Əkrəm Bağırov Bakı – “Kövsər” – 2013


Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov



Yüklə 17,97 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix21.07.2018
ölçüsü17,97 Mb.
#57444
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

37
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
diqqətəlayiq xidmətinə görə vacib ədəbi persona olmuş hə-
min katib-mirzəyə “Allah rəhmət eləsin!” deyirik. 
“Tutinamə” Orta əsrlər Moğol Hindistanında türk şahza-
dələrinin təlim-tərbiyəsi üçün qələmə alınmışdır. Annotasiya-
sından  da  göründüyü  kimi  əsər Azərbaycan,  Orta  və Yaxın 
Şərq xalqları arasında geniş yayılmış bir mövzuda “məkri-zə-
nan” – “qadınların hiylələri” mövzusunda qələmə alınmışdır. 
Bir  süjet  çərçivəsində  verilmiş  52  dastan-rəvayətdən  ibarət 
olan bu əsər ilk dəfə qədim hind dilində yaranmış yazılı və şi-
fahi mənbələr əsasında XIV əsrdə fars dilinə tərcümə edilmiş 
və  sonradan  müxtəlif  variantlarda  işlənərək  dünya  dillərinə 
çevrilmişdir.
Əsər qədim Şərqin adət və ənənələri, etik qayda-qanunla-
rı haqqında maraqlı məlumat verməklə yanaşı, oxucunu həm 
əyləndirir, həm də düşündürür.
Şərq ədəbiyyatının gözəl bilicisi və tərcüməçisi, mərhum 
alimimiz Məmmədağa Sultanovun “Tutinamə”yə yazdığı Ön 
sözündə əsərin qısa məzmunu da nəql olunur. Belə ki, Mey-
mun adlı gənc bir tacir səfərə getməyə hazırlaşarkən tək qa-
lacaq arvadı Xocəstənin darıxmaması üçün bazardan bir da-
nışan tuti və bir də danışan sığırçın alıb evinə gətirir. Tapşırır 
ki, əgər gözlənilməz bir məsələ ilə qarşılaşsa, mütləq bu ağıllı 
quşlarla məsləhətləşsin və onların fikrilə razılaşıb hərəkət et-
sin. Meymun xudahafizləşib səfərə çıxır. Evdə tək qalan Xo-
cəstə bir müddət quşlarla həmsöhbət olub əylənir.
Bir  gün  küçədən  keçən  cavan  bir  oğlan  onun  diqqətini 
cəlb edir. Oğlan da onu görüb gözəlliyinə heyran qalır və qəl-
bində məhəbbət odu alışır. O, bir qarıdan Xocəstəni yanına 
gətirməyi xahiş edir. Qarı da bir bəhanə ilə Xocəstənin yanına 
gəlib onun tək qalmasını məsləhət görməyib cavan oğlanın 
eşqini  ağız  dolusu  tərifləyərək  Xocəstənin  də  qəlbində  eşq 


38
Hafiz Rüstəm
atəşi yandırır. Sonra qərara gəlirlər ki, qaş qaraldıqdan sonra 
Xocəstə geyinib-kecinib oğlanın görüşünə getsin.
Çox qəribədir ki, bu zaman bir şərqli kimi Xocəstə ərinin 
tapşırığını da unutmur. O, əvvəlcə getmək üçün sığırçından 
məsləhət istəyir. Ancaq sığırçın ehtiyatsız dil açıb onu bu lə-
yaqətsiz fikrindən çəkindirməyə çalışaraq ərinə sədaqətli və 
vəfalı  olmağı  tövsiyə  edir. Ancaq  sığırçının  bu  sözləri  Xo-
cəstəni hiddətləndirir, quşun boğazını üzərək yerə atır. Sonra 
isə tutinin yanına gəlib onun fikrini bilmək istəyir. Xocəstənin 
belə hiddət və hərəkətini öz gözləri ilə görən tuti ağıllı hərəkət 
etmək  qərarına  gəlir.  O,  çox  böyük  bir  məharətlə  eşq  və 
məhəbbətin ülviyyətindən söhbət açır, təkliyin nə qədər ağır 
və əzablı olduğunu təsdiq edir. Xocəstənin oğlanla görüşmə-
sini vacib bildikdən sonra yeri gəlmişkən deyir: ”Möhtərəm 
xanım, gərək çox ehtiyatlı olasan, Allah eləməmiş bu sirrin 
üstü açılsa və xəbər sənin ərinə çatsa, mən öz qabiliyyətimlə 
bu məsələni yoluna qoyaram, necə ki, bir tuti bir tacir arva-
dının tutduğu əməldən onu qurtarıb, ailə səmimiyyətini bərpa 
etmiş, mən də lap həyatım bahasına olsa belə, o tuti kimi sizin 
aranızı düzəldib fəlakəti üstünüzdən sovuşduraram”.
Xocəstə o əhvalatın necə olduğunu soruşduqda tuti ona şi-
rin dillə həmən tacir və tutisinin macərasını nağıl etməyə baş-
layır. Bu maraqlı söhbət tutinin başını elə qarışdırır ki, səhərin 
necə açıldığını belə hiss etmir. Günəşin çıxmasını görən Xo-
cəstə öz getməyini təxirə salır və aşiq olduğu cavanla görüşü 
sabahkı axşama qoyur. Lakin sabah axşam da bəzənib çıxmaq 
istərkən tuti yenə də bir kələk işlədib deyir:”Hörmətli xanım, 
əlbəttə, getməlisən, ancaq qorxuram bu işin üstü açılarsa, Tə-
bəristan padşahının hacibi öz oğlunu qurban verməsi kimi bir 
hadisə baş verər və o zaman vəziyyət çox ağırlaşa bilər”. Xo-
cəstə o əhvalatın necə baş verdiyini soruşduqda tuti də şirin 


39
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
və maraqlı bir tərzdə həmən əhvalatı uzun-uzadı nağıl etməyə 
başlayır. Yenə də səhər açılır, günəş çıxır və Xocəstənin aşiqlə 
görüşməsi gələn axşama təxirə salınır.
Beləliklə, tuti 52 gecə tacirin xanımı Xocəstənin başını 
bir-birindən maraqlı nağıl və hekayətlərlə qarışdırıb onu yu-
badır. Axırıncı gecənin səhərə qovuşduğu vaxt tacir Meymun 
səfərdən  qayıdır.  Müdrik  tutinin  tədbiri,  biliyi  və  məharəti 
sayəsində ailə pozğunluğunun qarşısı alınır.
Ancaq 52 gecəlik xidməti müqabilində öz xahişi ilə qəfəs-
dən  azad  edilən  tuti  tacirə  olub-keçənləri  bütün  təfsilatı  ilə 
danışmağı da unutmur və “əgər insan tayfası budursa, mən 
onların arasında daha qala bilmərəm” deyib oranı tərk edir.
Meymun  isə  Xocəstənin  boynunu  vurdurur,  öz  başını 
qırxdırıb sufi paltarı geyinərək bir sovməəyə çəkilir.
Yeri gəlmişkən onu da qeyd edim ki, 1991-ci ildə 50000 
tirajla  çap  olunmuş,  çoxdan  satılıb  qurtarmış,  indi  də  
etik-estetik  əhəmiyyətini  itirməyən  bu  möhtəşəm  sənət 
abidəsini imkanlı bir nəşriyyat latın qrafikası ilə təkrar 
nəşr etsəydi, yəqin ki, uduzmazdı.
Yadımdadır,  Ə.Bağırovun  ərəb  əlifbasından  çevirib  sa-
dələşdirdiyi və Qarabağa Xalq Yardımı Komitəsinin kütləvi 
tirajla nəşr etdirdiyi M.S.Ordubadinin “Qanlı illər” kitabının 
əldən-ələ gəzdiyi tarixi günlər... O vaxta qədər ermənilərin iç 
üzünü  ifşa  edən,  rus  tədqiqatçısı V.L.Veliçkonun  “Qafqaz”, 
İ.Q.Çavçavadzenin “Erməni alimləri və fəryad edən daşlar” 
kitabları bu sahədə olan ədəbi-tarixi boşluğu doldura bilməz-
di.  Məhz  böyük  yazıçımız  M.S.Ordubadinin  XX  əsrin  əv-
vəllərində (1905 – 6-cı illərdə) baş vermiş erməni – müsəl-
man  davasını  –  dünyada  misli-bərabəri  olmayan  məkrli  və 
xəyanətkar  erməni-daşnak  faşizminin  vəhşət  və  dəhşətləri-
ni o zaman ölkənin müxtəlif münaqişə nöqtələrindən gələn 


Yüklə 17,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə