Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013



Yüklə 17,97 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix21.07.2018
ölçüsü17,97 Mb.
#57444
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

       
54
Hafiz Rüstəm
Hərdən səs gələrdi: “Göyərti alan!”
Ət satan, süd satan, gilabi satan,
Qoymazdı səhərlər biri çox yata.
İstidə şahlığa çatanda ilan,
Hərdən səs gələrdi: “ Ay pendir alan!”.
“Marojna, marojna!” – “Tez ol, ver pulu,
Gedim, o tərəfdən mən kəsim yolu”.
İsti qum yandıra-yandıra bizi,
Qaçardıq, pozmazdıq heç keyfimizi.
Tanışlar, qohumlar  gələrdi bağa,
Qulluq göstərərdik  hər bir qonağa.
Qonağı qonaq tək qarşılayardıq,
Həyəti, bacanı tez sulayardıq.
Dördümüzün o vaxt vardı qırx yaşı
7
,
Şükufənin

 bişirdiyi ilk aşı,
Necə böyük iştah ilə yeyərdik,
Onu aşpaz kimi tərifləyərdik.
Bağ-bağatın Akif
9
  idi dirəyi,
Ramilənin
10 
 kövrək idi ürəyi.
Şuluq salan bir mən idim, bir Elxan
11
,
Qənimimiz Əleydərdi
12
, Həcixan
13
.
Şingilədən saqqız yığıb çeynərdik,          
Səhər-səhər sarmaşığı iynərdik.
Allahaşı, qurban əti gələrdi,
Hamı onu yeddi evə bölərdi
-------------------------

13, 11, 9, 7

Böyük bacım

Qardaşım
10 
Kiçik bacım
11 
Əmim oğlu                                                           Kiçik bacım Ramilə
12 
Kiçik əmim
13 
Əmim


55
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Yayda kimsə məhərrəmi
14
  tutardı,
O vaxt hədiy hamımıza çatardı.
Hər il bizim siyahımız olardı,
Siyahıyla hamı payın alardı,
Dolu vedrə Şabxan
15
  üçün gedərdi,
Hər pay alan çox razılıq edərdi.
Əbdülkərim
16 
 çox vaxt özü gələrdi,
Onun payın nənə özü bilərdi.
Əhmədağa
17
   mataroller almışdı,
Hətta bir gün batıb qumda qalmışdı.
Mərdan əmi
18 
 çoxdan köçüb həyatdan.
Əsər yoxdur o gurluqdan, büsatdan...
Dəyişdi dünyanin abuhavası,
Dəyişdi torpağı, daşı,  qayası.
Əvvəl işıq gəldi, sonra qaz gəldi.
Bütün həyətlərə su da çəkildi,
Quyunun həsrətdə qaldı gözləri,
Nəhayət, dağıldı bir yaz səhəri.
Ağ neft satanlar da köçdü dünyadan,
Bir iz də qalmadı o farsunkadan.    
Əvvəlcə məftildən oldu hasarlar,
Daş da gətizdirdi kimdə imkan var.
Sərhədlər çəkildi, cığırlar itdi,
O səs-küy, o həyat bununla bitdi.
-------------------------
14  
Hicri-qəməri  təqvimlə hər il məhərrəm ayında  İmam Hüseyn(ə) üçün 
evlərdə gizli şəkildə qurulan təziyə məclisləri. 
15 
Böyük əmim
16 
Atamın dayısı
17 
Atamın dayısı oğlu 
18 
Xalamın əri 


56
Hafiz Rüstəm
Avtobus yolunu aralı saldı.
Bizim bağ elə bil kənarda qaldı.
Hamı sakit gəlib, sakit də getdi,
Bağın da ləzzəti bununla bitdi.
İndi nə köç gəlir, nə də köç gedir,
Hərə öz başını bir növ girlədir.
İndi ev yarımçıq, hasar yarımçıq,
Artırmaq çətindir hər şeyi artıq.
Durur həmən torpaq, durur o dəniz,
Bəs niyə açılmır yenə eynimiz? 
Hərə öz qınına çəkilib durub,
Hərə öz mülkündə bir xanlıq qurub.
Böyük qəsrlər də tikib-quran var,
Sahibi qaldırıb çox uca hasar.
Dəyişib dünyanın abu-havası,
Yaranıb ağalar-qullar dünyası.
İmkansız bağına heç gələ bilmir,
İmkanı olan da heç özü gəlmir.
Varlını varının fikri alıbdır,
Kasıb kasıblıqdan fikrə dalıbdır.
İlahi, sən özün səbr ver bizə,
Səbr ver, bu yükə bu ürək dözə.
Bəlkə də beləymiş, həyat bu imiş,
İnsana xoş gəlib həmişə keçmiş.
Qayğısız günlərin xiffətini biz,
Həmişə çəkmişik səssiz-səmirsiz.
Niyə belə olur, görən nədəndir,
Kövrək xatirələr canlanır bir-bir?
Qayıtmaq istərəm mən o çağlara,
Qayıtmaq istərəm mən o bağlara.
Yenə uşaqlığım geri dönəydi,


57
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Ağ neft qurtaraydı, lampa sönəydi.
Yerimiz talvarın altında hazır,
Göydə də hər ulduz bir tale yazır.
Bağlara qaranlıq çökəydi o dəm,
Biz göyə baxaydıq, göylər möhtəşəm.
Sakitcə yuxuya gedəydim dərin, 
Qalmaqçın qoynunda xatirələrin.
Həm atam, həm anam, bacı-qardaşım,
Olardı əbədi mənim sirdaşım.
Sökərdim saatın əqrəblərini,
Çəkib çıxarardım yer mehvərini!
İlahi, sən özün mənə kömək ol!
Hər çətin işimə söykənəcək ol!
*** 
Söylə, yadındamı o ötən illər?
O vaxt ki, gözəldi bütün fəsillər...
O vaxt ki, insanlar mehriban idi,
O vaxt ki, bu həyat bir dastan idi.
Nə dərdimiz vardı, nə də qəmimiz,
Açıq sulardaydı o vaxt gəmimiz.
Atamız, anamız sağ idi o vaxt,
Hələ yaşayırdıq qayğısız, xoşbəxt.
Axı nə biləydik bu fani dünya,
Adi tamaşaymış, şirin bir xülya.
Biz isə bunlardan çox uzaq idik.
Dünyamız başqaydı, biz uşaq idik...
                                                                 
İran, Əhvaz. 
                                      06 avqust 1995-ci il.


Yüklə 17,97 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə