Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə4/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   133

11 

İÇKİLƏRİN TƏSNİ

FATI 

 

Bütün  içkiləri  mineral  sular,  spirtsiz  və  spirtli  (alkoqollu) 

içkilər olmaqla 3 qrupa bölmək olar (şəkil 1, 2). 

Alkoqollu içkilərin təsnifatı. Bütün alkoqollu içkilər tər-

kibində  olan  etil  spirtinin  miqdarından  asılı  olaraq  qruplara, 

qruplar  isə  öz  növbəsində  istifadə  olunan  xammal  və  texno-

logiyadan asılı olaraq yarımqruplara bölünürlər. 

Yarımqruplar  növlərə,  yarımnövlərə  və  ayrı-ayrı  adlara 

bölünür. Təsnifləşdirici əlamət kimi istifadə  olunan  yardımçı 

xammal  (məsələn,  ədviyyat  toplusu  və  balzam  üçün  ətirli 

bitkilər),  yaxud  spesifik  texnoloji  üsullar  (konyak,  rom  və 

viskinin palıd çəlləklərdə yetişdirilməsi) götürülə bilər. 

Likor-nalivka  məmulatları  və  şərabların  çeşidi  yüzlərlə 

adda olması ilə seçilir. Başqa spirtli içkilərin çeşidi xeyli azdır. 

Lakin  son  vaxtlar  ölkə  və  xaricdə  buraxılan  araq 

məmulatlarının çeşidinin genişləndirilməsi istiqamətində işlər 

aparılmaqdadır.  

Bütün spirtli içkiləri saxlanıb yetişdirilməsinə və saxlanma 

müddətinə görə üç qrupa bölmək olar: 

 

saxlanılmadan  (yetişdirilmədən)  istehsal  olunanlar. 



Buraya etil spirti və araq aiddir; 

 



qısa müddətli  yetişdirilməklə hazırlananlar  - 1  ayadək 

(likör-nalivka məmulatları); 

 

uzun  müddətli  yetişdirilməklə  hazırlananlar  -  3  aydan 



10 ilədək və daha çox (konyaklar, şərab, rom, viski, cin). 

Spirtli  içkiləri  yetişdirmək  üçün  palıd  çəlləklərindən  və 

butulkalardan istifadə olunur.  

Daxili  yandırılmamış  (konyak,  rom),  yaxud  yandırılmış 

(viski)  palıd  çəlləklərdən  və  ya  içkiyə  palıd  qırıntıları  əlavə 

edilməklə (konyak spirti, brendi) içkilər hazırlanır. 




12 

 



13 

 



14 

Şərab çəllək, çən yaxud digər iri qabaritli qablarda yetiş-

dirildikdən  sonra  butulka,  balon,  paket  və  ya  digər  qablara 

doldurulur. Kolleksiya şərabları üçün butulkalarda uzun müd-

dətli saxlanma tətbiq olunur. 

Yalnız  rektifikasiya  olunmuş  etil  spirti  əmtəəlik  sortlara 

bölünür. Qalan spirtli içkilər sortlara bölünmür. 

Alkoqollu içkilər tündlüyündən asılı olaraq zəif, orta, tünd və 

yüksək alkoqollu olmaqla qruplaşdırılır.  

Zəif  alkoqollu  içkilər.  Ümumiyyətlə  içkinin  tündlüyünü 

müəyyən edən spirtin norma və miqdarı məsələsi bir qədər şərti 

göstəricidir.  Bəzi  ölkələrdə  bu  norma  yuxarı,  digərlərində  isə 

aşağıdır.  

Zəif alkoqollu içkilərə adətən tərkibində spirtin miqdarı 8%-i 

keçməyən içkiləri aid edirlər.  

 



Pivə - pivə mayalarının təsiri altında səməni şirəsinin qıc-

qırdılması yolu ilə alınır. Burada demək olar ki, həmişə mayaotu 

iştirak edir;  

 



Braqa – müxtəlif bitki məhsullarının (meyvə-tərəvəz) qıc-

qırdılma məhsulu kimi alınır. Müstəqil şəkildə qəbul olunmayıb, 

əsasən samaqon alınması üçün istifadə olunur; 

 



Sidr  –  çox  maraqlı  alma  içkisi  olub,  mayalardan  istifadə 

olunmadan alınır. Onun maksimum tündlüyü -7%, adətən isə 2% 

təşkil edir;  

 



Toddi  –  bəzi  palma  şirələrinin  ekzotik  qıcqırma  məhsu-

ludur; 


 

Kvas - ənənəvi spirtli içki hesab olunmayıb, az miqdarda 



olsa da spirtə malik olur; 

 



Kumus – çox az miqdarda spirtə malik olmaqla at südünün 

turş süd məhsuludur;  



Orta alkoqollu içkilərə 30%-ə qədər etil spirtinə malik olan 

içkilər aiddir. Onların ən məşhurları aşağıdakılardır: 

 

Şərab  -  üzüm  şirəsinin  (əzintisinin)  qıcqırması  məhsulu 



olub, çox faydalı maddələrə malikdir.  

 



Medovuxa – baldan hazırlanan alkoqollu içkidir.  


15 

 



Qlintveyn – şərabda bişirilmiş meyvə kimi özünü göstərir.  

 



Qroq – güclü duruldulmuş romdur. 

 



Sake,  yaxud  düyü  şərabı.  Ənənəvi  yapon  alkoqollu  içki-

sidir. 


 

Punş  –  şirə  ilə  duruldulmuş  şərab.  Çox  hallarda  punşda 



şəraba nisbətən şirə çox olur. 

Tünd  alkoqollu  içkilər.  Tündlüyü  80%-ə  çatan  içkilərdir. 

Onlara aşağıdakılar aiddir: 

 

Araq  -  yeyinti spirtinə su və digər inqredientlər qatmaqla 



hazırlanır; 

 



Konyak  -  üzüm  şərabının  qovulması  və  alınan  spirtin 

yetişdirilməsi ilə hazırlanır; 

 

Rom,  yaxud  qamış  arağı  -  şəkər  qamışı  istehsalı  qalıq-



larından – qamış şərbətindən hazırlanır; 

 



Sambuka – həmçinin araq olub, yalnız anis və xüsusi məxfi 

otlar qarışığı əlavə olunmaqla hazırlanır; 

 

Tekila – meksika mavi aqavasının qıcqırmış şirəsinin qo-



vulmasından alınır; 

 



Cin – ardıc giləmeyvəsinə malik olan buğda spirtindən alı-

nan məhsuldur; 

 

Viski – kifayət qədər mürəkkəb qıcqırma prosesi, səməni 



qoyma və dənli bitkilərin qovulmasından alınır; 

 



Brendi – üzüm yaxud alma şərabının qovulma məhsuludur.  

 



Likor  -  müxtəlif  şirələr  əsasında  hazırlanan  alkoqollu 

içkidir;  

 

Absent – yovşandan istifadə edilməklə hazırlanır. Ən tünd 



spirtli içkilərdən olub, tündlüyü bəzən 70%-ə qədər olur.  

 



Nastoyka  –  müxtəlif  giləmeyvə  və  ədviyyatların  spirtdə 

saxlanması yolu ilə alınır.  

Bu təsnifat əsasən bütün alkoqollu içkiləri əhatə etsə də, bu-

raya daxil edilməyən əlavə nümunələrin olması da istisna edilmir.  



Yüksək alkoqollu içkilərə içilən etil spirti aiddir.  

Spirtsiz  içkilərin  təsnifatı.  Spirtsiz  içkilər  aşağıdakı  beş 

əlamətə  görə  təsnifata  bölünür:  karbon  qazı  ilə  doyması,  quru 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə