Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013



Yüklə 0,8 Mb.

səhifə6/21
tarix21.07.2018
ölçüsü0,8 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   21

20
Hafiz Rüstəm
Təzkirə tədqiqatçısı, mətnşünas,  
tərcüməçi və s.
Hələ kitabın başlanğıcında Kazan şəhərində “Dünya mə-
dəniyyəti kontekstində türkdilli kitab” mövzusunda beynəl-
xalq konfransın keçirilməsindən, orada ölkəmizi AMEA-nın 
M.Füzuli  adına  Əlyazmalar  İnstitutunun  üç  əməkdaşının 
təmsil etməsindən söhbət açmışdıq. Həmin konfransın ma te-
riallarının çap olunduğu kitaba Ə.Bağırovun məruzə-məqalə-
si («Тюркоязычная книга – наследие веков» Казань, 
2012, ст. 64 – 67) də daxil edilmişdir: “Azərbaycan klassik 
ədəbiyyatının  tədqiqində  orta  əsr  müəlliflərinin  əsərlərinin 
əlyazma nüsxələri ilə yanaşı həmin əsərlər və onların müəl-
lifləri  haqqında  məlumat  verən  ədəbiyyat  antologiyalarının 
–  təzkirələrin  rolu  mübahisəsizdir...  Çox  təəssüf  ki,  ədiblər 
haqqında məlumat verən bütün təzkirələrin və əlyazma mən-
bələrinin... heç də hamısı bizim günlərə qədər gəlib çatma-
mışdır. 
Bizim  ədəbi  irsin,  o  cümlədən  ədəbi  təzkirələrin  tədqi-
qində az əhəmiyyətli olmayan mənbələrdən biri də əski çap 
kitablarıdır.  Bu  kitabların  tədqiqi  zamanı  Şərq  mədəniyyəti 
tarixində mühüm  rolu olan  farsdilli hind müəlliflərinin təz-
kirələrini yaddan çıxarmaq olmaz. Bu əski çap kitablarının 
aşağıdakı dəlillərə görə əhəmiyyəti daha da artır. Əvvəla, təz-
kirənin hər hansı əlyazma nüsxəsi əvəzinə bu əsərin əski çapı-
nı taparkən az sevinmirik. İkinci, əlyazma heç də həmişə əski 
çap kitabına uyğun gəlmir. Belə olarkən təzkirənin tədqiqi və 
müəllif mətninin bərpasında əski çap kitabı əvəzsiz rol oyna-
yır. Mətnşünaslara yaxşı məlumdur ki, əksər əsərlərin tənqi-
di mətninin hazırlanmasında əlyazma nüsxələrilə yanaşı əski 


21
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
çap kitabları da tədqiqata cəlb edilmiş və indi də tədqiqata 
cəlb edilməkdədir. Bu, həm də onunla əlaqədardır ki, naşir-
lər çap etməzdən qabaq öz əllərində olan nüsxələr əsasında 
dəqiq mətnin bərpasını katiblərə tapşırırdılar. Beləliklə, biz 
arxasında bir neçə əlyazmanın dayandığı köhnə çap nüsxələ-
rilə qarşılaşmış oluruq”.
Mən  burada  Ə.Bağırovun  məruzəsinin  məğzinə  azacıq 
diqqəti cəlb edib onun gətirdiyi konkret misallardan və yaxud 
daşbasma üsulu ilə çap edilən təzkirələrdən geniş danışmaqla 
mətləbi uzatmağa lüzum görmədim.
Beləliklə, Ə.Bağırov təkcə R.Təbrizi və onun “Divan”ını 
təzkirələr  işığında  orta  əsrlərin  qaranlıqlarından  çıxarmaqla 
kifayətlənməyib  bu  yaradıcılıq  işini  öz  elmi-ədəbi  fəaliy-
yətinin qayəsinə çevirmişdir. Bildiyimiz kimi: “Təzkirə orta 
əsrlərdə Yaxın Şərqdə, eləcə də Azərbaycanda geniş yayılmış 
elmi-ədəbi  əsər  hesab  olunur.  Əsasən  ədəbiyyatçı  və  tarix-
çi  alimlər  tərəfindən  yazılır  və  əlyazması  halında  yayılırdı. 
Təzkirələrdə görkəmli şair və yazıçıların həyat və yaradıcı-
lığı haqqında məlumat, əsərlərindən nümunələr verilir. Döv-
lətşah Səmərqəndi, Əlişir Nəvai, Əhdi Bağdadi, Sam Mirzə, 
Lətifi, Sadiq bəy Əfşar, Lütfəli bəy Azər, Məhəmmədağa Mü-
ctəhidzadə, Mir Möhsün Nəvvab və başqalarının təz kirələri 
məşhurdur” (ASE, IX cild. B.: Azərbaycan Sovet Ensiklo-
pediyası, 1986, s 240.).
Ə.Bağırov yuxarıdakı mötəbər nəşrdə adları çəkilən məş-
hur müəlliflərin bir qisminin, o cümlədən xronoloji ardıcıl-
lıqla  Məhəmmədağa  Müctəhidzadənin  (“Riyazül-aşiqin” 
B.:Azərbaycan nəşriyyatı, 1995, 248 s.), Mir Möhsün Nəv-
vabın (”Təzkireyi-nəvvab”. Azərb. nəş., 1995, 560 s.), Mir-
zə Yusif  Qarabağinin  (“Məcmueyi-Vaqif  və  müasirini-di-
gər”.  B.:”Şuşa” nəşriyyatı, 1999, 152 s.), Sadiq bəy Əfşarın 


22
Hafiz Rüstəm
(“Məcməül-xəvas”.B.:Elm, 2008, 412 s.) və müəllifi hələlik 
məlum olmayan (“Anonim Osmanlı təzkirəsi” B.: Elm və 
təhsil, 2012, 100 s.) təzkirələrin çapa hazırlanmasında – ya 
əski əlifbadan transliterasiya edilməsində, ya müqayisəli mət-
nin tərtibi, tərcüməsi, ön söz, izahlar, adlar göstəricisinin ha-
zırlanmasında birinci şəxs olmuşdur. Qabaqcadan bildirirk 
ki, o, hal-hazırda Ş.İ.Xətainin oğlu Sam Mirzənin “Töhfe-
yi-Sami” təzkirəsinin tərcüməsi üzərində işləyir. 
Əlbəttə, bu təzkirələrin ikinci bir həyat kəsb etməsinin, 
yəni yeni nəşrlərinin yaranmasının ədəbi-bədii əhəmiyyəti in-
karedilməzdir. Bu da gizli deyil  ki, Əlyazmalar İnstitutunda 
Azərbaycan müəllifləri ilə yanaşı digər farsdilli və ərəbdilli 
xalqların nümayəndələrinin az əhəmiyyətli olmayan əsərləri 
mühafizə olunur. Beləliklə, tarixi amillər üzündən bizim klas-
sik elmi-ədəbi irsimizin böyük bir hissəsi məhz bu dillərdə 
yazılmışdır. Bu baxımdan farsdilli təzkirələr daha böyük əhə-
miyyətə malikdir. Bunun üçün XVI – XVII əsrlərin görkəmli 
Azərbaycan şairi, ədəbiyyatşünası və rəssamı Sadiq bəy Əf-
şarın  “Məcməül-xəvas”  təzkirəsini  tipik  misal  kimi  göstər-
mək olar. 
Təzkirə  müqəddimə,  8  məcmə  və  xatimədən  ibarətdir. 
Buraya şairlik istedadı olmuş şahların, şahzadələrin, səl tənət 
sütunu olan türklərin, iranlıların böyük övladlarının, peyğəm-
bər  nəslindən  olan  şairlərin,  ərəb  və  əcəmdə  şöhrət  tapmış 
türk şairlərinin və əcəmin müasir (yəni XVI – XVII əsrlər) 
fəsahət və bəlağət sahiblərinin seçmə poetik nümunələri daxil 
edilmişdir. Küll halında 369 müəllifi əhatə edən bu irihəcmli 
əsər əsasən fars dilində, bir qismi isə doğma dilimizdədir.                
Oxucuların müəyyən təsəvvürü  olsun  deyə  əyani vəsait 
kimi təzkirədəki bəzi şairlər və onların poetik nümunələri ilə 
- qısa fraqmental şəkildə tanış olmaq yəqin ki, maraqlı olardı.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə