Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013



Yüklə 17,97 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix21.07.2018
ölçüsü17,97 Mb.
#57444
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

40
Hafiz Rüstəm
müxbir məktubları əsasında 1908-ci ildə “Qanlı sənələr” adı 
altında  yazıb  başa  çatdırdığı,  milyonçu-xeyriyyəçi  Murtuza 
Muxtarovun yardımı ilə 1911-ci ildə nəşr etdirdiyi bu kitabın 
Sovet rejimi qadağalarının hökm sürdüyü 70 ildən sonra ye-
nidən işıq üzü görməsi qanlı tarixi keçmişindən bixəbər olan 
hər bir azərbaycanlı üçün ümummilli əhəmiyyətə malik bir 
hadisə idi. 
Keçən  əsrin  əvvəllərində  çar  Rusiyasının  milli  ədavəti 
qızışdıran  canişinliyinin  fitvası  və  yaxından  dəstəyilə  təpə-
dən dırnağacan silahlanmış, irqi-dini düşmənçiliklə günahsız 
insan qanına susamış, quduz vampirlərə çevrilmiş ermənilə-
rin,  bu  rəhmsiz,  qəddar,  vəhşiləşmiş  ikiayaqlı  sürülərilərin 
törətdikləri  tükürpədici  qətlamlar,  türk-müsəlman  qırğınları 
– dünyada analoqu olmayan milli faciələr 70 ildən sonra eyni 
dəsti-xətlə, eyni ssenari üzrə yenidən təkrarlanmağa başladığı 
bir vaxtda nəşr olunmuş bu kitab  xalqı ayıltmaq, bu yırtıcı 
milli düşmənlərə qarşı səfərbər etmək üçün ən kəsərli ideoloji 
silah, yeni bir cihada çağırış mənziləsində idi. 
“Qanlı illər”in yeni dövrdə ilk nəşri haqqında “Qanlı illə-
rin salnaməsi” adlı məqaləsində (“Xalq qəzeti”, 6 fevral 1992) 
Tofiq  Rüstəmov    yazırdı:  ”Erməni-müsəlman  hadisələrinin 
səbəbləri  barədə  Qafqaz,  Rusiya, Avropa  və Amerika  mət-
buatında bir-birinə zidd məqalələr dərc olunduğundan bəhs 
edən M.S.Ordubadi dörd əsas səbəbi oxucuların nəzərinə çat-
dırırdı. Bunlardan birincisi erməni daşnaksutyun komitəsinin 
müstəbid bir idarə üsulunu təşkil etdiyidir ki, Qafqazda bir 
sıra  qanlı  teatrolar  oynandı.  İkinci  səbəb  məhəlli  hökumət 
məmurlarının  müharibə  zamanlarında  etinasızlığı.  Üçüncü 
səbəbə gəldikdə, müsəlmanların elmsizliyi və müasir işlərdən 
bixəbər olmalarıdır. Yəni müsəlmanların yaddaşsızlığı və si-
yasi hazırlıqsızlığı göz qabağında idi. Dördüncü səbəb ermə-


41
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
nilərin avtonomiya idarə muxtariyyəti həvəsində olmaları idi.”
Böyük vətəndaş yazıçının irəlicədən xəbər verdiyi yuxa-
rıdakı dörd səbəb sonralar ilk dəfə olaraq məhz Azərbaycan 
torpaqları hesabına dünya xəritəsində yeni bir bic, vələdüzzi-
na Ermənistan dövlətinin yaranmasına və bu haramzadələrin 
Sovet dövründə də, müstəqillik dövründə də yenə rusların hi-
mayəsilə işğalçılıq niyyətlərinin yeni bir miqyasda rəvac tap-
masına gətirib çıxartdı.
Bizim zənnimizcə, keçmişdə olduğu kimi indi də küt-
ləvi  çapına  güclü  tələbat  yaranan,  gələcəkdə  də  həmişə 
ümummilli  və  ümumdövlət    əhəmiyyəti  kəsb  edəcək 
“Qanlı illər” kitabına ikinci həyat bəxş etdiyinə (onu əski 
əlifbadan  çevirərək  müasir  oxucular  üçün  sadələşdirdi-
yinə, oxunaqlı etdiyinə görə), vaxtında və operativ surətdə 
onun yeni-yeni nəşrlərini hazırladığına görə, vətən və xalq 
qarşısında məhz  bu əsl qəhrəmanlığa bərabər xidmətinə 
görə artıq    60  yaşı  tamam  olmuş  Ə.Bağırov  ən  azından 
yüksək dövlət mükafatlarından birinə layiq görülməlidir.
Məşhur  messenat,  maarifpərvər  Bakı  milyonçusu  Hacı 
Zeynalabdin Tağıyevin tariximizin 1920-ci ilə qədərki döv-
ründə apardığı abadlıq işləri, elm və incəsənət qarşısında xid-
mətləri, məşhur içməli “Şollar” suyunu Bakıya çəkdirməsi, 
ən  məşhur  ziyalılarımızın  xarici  ölkələrdə  təhsil  xərclərini 
ödəməsi və s. tamamilə diqqətdən kənarda qalmışdı. Ə.Ba-
ğırov, Əbülfəz Haşimoğlu və Paşa Əlioğlunun tərtib etdikləri 
və sonralar ilk əsas mənbə kimi istifadə olunan “Hacı Zey-
nəlabdin Tağıyev” adlı kitaba (B.:“Azərbaycan” nəşriyyatı, 
1993) N.Nərimanovun bu böyük maarifpərvər haqqında yaz-
dığı əsər, Abdulla Şaiqin qardaşı Axund Yusif Talıbzadə tərə-
findən yazıldığı ehtimal olunan kitabın mətni, həmçinin keçən 
əsrin əvvəllərində nəşr olunmuş “Himəm ər-rical” (“Kişilərin 


42
Hafiz Rüstəm
himməti”)  kitabından  H.Z.Tağıyevin  gördüyü  işləri  əks  et-
dirən bir sıra tarixi sənədlər, ona ithaf olunmuş şeirlər və ona 
gələn məktublar daxil edilmişdir.   
“Şərq-Qərb” nəşriyyatının təxminən 35000 sözdən ibarət, 
25000 tirajla çap etdirdiyi yeni “Farsca – Azərbaycanca lü-
ğət”in tərtibçiləri f.e.d. Möhsün Nağısoylu, f.e.n. Ə.Bağırov, 
Arif Ramazanov və Şəhla Abdullayevadır. Bu yeni nəşrin re-
daktoru və Ön sözün müəllifi olan M.Nağısoylu xatırladır ki, 
hazırkı “Farsca – Azərbaycanca lüğət” dən əvvəl”, hələ 1945-
ci  ildə  Y.Mirbabayevin  tərtib  etdiyi  kiçikhəcmli  “Müxtəsər 
farsca – Azərbaycanca lüğət” nəşr olunmuşdur. 
Ölkəmizdə fars dilinin tədrisi sahəsində mühüm xidmətlə-
ri olan prof. Nəyyerzəman Səğəfinin (Hatəminin) tərtib etdiyi 
və 1999-cu ildə Tehranda “Naşer” nəşriyyatı tərəfindən çap 
edilmiş ikicildlik “Farsca – Azərbaycanca lüğət” də bu sahə-
də görülən dəyərli işlərdən biri kimi qeyd olunmalıdır”. 
Fəxr  edirəm  ki,  yuxarıda  adı  çəkilən  ustadımız  prof. 
N.Səğəfinin  (Hatəminin)  tərtib  etdiyi,  “Naşer”  nəşriyyatı-
nın çap etdiyi həmin dəyərli ikicildli lüğətin (2000 səhifəlik, 
60000 leksik ehtiyata malik) yeganə nəşriyyat redaktoru (xü-
susilə ərəb qrafikasıyla yazılan hər bir fars sözü və ifadəsinin, 
transkripsiyasının və Azərbaycancaya tərcüməsinin ayrı-ay-
rılıqda leksik-semantik, orfoqrafik səhvlərini islah edən), eyni 
zamanda ön söz yazan müəlliflərdən biri məhz mən (bu sətir-
lərin müəllifi – H.R) olmuşam. 
Onu da xüsusilə qeyd edim ki, ADU-nun (indiki BDU) 
Şərqşünaslıq fakültəsinin fars filologiyası və mütərcimliyi ix-
tisası üzrə təhsil alan tələbələri o vaxt üçün əsasən “Rubinçik 
lüğəti” adıyla populyar olan, indi də öz əhəmiyyəti və mükəm-
məlliyi ilə seçilən, Y.A.Rubinçikin redaksiyası altında çıxan, 
ikicildlik    lüğətdən  («Персидско  –  русский  словарь»  в 


Yüklə 17,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə