Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013


Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov



Yüklə 17,97 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix21.07.2018
ölçüsü17,97 Mb.
#57444
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

49
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
bütün bunlara görə yeri gəldikcə bizdən həmişə doğru-dürüst 
hesabat istəyir, əvəzində bir də heç vaxt  təkrar ələ düşməyə-
cək, ötən günlərimizlə - daha çox acı xatirələrimizlə qarşıla-
şırıq . Özümüzdən asılı olmadan bütün gözəl ovqatımız təlx 
olur, dərin, dəruni təəssüf və peşimançılıq hissləri keçiririk.
XX əsrin ən orijinal, təkrarolunmaz, böyük şairi Əli Kə-
rim demişkən:
 Nə xoşbəxt imişəm bir zaman, Allah,
 Xəbərim olmayıb bu səadətdən.
 Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt!
 Bu gün eşitmişəm bunu həsrətdən. 
 Elə buna görə də bu gözəl əsər təkcə Əkrəmin fərdi həyat 
hekayəti deyil, bu, hər bir normal insanın müdrik ömür zirvə-
sindən – ürəyinin başından isti-isti yığılıb qalmış xatirələrin 
vulkan püskürtüsüdür, qeybə çəkilmiş, qaynar həyat yaşantı-
sıdır. Əkrəm də hər bir söz adamı kimi bu günü ilə müqayisə-
də əvəzolunmaz, unudulmaz keçmişini, xüsusilə acılı-şirinli 
uşaqlıq və ilk gənclik illərini, bütöv bir həyat tərzini, şəxsi, 
ictimai-mənəvi görüşlərini, müşahidələrini obrazlaşdırmağa, 
gələcək  nəsillərə  ərməğan  etməyə  cəhd  göstərib  və  insafən 
məncə, istədiyinə kifayət qədər nail olub.
Bu əsəri oxuyarkən nədənsə Ə.Bağırovun çapa hazırladı-
ğı Sadiq bəy Əfşarın “Məcməül-xəvas” (2008) təzkirəsindən 
böyük şair-hökmdar Şah İsmayıl Xətainin şair-hökmdar oğlu 
Şah Təhmasibin fars dilindən təzəcə tərcümə etdiyim bir rü-
baisini də misal gətirmək istədim:
Bir vaxt gah yaquta aludə olduq,
Gah zümrüd dalınca amadə olduq.
Hər necə olsa da aludəlikdən
Tövbəylə yuyunduq, asudə olduq.
Zənnimizcə,  min  illər  boyu  bəşəriyyətin  yığıb  toplamış 


50
Hafiz Rüstəm
olduğu bütün mənəvi sərvətlər yaddaş abidələridir. İnsanlar 
dünyanı cismən vaxtlı-vaxtsız tərk etsələr də, onların yalnız 
gözəl  sözləri,  xeyirxah  əməlləri  yaşamaq  hüququ  qazanır. 
Eləcə də  vaxtilə bizim ədəbi nəslin qəlbini göynətmiş, dillər 
əzbəri olmuş M.H.Şəhriyarın məşhur “Heydərbabaya salam”, 
M.Müşfiqin “Yenə o bağ olaydı”, S.Vurğunun “Acı xatirələr”i 
yaddan çıxa bilməz:
Yaxşı yadımdadır uşaq yaşında
Ağacdan qotazlı bir at mindiyim.
Aranda, yaylaqda, sular başında,
Ağır danışdığım, ağır dindiyim,
Ağacdan qotazlı bir at mindiyim.
Ə.Bağırov da səyirtdiyi sözün “qotazlı ati” üstündə mahir 
bir süvari kimi görünür.


51
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Söylə, yadındamı?
      (Bacım Şükufəyə məktub)    
Söylə, yadındamı o ötən illər,
O vaxt ki, gözəldi bütün fəsillər?                
O vaxt ki, insanlar mehriban idi,
O vaxt ki, bu həyat bir dastan idi?
Nə dərdimiz vardı, nə də qəmimiz,
Açıq sulardaydı o vaxt gəmimiz.
Atamız, anamız sağ idi o vaxt,
Hələ yaşayırdıq qayğısız, xoşbəxt.
Axı nə biləydik bu fani dünya,
Adi tamaşaymış, şirin bir xülya.         
Böyük bacım Şükufə
Biz isə bunlardan çox uzaq idik,                
Dünyamız başqaydı, biz uşaq idik.
Oynayıb, şənlənib, deyib-gülərdik,
Hamını bəxtiyar insan bilərdik.
Məktəbə gedərdik böyük həvəslə,
Şeir də deyərdik çox uca səslə.
Ata deyən sözü ana pozmazdı,
Ana dediyini övlad yozmazdı.
Doqquz ay şəhərdə, üç aysa bağda,
Soyuğu qışlaqda, yayı yaylaqda.
Hər şeyin ahəngi, qanunu vardı,
Kasıb da dünyadan ləzzət alardı.
İstilər düşməmiş köçərdik bağa,
Quzu tək düşərdik orda oynağa.
Məlkeydər
1
  hamıdan qabaq gələrdi,
Kim nə vaxt köçəcək, hami bilərdi.
Bağların çox sadə görkəmi vardı,
-------------------

Bağ qonşumuz


52
Hafiz Rüstəm
Əncirdi, üzümdü, heyvaydı, nardı. 
Güllərin, otların xoş rayihəsi,
Bihuş eyləyərdi orda hər kəsi.
Birinci dəyərdi sarı gilələr,
Sonra qızıl üzüm
2
, get, lap kişmiş dər.
Qaranı
3
  yeməyə başlayan kimi,
Ağ şanı olardı süfrə hakimi.
Üzümün cürbəcür növləri vardı,
Yerdə qalan sirkə, doşab olardı.
Quyudan su çəkib içəndə hər vaxt,
Deyərdik, İlahi, nə imiş həyat!
Ya ağac, ya talvar altda biaram, 
Samovar qaynardı hər səhər-axşam.
Hərənin balaca koması vardı,
Farsunkası vardı,lampası vardı.
Gecə ulduzları sayardıq bir-bir,
Sanardıq hər ulduz ayrı taledir.
Bu cür daş hasarlar yox idi onda,
Hamının gözləri tox idi onda.
Qonşudan qonşuya pay da gedərdi,
Qonşu köməyini təklif edərdi.
Nağı baba

 adlı bir kişi vardı,
Təmənna güdmədən o çalışardı.
Yay vaxtı quzu da olardı bizdə,
-------------------------

Tezyetişən üzüm növü

Qara şanı

Bağ qonşumuz, sonradan əmimin qayınatası


53
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Xoruz da banlardı həyətimizdə.
Yeddi bağ o yandan hamı bilirdi,
Latıya
5
 , nərdiyə

 gedib gəlirdi.
İstidə, günorta hamı yatardı,
Hərə öz başını bir cür qatardı.
Yata bilməyənin çıxmazdı səsi,
Əsla incitməzdi heç kəs heç kəsi.
Günorta keçərdi, sərin düşərdi,
Həyat xoş, firavan, şən ötüşərdi.
Əynimiz tər-təmiz, həyət tər-təmiz,
Yollara baxardıq o vaxt səbirsiz.
Avtobus dayanar, nəfəs kəsilər,
Görən kim gələcək, görən kim bilər?
“Anamız!” Əlində dolu sumkalar,
Sumkada bizimçün hər nə desən var.
Qaçardıq, qışqırıb səslərdik “Mama!”
Deyərdim: “ Ay Əkrəm, tez, dala qalma!”
O vaxt yediyimiz soğanbozbaşı,
Ləzzətdə ötərdi kababı, aşı.
Əlbəttə, kababın öz yeri vardı,
Kababdan hər qonşu bir pay alardı.
Beləydi o dövrün gözəl adəti,
Böyüyün, kiçiyin vardı hörməti.
Görərdin, səhərlər yatdığımız an,
-------------------------

Loto oyunu

Nərd oyunu
Anam Səriyyə


Yüklə 17,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə