeş sənədləri paketində də möhkəmləndirilmişdir.

129. Sazişin ikinci maddəsində qeyd edilir ki, hər bir razlığa gələn tərəf hər hansı bir ölkəyə təqdim olunan bütün immunitetləri, üstünlükləri, imtiyazları, güzəştləri mütləq və dərhal bütün digər razılığa gələn tərəfə də tətbiq edəcək. Ayrı-seçkiliyə yol verməmək prinsipinin minimal standartı kimi daha əlverişlilik prinsipi çıxış edir. GATT-dan çıxış edərək daha əlverişlilik prinsipi şəxslərə deyil, ancaq əmtəələrə tətbiq olunur.

Daha əlverişlilik prinsipindən yaranan öhdəliklər GATT-ın bütün üzvlərinə münasibətdə hər hansı bir ölkə üçün ticarət üstünlüyü müəyyən etmək fürsətini aradan qaldırır. Hər bir milli bazarda GATT üzvü olan dövlətlər ticarət maneələrinin azaldılmasını təmin edən bərabər şərtlər və bərabər imkanlar əldə edirlər. Bundan istisna kimi regional gömrük ittifaqı və azad ticarət zonası nəzərdə tutulur. Daha əlverişlilik prinsipindən digər istisna isə inkişafda olan ölkələrin məhsullarına, o cümlədən (ümumi preferensiya sistemi əsasında preferensiya tariflərinə, preferensiya qetri-tarif maneələrinə, inkişafda olan dövlətlər arasında regional və qlobal razılaşmalara, beynəlxalq birliyin iqtisadi sanksiya tətbiq etdiyi dövlətlərə) aid edilir.

İnkişafda olan ölkələr üçün Dünya Ticarət Təşkilatının qaydalarına müvafiq olaraq keçid dövrü üzrə yeni mexanizmlər formalaşdırılmaqdadır. Lakin bu müddətli xaraqter daşıdığından sonda onlar da inkişaf etmiş dövlətlərin daşıdığı öhdəlikləri qəbul etməlidirlr. Güzəştlər daha az inkişaf etmiş dövlətlər üçün Dünya Ticarət Təşkilatı üzvlərinin səs çoxluğu ilə qəbul etdiyi məhdud müddətdə saxlana bilər.

GATT-a müvafiq olaraq daha əlverişlilik prinsipi (qarşılıqlıq tələb etmədən) şərsiz xaraqter daşıyır. Lakin Dünya Ticarət Təşkilatı müqavilələr sistemində daha əlverişlilik prinsipinin şərtli tətbiqi də mümkündür. Mülki aviatexnika ilə ticarət haqqında Sazişin üstünlüyündən istifadə etmək üçün həmin sazişə qoşulmaq lazımdır.

GATT çərçivəsində daha əlverişlilik prinsipi:


  • əmtəələrin idxalı və ixracı ilə bağlı bütün əməliyyatlara;

  • gömrük sərhədini keçəndən sonra mallara qoyulan daxili vergi və istənilən daxili

yığımlara (m. 3, b.2);

  • daxili satışa aid olan, alqı-satqı şərtlərinə, daşınma, bölgü və istofadəyə aid bütün

qanun, qayda və tələblərə (m.3, b.4);

  • tranzitə bağlı bütün yığımlara, rəsmiyyət və qaydalara (m.5, b.1);

  • qablaşdırma üçün nəzərdə tutulan tələblərə (m.11, b.1) tətbiq edili.


Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə