ƏHMƏd-cabiR ƏHMƏdov zeytun və zeytun yağI (Monoqrafiya)


Zeytunun aqroekoloji xarakteristikası



Yüklə 1,04 Mb.
səhifə10/61
tarix05.03.2023
ölçüsü1,04 Mb.
#101976
1   ...   6   7   8   9   10   11   12   13   ...   61
HM d-cabiR HM dov zeytun v zeytun ya I (Monoqrafiya)

1.3.3. Zeytunun aqroekoloji xarakteristikası

Zeytun yetişdirən rayonlarda onun normal boy atıb inkişaf etməsi vegetasiya ərzində fəal temperaturun yekunu 3500 – 45000C olduqda baş verir. Azərbaycanın zeytun yetişdirilən rayonlarında havanın mütləq minimumu ən soyuq keçən 1939/40, 1949/50 və 1963/64- cü illərin qışında qeyd olunmuş və ayrı- ayrı mikrosahələrdə havanın temperaturu -200C- yə çatmış ki, bu da zeytun ağaclarının müxtəlif dərəcədə donmasına səbəb olmuşdur.


Eyni bir sahədə bitkilərin inkişaf vəziyyətindən, onların qışa hazırlanmasından, aşağı temperaturun təsi-rindən, davamından və başqa amillərdən asılı olmayaraq, bitkilərin zədələnmə dərəcəsi sortun xüsusiyyətindən asılı olmuşdur. Yerli sortlar və formalar şaxtaya davamlı olmalarına görə xüsusilə fərqlənirlər. Bu sortlara – Azərbaycan zeytunu, Buzovna zeytunu, Bakı zeytunu, Qara zeytun, Armudu zeytun, Şirin zeytun və başqaları daxildir. Göstərilən sortlar qısa müddət davam edən aşağı temperatura (-13 -150C) dözür. Xarici mənşəli sortlar – Aqostino, Sevilyano, Manzanillo, Koreciolo şaxtaya davamsızdır və -8, -110C şaxtaya dözə bilir.
Müxtəlif ekoloji şəraitdə və mikrozonalarda zeytun bağları salarkən sortları təkcə keyfiyyətinə və məhsuldarlığına görə deyil, habelə onların şaxtaya davamlılığını nəzərə almaqla aşağı temperatura dair çoxillik məlumatlara əsasən iqlim şəraiti ilə müqayisə etməklə seçmək lazımdır. Çünki mütləq minimum respublikanın bir çox təbii zonalaraında və mikrozonalarında zeytunun inkişafı üçün əsas amil sayılır.
Uzun illərin tədqiqat nəticələri və aparılan müşahidələr Abşeron yarımadasında və Qaradəniz sahillərindəki ekoloji şəraitdə yetişən zeytun sortlarını şaxtaya davamlılığına görə 4 qrupa bölmək olar.
1. Şaxtaya əla davamlı sortlar. Çoxillik ağacların budaqları və kötüyü qısamüddətli -17, -180C şaxtaya davam gətirir. Belə sortlara Buzovna zeytunu, irimeyvəli Nikita və Tbilisi sortları aiddir.
2. Şaxtaya nisbətən yaxşı davamlı sortlar. Bu qrupun ağacları -15, -180C şaxtaya davam gətirir. Bunlara Azərbaycan zeytunu, Bakı zeytunu, Qara zeytun, Tolqamskaya, Tossiyskaya, Askolano, Nikita – 1 sortları aiddir.
3. Şaxtaya orta davamlı sortlar. Bu qrupun ağacları -13,5 , -140C şaxtaya davam gətirir. Üçüncü qrupa Qorvala, Leççino, Pikvales, Armudu zeytun, Della Madonna sortları aiddir.
4. Şaxtaya natamam davamlı sortlar. Bu qrupun ağacları -8, -100C şaxtaya qısamüddətdə davamlıdırlar. Dördüncü qrupa Aqostino, Sevilyano, Manzanillo, Koreciolo sortları daxildir.
Şirin zeytun, Santa Katerina, Dolçe-del-Morokko zeytun sortları üçüncü və dördüncü qrup arasında orta yeri tutur. İlin şəraitindən asılı olaraq -140C- dən aşağı temperatura davam gətirirlər.



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə